Məhkəmə qərarları › İş №e-2-2(113)-202/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-202/2020

14.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-202/2020 14.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 X3rşı “əsassız hesablanmış borcun silinməsi”tələbinə dair iddia ərizəsi üzrə işə Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir)müraciət edərək 2196 manat debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə 95/B ünvanında yerləşən mağazada uzun illərdir ki, sahibkarlıq fəaliyyəti göstərir, məişət texnikasının pərakəndə satışı ilə məşğul olur. Həmin obyekt xx xxxxxxx 2012-ci il tarixdən su ilə təchiz edilmiş və qeyd edilən obyektdə xx xxxxxxx 2012-ci il tarixdə Smartkart tipli ALFA/SU markalı su sayğacı quraşdırılmışdır. O, obyektdə sudan istifadə etmiş və bu vaxta qədər istifadə etdiyi suyun pulunu vaxtlı-vaxtında ödəmişdir. O, həmin sayğacla istifadə etdiyi suyun məbləğini smart kartla ödəyir, yəni əvvəlcədən smart karta müəyyən məbləğdə pul yükləyərək, həmin məbləğdə pulun müqabilində su işlətmişdir. Lakin son zamanlar həmin sayğacın elektron hissəsi xarab olmuş, sayğaca kartla pul yükləmək mümkü olmamışdır. Bundan sonra o, yenə də sudan istifadə etmiş, sayğacın mexaniki göstəricisində göstərilən məbləği mütəmadi ödəmişdir. Bir müddət isə o, həmin mağazada fəaliyyəti dayandırmış, sudan ümumiyyətlə istifadə etməmişdir. xx xxxx 2019-cu ildə Cavabdeh1 ASC-nin əməkdaşları obyektə gələrək həmin su sayğacını çıxarıb, başqası ilə əvəzləşdirilmiş və həmin sayğacı laboratoriyaya gətirilməsini ona tövsiyyə etmişlər. Bundan sonra o köhnə sayğacı laboratoriyaya aparmış və Cavabdeh1 ASC-nin əməkdaşlarına təhvil vermişdir. Bu yaxınlara qədər isə ona su verilməsi mütəmadi olaraq təmin edilmiş, yəni o, təzə sayğacla sudan istifadə etmişdir. Lakin 2019-cu ilin oktyabr ayının axırlarında o, sayğaca pul yükləmək istədikdə isə smart kartın bloklanmasını görüb, bu barədə cavabdehin əməkdaşlarına müraciət etmiş, oradan onun “xxxxxx” ASC-yə 2196 manat məbləğində pul borcu olması bildirilərək, həmin məbləği ödəmədiyinə görə suyun verilməsinin dayandırılmasını bildirmişlər. O, 2196 manat məbləğində pul borcunun hansı əsasla ona hesablanmasını soruşduqda isə ona Suölçən cihazların Kalibrləmə Laboratoriyasının 20379/0042932 saylı xx xxxxx 2019-cu il tarixli rəyi təqdim edilmiş və həmin rəydə ona məxsus su sayğacının hesablama mexanizmində müdaxilənin aşkar olunmasının qeyd olunmasını görmüşdür. Bundan sonra o, cavabdehə müraciət edərək, ona mxəsus borcun əsassız hesablanmasının, onun həmin sayğaca heç bir zaman müdaxilə etmədiyini bildirmiş, ona hesbalanmış borcun silinməsi və ona məxsus obyektin su təchizatının bərpa edilməsini xahiş etmişdir. Buna baxmayaraq cavabdeh mənə hesablanmış borcun silinməsini və obyektə verilən suyun bərpa edilməsini təmin etməmişdir. Mənim obyektimdə böyük həcmdə suya ehtiyac olmamış, heç vaxt böyük həcmdə su istifadə etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildidi ki, həmin məbləğ abonentdə cərimə olaraq hesablanmışdır. Ona görə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh1 ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin xx xxxx 2019-cu il tarixli inventarizasiya aktının surətindən görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhluzadə 95/B ünvanında yerləşən marketin su təchizatı və su sayğacı qovşağının vəziyyəti yoxlanılaraq qeyd edilir ki, obyektə məxsus ALFASU 15 su sayğacının elektron hissəsi işləmədiyindən onlar tərəfindən çıxarılarkən zavod plombu çürük olduğundan qırılıd. Syağacı laboratoriyaya gətirməsi tövsiyyə olundur. Əvəzinə yeni Abşeron ŞSS-20 km smartkart tipli su sayğacı quraşdırıldı. Yoxlanılıb, plomblanıb və yeni karyla abonentə təhvil verildi. - Cavabdeh1 ASC-nin Suraxanı rayon Sukanalı İdarəsi tərəfindən verilmiş hesab fakturanın surətindən görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixə qalıq borcu 2182,5 manat təşkil edir. - Cavabdeh1 ASC tərəfindən məhkəməyə təqdim edilmiş “Abonent haqqında məlumat” dan görünür ki, iddiaçının may 2019-cu il üzrə 2196 manat qalıq borcu vardır. - xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/283 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, ekspertizaya təqdim edilmiş Alfasu AT-15 markalı, smart DN-15 tipli, 50120379 zavod nömrəli suölçən cihazın (su sayğacın) qapağı açılmış, bir bolt birləşəm yeri qırılmış, bəzi naqilləri ayrılmış vəziyyətdədir. Sayğacın çöl və içəri hissələrində möhürlərə (plomblara) oxşar izlər aşkar edilmədi. Yalnız sayğacın içərisində qırılma yeri, çöl tərəfdə isə plastik gövdənin mexaniki hesablama hissəsinin üzərində şəffaf rəngli yapışqanın qalıqlarına oxşar izlərin olduğu müəyyən edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən icraçı istehlakçıya keyfiyyətli normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin xidmət haqqında icraçının təqdim etdiyi məlumata uyğun olan xidmət göstərməlidir. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 7.3-cü bəndinə əsasən smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh1 X6 tərəfindən həyata keçirilənsu təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərindən də göründüyü kimi su təchizatı qeyri-əhali üçün 1 kub metr üçün 1 manat, həmçinin tullantı suların axıdılması qeyri-əhali üçün 1 kub metr üçün 1 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi xx xxxx 2019-cu il tarixli inventarizasiya aktı tərtib etmişdir və akta əsasən, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhluzadə 95/B ünvanında yerləşən marketin su təchizatı və su sayğacı qovşağının vəziyyəti yoxlanılaraq qeyd edilmişdir ki, obyektə məxsus ALFASU 15 su sayğacının elektron hissəsi işləmədiyindən onlar tərəfindən çıxarılarkən zavod plombu çürük olduğundan qırılmışdır. Syağacı laboratoriyaya gətirməsi tövsiyyə olundur. Əvəzinə yeni Abşeron ŞSS-20 km smartkart tipli su sayğacı quraşdırıldı. Yoxlanılıb, plomblanıb və yeni karyla abonentə təhvil verilmişdir. Cavabdeh1 ASC-nin Suraxanı rayon Sukanalı İdarəsi tərəfindən verilmiş hesab fakturaya əsasən isə iddiaçının xx.xx.2019-cu il tarixə qalıq borcu 2182,5 manat olaraq göstərilmişdir. Bundan başqa məhkəmə iclasında cavabdehin nümayəndəsi əlavə sərfiyyatın hansı səbəbdən hesablandığını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh yalnız göstərilən borcun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi “Abonent haqqında məlumat”a əsaslanır. Məhkəmə bununla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, “Abonent haqqında məlumat” cavabdehin müvafiq məlumat-baza sistemindən çıxarış olmaqla cavabdehin daxil etdiyi informasiya əsasında formalaşmış və onun tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu mənada cavabdehin birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin iddiaçı üçün hər hansı öhdəlik yaratması mümkün deyildir. Həmçinin həmin abonent haqqında məlumatda aprel 2019-cu il tarix üçün hesablanmış cəmi məbləğ 100 manat hesablanmış və ödəniş edilmişdir, 2019-cu ilin may ayına keçən zaman aprel 2019-cu il üçün borc sıfırlanmışdır. İyun ayı üçün isə 50 manat borc hesablanmış və ödənmişdir. May 2019-cu ilə isə 2246 manat borc yazılmışdır hansı ki, həmin məbləğdən iddiaçı tərəfindən 50 manat ödəniş edilmişdir. İddiaçının orta aylıq sərfiyyatının 50-100 manat arası dəyişdiyi 3 müqayisəli ayda görsənir. May ayında hesablanan əlavə 2196 manatın isə hər hansı əsası olduğu görsənmir. Cavabdehin nümayəndəsi isə həmin məbləğin cərimə olaraq hesablandığını bildirir. Məhkəmə qeyd edir ki, əgər qeyd edilən borc məbləği xx.xx.2019-cu il tarixli aktın nəticəsi olaraq yazılmışsa belə, bu zaman həmçinin yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmadığını da nəzərə alır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Məhkəmə qeyd edir ki aktın tərtib olunmasına səbəb olan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmamış və yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəiləsinin 77 1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarmın əsası kimi istinad etdiyi halları sübut etməlidir.Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etməkyükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Avropa Məhkəməsinin «.Qavazov Bolqarıstana qarşı» xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ biiər Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 ASC tərəfindən İddiaçı adına olan abunə hesabına əsassız hesablanmış 2196 (iki min yüz doxsan altı) manat məbləğində borc abunə hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 ASC tərəfindən İddiaçı adına olan abunə hesabına əsassız hesablanmış 2196 (iki min yüz doxsan altı) manat məbləğində borc abunə hesabından silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar