Məhkəmə qərarları › İş №e-2-2(113)-201/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-201/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-201/2021 09.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə iclası xx xxxxx 2021-ci il tarixə, saat 15:35-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilmədiyi üçün başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar