Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2030/2024 18.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 Məhud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 29 iyun 2022ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 250903,35 ABŞ dolları, faiz borcuna görə 2927,4 ABŞ dolları, dəbbə pulu borcuna görə 45359,09 ABŞ dolları, cəmi 299189,84 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 250903,36 ABŞ dolları, faiz borcuna görə 2927,4 ABŞ dolları, dəbbə pulu borcuna görə 47509,17 ABŞ dolları, cəmi 301339,93 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 1301 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC (əvvəlki "xxxx" MMC) arasında bağlanmış 23 iyun 2022-ci il tarixli, TZM0022010 saylı, 60 ay müddətinə bağlanmış maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində xx.xx.2022-ci il tarixdə imzalanmış TZM0022010/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair Razılaşmaya əsasən illik 5% dərəcəsi olmaqla xx.xx.2023-cü il tarixində son icra müddəti göstərilməklə 950000 ABŞ dolları məbləğində Bank vəsaiti vasitəsilə cavabdehin sifarişi maliyyələşdirilmişdir (Razılaşmanın 3,4,5-cimaddələri). Həmin Razılaşma üzrə öhdəliklərin son icra müddətinin vaxtı tərəflərin razılığı ilə xx.xx.2023-cü ilə qədər uzadılmışdır. İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli, TZM0022017 saylı, 60 ay müddətinə bağlanmış maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində xx.xx.2022-ci il tarixdə imzalanmış TZM0022017/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair Razılaşmaya əsasən illik 5 % dərəcəsi olmaqla xx.xx.2023-cü il tarixində son icra müddəti göstərilməklə 950000 ABŞ dolları məbləğində Bank vəsaiti vasitəsilə cavabdehin sifarişi maliyyələşdirilmişdir. Həmin müqavilələr üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zamin 29 iyun 2022-ci il tarixli, TZM0022010/1 saylı və xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı Razılaşmalar üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyır. 29 iyun 2022-ci il tarixli, TZM0022010/1 saylı və xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı Razılaşma müqaviləsinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə "xxxx" MMC-yə və Cavabdeh2 dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Sonuncu dəfə xəbərdarlıq edilməklə xx.xx.2024-cü il tarixdə cavabdehlərə müvafiq qaydada bildiriş çatdırılmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2024-cü il tarixinə 29 iyun 2022-ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 250903,35 ABŞ dolları, faiz borcuna görə 2927,4 ABŞ dolları, dəbbə pulu borcuna görə 45359,09 ABŞ dolları, borcun cəmi məbləği 299189,84 ABŞ dolları təşkil edir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2024-cü il tarixinə 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 250903,36 ABŞ dolları, faiz borcuna görə 2927,4 ABŞ dolları, dəbbə pulu borcuna görə 47509,17 ABŞ dolları, borcun cəmi məbləği 301339,93 ABŞ dolları təşkil edir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 385.1, 427.3, 442, 445.1, 445.2.1, 449.1, 449.2, 449.3, 472.1-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada, 29 iyun 2022-ci il tarixli TZM0022010/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 229406,48 ABŞ dolları, illik 5%-lə faiz borcuna görə 36974,27 ABŞ dolları, dəbbə pulu borcuna görə 45359,09 ABŞ dolları, cəmi 311739,84 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 229756,57 ABŞ dolları, illik 5%-lə faiz borcuna görə 36974,27 ABŞ dolları, dəbbə pulu borcuna görə 47509,17 ABŞ dolları, cəmi 314240,01 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 1301 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022010 nömrəli Maliyyələşdirmə limiti müqaviləsindən görünür ki, Cavabdeh1 MMCyə 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 8% olmaqla, ******* (bir milyon iki yüz min) ABŞ dolları məbləğində kredit limiti müəyyənləşdirilmişdir.
8. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022010/1 nömrəli Maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmaya əsasən Cavabdeh1 MMC-yə İllik faiz dərəcəsi 5% olmaqla 950000 ABŞ dolları kredit verilmişdir. Kreditin son ödəniş tarixi xx.xx.2023-cü ildir. Razılaşmanın 11-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəniləcəkdir.
9. xx.xx.2023-cü il tarixli xx.xx.2022-ci il tarixli, TZM0022010 nömrəli maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair TZM0022010/1 nömrəli razılaşmaya 1 saylı Əlavənin 1.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, TZM0022010/1 saylı sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma üzrə faiz ödənişlərinin müddətin sonuna keçirilməsi şərti ilə və Razılaşmanın müddəti xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi uzadılmış, razılaşmanın digər şərtləri dəyişdirilmədən saxlanılmışdır.
10. xx.xx.2022-ci il tarixli TZM0022010 nömrəli tələb hüququnun girov müqaviləsinin 1.1-ci maddəsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022010 saylı Maliyyələdirmə limiti müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq yüklülük sahibinin xeyrinə girov qoyur. Yüklülük verən eyni zamanda kredit müqaviləsi üzrə borc alandır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən girov predmeti yüklülük verən ilə borcalanın tərəfdaşı arasında bağlanmış xx.xx.2022-ci il tarixli KOL-SY-SC-268 saylı müqavilə üzrə borcalanın tərəfdaşənən borcalan qarşısında yaranmış debitor borcunun maliyyələşdirilməsi məqsədilə verilir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən yüklülük sahibinin girovla təmin edilən tələblərinə 950000 USD təşkil edən kredit limiti məbləği, 7 ayadək, 6 ay güzəşt müddəti təşkil edən kreditin qaytarılma müddəti, 5% təşkil edən kredit üzrə ödəniləcək faiz dərəcəsi, 0,5% təşkil edən kreditin qaytarılmasının gecikdirildiyi halda dəbbə pulu kimi ödəniləcək gündəlik faiz dərəcəsi, müqavilənin 3.1.3-cü maddəsində göstərilən faiz dərəcəsinin 2 qatı həcmində, yəni 10% təşkil edən kreditin qaytarılmasının gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi daxildir.
11. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022010 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022010 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
12. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017 nömrəli Maliyyələşdirmə limiti müqaviləsindən görünür ki, Cavabdeh1 MMCyə bankdan 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 8% olmaqla, 950000 (doqquz yüz əlli min) ABŞ dolları məbləğində kredit limiti müəyyənləşdirilmişdir.
13. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017/1 nömrəli Maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmaya əsasən Cavabdeh1 MMC-yə İllik faiz dərəcəsi 5% olmaqla 950000 ABŞ dolları kredit verilmişdir. Kreditin son ödəniş tarixi xx.xx.2023-cü ildir. Razılaşmanın 11-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəniləcəkdir.
14. xx.xx.2023-cü il tarixli xx.xx.2022-ci il tarixli, TZM0022017 nömrəli maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair TZM0022017/1 nömrəli razılaşmaya 1 saylı Əlavənin 1.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli TZM0022017/1 saylı sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma üzrə faiz ödənişləri müddətin sonuna keçirilmiş, razılaşmanın digər şərtləri dəyişdirilmədən saxlanılmışdır.
15. xx.xx.2022-ci il tarixli TZM0022017/1 nömrəli tələb hüququnun girov müqaviləsinin 1.1-ci maddəsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017 saylı Maliyyələdirmə limiti müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq yüklülük sahibinin xeyrinə girov qoyur. Yüklülük verən eyni zamanda kredit müqaviləsi üzrə borc alandır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən girov predmeti yüklülük verən ilə borcalanın tərəfdaşı arasında bağlanmış xx.xx.2022-ci il tarixli KOL-SY-SC-268 saylı müqavilə üzrə borcalanın tərəfdaşənən borcalan qarşısında yaranmış debitor borcunun maliyyələşdirilməsi məqsədilə verilir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən yüklülük sahibinin girovla təmin edilən tələblərinə 950000 USD təşkil edən kredit limiti məbləği, 6 ayadək, 5 ay güzəşt müddəti təşkil edən kreditin qaytarılma müddəti, 5% təşkil edən kredit üzrə ödəniləcək faiz dərəcəsi, 0,5% təşkil edən kreditin qaytarılmasının gecikdirildiyi halda dəbbə pulu kimi ödəniləcək gündəlik faiz dərəcəsi, müqavilənin 3.1.3-cü maddəsində göstərilən faiz dərəcəsinin 2 qatı həcmində, yəni 10% təşkil edən kreditin qaytarılmasının gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi daxildir.
16. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
17. İddiaçı ASC-nin Cavabdeh1 MMC və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 3 (üç) iş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3860 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, TZM0022010/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmanın və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə 950000 ABŞ dolları əsas borc, 15691,37 faiz borcu olmaqla, ümumilikdə 965691,37 ABŞ dolları, xx.xx.2024-cü il tarixə və xx.xx.2024-cü il tarixə banka olan borcu 200976,66 ABŞ dolları təşkil edir. Ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh1 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmanın və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə 950000 ABŞ dolları əsas borc, 15827,48 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 965827,48 ABŞ dolları, xx.xx.2024cü il tarixə və xx.xx.2024-cü il tarixə 205555,32 ABŞ dolları təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmanın və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavənin şərtlərində cərimə fazilərinin hesablanması qaydaları və təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimənin hesablanması öz əksini tapmadığından cərimə borcu müəyyən edilməmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7377 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, TZM0022010/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmanın və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin banka olan borcu xx.xx.2024-cü il tarixə 200976,66 ABŞ dolları əsas borc, əldən çıxmış fayda borcu illik 5%-lə 34390,72 ABŞ dolları, xx.xx.2024-cü il tarixə banka olan borcu 200976,66 ABŞ dolları əsas borc, əldən çıxmış fayda borcu illik 5%-lə 36344,66 ABŞ dolları təşkil edir. Ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh1 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmanın və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə 205555,32 ABŞ dolları əsas borc, əldən çıxmış fayda borcu illik 5%lə 34901,35 ABŞ dolları, xx.xx.2024-cü il tarixə 205555,32 ABŞ dolları əsas borc, əldən çıxmış fayda borcu illik 5%-lə 36899,8 ABŞ dolları təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmanın və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavənin şərtlərində cərimə fazilərinin hesablanması qaydaları və təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimənin hesablanması öz əksini tapmadığından cərimə borcu müəyyən edilməmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
23. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 29 iyun 2022-ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 229406,48 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 229756,57 ABŞ dolları məbləğində pulun tutulması təşkil edir.
24. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3860 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada xx.xx.2022-ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə 200976,66 ABŞ dolları (iki yüz min doqquz yüz yetmiş altı dollar altmış altı sent) əsas borc, xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə 205555,32 ABŞ dolları (iki yüz beş min beş yüz əlli beş dollar otuz iki sent) əsas borc məbləği iddiaçının xeyrinə tutulmalı, əsas borcun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır.
25. İddia tələbinin bir hissəsini də 29 iyun 2022-ci il tarixli TZM0022010/1 saylı kredit müqaviləsi üzrə illik 5 (beş) faizlə hesablanan 36974,27 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə illik 5 (beş) faizlə hesablanan 36974,27 ABŞ dolları məbləğində pulun tutulması təşkil edir.
26. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada 29 iyun 2022-ci il tarixli TZM0022010/1 saylı kredit müqaviləsi üzrə illik 5 (beş) faizlə hesablanan 36344,66 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə illik 5 (beş) faizlə hesablanan 36899,80 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, qalan hissədə təmin olunmamalıdır.
27. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 29 iyun 2022-ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə dəbbə pulu borcuna görə 45359,09 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə dəbbə pulu borcuna görə 47509,17 ABŞ dolları manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
28. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
29. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada tutulacaq cərimə məbləği azaldılaraq cavabdehlərdən birgə qaydada xx.xx.2022ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə 10000 (on min) ABŞ dolları cərimə olmaqla, xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə 10000 (on min) ABŞ dolları məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
30. Eləcə də, iddiaçı dövlət rüsumu kimi ödənilmiş 1301 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
31. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq dövlət rüsumunun əvəzi olaraq 1042 (min qırx iki) manat iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır.
32. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pulun 320,40 manat (üç yüz iyirmi manat qırx qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 79,60 manat (yetmiş doqquz manat altmış qəpik) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə 200976,66 ABŞ dolları (iki yüz min doqquz yüz yetmiş altı dollar altmış altı sent) əsas borc, illik 5 (beş) faizlə hesablanan 36344,66 ABŞ dolları (otuz altı min üç yüz qırx dörd dollar altmış altı sent), 10000 (on min) ABŞ dolları cərimə olmaqla, cəmi 247321,32 ABŞ dolları (iki yüz qırx yeddi min üç yüz iyirmi dollar otuz iki sent); xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə 205555,32 ABŞ dolları (iki yüz beş min beş yüz əlli beş dollar otuz iki sent) əsas borc, illik 5 (beş) faizlə hesablanan 36899,80 ABŞ dolları (otuz altı min səkkiz yüz doxsan doqquz dollar səksən sent), 10000 (on min) ABŞ dolları cərimə olmaqla, cəmi 252455,12 ABŞ dolları (iki yüz əlli iki min dörd yüz əlli beş dollar on iki sent), ümumilikdə 499776,44 ABŞ dolları (dörd yüz doxsan doqquz min yeddi yüz yetmiş altı dollar qırx dörd sent) məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1042 (min qırx iki) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pulun 320,40 manat (üç yüz iyirmi manat qırx qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 79,60 manat (yetmiş doqquz manat altmış qəpik) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova