Məhkəmə qərarları › İş №e-2-2(113)-2009/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2009/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2009/2025 07.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi) X8 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İdddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1nə (bundan sonra – cavabdehlər ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada - DC00082829-25 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3,145.42 (üç min yüz qırx beş manat qırx iki qəpik) manat əsas borc, 224.29 (iki yüz iyirmi dörd manat iyirmi doqquz qəpik) manat faiz borcu, 34.07 (otuz dörd manat yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,403.78 (üç min dörd yüz üç manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun - DC00082829-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8,218.60 (səkkiz min iki yüz on səkkiz manat altmış qəpik) manat əsas borc,131.64 (bir yüz otuz bir manat altmış dörd qəpik) manat faiz borcu, 29.44 (iyirmi doqquz manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 8,379.68 (səkkiz min üç yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 125.35 (bir yüz iyirmi beş manat otuz beş qəpik) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC(bundan sonra “Borcalan”) arasında xx.xx.2023-cü il tarixdə onGTC- 00082829LE/2019saylı Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2022-ci il tarixli 1.0.5 versiyası imzalanmışdır. Borc alan həmin Razılaşmanı imzalayaraqwww.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Eyni zamanda X7 çərçivəsində tərəflər arasında: - xx.xx.2023-cü il tarixli DC00082829-24saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, kreditin müddəti ərzində illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 17228 (on yeddi min iki yüz iyirmi səkkiz) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. - xx.xx.2023-cü il tarixli DC00082829-25saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, kreditin müddəti ərzində illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32 % olmaqla, 6286 (altı min iki yüz səksən altı) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borclunun Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasındaDC00082829- 24 saylı Maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixliDG**********792 saylı, DC00082829-25 saylı Maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixli DG**********049 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin Borcalan qeyd edilən öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DC00082829-25 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3,145.42 (üç min yüz qırx beş manat qırx iki qəpik) manat əsas borc, 224.29 (iki yüz iyirmi dörd manat iyirmi doqquz qəpik) manat faiz borcu, 34.07 (otuz dörd manat yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,403.78 (üç min dörd yüz üç Manat yetmiş səkkiz qəpik) manat təşkil edir, gecikmə günlərinin sayı: 122 gün. - DC00082829-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8,218.60 (səkkiz min iki yüz on səkkiz manat altmış qəpik) manat əsas borc,131.64 (bir yüz otuz bir manat altmış dörd qəpik) manat faiz borcu, 29.44 (iyirmi doqquz manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 8,379.68 (səkkiz min üç yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat təşkil edir, gecikmə günlərinin sayı: 129 gün X5 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bundan başqa ÜŞT-nin Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Eyni zamanda X5 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün125.35 (bir yüz iyirmi beş manat otuz beş qəpik) manat dövlət rüsumu ödəmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00082829-25 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1 477.58 manat əsas borc, 102.57 manat faiz borcu, 97.81 manat cərimə borcu olmaqla, cəmi 1,677.96 manat;DC00082829-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4 083.74 manat əsas borc, 293.12 manat faiz borcu, 294.34 manat cərimə borcu olmaqla, cəmi 4,671.20 manat məbləğində borcun,iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 125.35 manat dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi verildikdən sonra cavabdeh tərəfindən müəyyən ödənişlər olduğunu, bu səb\bd\n tələbi həcminin azaltdıqlarını qeyd edərək, iddia tələbinin dəqiqləşməsinə dair ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixdə onGTC- 00082829LE/2019saylı Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-08226LE/2019saylı Razılaşma imzalanmışdır. Razılaşma müştərinin qanuni təmsiçisi Cavabdeh2 elektron imzası ilə təsdiq edilmişdir.

10. Cavabdeh1 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) xx.xx.2023-cü il tarixli DC00082829-24saylı maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) müştəri Cavabdeh1 MMC-yə xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, kreditin müddəti ərzində illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 17228 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Ərizə müştərinin qanuni təmsiçisi Cavabdeh2 elektron imzası ilə təsdiq edilmişdir.

11. Cavabdeh1 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) xx.xx.2023-cü il tarixli DC00082829-25saylı maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) müştəri Cavabdeh1 MMC-yə xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, kreditin müddəti ərzində illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 17228 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Ərizə müştərinin qanuni təmsiçisi Cavabdeh2 elektron imzası ilə təsdiq edilmişdir

12. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında müvafiq olaraq xx.xx.2023-cü il tarixli DG**********049 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DG**********792 saylı, DC00082829-25 saylı kredit müqaviləsi. - 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 17228 manat məbləğində və 24 ay müddətə kredit xətti təşkil edir. - 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. - 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.

13. İddiaçı ASC (“girov saxlayan”) ilə Cavabdeh1 MMC (“girov qoyan”) arasında xx.xx.2023-cü il tarixli DP00082829-25 saylı girov müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən girovun predmeti pul vəsaitinin girovu. - 2.2-ci bəndinə əsasən girov predmeti “girov qoyan” ilə İddiaçı ASC-də yerləşən bank hesabındaki pul vəsaiti. - 2.4-cü bəndinə əsasən yüklü edilən məbləğ 6286 manat - 2.6-cı bəndinə əsasən öhdəlik yaradan müqavilənin şərtləri illik 17% faiz olmaqla,24 ay müddətində götürülmüş 6286 manat. Girov müqaviləsi bank tərəfindən və borc alan tərərfindən imzalanmışdır.

14. 04.09.2025-ci il tarixli sonuncu maliyyə arayışına əsasən -DC00082829-25 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən İ 477.58 manat əsas borc, 102.57 manat faiz borcu, 97.81 manat cərimə borcu olmaqla, cəmi 1,677.96 manat təşkil edir.Gecikmə günü: 169 -DC00082829-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4 083.74 manat əsas borc, 293.12 manat faiz borcu, 294.34 manat cərimə borcu olmaqla, cəmi 4,671.20 manat təşkil təşkil edir.

15. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 pretenziya məktubu ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2025-ci il tarixli, 3-16-16/2-9/1978/2025 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2025-ci il tarixə DC00082829-24 maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcu 8128.11 manat, faiz borcu 69.09 manat, DC00082829-25 maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcu 3158.66 manat, faiz borcu 186.45 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

V. Tətbiq edilən hüquq:

17. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlər dir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

18. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 19.“Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

VI. Məhkəmənin mövqeyi:

20. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə onGTC-00082829LE/2019 saylı Razılaşmadan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC cavabdeh Home Office” MMC-yə müqavilədə müəyyən edilmiş şərtlərlə cəmi 17228 manat və 6286 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehlər in iddiaçıya əsas və faiz borcu yaranmışdır.

22. Cavabdeh1 MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcunun xx.xx.2025-ci il tarixə DC00082829-24 maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcu 8128.11 manat, faiz borcu 69.09 manat, DC00082829-25 maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcu 3158.66 manat, faiz borcu 186.45 manat məbləğində olması müəyyən edilmişdir.

23. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

24. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin ödəişləri nəzərə alınaraq iddia tələbinin həcminin azlaldığını,hal –hazırda tələbinin ekspertiza rəyin ilə ilə müəyyən olunan məbləğlərdən daha az olduğunu nəzərə alaraq, məhkəmə iddia tələbindən kənara çıxmayaraq, əsas borc hissəsində kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun olaraq xx.xx.2023-cü il tarixli maliyyələşmə ərizəsinə əsasən, 1477.58 manat əsas borc, 102.57 manat faiz borcu; xx.xx.2023-cü il tarixli maliyyələşdirmə ərizəsinə əsasən, 4083.74 manat əsas borc, 293.12 manat faiz borcu məbləğində təmin edilməlidir.

25. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh1 MMC-yə hesablanmış müvafiq olaraq 97.81 manat və 294.34 manat cərimə borcu manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehlər lərdən tutulması tələbini də irəli sürmüşdür.

26. Məhkəmə hesab edir ki, cavabdehlər ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

27. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

28. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlər lərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2023-cü il tarixli maliyyələşmə ərizəsinə əsasən 70 manat cərimə borcu; xx.xx.2023-cü il tarixli maliyyələşdirmə ərizəsinə əsasən 200 manat cərimə manat məbləğində müəyyən edilməlidir.

29. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixliDG**********792 saylı, DC00082829-25 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2023-cü il tarixli DG**********049 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixliDG**********792 saylı, DC00082829-25 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur.

30. Belə olan halda məhkəmə xx.xx.2023-cü il tarixli DG**********049 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixliDG**********792 saylı, DC00082829-25 saylı müqavilədən (maliyyələşdirmə üçün ərizə) irəli gələn öhdəliklərinə zamin durduğunu, Cavabdeh1 MMC-nin isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixliDG**********792 saylı, DC00082829-25 saylı maliyyələşdirmə üçün ərizə (müqavilə) üzrə əsas, faiz borcları və dəbbə pulu cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutulmalıdır.

31. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 125.35 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

32. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 81 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 40 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 xx.xx.2023-cü il tarixli maliyyələşmə ərizəsinə əsasən, 1477.58 (min dörd yüz yetmiş yeddi manat əlli səkkiz qəpik) manat əsas borc, 102.57 (yüz iki manat əlli yeddi qəpik) manat faiz borcu, 70 (yetmiş) manat cərimə borcu; xx.xx.2023-cü il tarixli maliyyələşdirmə ərizəsinə əsasən, 4083.74 (dörd min səksən üç manat yetmiş dörd qəpik) manat əsas borc, 69.09 (altmış doqquz manat doqquz qəpik) faiz borcu, 200 (iki yüz) manat cərimə borcu və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 81 (səksən bir) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin 10 (on) manat hissəsi iddiaçıdan, 20 (iyirmi) manat hissəsi Cavabdeh1 MMC-dən, digər 20 (iyirmi) manat hissəsi isə Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar