Məhkəmə qərarları › İş №e-2-2(113)-2008/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2008/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2008/2023 17.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X1 qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit razılaşmasının ləğv edilməsi, pul və ipoteka predmetinə yönəlmə və əmlakın boşaldıması tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021R********** saylı krеdit razılaşmasının və xx.xx.2021-ci il tarixli 021R********** saylı krеdit razılaşmasının ləğv edilməsini, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə; - 021R********** saylı krеdit razılaşması üzrə 34881,27 manat məbləğində krеdit bоrcu, 3856.02 manat məbləğində faiz bоrcu və 3518,04 manat məbləğində cərimə borcu olmaqla, - 021R********** saylı krеdit razılaşması üzrə 7474,84 manat məbləğində krеdit bоrcu, 564,75 manat məbləğində faiz bоrcu və 198.82 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 50493 manat 74 qəpik məbləğində bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulmasını, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X2 küçəsində dövlət istifadəsində olan 0,015410 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 81,70 m² ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə yönəldilməsini, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 50493 manat 74 qəpik məbləğində bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ümumi müştərək qaydada tutulmasını, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X2 küçəsində dövlət istifadəsində olan 0,015410 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 81,70 m² ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İpoteka haqqında qanunun 59.3, 59.3.1 və 59.4-cü maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində olan tələblərə məhkəmə baxılmalı olduğu halda, sonuncu bəndində olan “fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” hissəsində tələbə məhkəmədə baxılmalı deyil, belə ki, “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinin xx.xx.2018-ci il tarixdən qüvvədə olan müddəalarına əsasən "tutma məhkəmə qərarına əsasən mənzilə yönəldiyi təqdirdə artıq yeni məhkəmə qərarı olmadan icra sənədi əsasında mənzildə yaşayan şəxslər məcburi qaydada 10 təqvim günü müddətində mənzildən çıxarılmalıdırlar". Göründüyü kimi iddia ərizəsində məhkəmə baxılmalı olan və olmayan tələblər, yəni bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmışdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit razılaşmasının ləğv edilməsi, pul və ipoteka predmetinə yönəlmə və əmlakın boşaldıması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı QSC-yə izah edilsin ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında baxılması mümkün olan tələblərlə bağlı yenidən məhkəməyə müraciət edə bilərsiniz. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar