Məhkəmə qərarları › İş №e-2-2(113)-2008/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2008/2025

01.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2008/2025 01.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin X5 Xidməti” X8nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız hesablanmış cərimənin silinməsi) X7 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin X5 Xidməti” X8nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət X3 “İri Şəhərlərin X5 Xidməti” X8 tərəfindən İddiaçı (ünvan 1 ünvanında abonent kodu: 220014 olan sayğaca) hesablanmış 2253 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ərazidə yerli bələdiyyə sənədi ilə 2017-ci ildən atası Nümayəndə1 adına rəsmiləşdirilmiş avtoyuyucu sex fəaliyyət göstərir. Nümayəndə1 qeyri-qanuni olaraq su sərfində 2253,0 manat pul yazaraq məcbur edirlər ki, ödəsin. Əks-təqdirdə məhkəməyə verməklə hadələyirlər. Bu sözləri 23 yanvar 2023-cü il tarixdə Pirallahı Sukanal İdarəsinin rəisi İntiqam Kərimov, 12 iyun 2023-cü il tarixdə keçmiş "xxxx" ASC-nin (indiki X3) elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Samir Qənili, 08 avqust 2023-cü il tarixdə keçmiş "xxxx" ASC Sədrinin 1-ci müavini, Apellyasiya Şurasının sədri Teyyub Cabbarov və 29 dekabr 2024-cü il tarixdə yeni yaradılmış X3 X6 müavini Cabbar Cabbarlı yazırlar.Təəssüflər olsun ki, şərböhtan atdıqlarını özləri də bildiklərindən gələcəkdə qarşı tərəfin işgüzar nüfuzuna toxunacaqlarından ehtiyat edərək özlərində cürət tapıb dedikləri sözün üstündə durmadıqlarından səlahiyyətlərini nümayiş etdirmək üçün 2023-cü ilin iyun ayından avtoyuma sexinin suyunu kəsdilər. İddiaçı tərəfindən Apellyasiya Şuasının sədri Teyyub Cabbarova yazılı surətdə müraciət edilmiş, şikayətə Apellyasiya Şurasında baxılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya fəaliyyət göstəmədikləri bildirilmişdir. Su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilməlidir. Əks-təqdirdə su təchizatı müəssisəsi istehlakçının su təchizatını və kanalizasiya xidmətini dayandırmaq hüququna malikdir”. Tərəflər arasıda heç bir qaimə-qəbz və digər xəbərdarlıq olmamışdır. Smart-kartına köçürdükləri zaman ərzində suda istifadə etdiklərini bildirmişdir. Su-kanal idarəsinin işçisinə smart kartlı elektron su sayğacları öncədən ödəmə prinsipinə əsaslanır və abonentlərə yüklədikləri balans miqdarında istifadə hüququ verir. Abonentlər bu sistemə uyğun olaraq suyun istifadəsindən əvvəl ödəməni həyata keçirirlər. Alınan balans smart kart üzərindəki mikrocip vasitəsilə sayğaca köçürülür. Sayğaca yüklənən balans bitdikdə sayğacın klapanı bağlanır və suyun verilməsi dayanır. İstismarı nəzarətdə saxlamaq məqsədilə sayğac qadağa bloku ilə təchiz olunmuşdur. Qadağa bloku klapan şəklindədir. Sayğacdakı mövcud balans bitərsə və yaxud sayğaca müdaxilə olunarsa qadağa bloku suyun verilməsini avtomatik dayandırır. Tərəflər arasında yaranmış anlaşılmazlığı, cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədən, 2253 manat borc pul yazılmışdır. İddiaçı tərəfindən 1142 kubmetr su istifadə edilmədiyi halda 1142 kubmetr su sərfinin üzərinə Azərbaycan Respublikasının Tarif(qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli Qərarına əsasən su təchizatının tarifi qeyri-əhali abonentləri üçün 1 kubmetr 1(bir) Azn, tullantı sularının axıdılması xidmətinə görə isə 1 kubmetr 1(bir) Azn, yəni bir o qədər də əlavə edərək həmin suyun həcmi qədər pul hesablanaraq, beləliklə 2253 manat borc yaranmışdır”. 20 fevral 2020-ci il və 03 noyabr 2022-ci il tarixlərində iddiaçının təşəbbüsü ilə 2 dəfə sayğac çıxarılaraq təmir üçün "xxxx" ASC-nin, (indiki X3) X4 İdarəsi “X1 Laboratoriyası”na təhvil verilmişdir. Təmir haqqı iddiaçı tərəfindən ödəndikdən sonra Pirallahı Rayon Sukanal İdarəsi tərəfindən yerinə qoyulmuşdur. Sayğacın X1 Laboratoriysı cihazı alarkən ona toxunulmadığı, kənardan müdaxilə edilmədiyi, məkirli məqsədlərlə əl vurulmadığı barədə qeydləri vardır. Baxmayaraq ki, sayğac artıq 2023-cü ilin iyun ayından bağlatdırılıb, sadəcə olaraq pul yüklənilən zaman borca pul çıxır, su yüklənmir, Pirallahı Sukanal İdarəsinin nəzarətçisi hər ay gəlib sayğaca baxıb gedir. Yanvar ayının ortalarında növbəti baxış zamanı iddiaçıya sayğacın düyməsinin işləmədiyi bildirilmişdir. Sayğacın təmir vaxtı belə su sərfiyyatı işlənmiş elektrik enerjisinin miqdarı ilə hesablansa 70-80 qəpik arasındadır. Avtoyuma yeri bələdiyyə tərəfindən xx.xx.2017-ci il tarixdə verildiyi, Elektrik enerjisi "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixdə çəkildiyi, Avtoyuma avadanlıqları xx.xx.2017-ci il tarixdə alındığı və zibil daşınması ilə əlaqədar Pirallahı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə Nümayəndə1 arasında müqavilə bağlandığı halda, "xxxx" ASC elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Samir Qənili 12 iyun 2023-cü il tarixdə yazdığı cavab məktubunda bildirir ki, “sözü gedən obyektin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatı xx.xx.2015-ci il tarixdə quraşdırılan ALFASU-50 markalı, 49771210 nömrəli smart-kart tipli su sayğacının göstəricisinə əsasən aparılmışdır”. 10 iyul 2023-cü ilin tarixində, e-Manat vasitəsilə smart-karta 10 manat yüklənilməsinə baxmayaraq, terminalda, “ödənilən məbləğ kartınıza deyil, hesabınıza yükləndi” yazısı əks olunmuşdur. Artıq sayğac su buraxmır, karta pul yükləyən kimi pul hesabına deyil, iddiaçıya qeyriqanuni yüklənmiş cəriməyə çıxılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 23 yanvar 2023-cü il tarixdə Pirallahı Rayon Sukanal İdarəsinin rəisi İntiqam Kərimov tərəfindən 16 yanvar 2023-cü il tarixinə 2253 manat son ödəmə tarixi keçmiş ödənilməmiş borcu olması barədə məktub göndərilmişdir. Su sayğacı smart tiplidir. İddiaçı tərəfindən Smart-karta pul köçüldüyü təqdirdə sudan istifadə edir. Məktubdan sonra o, Pirallahı Rayon Sukanal İdarəsinə müraciət etmiş, smart kartlı elektron su sayğacları öncədən ödəmə prinsipinə əsaslanır və abonentlərə yüklədikləri balans miqdarında istifadə hüququ verir. Sayğaca yüklənən balans bitdikdə sayğacın klapanı bağlanır və suyun verilməsi dayanır. İstismarı nəzarətdə saxlamaq məqsədilə sayğac qadağa bloku ilə təchiz olunmuşdur. Qadağa bloku klapan şəklindədir. Sayğacdakı mövcud balans bitərsə və yaxud sayğaca müdaxilə olunarsa qadağa bloku suyun verilməsini avtomatik dayandırır. Aralarında yaranmış anlaşılmazlıq davam etmiş, süni surətdə yaradılmış 2253 manat su pulunu iddiaçının üzərinə yükləmək istədiklərini bildirmişlər. İddiaçı borcun yaranma səbəbini cavabdehdən soruşsa da cavabdeh tərəfindən cavab ala bilməmişdir. İddiaçı sayğacın pasportunu texniki göstəricilərini cavadehə təqdim etmişdir. Cavabdeh borc ödənilmədiyi təqdirdə məhkəməyə edəcəklərini bildirmişdilər. Artıq uzun müddət keçdikdən sonra cavabdeh məhkəməyə müraciət etmədiyi üçün iddiaçı iddia tələbi ilə Pirallahı məhkəməsinə müraciət etmişdir. Lakin iddia tələbi məhkəmə aidiyyətı məsələsinə görə geri qaytarılmışdır. Suallara cavab olaraq bildirmişdir ki, sayğaca görə göstərici 2023-cü ildə hesablanıb. 2023-cü ilə kimi heç bir borc məbləği olmamışdır. Borc məbləğinin yaranma tarixi və əsası barədə hər hansı tərtib edilmiş akt verilməmişdir. Borcun yaranma səbəbini özləri də bilməmişdir. Sonda isə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi qeyd etmişdir ki, yoxlama nəticəsində sayğac laboratoriyaya aparılmış, laboratoriya rəyinə görə sayğaca kənar müdaxilə olmuş və bu borc məbləği hesablanmışdır. Aparılmış yoxlama müvafiq qaydada Ədliyyə Nazirliyində vahid məlumat reyestrində qeydiyyata alınamış, aparılmış yoxlama sahibkarlıq sahəsində olsa da, müvafiq qaydada qeydiyyata alınmamışdır. Yoxlama nə zaman aparılması və qanunsuz qoşulma ilə bağlı cinayət və ya inzibati məsuliyyətə cəlb olunma ilə bağlı aidiyyatı qurumlara müraciət edilməsi barədə dəqiq məlumatı yoxdur. İş üzrə müəyyən halların aydınlaşdırılması və bununla bağlı sübutların məhkəməyə təqdim edilməsi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materillarında olan: “İstehlakçı” İddiaçı ilə “Müəssisə” "xxxx" ASC (indiki “İri Şəhərlərin X5 Xidməti” PHŞ) arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” müqavilədə qeyd edilmişdir ki, bu Müqavilə Müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərim müəyyən edir. Həmçinin sudan istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1 manat və qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1 manat müəyyən edilmişdir. Müqavilə xx.xx.2020-ci il tarixdə qüvvəyə minir, xx.xx.2021-ci il tarixədək qüvvədədir. “İstehlakçı” İddiaçı ilə “Müəssisə” "xxxx" ASC (indiki “İri Şəhərlərin X5 Xidməti” PHŞ) arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” müqavilə bağlanılmış, bu Müqavilə Müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərim müəyyən edir. Həmçinin sudan istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1 manat və qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1 manat müəyyən edilmişdir. Müqavilə xx.xx.2020-ci il tarixdə qüvvəyə minir, xx.xx.2022-ci il tarixədək qüvvədədir. Daha sonra tərəflər arasında imzalanmış № KF-8064/22 saylı, 11 noyabr 2022-ci il tarixli xidmət müqaviləsinə əsasən, İcraçı Silarişçiyə məxsus suölçən cihaza kalibirləmə xidməti göstərməyi, Sifarişçi isə həmin xidmətlərin haqqını ödəməyi öz üzərinə götürür. Görülmüş işlər və onların dəyəri bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavəsində “Alqı-satqı” -predmetinin siyahısının və qiymətin razılaşdırılmasına dair” Protokolda öz əksini tapnıışdır. 11 noyabr 2022-ci il tarixli Xidmət göstərmə predmetinin siyahısının və qiymətinin razılaşdırmasına dair protokoldan müəyyən olunur ki, “Alfasu-20 Smart” (zavod seriya nömrəsi ********) sayğac üzrə cavabdeh tərəfindən 18% ƏDV daxil 67,44 manat iddiaçıya xidmət göstərilmişdir. İş materiallarına əlavə olunmuş Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş “Məişət tullantılarının Daşınması üçün Mədaxil qəbzlərindən müəyyən olunur ki, iddiaçı (ödəyici) tərəfindən müxtəlif vaxtlarda məişət tullantılarının Daşınması üçün ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli "xxxx" ASC X4 “X1 Laboratoriyası” tərəfindən verilmiş, № 71210/0053997 saylı rəyə əsasən, su sayğacının qüsuru aradan qaldırılmış, batereyası dəyişdirilmiş və formatlanaraq plomblanmışdır. "xxxx" ASC (indiki “İri Şəhərlərin X5 Xidməti” PHŞ) tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan məlum olur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı su sayğacı yoxlama nəticəsində çıxarılaraq laboratoriyaya göndərilmişdir. "xxxx" ASC (indiki “İri Şəhərlərin X5 Xidməti” PHŞ) tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlığa əsasən, xx.xx.2023-cü il su təchizatı və kanalizasiya xidmətlərinə görə "xxxx" ASC-yə 2253 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmış, 3 iş günü müddətində borcun ödənilməsi tələb olunmuşdur. Abonent haqqında məlumatlardan görünür ki, abonent İddiaçı sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə (qanunsuz istifadə olunan çirkab və suya görə) 2213 manat borc hesablanmışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 12-ci maddəsinə görə su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 34-cü maddənin 3-cü bəndinə əsasən kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 49-cu maddəsinin 4-cü bəninə səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.7-ci bəndə əsasən reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Azərbaycan Dövlət X3nin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 6.3-cü bəndinə əsasən İri Şəhərlərin X5 Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İri şəhərlərin X5 Xidməti” X8 su təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), sayğaca müdaxilə, habelə su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma, o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc “İri şəhərlərin X5 Xidməti” X8nin əməkdaşları tərəfindən iddiaçıya məxsus abonent kodu olan obyektdə sayğaca müdaxilə ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda, həmin yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması barədə məhkəməyə sənəd təqdim edilməmiş, cavabdehin nümayəndəsi izahatında yoxlamanın vahid məlumat reyestrində qeydə alınmadan aparıldığını, sayğaca müdaxilə olunduğu üçün borc hesablandığını, həmçinin əlavə araşdırma apararaq sənədlər təqdim edəcəyini bildirmiş, lakin heç bir sənəd təqdim edilməmişdir. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır və heç bir hüquqi nəticəsi yoxdur. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq İddiaçı 2253 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, hesablanmış 2253 manat borc silinməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 43 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İri Şəhərlərin X5 Xidməti Publik Hüquqi şəxs tərəfindən İddiaçı (abonent kodu:220014) əsassız hesablanmış 2253 (iki min iki yüz əlli üç) manat məbləğində borc silinsin. Cavabdeh İri Şəhərlərin X5 Xidməti X8ndən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 (qırx üç) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar