Məhkəmə qərarları › İş №e-2-2(113)-2011/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2011/2022

06.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2011/2022 06.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “stansiya xidmətlərinə görə hesablanmış yığımın tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 103076,03 (yüz üç min yetmiş altı manat üç qəpik) manat və 400 (dörd yüz) manat ödənilmiş dövlət rüsumu, cəmi 103476,03 (yüz üç min dörd yüz yetmiş altı manat üç qəpik) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Xırdalan və Kürdəmir stansiyalarında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə Cavabdeh MMC-yə 103076,03 (yüz üç min yetmiş altı manat üç qəpik) manat yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də "xxxx" QSC pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixlərinə stansiya xidmətləri ilə bağlı və həmin xidmətlərə görə yığım hesablanmışdır. Belə ki, guya ADY-nin Xırdalan və Kürdəmir stansiyalarında göstərilmiş xidmətlərə (vaqonların dalan yoluna verilib götürülməsi, dalan yolundan istifadə, ADY-yə məxsus vaqonun (konteynerlərin) istifadəsi və s.) görə Cavabdeh MMC-yə 103076,03 (yüz üç min yetmiş altı manat üç qəpik) manat yığım hesablanmışdır. Qeyd olunanlar əsassızdır və həmin iddia rədd edilməlidir. Cavabdeh MMC-nin 5 hektara yaxın ərazisi vardır və dalan yolu MMC-yə məxsusdur. Bununla belə 200 ədəd bizə məxsus vaqonlar vardır. Bu da o deməkdir ki, ADY-nin nə dalan yolundan istifadə etmir, nə də vaqonlarından və buna görə də hansısa bir rüsum ödəmək məcburiyyətində deyilik. Cavabdeh MMC ADY-ə yükdaşımalara və stansiya xidmətlərinə görə hər il milyonlarla pul ödəyir. Bu qədər pulu ödəyən şirkət iddia ərizəsində göstərilən pulu niyə ödəməsin. Bu da o deməkdir ki, yazılanlar əsassızdır və absurddur. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə yazılı izahat ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixlərinə stansiya xidmətləri ilə bağlı və həmin xidmətlərə görə yığım hesablanmışdır. Belə ki, guya ADY-nin Xırdalan və Kürdəmir stansiyalarında göstərilmiş xidmətlərə (vaqonların dalan yoluna verilib götürülməsi, dalan yolundan istifadə, ADY-ə məxsus vaqonun (konteynerlərin) istifadəsi və s.) görə Cavabdeh MMC-yə 103076,03 (yüz üç min yetmiş altı manat üç qəpik) manat yığım hesablanmışdır. Qeyd olunan tarixlərlə bağlı elektron kabinetə yüklədikləri sənədlərdən görünür ki, Cavabdeh MMC-nin "xxxx" QSC-nə heç bir borcu yoxdur. Daha sonra "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilən elektron qaimələrə cavab olaraq bildirir ki, həmin elektron qaimələrin çox hissəsi 2019-cu ili əhatə edir və çox az bir hissəsi iddia tələbində olan dövrü əhatə edir ki, onu da zamanında ödəmiş və sübutları təqdim etmişlər. İddia ərizəsində göstərilən tarixlərlə maliyyə arayışında göstərilən tarixlər fərqli olsa da, hər iki tarix üzrə ödənişlər olunub və təqdim edilmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı qaldırdığı iddianın rədd edilməsini xahiş edirlər. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - xx.xx.2021-xx.xx.2022-ci illər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışa əsasən göstərilən dövlər ərzində Cavabdeh yaranmış borc məbləği 103076,03 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, 38 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 12080,87 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli, 1085 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 26970,05 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli, 1016 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 12928,87 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli, 950 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 9505,19 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli, 34 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 3875,16 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli, 872 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 19688,61 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli, 37 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 2834,36 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli, 773 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 29927,67 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli, 665 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 6517,24 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli, 14 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 8110,68 manat müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli, 564 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 9342,36 manat müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli, 537 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 13786,99 manat müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli, 520 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 43929,12 manat müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli, 510 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 25533,59 manat müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli, 501 nömrəli hesabdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş ximətlərin dəyəri ƏDV daxil 5882,04 manat müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 461224 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin oktyabr ayı üçün ümumi məbləği 9505,20 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 596050 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin noyabr ayı üçün ümumi məbləği 13606,67 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 304138 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dekabr ayı üçün ümumi məbləği 26970,04 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 892046 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin iyul ayı üçün ümumi məbləği 6517,23 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 003354 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin avqust ayı üçün ümumi məbləği 33802,83 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 800793 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin sentyabr ayı üçün ümumi məbləği 22523,60 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 830904 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin noyabr ayı üçün ümumi məbləği 18865,89 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAC seriyalı, 525135 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin oktyabr ayı üçün ümumi məbləği 42624,46 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAB seriyalı, ******* nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin sentyabr ayı üçün ümumi məbləği 20224,95 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 069578 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin avqust ayı üçün ümumi məbləği 11727,12 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli, EAAY seriyalı, 507551 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin iyul ayı üçün ümumi məbləği 6267 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 254826 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin aprel ayı üçün ümumi məbləği 1421,22 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 161253 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin mart ayı üçün ümumi məbləği 9583,60 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli, EAAR seriyalı, 675610 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin fevral ayı üçün ümumi məbləği 15249,98 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli, EAAP seriyalı, 275054 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dekabr ayı üçün ümumi məbləği 7393,13 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 566926 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin oktyabr ayı üçün ümumi məbləği 43929,12 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 413722 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin may ayı üçün ümumi məbləği 20558,01 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 374513 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin yanvar ayı üçün ümumi məbləği 4205,70 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 183196 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dekabr ayı üçün ümumi məbləği 2265,02 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 10238,02 manat məbləğində (ödənişin təyinatı – hesab 38) ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 1842,85 (ödənişin təyinatı – hesab 38) manat məbləğində ƏDV ödənişi edilmişdir. - xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 22855,97 manat məbləğində (ödənişin təyinatı – hesab 1085) ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 4114,08 (ödənişin təyinatı – hesab 1085) manat məbləğində ƏDV ödənişi edilmişdir. - xx.xx.2020-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 10956,67 manat məbləğində (ödənişin təyinatı – hesab 1016) ödəniş edilmişdir. - xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 1972,20 (ödənişin təyinatı – hesab 1016) manat məbləğində ƏDV ödənişi edilmişdir. - xx.xx.2020-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 8055,24 manat məbləğində (ödənişin təyinatı – hesab 950) ödəniş edilmişdir. - xx.xx.2020-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 1449,95 manat məbləğində (ödənişin təyinatı – hesab 950) ƏDV ödənişi edilmişdir. - xx.xx.2020-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 3875,16 manat məbləğində (ödənişin təyinatı – hesab 34) ödəniş edilmişdir. - xx.xx.2020-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 16685,26 manat məbləğində (ödənişin təyinatı – hesab 872) ödəniş edilmişdir. - xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 3003,35 manat məbləğində (ödənişin təyinatı – hesab 872) ƏDV ödənişi edilmişdir. - xx.xx.2020-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 2402 manat məbləğində (ödənişin təyinatı – hesab 37) ödəniş edilmişdir. - xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 432,36 (ödənişin təyinatı – hesab 37) manat məbləğində ƏDV ödənişi edilmişdir. - xx.xx.2020-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 25362,43 manat məbləğində (ödənişin təyinatı – hesab 773) ödəniş edilmişdir. - xx.xx.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 4565,24 (ödənişin təyinatı – hesab 773) manat məbləğində ƏDV ödənişi edilmişdir. - xx.xx.2020-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 5523,08 manat məbləğində (ödənişin təyinatı – hesab 665) ödəniş edilmişdir. - xx.xx.2020-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 994,16 manat məbləğində (ödənişin təyinatı – hesab 665) ƏDV ödənişi edilmişdir. - xx.xx.2022-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 6873,46 manat məbləğində (ödənişin təyinatı – hesab 14) ödəniş edilmişdir. - xx.xx.2022-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 1237,22 manat məbləğində (ödənişin təyinatı – hesab 14) ƏDV ödənişi edilmişdir. - xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 7917,25 manat məbləğində (ödənişin təyinatı – hesab 564) ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 1425,11 manat məbləğində (ödənişin təyinatı – hesab 564) ƏDV ödənişi edilmişdir. - xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 8933,89 manat məbləğində (ödənişin təyinatı – hesab 537) ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 1608,10 manat məbləğində (ödənişin təyinatı – hesab 537) ƏDV ödənişi edilmişdir. - xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 31612,5 manat məbləğində (ödənişin təyinatı – hesab 520) ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 8365,57 manat məbləğində (ödənişin təyinatı – hesab 520) ƏDV ödənişi edilmişdir. - xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 5690,25 manat məbləğində (ödənişin təyinatı – ƏDV) ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 21638,63 manat məbləğində (ödənişin təyinatı – hesab 510) ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 3894,96 (ödənişin təyinatı – hesab 510) manat məbləğində ƏDV ödənişi edilmişdir. - xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 4984,78 manat məbləğində (ödənişin təyinatı – hesab 501) ödəniş edilmişdir. - xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 897,26 (ödənişin təyinatı – hesab 501) manat məbləğində ƏDV ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, tərəflər arasında stansiya xidmətlərinin göstərilməsi ilə bağlı yazılı formada müqavilə bağlanmasa da, bu xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında şifahi razılaşma olmuş, iddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri göstərilmişdir. Belə xidmətlərin göstərilməsini cavabdeh mübahisələndirməmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərin növləri və dəyəri ilə bağlı (ƏDV daxil) cavabdehə hesablar təqdim edilmiş, elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən onların əsasında iddiaçının hesabına bank köçürmə yolu ilə ödənişlər edilmişdir. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Cavabdeh MMCyə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 103076,03 manat vəsaitin cavabdehdən tutulmasını xahiş edir. İddiaçı həmin tələblə bağlı məhkəməyə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayış təqdim etmişdir. İddia tələbində xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasında yaranmış borc məbləği tələb edilsə də, həmin arayışda göstərilən borcun xx.xx.2021-xx.xx.2022-ci illəri əhatə etdiyi qeyd edilmişdir. Bu uyğunsuzluq iddiaçının nümayəndəsinin diqqətinə çatdırılsa da, nümayəndə maliyyə arayışında bir səhv olmadığını, lakin xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasında yaranmış borc məbləğinin tutulmasını xahiş etdiklərini bildirmişdir. Cavabdeh qeyd olunan dövr, eləcə də digər dövrlər üzrə göstərilən xidmətlərə görə iddiaçıya borcunun olmadığını bildirmişdir. Təqdim olunmuş sübutlarla təsdiq olunur ki, xx.xx.2021-xx.xx.2022-ci illəri əhatə edən dövr üzrə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı təqdim olunan hesablar üzrə bütün ödənişlər edilmiş, cavabdehin həmin dövr üzrə iddiaçıya heç bir borcu yoxdur. İddiaçının səlahiyyətli nümayəndəsi həmin ödənişlərin edilməsini təsdiq etmiş, lakin iddia tələbində göstərilən dövr ərzində Cavabdeh MMC tərəfindən edilmiş ödənişlərin cavabdehin əvvəlki dövrlər üzrə yaranmış borclarına silindiyini bildirmiş, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdehə təqdim edilmiş hesablarda borcun əvvəlki dövrlər üzrə yaranması qeyd edilməmiş və cavabdeh tərəfindən də edilmiş ödənişlərdə ödənişin təyinatı kimi həmin hesablara istinad edilmişdir. Beləliklə, iddia tələbində göstərilən dövr üçün cavabdehin iddiaçıya borcunun olması müəyyən edilmir. Eyni zamanda iddiaçının diqqətinə çatdırılır ki, iddiaçı digər dövrlər üzrə cavabdeh tərəfindən öhdəliklərinin icra edlilb-edilməməsini mübahisələndirmək hüququnu özündə saxlayır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh MMCnin iddia tələbində göstərilən xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasında göstərılmiş xidmətlərə görə iddiaçıya borcunun olması öz təsdiqini tapmadığından iddia rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar