Məhkəmə qərarları › İş №e-2-2(113)-2025/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2025/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2025/2023 22.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 27 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022- ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 153014 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcunun, ilkin mediasiya keçirilməsi üçün ödənilmiş 400 manat mediasiya xərcinin və 150.12 manat ödənilmiş dövlət rüsum unun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 27 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022- ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 153014 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcunun, ilkin mediasiya keçirilməsi üçün ödənilmiş 400 manat mediasiya xərcinin və 150.12 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 27 may 2016-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 12 faizlə 29 ay müddətinə 3324754.04 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. 13 mart 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdehin 27 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 153014 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ilə cavabdeh arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-956/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddianın qismən təmin edilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh MMC arasında bağlanmış 27 may 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən 2.574.484,25 ABŞ dolları məbləğində əsas borcun, 122.433,77 ABŞ dolları məbləğində faiz borcunun, 50.000 ABŞ dolları məbləğində dəbbə pulunun, ümumilikdə 2.746.918,02 ABŞ dolları məbləğində borcun ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, eləcə də ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 60 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (Btik) saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 810.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh X2 qaytarılması, tələb üzrə tutmanın X5 mülkiyyətində olan ünvan 1 ünvanında 0,01716 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahədən ibarət olan 31 nömrəli evin, 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahədən ibarət 3 otaqlı 2 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 288.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh X6 qaytarılması, tələb üzrə tutmanın cavabdeh X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 171,98 kv.m.yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (Ctik) saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 900.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh X10 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-2(103)-672/2022 saylı qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-956/2021 nömrəli iş üzrə 30 iyun 2022- ci il tarixli qətnaməsi qismən - cavabdeh X1 onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (B tik) nömrəli fərdi yaşayış evindən, cavabdeh X5 onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 31 nömrəli evin 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 2 nömrəli mənzilindən, cavabdeh X9 onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 171,98 kv.m.yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (C tik) nömrəli saylı fərdi yaşayış evindən çıxarılmaları və həmin əmlakların boşaldılması tələbləri rədd edilən, həmçinin, 50.000 ABŞ dolları məbləğdə dəbbə pulunun (ümumilikdə 2.746.918,02 ABŞ dolları məbləğdə borcun) tutulması hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissələrdə iddia qismən təmin edilmiş, cavabdeh X3 onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (B tik) nömrəli fərdi yaşayış evindən, cavabdeh X11 onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 31 nömrəli evin 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 2 nömrəli mənzilindən, cavabdeh X12 onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (C tik) nömrəli saylı fərdi yaşayış evindən - həmin əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində tərk etmədikdə məcburi qaydada çıxarılması və əmlakların boşaldılması, Cavabdeh MMC-dən 125.000 ABŞ dolları məbləğdə dəbbə pulu, ümumilikdə 2.821.918,02 ABŞ dolları məbləğdə borcun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnə qiyməti üzrə manatla tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 31 yanvar 2023-cü il tarixli 2-2(102)-58/2023 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-2(103)-672/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli KBD-2386 saylı maliyyə arayışından görünür ki, cavabdehə xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik 12 faiz olmaqla 29 ay müddətinə 3324754,04 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehin əldən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) olmaqla 153014 ABŞ dolları borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-956/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh MMC arasında bağlanmış 27 may 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən 2.574.484,25 ABŞ dolları məbləğində əsas borcun, 122.433,77 ABŞ dolları məbləğində faiz borcunun, 50.000 ABŞ dolları məbləğində dəbbə pulunun, ümumilikdə 2.746.918,02 ABŞ dolları məbləğində borcun ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, eləcə də ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 60 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (Btik) saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 810.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh X2 qaytarılması, tələb üzrə tutmanın X5 mülkiyyətində olan ünvan 1 ünvanında 0,01716 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahədən ibarət olan 31 nömrəli evin, 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahədən ibarət 3 otaqlı 2 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 288.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh X6 qaytarılması, tələb üzrə tutmanın cavabdeh X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 171,98 kv.m.yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (Ctik) saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 900.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh X10 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı və cavabdeh həmin qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-2(103)-672/2022 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-956/2021 nömrəli iş üzrə 30 iyun 2022- ci il tarixli qətnaməsi qismən - cavabdeh X1 onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (B tik) nömrəli fərdi yaşayış evindən, cavabdeh X5 onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 31 nömrəli evin 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 2 nömrəli mənzilindən, cavabdeh X9 onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 171,98 kv.m.yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (C tik) nömrəli saylı fərdi yaşayış evindən çıxarılmaları və həmin əmlakların boşaldılması tələbləri rədd edilən, həmçinin, 50.000 ABŞ dolları məbləğdə dəbbə pulunun (ümumilikdə 2.746.918,02 ABŞ dolları məbləğdə borcun) tutulması hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissələrdə iddia qismən təmin edilmiş, cavabdeh X3 onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (B tik) nömrəli fərdi yaşayış evindən, cavabdeh X11 onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 31 nömrəli evin 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 2 nömrəli mənzilindən, cavabdeh X12 onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (C tik) nömrəli saylı fərdi yaşayış evindən - həmin əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində tərk etmədikdə məcburi qaydada çıxarılması və əmlakların boşaldılması, Cavabdeh MMC-dən 125.000 ABŞ dolları məbləğdə dəbbə pulu, ümumilikdə 2.821.918,02 ABŞ dolları məbləğdə borcun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnə qiyməti üzrə manatla tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İddiaçı və cavabdeh göstərilən qətnamədən kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 31 yanvar 2023-cü il tarixli 2-2(102)-58/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2- 2(103)-672/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı Mülki Məcəllənin 21, 445.7, 449.1-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsaslanaraq əldən çıxmış faydanın tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Eyni zamanda, Mülki Məcəllənin 445 və 449-cu maddələrinin bütövlükdə təfsiri, xüsusən də Mülki Məcəllənin 445.1-ci maddəsinin (icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır) və 449.3-cü maddəsinin (əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər) təfsirindən müəyyən edilir ki, Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrində göstərilən faiz məbləğləri də zərərdir. Zərərin əvəzinin ödənilməsi üçün zəruri olan hüquqi əsaslardan biri isə zərər vuran şəxsin təqsirli olmasıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında 27 may 2016-cı il tarixli kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaransa da, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli 01 saylı razılaşma ilə müəyyən edilən xx.xx.2022-ci il tarixədək olan kredit müddəti bitmədən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə aktları ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilmir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 saylı razılaşmanın şərtlərinə görə cavabdehə verilən kredit vəsaitindən istifadə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı isə həmin tarixdən əvvəl məhkəmədə iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-2(103)-672/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cəmi ödənilməli olan kredit borcu 2.821.918,02 ABŞ dolları məbləğində, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların dəyəri 1.998.000 manat məbləğində müəyyən edilmişdir. Qətnamə 31 yanvar 2023-cü il tarixdə qüvvəyə minmişdir. İş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildiyi tarixdən 1 ay keçdikdən sonra icraya yönəldilməmiş, həmin qətnamədən cavabdehlə yanaşı iddiaçı da həm apellyasiya, həm də kassasiya şikayətləri vermişdir ki, bu halda qətnamənin icra edilməməsi təkcə cavabdehin hərəkətləri nəticəsində deyil, həmçinin iddiaçının şikayətləri əsasında qətnamənin icraya yönəldilməsi mümkün olmamışdır. Göründüyü kimi məhkəmə aktlarının kredit müqaviləsi ilə müəyyən edilən kredit vəsaitindən istifadə müddətinin sonuna, yəni xx.xx.2022-ci il tarixə qədər və ümumiyyətlə hazıra qədər icra olunmamasına görə cavabdeh məsuliyyət daşımır. Çünki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə aktlarından görünür ki, iddiaçı özü də məhkəmə aktlarından yuxarı instansiya məhkəmələrinə şikayətlər vermişdir. Göründüyü kimi məhkəmə aktlarının hərəkətsiz qalmasında iddiaçının özünün də təşəbbüsü olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 560.2-ci maddəsində isə təsbit olunmuşdur ki, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İşin hallarını və qeyd olunan maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bu baxımdan və məhkəmə qətnaməsinin vaxtında (kredit müqaviləsi üzrə müəyyən edilən xx.xx.2022-ci il tarixinədək müddət bitmədən) icra olunmamasına görə cavabdehin təqsiri olmadığından məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 27 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022- ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 153014 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcunun, ilkin mediasiya keçirilməsi üçün ödənilmiş 400 manat mediasiya xərcinin və 150.12 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddiası rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar