Məhkəmə qərarları › İş №e-2-2(113)-2035/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2035/2020

11.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2035/2020 11.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi X8, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Abadlaşdırma və X7 X1rşı su təchizatı xidmətinə görə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi, 8) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı ASC cavabdeh Abadlaşdırma və X7 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən su təchizatı xidmətlərinə görə Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi üzrə ******* manat (bir milyon yüz doxsan üç min iki yüz otuz səkkiz manat), Sabunçu rayonu üzrə 174443,40 manat (yüz yetmiş dörd min dörd yüz qırx üç manat qırx qəpik), Suraxanı rayonu üzrə 434290,79 manat (dörd yüz otuz dörd min iki yüz doxsan manat yetmiş doqquz qəpik), Nizami rayonu üzrə 1196965,68 manat (bir milyon yüz doxsan altı min doqquz yüz altmış beş manat altmış səkkiz qəpik), Nəsimi rayonu üzrə 1866820,80 manat (bir milyon səkkiz yüz altmış altı min səkkiz yüz iyirmi manat səksən qəpik), Səbail rayonu üzrə 2650344,73 manat (iki milyin altı yüz əlli min üç yüz qırx dörd manat yetmiş üç qəpik), Yasamal rayonu üzrə 1804248,25 manat (bir milyon səkkiz yüz dörd min iki yüz qırx səkkiz manat iyirmi beş qəpik), Xətai rayonu üzrə 5293 manat (beş min iki yüz doxsan üç), Nərimanov rayonu üzrə 2277279,84 manat (iki milyon iki yüz yetmiş yeddi min iki yüz yetmiş doqquz manat səksən dörd qəpik), Qaradağ rayonu üzrə 182105,47 manat (yüz səksən iki min yüz beş manat qırx yeddi qəpik), ümumilikdə 11 785 029,96 manat (on bir milyon yeddi yüz səksən beş min iyirmi doqquz manat doxsan altı qəpik) məbləğində borcların və 30 manat dövlət rüsumunun “İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair“ müqavilələrə əsasən ayrı-ayrı rayon birlikləri tərəfindən su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunmuşdur. Həmin müqavilələrin şərtlərinə görə istifadə edilmiş xidmətlərin haqqını ödəmək vəzifəsi müəyyən edilmişdir. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Birliyin ayrı-ayrı rayon İdarələrinə göstərilmiş su təchizatı xidmətlərinin dəyərini vaxtı-vaxtında ödənilmədiyinə və təqdim edilmiş hesab fakturada göstərilən məbləğdən az ödənildiyinə görə, Bakı şəhəri İcra Hakimiyyətinin X4 (abonent kodu: 100191)1193238 manat (bir milyon yüz doxsan üç min iki yüz otuz səkkiz manat), X4 Sabunçu rayonu üzrə (abonent kodu: 010378) 174443,40 manat (yüz yetmiş dörd min dörd yüz qırx üç manat qırx qəpik), Suraxanı rayonu üzrə (abonent kodu: 020257)434290,79 manat (dörd yüz otuz dörd min iki yüz doxsan manat yetmiş doqquz qəpik), Nizami rayonu üzrə (abonent kodu:040167) 1196965,68 manat (bir milyon yüz doxsan altı min doqquz yüz altmış beş manat altmış səkkiz qəpik), Nəsimi rayonu üzrə (abonent kodu:050352)1866820,80 manat (bir milyon səkkiz yüz altmış altı min səkkiz yüz iyirmi manat səksən qəpik), Səbail rayonu üzrə (abonent kodu:060310) 2650344,73 manat (iki milyin altı yüz əlli min üç yüz qırx dörd manat yetmiş üç qəpik), Yasamal rayonu üzrə (abonent kodu:070028) 1804248,25 manat (bir milyon səkkiz yüz dörd min iki yüz qırx səkkiz manat iyirmi beş qəpik), Xətai rayonu üzrə (abonent kodu:080178)5293 manat (beş min iki yüz doxsan üç), Nərimanov rayonu üzrə(abonent kodu:090066) 2277279,84 manat (iki milyon iki yüz yetmiş yeddi min iki yüz yetmiş doqquz manat səksən dörd qəpik), Qaradağ rayonu üzrə (abonent kodu:110347) 182105,47 manat (yüz səksən iki min yüz beş manat qırx yeddi qəpik) borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə xx xxxx 2020-ci il tarixli, 01/3/01- 2/1/8464 nömrəli pretenziya məktubu göndərilməsinə baxmayaraq borcun tam ödənilməsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı“ ASC-nin nümayəndəsi X11 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Abadlaşdırma və X7 X2 Birliyinin nümayəndəsi X12 iddia tələbini əsassız hesab edərək, onun rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.1.2-ci maddəsinə görə mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir (maddə 43.1). Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər (maddə 43.3). Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredotorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətləri etməkdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəzticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə görə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə həmin Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, borclu öz öhdəliklərini hər bir təqsirli pozuntu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır, borclunun təqsirinə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. «Su təchizatı və tullantı sular haqqında» Azərbaycan Respublikası Qanununun 12ci maddəsinə əsasən hər bir sutəchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla məqsədindən asılı olaraq, keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və lazımi miqdarda istehlakçıları məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin etməlidir. Həmin Qanunun 34-cü maddəsinə görə kanalizasiya müəssisəsinin əsas vəzifələrindən biri də tullantı sularının nəqli, təmizlənməsi, zərəsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılmasıdır. Qeyd olunan Qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Sözügedən Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunan gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan: - abonent haqqında məlumatlardan görünür ki, X4 Sabunçu rayonu üzrə (abonent kodu: 010378) 174443,40 manat (yüz yetmiş dörd min dörd yüz qırx üç manat qırx qəpik), Suraxanı rayonu üzrə (abonent kodu: 020257)434290,79 manat (dörd yüz otuz dörd min iki yüz doxsan manat yetmiş doqquz qəpik), Nizami rayonu üzrə (abonent kodu:040167) 1196965,68 manat (bir milyon yüz doxsan altı min doqquz yüz altmış beş manat altmış səkkiz qəpik), Nəsimi rayonu üzrə (abonent kodu:050352)1866820,80 manat (bir milyon səkkiz yüz altmış altı min səkkiz yüz iyirmi manat səksən qəpik), Səbail rayonu üzrə (abonent kodu:060310) 2650344,73 manat (iki milyin altı yüz əlli min üç yüz qırx dörd manat yetmiş üç qəpik), Yasamal rayonu üzrə (abonent kodu:070028) 1804248,25 manat (bir milyon səkkiz yüz dörd min iki yüz qırx səkkiz manat iyirmi beş qəpik), Xətai rayonu üzrə (abonent kodu:080178)5293 manat (beş min iki yüz doxsan üç), Nərimanov rayonu üzrə(abonent kodu:090066) 2277279,84 manat (iki milyon iki yüz yetmiş yeddi min iki yüz yetmiş doqquz manat səksən dörd qəpik), Qaradağ rayonu üzrə (abonent kodu:110347) 182105,47 manat (yüz səksən iki min yüz beş manat qırx yeddi qəpik) borcu yaranmışdır. - 080178 nömrəli xx.xx.1997-ci il tarixli müqavilədən görünür ki, X13 Su Cəmiyyəti Su Ölçmə X6 və Su Satış müəssisəsi ilə 2 saylı Yaşıllıqların istismarı tresti arasında su təchizatı sistemindən su buraxılmasına dair müqavilə imzalanmış, və həmin müqavilə xx.xx.1999-cu il tarixinə kimi qüvvədə olmuşdur. - 050352 nömrəli xx.xx.1997-ci il tarixli müqavilədən görünür ki, X13 Su Cəmiyyəti Su Ölçmə X5 və Su Satış müəssisəsi ilə 1 saylı Yaşıllıqların istismarı tresti arasında su təchizatı sistemindən su buraxılmasına dair müqavilə imzalanmış, və həmin müqavilə xx.xx.1997-ci il tarixinə kimi qüvvədə olmuşdur. - 100191 nömrəli xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilə imzalanmış, və həmin müqavilə xx.xx.2014-cü il tarixinə kimi qüvvədə olmuşdur. - 090066 nömrəli xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, “İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi arasında su təchizatı və tullantı sularıının axıdılması xidmətlərinə dair müqavilə imzalanmış, və həmin müqavilə xx.xx.2019-cu il tarixinə kimi qüvvədə olmuşdur. - 060310 nömrəli xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, “İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi arasında su təchizatı və tullantı sularıının axıdılması xidmətlərinə dair müqavilə imzalanmış, və həmin müqavilə xx.xx.2018-ci il tarixinə kimi qüvvədə olmuşdur. İş materiallarından (təqdim edilmiş ödəniş sənədlərindən, həmşinin elektron qaimələrdən) görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixinə ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan İddiaçı ASC-nin X4 xx xxxx 2020-ci il tarixli, 01/3/01- 2/1/8464 nömrəli pretenziya məktubdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.2020-ci il tarixinə Bakı şəhəri İcra Hakimiyyətinin X4 (abonent kodu: 100191) ******* manat (bir milyon yüz doxsan üç min iki yüz otuz səkkiz manat), X4 Sabunçu rayonu üzrə (abonent kodu: 010378) 174443,40 manat (yüz yetmiş dörd min dörd yüz qırx üç manat qırx qəpik), Suraxanı rayonu üzrə (abonent kodu:020257) 434290,79 manat (dörd yüz otuz dörd min iki yüz doxsan manat yetmiş doqquz qəpik), Nizami rayonu üzrə (abonent kodu:040167) 1196965,68 manat (bir milyon yüz doxsan altı min doqquz yüz altmış beş manat altmış səkkiz qəpik), Nəsimi rayonu üzrə (abonent kodu:050352) 1866820,80 manat (bir milyon səkkiz yüz altmış altı min səkkiz yüz iyirmi manat səksən qəpik), Səbai! rayonu üzrə (abonent kodu:060310) 2650344,73 manat (iki milyin altı yüz əlli min üç yüz qırx dörd manat yetmiş üç qəpik), Yasamal rayonu üzrə (abonent kodu:070028) 1804248,25 manat (bir milyon səkkiz yüz dörd min iki yüz qırx səkkiz manat iyirmi beş qəpik), Xətai rayonu üzrə (abonent kodu:080178) 5293 manat (beş min iki yüz doxsan üç), Nərimanov rayonu üzrə (abonent kodu:090066) 2277279,84 manat (iki milyon iki yüz yetmiş yeddi min iki yüz yetmiş doqquz manat səksən dörd qəpik), Qaradağ rayonu üzrə (abonent kodu:110347) 182105,47 manat (yüz səksən iki min yüz beş manat qırx yeddi qəpik) borcunun olması bildirilmiş və həmin borcun ödənilmədiyi təqdirdə, su təchizatı dayandırılmaqla mübahisənin məhkəmədə həll olunacağı bildirilmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, tərəflər arasında borc öhdəliyi müqavilədən irəli gəlsə də, iddiaçı subut qismində həmin müqavilələrin bir qismini məhkəməyə təqdim edə bilməmişdir. Bu əsasla da məhkəmə hesab edir ki, subutlar kifayət etmədiyindən iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş təbəblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı iddia qaldırarkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə digər məhkəmə xərcləri yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdeh Abadlaşdırma və X7 X1rşı su təchizatı xidmətinə görə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı “İddiaçı“ASC-nin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar