Məhkəmə qərarları › İş №e-2-2(113)-202/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-202/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-202/2024 29.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh7 MMC-yə, Cavabdeh8, X6 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X8 iştirakı ilə, Cavabdeh7 MMC-nin qanuni təmsilçisi X2 və vəkili Nümayəndə2 iştirakı ilə, Digər cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh7 MMC-yə, Cavabdeh8, X6 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh7 MMC-dən, Cavabdeh8 və X3 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2021-ci il 18 fevral tarixli kredit müqaviləsi üzrə 7724.08 manat əsas, 2231.22 manat faiz, 1688.5 manat cərimə, xx.xx.2023 tarixdən xx.xx.2023 tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 337.7 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 11981.5 manat məbləğində borcun, 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya xərcinin), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın X4 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 47 kv.m yaşayış və 13 kv.m yardımçı sahədən ibarət 11 nömrəli evin 136 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 47 kv.m yaşayış və 13 kv.m yardımçı sahədən ibarət 11 nömrəli evin 136 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X6 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 47 kv.m yaşayış və 13 kv.m yardımçı sahədən ibarət 11 nömrəli evin 136 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X4, X1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh6, Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 47 kv.m yaşayış və 13 kv.m yardımçı sahədən ibarət 11 nömrəli evin 136 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X4, X1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci il 18 fevral tarixli kredit limiti müqaviləsinə əsasən Cavabdeh7 MMC-yə İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 29%-lə 120 ay müddətinə 75000 manat məbləğində kredit limiti verilmişdir. 2021-ci il 18 fevral tarixli kredit müqaviləsinə əsasən Cavabdeh7 MMC İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 18%-lə 24 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, X4 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 47 kv.m yaşayış və 13 kv.m yardımçı sahədən ibarət 11 nömrəli evin 136 nömrəli mənzili 2021-ci il 18 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmiş, Cavabdeh8 və X7 ilə 2021-ci il 18 fevral tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il 18 fevral tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 11-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2023-ci il iyulun 21-dək "xxxx" MMC –nin 2021-ci il 18 fevral tarixli kredit müqaviləsi üzrə banka 9722.08 manat əsas, 1880.38 manat faiz, 240.35 manat cərimə, xx.xx.2023 tarixdən xx.xx.2023 tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 240.35 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 13180.52 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh7 MMCborcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında 23 iyun 2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-202/2024 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh7 MMC-yə, Cavabdeh8, X6 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə «X6 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 47 kv.m yaşayış və 13 kv.m yardımçı sahədən ibarət 11 nömrəli evin 136 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X4, X1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 47 kv.m yaşayış və 13 kv.m yardımçı sahədən ibarət 11 nömrəli evin 136 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X4, X1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh6, Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi» tələbinə dair hissələrdə kommersiya mübahisəsi üzrə icraata xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 MMC-nin nümayəndəsi çıxış edərək bildirdi ki, əsas borcun məbləği ilə razı deyillər, şişirdilmiş məbləğdir. Cərimə borcu da həddindən artıq yüksək hesablanmışdır. İddia tələbinin rədd edilməsini xahiş etdi.

6. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ASC ilə İKB ASC ilə Cavabdeh7 MMC arasında xx.xx.2021-ci il tarixdə 4- BİZGİZ2-1-0-1883-21 saylı kredit limitinin ayrılmasına dair bağlanmış müqaviləyə əsasən borcalana 75000 manat məbləğində illik 29% olmaqla kredit verilmiş və kreditin müddəti 120 ay nəzərdə tutulmuşdur.

10. İddiaçı ASC ilə İKB ASC ilə Cavabdeh7 MMC arasında xx.xx.2021-ci il tarixdə 4- BİZGİZ2-1-0-1883-21(1) saylı kredit müqaviləsi bağlanılmış və müqaviləyə əsasən borcalana 50.000 manat məbləğində illik 18%, faktiki 19.04% olmaqla kredit verilmiş və kreditin müddəti 24 ay nəzərdə tutulmuşdur.

11. xx.xx.2021-ci il tarixli, 4-BİZGİZ2-1-0-1883-21(1) saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh7 MMC-nin xx.xx.2023-cü il tarixə əsas və faiz borcu üzrə cəmi 59908,92 manat (əsas borc 50000 manat+faiz borcu 9908,92 manat) müəyyən edilmişdir.

12. İddiaçı ilə zaminlər X7 və Cavabdeh8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4-BİZGİZ2-1-0-1883-21Z1 və 4-BİZGİZ2-1-0-1883-21Z2 saylı zaminlik müqaviləsinə əsasən:

13. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti xx.xx.2021-ci il tarixdə 4-BİZGİZ2-1-0-1883-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.

14. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

15. xx.xx.2021-ci il tarixdə 4-BİZGİZ2-1-0-1883-21 İ saylı ipoteka müqaviləsinə əsasinin 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı xx.xx.2021-ci il tarixdə 4-BİZGİZ2-1-0- 1883-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya qoyur.

16. Müqavilənin 2.1-ci bəndinə əsasən ipotekaya verilən əmlakın təsviri X6 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, ev 11, mənzil 136 ünvanında yerləşən mənzildir. Ümumi sahəsi 60 kv.m., yaşayış sahəsi 47 kv.m., yardımçı sahə 13 kv.m., yaşayış otaqlarının sayı 3. İpoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli, **********85-051010-093024 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışla təsdiq edilir.

17. Müqavilənin 9.1-ci bəndinə əsasən aşağıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir:

18. Müqavilənin 9.1.1-ci bəndinə əsasən qanunvericilikdə müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla borcalan tərəfindən ipoteka ilə təmin olunmuş əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrası 12 ay ərzində 2 dəfə və daha çox gecikdirildikdə.

19. Azərbaycan Respublikası ƏMDK DƏDRX və RPHŞ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, ev 11, 136 saylı mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

20. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə (xx.xx.2023-cü ilə kimi), 50000 manat məbləğində illik 18% olmaqla kredit verilmiş, əsas borcdan cəmi ödənilən məbləğ 40277,92 manat, faizdən ödənilən cəmi məbləğ 9723,84 manat, əsas borc üzrə qalıq məbləğ 9722,08 manat, faiz borcu üzrə qalıq məbləğ 1880,38 manat, cərimə borcu 1337,71 manat, əsas borca hesablanmış illik 5% 240,35 manat əldən çıxmış fayda olmaqla cəmi borc məbləği 13180,52 manat müəyyən edilmişdir.

21. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə (xx.xx.2023-cü ilə kimi), 50000 manat məbləğində illik 18% olmaqla kredit verilmiş, əsas borcdan cəmi ödənilən məbləğ 42275,92 manat, faizdən ödənilən cəmi məbləğ 9723,84 manat, əsas borc üzrə qalıq məbləğ 7724,08 manat, faiz borcu üzrrə qalıq məbləğ 2231,22 manat, cərimə borcu 1688,5 manat, əsas borca hesablanmış illik 5% 337,7 manat əldən çıxmış fayda olmaqla cəmi borc məbləği 11.981,5 manat müəyyən edilmişdir.

22. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixli 4- BİZGİZ2-1-0-1883-21(1) saylı kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə əsas, faiz və cərimə borcu (ayrı-ayrı göstərilməklə), həmçinin kredit müqaviləsinin müddətinin bitdiyi gündən xx.xx.2023 - maliyyə arayışında göstərilən xx.xx.2023-cü il tarixinə kimi illik 5% hesabı ilə faiz borcunun məbləği nə qədər təşkil edilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilmiş və ekspertin xx.xx.2023cü il tarixli, 9/8638 saylı rəyində cavabdeh MMC-nin müqavilə bitən müddətdə yəni xx.xx.2023-cü il tarixə əsas borcu 15548,11 manat, faiz borcu 1930,55 manat, kredit müqaviləsinin müddətinin bitdiyi gündən xx.xx.2023-cü il tarixindən maliyyə arayışında göstərilən xx.xx.2023-cü il tarixinə kimi illik 5%-lə hesablanmaqla borclunun banka xx.xx.2023-cü il tarixinə ümumilikdə olan əsas borcu 12598,11 manat, faiz borcu 1930,55 manat və 5% dərəcə ilə faiz borcu 466,92 manat müəyyən edilmişdir.

23. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 47 kv.m yaşayış və 13 kv.m yardımçı sahədən ibarət 11 nömrəli evin 136 nömrəli mənzilin real bazar qiyməti və likvid dəyərinin nə qədər təşkil edilməsinin müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi ekspertizası keçirilmiş və "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, LP-250/2023 saylı rəyində Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, ev 11, 136 saylı mənzilin real bazar qiyməti 140000 manat və likvid qiyməti isə 126000 manat müəyyən edilmişdir.

24. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 47 kv.m yaşayış və 13 kv.m yardımçı sahədən ibarət 11 nömrəli evin 136 nömrəli mənzilin real bazar qiyməti və likvid dəyərinin qiymətləndirilməsi xidmətinin xərci 300 manat təşkil edir.

25. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2021-ci il 18 fevral tarixli kredit limiti müqaviləsinə əsasən Cavabdeh7 MMC-yə İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 29%-lə 120 ay müddətinə 75000 manat məbləğində kredit limiti verilmişdir. 2021-ci il 18 fevral tarixli kredit müqaviləsinə əsasən Cavabdeh7 MMC İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 18%-lə 24 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, X4 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 47 kv.m yaşayış və 13 kv.m yardımçı sahədən ibarət 11 nömrəli evin 136 nömrəli mənzili 2021-ci il 18 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmiş, Cavabdeh8 və X7 ilə 2021-ci il 18 fevral tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır.

27. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh7 MMC mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.

28. Məhkəmə iddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

33. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

34. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

35. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

36. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

37. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

38. Məhkəmə iddia tələbini təşkil edən əsas, faiz və cərimə borcunun və 5% faizlik borcun nə qədər təşkil edilməsini müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizasını təyin etmiş və ekspertin xx.xx.2023-cü il tarixli, 9/8638 saylı rəyinə əsasən Cavabdeh7 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, 4-BİZGİZ2-1-0-1883-21(1) saylı kredit sazişinin şərtləri nəzərə alınmaqla Cavabdeh7 MMC-nin müqavilə bitən müddətdə yəni xx.xx.2023-cü il tarixə əsas borcu 15548,11 manat, faiz borcu 1930,55 manat, kredit müqaviləsinin müddətinin bitdiyi gündən xx.xx.2023-cü il tarixindən maliyyə arayışında göstərilən xx.xx.2023-cü il tarixinə kimi illik 5%-lə hesablanmaqla borclunun banka xx.xx.2023-cü il tarixinə ümumilikdə olan əsas borcu 12598,11 manat, faiz borcu 1930,55 manat və 5% dərəcə ilə faiz borcu 466,92 manat müəyyən edilmişdir.

39. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

40. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borc məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və 5% borc məbəğlərindən daha yuxarı, faiz borcu məbləğindən aşağı məbləğdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə xx.xx.2021-ci il tarixli, 4-BİZGİZ2-1-0-1883-21(1)saylı kredit razılaşması müqaviləsi üzrə əsas və faiz borcu məbləği ekspert rəyində müəyyən edilən məbləğdə deyil, tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla, həmçinin iddiaçı tərəfindən iddia tələbinin artırılması barədə ərizə verilmədiyi üçün iddia tələbinə uyğun olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir. Belə ki, Bankın tələbi - 7724,08 manat əsas +2231,22 manat faiz = cəmi 9955,3 manat; ekspert rəyinə əsasən isə 12598,11 manat əsas borc +1930,55 manat faiz = cəmi 14528,66 manat müəyyən edilmişdir.

41. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə müqavilə üzrə 1688,5 manat məbləğində hesablanmış dəbbə pulunun cavabdehlər “Fermer İvanovka" MMC-dən, Cavabdeh8 və X3 tutulması tələbini də irəli sürmüşdür.

42. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

43. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

44. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

45. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu xx.xx.2021-ci il tarixli, 4-BİZGİZ2-1-0-1883-21(1) saylı kredit müqaviləsi üzrə 386 manat məbləğində müəyyən edilməlidir.

46. Bundan başqa iddiaçı xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən əsas borca hesablanmış illik 5% olmaql 337,7 manat əldən çıxmış manat əldən çıxmış fayda borcu tələb etmişdir.

47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

48. İşin hallarından görünür ki, iddia ərizəsində tələb olunan müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanan faiz borcu 337,7 manat göstərilsə də, ekspert rəyinə əsasən həmin faiz borcu 466,92 manat müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyində həmin borcun iddia tələbində göstərilən borcdan daha artıq olduğundan 337,7 manat əldən çıxmış fayda borcunu da iddia tələbinə uyğun götürülməsini qanunu və əsaslı hesab edir.

49. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.

50. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə digər cavabdeh X7 arasında xx.xx.2021-ci il tarixdə 4-BİZGİZ2-1-0-1883-21 İ saylı ipoteka müqaviləsi bağlanmış və müqabilənin 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı xx.xx.2021-ci il tarixdə 4-BİZGİZ2-1-0-1883-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya qoymuşdur. Müqavilənin 2.1-ci bəndinə əsasən ipotekaya verilən əmlakın təsviri X6 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, ev 11, mənzil 136 ünvanında yerləşən mənzildir. Ümumi sahəsi 60 kv.m., yaşayış sahəsi 47 kv.m., yardımçı sahə 13 kv.m., yaşayış otaqlarının sayı 3. İpoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli, **********85-051010-093024 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışla təsdiq edilir. Müqavilənin 9.1-ci bəndinə əsasən aşağıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir: Müqavilənin 9.1.1-ci bəndinə əsasən qanunvericilikdə müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla borcalan tərəfindən ipoteka ilə təmin olunmuş əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrası 12 ay ərzində 2 dəfə və daha çox gecikdirildikdə.

51. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

52. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

53. “İpoteka haqqında” Qanunun:

54. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

55. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

56. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

57. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

58. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

59. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

60. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

61. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh “Fermer İvanovka" MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

62. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma X4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 47 kv.m yaşayış və 13 kv.m yardımçı sahədən ibarət 11 nömrəli evin 136 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh X6 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər “Fermer İvanovka" MMC-dən, Cavabdeh8 və X3 tutulmalıdır.

63. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

64. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.

65. Legal Prime” MMC-nin xx.xx.2023-cü il tarixli, LP-250/2023 saylı rəyində Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 47 kv.m yaşayış və 13 kv.m yardımçı sahədən ibarət 11 nömrəli evin 136 nömrəli mənzilin real bazar qiyməti 140.000 manat və likvid qiyməti isə 126.000 manat dəyərində olması müəyyən edilmişdir.

66. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 47 kv.m yaşayış və 13 kv.m yardımçı sahədən ibarət 11 nömrəli evin 136 nömrəli mənzilin likvid dəyərinin 126000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.

68. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 200 manat və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 45 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.

69. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

70. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

71. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

72. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 45 manat pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat qiymətləndirmə şirkətinin hesabına və məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər “Fermer İvanovka" MMC-dən, Cavabdeh8 və X3 müştərək qaydada tutularaq müvafiq olaraq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

V. Nəticə:

73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər “Fermer İvanovka" MMC-dən, Cavabdeh8 və X3 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7724,08 manat əsas borc məbləği, 2231,22 manat faiz borcu, 386 manat dəbbə pulu, xx.xx.2023 tarixdən xx.xx.2023 tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 337,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 10679 manat məbləğində borcun, mediasiya xərcinin əvəzi olaraq 200 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 45 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma X6 məxsus Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən, 3 otaqlı, 60 kv.m ümumi, 47 kv.m yaşayış və 13 kv.m yardımçı sahədən ibarət 11 nömrəli evin 136 nömrəli mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 126000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh X6 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər “Fermer İvanovka" MMC-dən, Cavabdeh8 və X3 tutulsun. Qalan hissədə iddia rədd edilsin. Əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər “Fermer İvanovka" MMC-dən, Cavabdeh8 və X3 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN:**********, bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********, H/h: AZ30AZRT**********0019299007, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ22) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada “Fermer İvanovka" MMC-dən, Cavabdeh8 və X3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar