Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2013/2023 14.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişinin verilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən sığorta edilmiş **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən İddiaçı mülkiyyətində olan **-JG-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulmuş 2.275 manat dəyərində maddi zərərin Cavabdeh ASC-dən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı balansında olan avtobuslardan **- JG-*** dövlət qeydiyyat nişanlı avtobusa Cavabdeh ASC tərəfindən sığorta edilmiş **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən ziyan vurulmuşdur. Həmin dəymiş zərərin sübuta yetirilməsi bağlı fotoşəkillər və sürücülər tərəfindən polis idarəsində verilmiş izahatlar məhkəməyə təqdim edilmişdir. Həmin izahatlarda qeyd edilmişdir ki, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən öz səhlənkarlığı nəticəsində avtobusa zərər vurulmuşdur. Həmin zaman o soldan saga manevr hərəkət qaydalarını pozduğunu bildirmişdir. Daha sonra İddiaçı tərəfindən sığorta edilmiş avtomobil tərəfindən iddiaçıya məxsus avtobusa dəymiş zərərin ödənilməsinin təmin edilməsi ilə əlaqədar "xxxx" ASC-yə müraciət edilmişdir. ASC tərəfindən dəymiş zərər 1.050 manat dəyərində müəyyən edilmidir. Lakin iddiaçı tərəfindən həmin vəsaitin yetərli olmaması, dəymiş zərərin daha çox olması qarşı "xxxx" ASC-yə bildirilsə də müraciətlərinə məhəl qoyulmamışdır. İddiaçı tərəfindən avtobusa dəymiş zərərin dəyəri müəyyən edilmiş və vurulmuş ziyanın məbləğinin toplamda 2.275 manat olduğu müəyyən edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X5 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 904.1-ci maddəsinə əsasən Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. 904.2-ci maddəsinə əsasən Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 922-ci maddəsinə əsasən Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 926.1-ci maddəsinə əsasən Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 933.1-ci maddəsinə əsasən Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 1108.1-ci maddəsinə əassən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
9. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 13.1-ci maddəsinə əsasən İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2-ci maddəsinə əsasən Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 24.1.5-ci maddəsinə əsasən Zərərçəkənin bu Qanunla müəyyən edilmiş hallarda və qaydada sığorta ödənişi almaq hüququ vardır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
11. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş nol-nəqliyyat hadisəsi nəticəsində İddiaçınə məxsus olan **-JG-*** dövlət qeydiyyat nişanlı avtobusa "xxxx" ASC tərəfindən sığorta edilmiş **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən ziyan vurulmuşdur.
12. İş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2022-ci il tarixdə Bakıxanov qəsəbəsində toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Zərər dəyməsi aşkar görünən hissələr qismində “qabaq sol hissə zədəli” qeyd olunmuşdur.
13. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, **-UO-*** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı avtomobilin sürücüsü X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir.
14. Məhkəmə xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəmənin sualına cavab olaraq 1.050 manat məbləğində ödənişin iddiaçıya ödənilməsinin iddia ərizəsində texniki səhv olaraq qeyd olunduğunu, ekspertiza rəyinə etiraz etmədiyini bildirmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə iddianı qismən qəbul etdiklərini, iddiaçıya 1.050 manat məbləğində pul vəsaitinin ödənilməsinə razı olduqlarını bildirmişdir.
16. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam **-JG-*** dövlət qeydiyyat nişanlı avtobusa yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etməkdir.
17. xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “İsuzu Citibus” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
18. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən 2018-ci il buraxılışlı “İsuzu Citibus” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.050 manat müəyyən edilmişdir.
19. Göründüyü kimi, iddiaçı tərəf də, xx.xx.2023-cü il tarixli hazırlıq iclasında ekspertin vermiş olduğu rəylə razı olmuşdur.
20. Həmçinin o da, qeyd edilməlidir ki, işdə olan "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, qeyd edilən sığorta hadisəsi ilə bağlı İddiaçı MMC-yə 1.050 manat məbləğində sığorta ödənişi təklif edilmişdir.
21. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia 1.050 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1050 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir.
9. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 1.050 (bir min əlli) manat məbləğində pul “Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi xərcinin əvəzi olaraq 50 manat mələğində pul İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov