Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-204/2024 07.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X2” MMC-yə qarşı “xx.xx.2020-ci il tarixli, DSK 02/20 saylı müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair ilkin iddiası və “X2” MMC-nin İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər:) ( müqavilə, təhvil-təslim aktları, elektron qaimə ) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi Qanuni nümayəndə, İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili X3, İlkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh “X2” MMC-yə qarşı “xx.xx.2020-ci il tarixli, DSK 02/20 saylı müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair ilkin iddiası və “X2” MMC-nin İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mübahisəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC cavabdeh “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14417.72 manat məbləğində əsas borc, 7000 manat məbləğində əldən çıxmış fayda, 200 manat məbləğində mediasiya xərcləri, ümumilikdə 21617.72 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış 17 fevral 2020-ci il tarixli, DSK 02/20 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə tərəflərindən cavabdehin xidməti nəqliyyat vasitələrinə servis və texniki xidmət göstərilmişdir. Göstərilmiş xidmətin əvəzi olaraq ödənilməli olan pul vəsaitindən qalmış 14417.72 manat qalıq borc hələ də ödənilməmişdir. Cavabdeh tərəfindən ödənilməyən vəsaitlərə görə MMC-yə ciddi şəkildə maddi zərər dəymiş, ödənişlərin gecikdirilərək müqavilənin müvafiq bəndlərinə əməl edilmədiyinə görə MMC müflisləşməyə doğru gedərək qeyri-ixtiyari şəkildə digər müqavilə tərəfləri qarşısında öhdəliklərini icra edə bilməmişlər. Cavabdehin əsas borc üzrə 14417.72 manat və 7000 manat məbləğində əldən çıxmış fayda olaraq borcu vardır. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Qeyd edir ki, tərəflərindən cavabdehə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə əsas borc, əldən çıxmış fayda ödənilməsi barədə kommersiya mübahisəsinin həlli məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
3. 06 sentyabr 2023-cü il tarixdə cavabdeh “X2” MMC məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən ödənilmiş 9583.46 manat məbləğində avans məbləği və 126 manat məbləğində dövlət rüsumunun tutularaq qarşılıqlı iddia tələbi üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Nəqliyyat, Rabitə və X17 ilə “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 17 fevral 2020-ci il tarixli DSK 02/20 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi imzalanmışdır. Satınalma müqaviləsi X8 avtomobillərinin təmiri işləri və texniki xidmətlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusu nəticəsində imzalanmışdır.
5. Satınalma müqaviləsinin ümumi dəyəri, yəni kotirovka təklifi 44015,18 manat təşkil etmişdir. Dövlət satınalmalarının mahiyyətinə uyğun olaraq, kotirovka təklifi və satınalma müqaviləsinin məbləği həcmində büdcə ili ərzində xidmətləri göstərib təhvil verməli idi. “Auto Services" MMC-yə 31134,23 manat həcmində avans ödənişi edilmişdir. Avans ödənişi üç mərhələdə xx.xx.2020-ci il tarixdə 17700 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 8435.23 manat ödənilmişdir. Ödənilmiş avans məbləği qarşılığında İddiaçı MMC tərəfindən 21527.50 manat xidmət təhvil verilmiş və müvafiq olaraq təhvil sənədləri əsasında rəsmiləşdirilmişdir. Satınalma müqaviləsi üzrə ödənilmiş avans məbləğindən 9583.46 manat qarşılığında göstərilməli olan xidmət İddiaçı MMC tərəfindən təhvil verilməmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ilkin iddia üzrə tələb edilən 14417.72 manat məbləğində xidmətlər təhvil verilməmişdir. 6.13 dekabr 2023-cü il tarixdə İddiaçı MMC iddia ərizəsinin açıqlaması barədə məlumat təqdim edərək bildirmişdir ki, 34.22 manat təşkil edən xx.xx.2021-ci il tarixli EBAW 080486 nömrəli, 70.8 manat təşkil edən xx.xx.2021-ci il tarixli EBAW 031093 nömrəli, 1444.32 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAV 198928 nömrəli, 2309.26 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAV 199507 nömrəli, 2033.14 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAV 203097 nömrəli, 34.22 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAV 047914 nömrəli, 643.1 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAT 358710 nömrəli,665.52 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAT 358710 nömrəli, 472 manat təşkil edən xx.xx.2021-ci il tarixli, EBAW 274838 nömrəli, 5926.94 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAS 871054 nömrəli, 1093.51 manat təşkil edən 127.44 manat təşkil edən xx.xx.2021-ci il tarixli EBAW 458962 nömrəli, 290.28 manat təşkil edənh xx.xx.2021-ci il tarixli EBAX 375462 nömrəli, xx.xx.2020-ci il tarixli EBAS 870546 nömrəli elektron qaiməyə əsasən 166.8 manat ƏDV olmaqla 1093.51 manat (727.02 manat ödənilib, 366.49 manat qalıq borc) olmaqla ümumilikdə "xxxx" MMC tərəfindən 14417.73 manat məbləğində ödəniş həyata keçirilməlidir.
7. "xxxx" MMC xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı qaydada etiraz ünvanlayaraq bildirmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli DSK02/20 nömrəli satınalma müqaviləyə əsasən kotirovka təklifinin məbləği 44015.18 manat müəyyən edilmişdir. “Dövlət satınalmaları haqqında” Qanununun tələblərinə görə qeyd edilən məbləğ Sifarişçi tərəfindən keçirilmiş satınalma prosedurunun (kotirovka sorğusunun) nəticəsinə uyğun olaraq müqavilənin bağlanmasından sonra göstəriləcək xidmət haqqının son həddini müəyyən edir. Yəni müqavilə üzrə göstəriləcək faktiki xidmət haqqı daha az ola bilər. Bu şərtlər daxilində baxdıqda müqavilədə göstərilən məbləğ Sifarişçinin İcraçı qarşısında ödənilməmiş borcu məbləğini müəyyən etmir. İcraçı tərəfindən təqdim edilmiş qaimə fakturalara ona görə əhəmiyyətsizdir ki, Qanununun 40-1.3-cü maddəsinə, sözügedən müqavilənin 5-ci və 13-cü bəndlərinə və tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsasən müqavilə üzrə ödəmələr xidmətlərin təhvil verilməsi yolu ilə rnüəyyən edilməli, yəni təhvil-təslim aktı iiə təsdiq edilməlidir. Tərəflər arasında xidmətlərin təhvil-təslim aktı ilə rəsmiləşdirilməsi qaydası qarşiiıqit iddia İlə birlikdə təqdim edilmişdir. Həmin təhvil-təslim aktiarı ilə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən 21527,50 manat xidmət təhvil verilmiş və müvafiq olaraq təhvil sənədləri əsasında rəsmiləşdirilmişdir. ‘Auto Services MMC tərəfindən 21527,50 xidmət təhvil verilmiş və müvafiq olaraq təhvil sənədləri əsasında rəsmiləşdirilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilən təhvil-təslim aktlarının çatdırılmasına dair təhvil-təslim aktlarında ümumiyyətlə sifarişçinin hansı nümayəndəsinin təhvii alması və kimin imzalaması əks edilməyib (xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, 13.01 2021-ci i. tarixli), təhvil alınmış kimi təqdim edilən digər imzalı sənədlərdə isə sənədi imzalayan, şəxsin X8 Ağayev Qurban adında işçisi olmadığı müəyyən edilmişdir (xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli). Eyni zamanda, sübut qismində təqdim edilən xx.xx.2020-ci il tarixli iş kartı və ona əlavə edilən xx.xx.2020-ci i. tarixli Qüsur aktında əks edilən 10PP551 dövlət nişanlı avtomobil heç bir zaman X8 mülkiyyətində olmamışdır. Həmçinin iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli iş kartında aparılmış “AzİnTeiecom” qeydi həmin sənədin Mərkəzə aid olmadığını göstərir. Həmin dövrdə Mərkəz və AzTelecom" iki ayrı hüquqi şəxs olmaqla, “Auto Services" MMC ilə ayrılıqda müqavilələr bağlamışdır. Həmçinin sözügedən avtomobilin sürücüsü kimi qeyd edirlər. Qiyasov Əbülfəz adlı şəxs Mərkəzdə heç bir zaman çalışmamışcır (2020-ci ii ərzində çalışan sürücülərin siyahısı əlavə ediiir).xx.xx.2020-ci il tarixinə sözügedən şəxslər sürücü vəzifəsində çalışırdılar:X18, X12, X5, X6, X9, X1, X20, X27, X7, X10, X13r. 8."xxxx" MMC xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı surətdə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı MMC tərəfindən göstərilən 13 qaimədən 8 elektron qaimə faktura üzrə xidmətlər göstərildiyi üçün ödəniş "xxxx" MMC tərəfindən icra edilmişdir. Qeyd etmək lazımdır ki, 8 elektron qaimə üzrə ümumi məbləğ 12573.89 manat təşkil edir. xx.xx.2021-ci il tarixli EBAW 274838 nömrəli 472 manat dəyərində,xx.xx.2020-ci il tarixli EBAV 008112 nömrəli 665.52 manat dəyərində, xx.xx.2020-ci il tarixli EBAS 870546 nömrəli 1093.51 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBAW 458962 nömrəli 127.44 manat dəyərində və xx.xx.2021-ci il tarixli EBAX 375462 nömrəli 290.28 manat dəyərində elektron qaimələr üzrə ümumiyyətlə xidmət göstərilməmişdir.
II. Tərəflərin mövqeləri:
10. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi Qanuni nümayəndə və iddiaçının nümayəndəsi və vəkili X14 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi X15 məhkəməyə təqdim edilmiş etirazda bütün halların qeyd edildiyini bildirərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
12. 29 dekabr 2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X16 verdiyi ifadədə qeyd etmişdir ki, 2020-ci ilin dekabr ayından 2021-ci iln mart ayınadək İddiaçı MMC-də mühasib vəzifəsində işləmişdir. İşlədiyi dövrdə çox qarışıqlıq idi. Onlar qarşı tərəfin mühasibi ilə mütəmadi olaraq əlaqə saxlayırdılar. Aktların hər birini qarşı tərəfə göndərmişlər. Onlara da mühasib baxıb hamısını təsdiq etmişdi. Lakin sonradan göndərilən aktlar MMC-yə geri qayıtmayıb. Göndərilən bütün qaimələri cavabdehin mühasibi İlqar Əhmədov fiziki olaraq təsdiq edib. Qeyd edilməlidir ki, cavabdeh ödənişi elektron-qaimə üzrə aparmayıb. Onlar ümumilikdə 3 dəfə ödəniş ediblər. Ümumilikdə 31134 manat ödəniş həyata keçiriblər. Avans məbləğini sonradan elektron qaimələr üzrə bağlaya-bağlaya çıxmışlar. 45551 manat dəyərində xidmətin qarşılığında 31134 manat ödəniş aparılıb. Qalan məbləğ isə ödənilməmiş qalıb. MMC aktsız qaimə göndərməyib. Elektron qaimələr üzrə hesablaşma aparılmayıb. Olub ki, bir elektron qaimə üzrə bir neçə akt verilib. Tərəflər arasında üzləşmə aktı tərtib edilməyib. Hazırda akt yoxdur deyə problem yaşanır. Lakin onlar qaimələrin hər birini qəbul ediblər. Qəbul etməyə də bilərdilər. Ya da imtina edə bilərdilər. Bundan əlavə həmin qaiməni birbaşa özləri təsdiq ediblər.
Məhkəmə baxışının hədləri: 13 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14.Bir tərəfdən bundan sonra “sifarişçi” adlandırılacaq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X17 və digər tərəfdən bundan sonra “icraçı” adlandırılacaq İddiaçı MMC arasında 17 fevral 2020-ci il tarixdə DSK 02/20 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi avtomobillərin təmiri işləri və texniki xidmətlərin satın alınması üçün icraçının 44015.18 manat məbləğində kotirovka təklifini qəbul etmişdir. 2.2. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malın çatdırılmasını öhdəsinə götürür. Göndərilmiş mallar icraçının kotirovka təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. xx.xx.2020-ci il tarixli, 1 nömrəli hesab-fakturaya əsasən “NRYTN-nın X17” və İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli DSK 02/20 saylı müqaviləyə əsasən tərəflər arasında əldə olunmuş razılığa əsasən sifarişçi tərəf icraçıya 15000 manat məbləğində avans ödənişi həyata keçirməli idi. xx.xx.2020-ci il tarixli, 319 nömrəli ödəniş tapşırığına əsasən 15000 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən AR Rabitə və Onformasiya Texnologiyaları Nazirliyinin X17 tərəfindən İddiaçı MMC-nin hesabına 4237.29 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 7147.65 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2020-ci il tarixli köçürmənin aparılması barədə bildirişə əsasən AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X8 ƏDV sub-uçot hesabından 2700 manat, xx.xx.2020-ci il tarixli bildirişə əsasən 762.71 manat, xx.xx.2020-ci il tarixli bildirişə əsasən 1286.58 manat məbləğində köçürmə aparılmışdır. 15.İddiaçı MMC tərəfindən AR Rabitə və Onformasiya Texnologiyaları Nazirliyinin X11 xidmətlərin dəyəri 34.22 manat təşkil edən xx.xx.2021-ci il tarixli EBAW 080486 nömrəli, 70.8 manat təşkil edən xx.xx.2021-ci il tarixli EBAW 031093 nömrəli, 1444.32 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAV 198928 nömrəli, 2309.26 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAV 199507 nömrəli, 2033.14 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAV 203097 nömrəli, 34.22 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAV 047914 nömrəli, 643.1 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAT 358710 nömrəli,665.52 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAT 358710 nömrəli, 472 manat təşkil edən xx.xx.2021-ci il tarixli, EBAW 274838 nömrəli, 5926.94 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAS 871054 nömrəli, 1093.51 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAS 870546 nömrəli, 127.44 manat təşkil edən xx.xx.2021-ci il tarixli EBAW 458962 nömrəli, 290.28 manat təşkil edənh xx.xx.2021-ci il tarixli EBAX 375462 nömrəli elektron qaimə ünvanlanmışdır.
16. İddiaçı MMC tərəfindən AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X11 göndərilmiş elektron qaimələr üzrə sistemdən çıxarılmış məlumatdan görünür ki, yuxarıda sadalanan elektron qaimələrdən əlavə olaraq sonuncuya göndərilmiş ƏDV 197.1 manat olmaqla 1292.1 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAR 751453 nömrəli , 104.4 ƏDV olmaqla 684.4 manat təşkil edən xx.xx.2020-ci il tarixli, EBAR 885358 nömrəli, 51.3 manat ƏDV olmaqla 336.3 manat təşkil edən xx.xx.2020-ci il tarixli EBAS 114193 nömrəli, ƏDV 692.46 manat olmaqla 4539.46 manat təşkil edən xx.xx.2020-ci il tarixli, EBAS 625533 nömrəli, ƏDV 706.28 manat olmaqla 4630.08 manat təşkil edən xx.xx.2020-ci il tarixli, EBAS 870576 nömrəli, ƏDV 1385.03 manat olmaqla 9079.62 manat təşkil edən xx.xx.2020-ci il tarixli, EBAS 870775 nömrəli elektron qaimələr “təsdiqlənmiş” elektron qaimələr qismində elektron sistemdə qeydə alınmışdır.
17. Sözügedən elektron sistemdən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Rabitə və Onformasiya Texnologiyaları Nazirliyinin X11 xx.xx.2020-ci tarixli EBAL 032496 nömrəli (103.81 manat ƏDV olmaqla 680.51 manat), xx.xx.2020-ci il tarixli EBAQ 972019 nömrəli (4.5 manat ƏDV olmaqla 29.5 manat), xx.xx.2020-ci il tarixli EBAR 622881 nömrəli (31.5 manat ƏDV olmaqla 206.5 manat), xx.xx.2020-ci il tarixli EBAR 621897 nömrəli (34.2 manat ƏDV olmaqla 224.2 manat), xx.xx.2020-ci il tarixli EBAR 591589 nömrəli (78.84 manat ƏDV olmaqla 516.84 manat), xx.xx.2020-ci il tarixli EBAR 168328 nömrəli (1207.03 manat ƏDV olmaqla 7912.76 manat), xx.xx.2020-ci il tarixli EBAR 213175 nömrəli (4.5 manat ƏDV olmaqla 29.5 manat), xx.xx.2020-ci il tarixli EBAR 441113 nömrəli (15.84 manat ƏDV olmaqla 103.84 manat) elektron qaimələr də göndərilmiş, lakin həmin elektron qaimələr “sistem tərəfindən təsdiqlənmiş” elektron qaimələr qismində elektron sistemdə qeydə alınmışdır.
18. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X8 "xxxx" MMC-nin mühasibi (işin mübahisə olunmayan halı) Əhmədov İlqar AR Vergilər Nazirliyinə MMC-yə EBAX 375462 nömrəli, EBAW 080486 nömrəli, EBAW 031093 nömrəli, EBAW 274838 nömrəli, EBAW 458962 nömrəli, EBAV 047914 nömrəli, EBAV 008112 nömrəli, EBAT 358710 nömrəli, EBAS 871054 nömrəli, EBAS 870546 nömrəli, EBAS 870576 nömrəli, EBAS 870775 nömrəli, EBAS 870775 nömrəli, EBAS 878256 nömrəli Əsədov Elnar adlı əməkdaş isə EBAV 198928 nömrəli, EBAV 199507 nömrəli, EBAV 203097 nömrəli qaimə fakturaların təsdiq etmək üçün imzalanmasını Vergilər Nazirliyinə ünvanlanmış müraciətdə qeyd etmişlər. 19.İddiaçı MMC ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X8 nümayəndələri tərəfindən imzalanmaqla və hüquqi şəxslərin möhürü vurulmaqla təsdiq edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən tərəflər 586.46 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 27.14 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 27.14 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 790.84 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 113.52 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 895.38 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 631.30 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 322.14 manat, 750.01 manat, 73.16 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 208.62 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 43.66 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 346.60 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 495.60 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 632.85 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 43.66 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 88.50 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 120.36 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 103.84 manat, xx.xx.2020-ci il tarixli 155.76 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 181.72 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 115.64 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 218.30 manat, xx.xx.2020-ci il tarixli aktlara əsasən 42.48 manat, 59 manat, 366.98 manat, 496.78 manat, 372.88 manat, 1770 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 643.10 manat, xx.xx.2020-ci il tarixli aktlara əsasən 55.46 manat, 114.46 manat, xx.xx.2020-ci il tarixli aktlara əsasən 1248.44 manat, 556.96 manat, 1583.56 manat, 572.30 manat, 408.28 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 5x135.70 manat, 339.84 manat, 94.40 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 135.70 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 135.70 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 790.60 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 34.22 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 23.60 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 47.20 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 224.20 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 29.50 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 755.20 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 165.20 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 151.04 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 328.04 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 15.34 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 115.64 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 15.34 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 100.30 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 1.977.68 manat, xx.xx.2020ci il tarixli akta əsasən 100.30 manat , xx.xx.2020-ci il tarixli akta əsasən 34.22 manat olmaqla, ümumilikdə 21527.5 manat məbləğində xidmətin göstərilməsi faktını təsdiq etmişlər. 20.Beləliklə işin hallarından məlum olur ki, tərəflər arasında 17 fevral 2020-ci il tarixli, DSK 02/20 saylı xidmət göstərilməsi ilə bağlı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 22.Göründüyü kimi hazırki iş üzrə "xxxx" MMC cavabdehdən ümumilikdə 14417.72 manat məbləğində əsas borcun və 7000 manat məbləğində əldən çıxmış faydanın tutulması ilə bağlı tələblə məhkəməyə müraciət etmiş, bunun müqabilində "xxxx" MMC isə məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək əksini irəli sürmüş, tərəflərindən 31134.23 manat məbləğində avans ödənişinin həyata keçirildiyini, "xxxx" MMC tərəfindən isə ümumilikdə 9583.46 manat dəyərində xidmətin göstərilmədiyini iddia etmişdir. 23 Məhkəmə ilkin olaraq ilkin iddiaya hüquqi qiymət verilməsini və bununla əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Belə ki, işin hallarından da məlum olduğu kimi tərəflər arasında 17 fevral 2020-ci il tarixdə, DSK 02/20 nömrəli xidmət göstərilməsi ilə bağlı müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" MMC cavabdehə xidməti nəqliyyat vasitələrinə servis və texniki xidmət göstərilməsi ilə bağlı öhdəlik götürmüşdür. İşin mübahisə edilməyən hallarına əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə ümumilikdə 31134.23 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlar qeyd edilən faktı təsdiqləyir.
24. Tərəflər arasında mübahisənin yaranmasına əsas olan hal ondan ibarətdir ki, iddiaçı iddia edir ki, onun tərəfindən cavabdehə ümumilikdə 45551.96 manat məbləğində xidmət göstərilmiş, cavabdeh həmin xidmətin yalnız 31134.23 manat olan hissəsinin ödənişini həyata keçirmiş, ümumilikdə 14417.73 manat məbləğində borc ödənilməmiş qalmışdır. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarına əsasən ümumilikdə 21527.50 manat məbləğində xidmətin iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi öz təsdiqini tapır. Lakin qeyd edilməlidir ki, qalan məbləğlə bağlı tərəflər arasında təhvil-təslim olması ilə bağlı məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. İddiaçı göstərdiyini iddia etdiyi qalan xidmətlə bağlı məhkəməyə müvafiq elektron qaimələri və elektron qaimələrin təsdiqi ilə bağlı sistem üzərindən əldə edilmiş müvafiq məlumatı təqdim etmişdir. Belə ki, elektron sistemdən əldə edilmiş məlumata əsasən "xxxx" MMC tərəfindən göndərilmiş elektron qaimələrin ümumi məbləği 44683.34 manat təşkil edir.
25. Məhkəmə elektron qaimələrə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. 26 Həmin Qaydaların: 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 27."xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. 28.Göründüyü kimi yuxarıda göstərilən qərarda lazımı qaydada göndərilmiş, ləğv olunmamış və ya mübahisələdirilməmiş elektron –qaimələrin işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa olaraq təsdiq etmədiyi xüsusi olaraq vurğulanmış, işdə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməli olduğu qeyd olunmuşdur. Lakin sözügedən qərarda göndərilmiş və qarşı tərəfdən fiziki olaraq təsdiq edilmiş elektron qaimələrin sübuti əhəmiyyəti barədə hər hansı bir məlumat öz əksini tapmamışdır. 29.Nəzərə almaq lazımdır ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrin əksər hissəsi nəinki elektron qaydada göndərilmiş, eyni zamanda cavabdeh tərəfindən fiziki olaraq təsdiq edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimələrin göndərilməsi ilə bağlı sistemdən çıxarışdan da məlum olur ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş 27 ədəd elektron qaimədən 19-u cavabdeh tərəfindən fiziki olaraq, qalan 8 ədədi isə sistem tərəfindən təsdiqlənmişdir. Elektron qaimələrdən 19-u barədə “təsdiqlənmiş” və 8-i barədə isə “sistem tərəfindən təsdiqlənmiş” qeydi aparılmışdır. Bundan əlavə iddiaçı məhkəməyə "xxxx" MMC-nin əməkdaşları olan “Əhmədov İlqar” və “Əsədov Elnar” tərəfindən EBAX 375462 nömrəli, EBAW 080486 nömrəli, EBAW 031093 nömrəli, EBAW 274838 nömrəli, EBAW 458962 nömrəli, EBAV 047914 nömrəli, EBAV 008112 nömrəli, EBAT 358710 nömrəli, EBAS 871054 nömrəli, EBAS 870546 nömrəli, EBAS 870576 nömrəli, EBAS 870775 nömrəli, EBAS 870775 nömrəli, EBAS 878256 nömrəli, EBAV 198928 nömrəli, EBAV 199507 nömrəli, EBAV 203097 nömrəli elektron qaimələrin şəxsdən təsdiq edilməsi ilə bağlı sənədlər əlavə etmişdir. Sözügedən şəxslərin "xxxx" MMC-nin əməkdaşları olması faktı isə işin mübahisəsiz halıdır. 30.Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, AR Konstitusiya Məhkəməsinin yuxarıdakı Qərarında göstərildiyi kimi göndərilmiş elektron qaimə xidmətin həqiqətən də göstərilməsini təsdiq edən sübuti əhəmiyyətə malik olmasa da, fiziki olaraq təsdiqlənmiş elektron qaimə artıq digər tərəfin həmin faktı təsdiqlədiyini və qəbul etdiyini göstərir. Hazırki iş üzrə cavabdeh tərəfindən fiziki olaraq təsdiqlənmiş elektron qaimələr üzrə ümumi məbləğ 34979.69 manat təşkil etmiş, cavabdeh isə ümumilikdə 31134.23 manat məbləğində ödəniş həyata keçirmişdir. Göründüyü kimi qəbul edilmiş elektron qaimələr üzrə ümumi məbləğdən 3845.46 (349xx.xx-31134.23 manat=3845.46) manat məbləğində işlərin dəyəri ödənilməmiş qalmışdır. 31.Qalan məbləğə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin məbləği (144xx.xx- 3845.46=10572.27) təşkil edən elektron qaimələr cavabdeh tərəfindən fiziki olaraq deyil, sistem tərəfindən təsdiq edildiyindən, onunla bağlı tərəflər arasında təsdiq edilmiş təhviltəslim aktları və digər sübutlar mövcud olmadığından həmin hissədə iddia tələbi əsassızdır.
32. Məhkəmə ilkin iddia tələbini “X2” MMC tərəfindən İddiaçı MMC -nin xeyrinə 7000 manat əldən çixmiş faydanın ödənilməsini əsaslı hesab etmir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılması olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. 34.Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Əldən çıxmış fayda hadisələrin normal axışına, ümumi qəbul görən həyat təcrübələrinə görə əmlak vəziyyətində meydana gələcə biləcək artışların zərər verən hərəkət səbəbindən qismən və ya tamamilə qarşısının alınması nəticəsində meydana gələn azalmanı (zərəri) ifadə edir. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Əldən çıxmış faydanın həcmini müəyyənləşdirərkən əgər borclu tərəfindən öhdəlik lazımınca icra edilməmişdirsə, ancaq dəqiq əsaslar, dəlillər pul miqdarının və ya digər əmlakın real əldə edilməsinin mübahisəsiz sübut edən məlumatlar nəzərə alınmalıdır. Buna görə də MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Əldən çıxmış faydanın məbləği öhdəlik icra olunduğu təqdirdə kreditorun çəkməli olacağı ağlabatan xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bundan başqa, əldən çıxmış faydanın məbləği müəyyən edilərkən öhdəliyin borclu tərəfindən lazımi qaydada icra olunduğu təqdirdə kreditorun pul məbləğini və ya digər əmlakı əldə etmək imkanını mübahisəsiz təsdiq edən dəqiq məlumatlar nəzərə alınmalıdır. 35.Göründüyü kimi, İddiaçı əldən çıxmış faydanı tələb etmək üçün MM-in 21, 443,449-cü maddələrində göstərilən halların mövcudluğunu sübut etməyə borclu idi. Lakin məhkəmə araşdırması zamanı İddiaçı əldən çıxmış faydanı müəyyənləşdirilərkən İddiaçı MMC onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
Qarşılıqlı iddia ilə bağlı məhkəmənin mövqeyi:
36. İlkin olaraq qeyd edilməlidir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" MMC 31134.23 manat məbləğində avans ödənişi həyata keçirdiyini, lakin İddiaçı MMC tərəfindən ümumilikdə 21527.50 manat məbləğində xidmət göstərildiyini iddia edərək 9583.46 manat məbləğində pulun geri qaytarılmasını tələb edir. 37.İlkin iddia tələbinə hüquqi qiymət verilərkən yuxarıda sadalanan məsələlərə toxunulduğundan məhkəmə təkrar qiymətləndirmənin aparılmasına zərurət görmür. Lakin qarşılıqlı iddia ərizəsində qeyd olunan hallara münasibətdə bildirir ki, "xxxx" MMC-nin iddiasına görə İddiaçı MMC tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli EBAW 080486 nömrəli, xx.xx.2021-ci il tarixli EBAW 031093 nömrəli, xx.xx.2020-ci il tarixli EBAV 198928 nömrəli, xx.xx.2020-ci il tarixli EBAV 199507 nömrəli, xx.xx.2020-ci il tarixli EBAV 203097 nömrəli, xx.xx.2020-ci il tarixli EBAV 047914 nömrəli, xx.xx.2020-ci il tarixli EBAT 358710 nömrəli, xx.xx.2020-ci il tarixli EBAS 871054 nömrəli elektron qaimələr üzrə 12573.89 manat təşkil edən məbləğ tərəflərindən 31134.23 manat avansın daxilində ödənilmişdir. Lakin xx.xx.2020-ci il tarixli EBAV 008112 nömrəli, xx.xx.2020-ci il tarixli EBAS 870546 nömrəli, xx.xx.2021-ci il tarixli EBAW 458962 nömrəli və xx.xx.2021-ci il tarixli EBAX 375462 nömrəli elektron qaimələr üzrə İddiaçı MMC tərəfindən ümumiyyətlə xidmət göstərilməmişdir.
38. Məhkəməyə təqdim edilmiş təhvil–təslim aktlarının və aparılmış ödənişlərin hansı elektron qaimələr üzrə həyata keçirilməsinin müəyyən edilməsi məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş 9/547 nömrəli ekspert rəyində bildirilmişdir ki, İddiaçı MMC ilə X17 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli DSK 02/20 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə “X2” MMC tərəfindən İddiaçı MMC-yə ödənilmiş 31.134,23 manat avans məbləğindən ekspert qarşısında qoyulmuş suallarda göstərilən elektron qaimələr üzrə hazırki tədqiqatla müəyyən edilmiş 15.144,75 manat məbləğində göstərilmiş xidmətlərin dəyərinin çıxılıb-çıxılmaması ödəniş tapşırıqlarınnın təyinatı avans məbləğlərinin ümumi müqavilə üzrə olduğundan müəyyən etmək mümkün olmadı. Bundan başqa iş materiallarında olan İddiaçı MMC ilə X17 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli DSK 02/20 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə avans şəklində ödənilmiş 31.134,23 manat məbləğindən ekspert qarşısında qoyulmuş suallarda göstərilən elektron qaimələr üzrə hazırki tədqiqatla müəyyən edilmiş 15.144,75 manat məbləğində göstərilmiş xidmətlərin dəyəri çıxıldıqda 15.989,48 manat məbləğində dəyəri olan və avans şəklində ödənilmiş 31.134,23 manat məbləğindən iş materiallarında olan ümumi elektron qaimələr üzrə hazırki tədqiqatla müəyyən edilmiş 24.680,09 manat məbləğində göstərilmiş xidmətlərin dəyəri çıxıldıqda 6.454,14 manat məbləğində dəyəri olan İddiaçı MMC-nin X11 icra edilməmiş öhdəliyi qalır. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, İddiaçı MMC ilə Mərkəz arasında bağlanmış 17 fevral 2020-ci il tarixli DSK 02/20 saylı Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə təqdim edilmiş elektron qaimələrdə və təhvil-təslim aktlarında göstərilən xidmətlərin təyinatı, məbləğləri fərqli və tam (dolğun) olmadığına görə iş materiallarına əlavə olunmuş elektron qaimələr tərəflərin təsdiq etdiyi ümumi dəyəri 21527.50 manat təşkil edən təhvil-təslim aktları üzrə göstərilmiş xidmələri əhatə etməsini müəyyən etmək mümkün olmadı. 39.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 101.3-cü (“Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.”) və 103.1-ci (“Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.”) maddələrini rəhbər tutaraq işdə olan xx.xx.2024-ci il tarixli, 9/547 nömrəli ekspert rəyinə tənqidi yanaşır. 40.Belə ki, ekspert elektron qaimələr üzrə göstərilmiş xidmətlərin dəyərini müəyyən etməyərək, iş materiallarında olan elektron qaimələrin sadalanması ilə kifayətlənmişdir. Əlavə olaraq ekspert rəyin nəticə hissəsinin birinci abzasında məhkəmə tərəfindən qoyulmuş suallar üzrə araşdırılmalı olan halların müəyyən edilməsinin mümkün olmadığını bildirmiş, lakin buna baxmayaraq növbəti abzasda kifayət qədər əsaslandırmadan İddiaçı MMC tərəfindən 6454.14 manat məbləğində ödənişin həyata keçirilməli olduğunu qeyd etmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, "Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər". Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. 41.Əlavə olaraq qeyd edilməlidir ki, iş üzrə təqdim edilmiş elektron qaimələrin tərəflər arasında tərtib edilmiş hansı təhvil-təslim aktları üzrə verildiyini və ya avans ödənişi həyata keçirilərkən hansı elektron qaimlərə istinad edildiyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərin tərtibi zamanı hər hansı bir elektron qaiməyə istinad edilməmişdir.Hər iki tərəf də məhkəməyə bununla bağlı hər hansı bir sənəd təqdim edə bilməmişdir. Lakin müəyyən edilmiş hal ondan ibarətdir ki, "xxxx" MMC tərəfindən fiziki olaraq təsdiq edilmiş elektron qaimələr üzrə müəyyən edilmiş məbləğ ödənilmiş avans məbləğindən daha çoxdur (3845 manat). Bu isə onu deməyə əsas verir ki, İddiaçı MMC ödənilmiş avans məbləği üzrə xidməti tam olaraq həyata keçirmişdir. 42.Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır və rədd edilməlidir. 43.“Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.
44. İlkin iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, 100 manat məbləğində dövlət rüsumu “X2” MMC-dən tutulmaqla İddiaçı MMC-yə ödənilməlidir. 45 AR MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
IV. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia tələbi üzrə cavabdeh “X2” MMC-dən 3845.46 (üç min səkkiz yüz qırx beş manat qırx altı qəpik) məbləğində pul və 100 (yüz) manat məbləğində mediasiya xərci tutularaq ilkin iddia tələbi üzrə İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov