Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2040/2020 19.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 qız, Cavabdeh4, X4, Cavabdeh6 və Cavabdeh1 qarşı kredit borcun tutulması tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh5 («Cavabdeh5” MMC), Cavabdeh3, Cavabdeh2 qız, Cavabdeh4, X4, Cavabdeh6 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx xxxxxx 2018-ci il tarixli, RBN- 6465/BK saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 5926,69 manat (beş min doqquz yüz iyirmi altı manat altmış doqquz qəpik), faiz borcuna görə 1039,74 manat (min otuz doqquz manat yetmiş dörd qəpik), dəbbə borcuna görə 4000 (dörd min) manat olmaqla, cəmi 10966,43 manat (on min doqquz yüz altmış altı manat qırx üç qəpik) məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlərdən xx xxxxxx 2018-ci il tarixli, RBN-6465/BK saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 5926,69 manat (beş min doqquz yüz iyirmi altı manat altmış doqquz qəpik), faiz borcuna görə 1343,42 manat (min üç yüz qırx üç manat qırx iki qəpik), dəbbə borcuna görə 4000 (dörd min) manat olmaqla, cəmi 11270,11 manat (on bir min iki yüz yetmiş manat on bir qəpik) məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçıASCnin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh5 MMC arasında bağlanmışxx xxxxxx 2018-ci il tarixli, RBN-6465/BK saylı kredit müqaviləsinə əsasən borcalana illik 24% olmaqla 15 (on beş) ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh3, Cavabdeh2 qız, Cavabdeh4, X4, Cavabdeh6 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər xx xxxxxx 2018-ci il tarixli, RBN-6465/BK saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh5 MMC kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunan kreditin ödəniş cədvəli əsasında, hər ayın 19-dan gec olmayaraq hər ay 1556,51 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iizahat verərək iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, qalan hissədə isə qəbul etmədiyini bildirdi və iddianın qismən təmin olunmasına etiraz etmədi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh5 MMCarasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, RBN-6465/BK saylı kredit müqaviləsinə əsasən borcalana illik 24% olmaqla 15 (on beş) ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. Müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilə üzrə faktik illik faiz dərəcəsi (FİFD) 26% təşkil edir; 2.5-ci maddəsinə əsasən kredit faizləri hesablanarkən hər ayda 30 (otuz) günün, hər ildə 360 (üç yüz altmış) günün olduğu qəbul edilir. - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı iləCavabdeh5 MMC vəCavabdeh3, Cavabdeh2 qız, Cavabdeh4, X4, Cavabdeh6 və Cavabdeh1 arasında xx xxxxxx 2018-ci il tarixli, RBN-6465/BK saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən zaminlər borc verənin (Bank) qarşısında borc alanın öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 2.2-ci bəndinə əsasən Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyır. - Kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, qeyd olunan müqavilə üzrə Cavabdeh5 MMC xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək əsas kredit məbləği üzrə 20000 manat, faiz üzrə 3347,40 manat olmaqla, ümumilikdə 23347,40 manat ödəniş etməlidir. Aylıq ödəniş 1556,51 manat müəyyən edilmişdir. - xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh5 MMCninxx xxxxxx 2018-ci il tarixli, RBN-6465/BK saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx xxxxxxxx 2020-ci il tarixə kredit öhdəliyi üzrə əsas borcu 5926,69 manat(beş min doqquz yüziyirmialtımanat altmış doqquz qəpik), müqavilənin bitmə tarixinə (xx.xx.2020-ci il tarixə) faiz borcu 560,67 manat(beş yüz altmış manataltmış yeddi qəpik), müqavilənin 2.7-ci bəndinə əsasən hesablanan faiz borcu 782,75 (yeddi yüz səksən iki manat yetmiş beş qəpik) manat, cərimə borcu 4000 (dörd min) manatolmaqla, cəmi 11270,11 manat(on bir min iki yüz yetmiş manat on bir qəpik) təşkil edir. - iddiaçı tərəfindən təqdim edilən kreditin tarixinə dair məlumatdan görünür ki, kredit müqaviləsinə əsasən əsas borc üzrə 14073,31 manat, faiz borcu üzrə 3170 manat ödəniş edilmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə cavabdehlərə bildiriş ünvanlanaraq 3 iş günü ərzində cəmi 7321,8 manat məbləğində borcun ödənilməsini, əks təqdirdə qanunamüvafiq tədbirlərin görüləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh5 MMC arasında bağlanmış kredit müqaviləsi əsasında Cavabdeh5 MMC-yə yuxarıda qeyd olunan müddətə və məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə digər cavabdehlər arasında zaminlik müqavilələri bağlanmışdır. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtləri və mülki qanunvericiliyin normalarını pozmuşuldur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilmədiyini və borcun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehlərdən borcun tutulmasını tələb etməkdə haqlıdır. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. Məhkəmə iddia tələbinin faiz borcuna görə 1343,42 manat (min üç yüz qırx üç manat qırx iki qəpik) məbləğində pulun cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışından görünür ki, müqavilə müddətinin sonuna faiz borcu 560,67 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumun yuxarıda göstərilən qərarının məzmunundan göründüyü kimi, kreditorun yalnız kreditin verilmə müddəti bitənədək olan dövr üçün müqavilənin şərtlərinə əsasən hesablanmış faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, faiz borcunun tutulması tələbinə dair hissədə iddia qismən təmin edilməli, cavabdehdən müqavilə müddətinin bitdiyi tarixə hesablanmış 560,67 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə 4000 manatcərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 300 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Мülki Мəcəlləsiнин 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyır. Zaminliklə bağlı normalara və zaminlik müqavilələrinin şərtlərinə müvafiq olaraq borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxxxx 2018-ci il tarixli, RBN-6465/BK saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 5926,69 manat (beş min doqquz yüz iyirmi altı manat 69 qəpik), faiz borcuna görə 560,67 (beş yüz altmış manat altmış yeddi qəpik), 300 (üç yüz) manat cərimə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 qız, Cavabdeh4, X4, Cavabdeh6 və Cavabdeh1 İddiaçıASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 12 manat hissəsi iddiaçıya aid edilməli, qalan 18 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 qız, Cavabdeh4, X4, Cavabdeh6 və Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli, RBN-6465/BK saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 5926,69 manat (beş min doqquz yüz iyirmi altı manat 69 qəpik), faiz borcuna görə 560,67 (beş yüz altmış manat altmış yeddi qəpik), 300 (üç yüz) manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 18 (on səkkiz) manat olmaqla, cəmi 6805,36 manat (altı min səkkiz yüz beş manat otuz altı qəpik) məbləğində pul İddiaçıASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 12 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2040/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2040/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver