Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2037/2021 02.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli, RBYF5824 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1023,53 (bir min iyirmi üç manat 53 qəpik) manat, faiz borcuna görə 239,39 (iki yüz otuz doqquz manat 39 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1262,92 (bir min iki yüz altmış iki manat 92 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.1.4-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində cavabdehlərdən əsas borcuna görə 1023,53 manat, faiz borcuna görə 239,39 manat məbləğində pul tələb etsə də, 239,39 manat faiz borcunun necə yaranmasına və hesablanmasına dair sənədləri ərizəyə əlavə etməmişdir və qeyd olunan halla bağlı təlləbetmə hüququ barədə mübahisənin olduğu istisna edilmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından görünür ki, müqavilənin müddətinin xx xxxxxx 2020-ci il tarixdə bitməsinə baxmayaraq həmin arayışda xx xxxx 2021-ci il tarixinə olan borc məbləği əks olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə ərizəni qəbul etməkdən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2037/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2037/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver