Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-202/2022 13.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh "xxxx" QSC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* ABŞ dolları əsas, 695127 ABŞ dolları faiz, 135534 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 61751 ABŞ dolları faiz borcu cəmi ******* ABŞ dolları və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh QSC-dən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh QSC arasında bağlanmış 100.LN.2005.221217.00001 №-li, 22 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə və ona edilmiş 04 may 2018-ci il tarixli Əlavə Razılığa əsasən cavabdehə 20 ay müddətinə illik 06 faiz dərəcəsi ilə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 7.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə Cavabdeh QSC-yə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********009 saylı, 20.04.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh QSC tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh QSC-nin 19.04.2021-ci il tarixə kredit üzrə cəmi borcu ******* ABŞ dolları təşkil edir. Bundan ******* ABŞ dolları əsas, 695127 ABŞ dolları faiz, 135534 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 61751 ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia qaldırılaraq ******* ABŞ dolları əsas, 695127 faiz, 135534 ABŞ dolları cərimə olmaqla ümumilikdə ******* ABŞ dolları borcunun tutulub LPO "xxxx" ASC-yə ödənilməsi tələb edilmişdir. Maliyyə sənədlərinə əsasən göstərilən məbləğdə borcun olması təsdiqini tapsa da, bununla əlaqədar qaldırılan iddiaya qarşı etirazını bildirərək. "xxxx" QSC-nin səsvermə hüququ verən səhmlərinin 40%-i LPO “AGBank" ASC-yə, 30%-i "X6 LLC" şirkətinə 30%isə "X1 Ltd‘‘ şirkətinə məxsusdur, yəni digər təsərrüfat cəmiyyətlərinə aiddir. Ona görə də "xxxx" QSC asılı təsərrüfat cəmiyyətidir. Belə ki. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 68- ci maddəsinə əsasən təsərrüfat cəmiyyəti o halda asılı cəmiyyət sayılır ki. məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iyirmi faizindən çoxu və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən çoxu digər (üstün, iştirakçı) ortuqlığa və ya cəmiyyətə mənsub olur. Məhz bu səbəbdən "xxxx" QSCnin təsisçiləri olan LPO "xxxx" ASC və digər təsərrüfat cəmiyyətləri "xxxx" QSC-də üstün iştirakçı kimi həmin cəmiyyətlə bağlı qərarlar qəbul etmək və icrasını tələb etmək hüququna malik olmuşlar. Elə bu hüquqlarından istifadə edən təsisçilər, əsasən LPO "xxxx" ASC onları təmsil edən nümayəndələri vasitəsilə "xxxx" QSC-nin fəaliyyəti ilə bağlı müstəqil qərarlar, o cümlədən "xxxx" QSC-yə kreditlərin ayrılması və onların təyinatının müəyyən edilməsi ilə bağlı qərarlar qəbul etmişlər. Belə ki, 04 dekabr 2017-ci il tarixli 07/17 saylı protokolun qərarına əsasən LPO "xxxx" ASC tərəfindən "xxxx" QSC arasında 22 dekabr 2017 ci il tarixli 100.LN.2005.221217.00001 saylı kredit müqaviləsi rəsmiləşdirilmiş və həmin məbləğ qeyd olunan protokola əsasən təyinatı üzrə yönəldilmişdir. Göründüyü kimi, hazırki borcun yaranmasına səbəb olan kreditdən bir manat da olsun lizinq müqavilələrinin maliyyələşdirilməsinə sərf edilməmişdir. Bu kredit, digər kreditin “UniBank Kommersiya Bankı" ASC ilə "AGLizinq“ QSC arasında imzalanmış 20 fevral 2017-ci il tarixli 02B 17 saylı kredit müqaviləsi üzrə borcun bağlanması üçün ayrılmış və yeni kredit müqaviləsi bağlanmış, faktiki "AGLizinq' QSC həmin müqavilə ilə əlavə vəsait almamışdır. Cavabdeh QSC-nin təsisçiləri, o cümlədən iddiaçı LPO "xxxx" ASC artıq ödəmə qabiliyyəti olmayan "xxxx" QSC-yə dair həmin qərarları qəbul etməklə, onu daha ağır vəziyyətə gətirib çıxarmışlar. MM-nin 67.4 və 67.5-ci maddələrində törəmə təsərrüfat cəmiyyəti ilə bağlı normalardan görünür ki, törəmə cəmiyyətin iştirakçıları (səhmdarları) əsas ortaqlıqdan və ya cəmiyyətdən onun təqsiri üzündən törəmə cəmiyyətə dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilərlər. Zərər yalnız əsas ortaqlığın və ya cəmiyyətin törəmə cəmiyyət üçün məcburi göstərişinin törəmə cəmiyyət tərəfindən icrası nəticəsində baş verdikdə əsas ortaqlığın və ya cəmiyyətin təqsiri üzündən vurulmuş sayılır. Törəmə cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin təqsiri üzündən müflis olduqda əsas ortaqlıq və ya cəmiyyət onun borcları üzrə subsidiar məsuliyyət daşıyır. Törəmə cəmiyyət yalnız əsas ortaqlığın və ya cəmiyyətin onun üçün məcburi göstərişini icra etməsi nəticəsində müflis olduqda əsas ortaqlığın və ya cəmiyyətin təqsiri üzündən müflis olmuş sayılır. Yuxarıda qeyd edlənləri nəzərə alaraq bildiririk ki. tələb olunan borc “AGLizinq" QSC-də üstün iştirakçı kimi LPO “AGBank" ASC-nin qəbul etdiyi qərarlar nəticəsində əmələ gəlmişdir. "xxxx" QSC-nin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli olmadığı halda təsisçi kimi cəmiyyətin müllis olma nəticəsində ləğv olunması barədə vaxtında tədbirlər görülməmiş, bununla da borcları yeni kredit müqavilələri bağlamaq yolu ilə bağlayıb, daha böyük məbləğdə borcun əmələ gəlməsinə səbəb olmuşdur. MM-nin 21.3-eii maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınır. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 22 dekabr 2017-ci il tarixli 100.LN.2005.221217.00001 nömrəli kredit müqaviləsi və ona edilmiş 04 may 2018-ci il tarixli 1 nömrəli əlavə razılıqdan görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh "xxxx" QSC-ə 20 ay müddətinə illik 6 faiz dərəcəsi ilə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən borcalan bu müqavilənin 1 saylı əlavəsində göstərilən ödəniş cədvəlinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə, kreditor kreditin və ya onun bir hissəsinə müddəti keçmiş olan dövr ərzində illik 12 faiz məbləğində artırılmış faizləri hesablamaq hüququna malikdir. 17.02.2022-ci il tarixli 9/9476 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən "xxxx" QSC-nin müqavilənin müddətinin bitdiyi 22.12.2020-ci il tarixinə ******* ABŞ dolları əsas borcu, 684000 ABŞ dolları faiz borcu və müqavilə müddəti bitdiyi tarixdən illik 5%-lə hesablanan borc isə 61750 ABŞ dolları təşkil edir. Tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 421.1, 445.7, 465.2 və 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir, borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Lakin bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı 695127 ABŞ dolları faiz borcu və kredit müqaviləsi bitəndən sonra illik 5% olaraq 61751 ABŞ dolları faiz borcu tələb etsə də, ekspert rəyinə əsasən faiz borcu 684000 ABŞ dolları və illik 5% hesablanan borcu isə 61750 ABŞ dolları həcmində müəyyən edilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, faiz borcu illik 5% hesablanmış məbləğ ekspert rəyində müəyyən edilmiş həcmdə təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 4250 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, 30,40 manat iddiada dövlət rüsumu kimi tələb olunsa da, yalnız 30 manat hissədə təmin edilməlidir, belə ki, 30 manat dövlət rüsumudursa, 0,40 manat bank xərcidir, iddiaçı isə həmin vəsaiti bank xərci kimi deyil, dövlət rüsumu kimi tələb etmişdir. Bununla yanaşı iddia tələbinin 96,96%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 96,96%-i, yəni 29,08 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddia tələbinin 96,96 %-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizalarının xərci olan 150 manat məbləğində pulun 145,44 manatı cavabdeh "xxxx" QSC-dən, 4,56 manatı isə iddiaçı LPO İddiaçı ASCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdeh "xxxx" QSC-dən ******* ABŞ dolları əsas, 684000 ABŞ dolları faiz borcu 4250 ABŞ dolları cərimə, müqavilə müddəti bitdiyi tarixdən illik 5%-lə hesablanan 61750 ABŞ dolları borcu, ümumilikdə ******* ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 29,08 manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən ******* ABŞ dolları əsas borc, 684000 ABŞ dolları faiz borcu, 4250 ABŞ dolları cərimə və müqavilə müddəti bitdiyi tarixdən illik 5%-lə hesablanan 61750 ABŞ dolları borcu ümumilikdə ******* ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 29,08 manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Məhkəmə mühasibatlıq ekspertizalarının xərci olan 150 manat məbləğində pulun 145,44 manatı cavabdeh "xxxx" QSC-dən, 4,56 manatı isə iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-202/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-202/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver