Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-205/2024 03.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DCL00146441-05 saylı kredit müqaviləsinə əsasən 32,358.95 (otuz iki min üç yüz əlli səkkiz manat doxsan beş qəpik) manat, 3,511.14 (üç min beş yüz on bir manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 35,870.09 (otuz beş min səkkiz yüz yetmiş manat doqquz qəpik) manat; -DCL00146441-06 saylı kredit müqaviləsinə əsasən 7,067 (yeddi min altmış yeddi manat ) manat əsas borc, 100.12 (bir yüz manat on iki qəpik) manat faiz borcu, 1,356.86 (bir min üç yüz əlli altı manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 8,523.98 (səkkiz min beş yüz iyirmi üç manat doxsan səkkiz qəpik ) manat; -DCL00146441-08 saylı kredit müqaviləsinə əsasən 17,406 (on yeddi min dörd yüz altı manat) manat əsas borc, 990.99 (doqquz yüz doxsan manat doxsan doqquz qəpik) manat faiz borcu, 2,183 (iki min bir yüz səksən üç manat) manat cərimə borcu olmaqla, cəmi 20,579.99 (iyirmi min beş yüz yetmiş doqquz manat doxsan doqquz qəpik) manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair GTC-366LE/2019 saylı ümumi şərtlər toplusu imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: xx.xx.2021-ci il tarixli DCL001466441-05 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 53,498 (əlli üç min dörd yüz doxsan səkkiz) manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır; xx.xx.2021-ci il tarixli DCL001466441-06 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 7,067 (yeddi min altmış yeddi) manat məbləğində avadanlıqların alınması məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2022-ci il tarixli DCL00146441-08 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 17,406 (on yeddi min dörd yüz altı) manat məbləğində avadanlıqların alnması məqsədi ilə kredit xətti açılmışdır. Bank ilə Borcalan Cavabdeh2 MMC-nin Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Qanuni nümayəndə arasında DCL001466441-05 saylı Maliyyələşdirmə üçün ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********21 saylı, DCL001466441-06 saylı Maliyyələşdirmə üçün ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********207 saylı, DCL00146441- 08 saylı Maliyyələşdirmə üçün ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********351 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 245, 217 və 220 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Hazırda Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri: - DCL00146441-05 saylı kredit müqaviləsinə əsasən 32,358.95 (otuz iki min üç yüz əlli səkkiz manat doxsan beş qəpik) manat, 3,511.14 (üç min beş yüz on bir manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 35,870.09 (otuz beş min səkkiz yüz yetmiş manat doqquz qəpik) manat; -DCL00146441-06 saylı kredit müqaviləsinə əsasən 7,067 (yeddi min altmış yeddi manat ) manat əsas borc, 100.12 (bir yüz manat on iki qəpik) manat faiz borcu, 1,356.86 (bir min üç yüz əlli altı manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 8,523.98 (səkkiz min beş yüz iyirmi üç manat doxsan səkkiz qəpik) manat; -DCL00146441-08 saylı kredit müqaviləsinə əsasən 17,406 (on yeddi min dörd yüz altı manat) manat əsas borc, 990.99 (doqquz yüz doxsan manat doxsan doqquz qəpik) manat faiz borcu, 2,183 (iki min bir yüz səksən üç manat) manat cərimə borcu olmaqla, cəmi 20,579.99 (iyirmi min beş yüz yetmiş doqquz manat doxsan doqquz qəpik) manat təşkil edir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödəmişdir
3. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlərdən birgə qaydada DCL00146441-05 saylı kredit müqaviləsinə əsasən 32,358.95 manat, 5150,66 manat cərimə borcu olmaqla, cəmi 37509,61 manat; - DCL00146441-06 saylı kredit müqaviləsinə əsasən 7,067 manat əsas borc, 100.12 manat faiz borcu, 1,714,93 manat cərimə borcu olmaqla, cəmi 8,882,05 manat; -DCL00146441- 08 saylı kredit müqaviləsinə əsasən 17,406 manat əsas borc, 990.99 manat faiz borcu, 3147,59 manat cərimə borcu olmaqla, cəmi 21544,58 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Əliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, kredit müqaviləsi üzrə məhkəmə icraatı dövründə ödəniş edilməmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
6. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
8. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. 10.Bank xidmətlərinin göstəriləməsinə dair ümumi şərtlər toplusuna əsasən müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır.
11. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00146441-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı 53498 manat məbləğində krediti illik 17 % dərəcəsi olmaqla xx.xx.2022-ci il tarixinədək kredit verir. 12.İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00146441-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı 7067 manat məbləğində krediti illik 17 % dərəcəsi olmaqla xx.xx.2022-ci il tarixinədək kredit verir. 13.İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli DCL00146441-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı 17406 manat məbləğində krediti illik 17 % dərəcəsi olmaqla xx.xx.2023-cü il tarixinədək kredit verir. 14.İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2022-ci il tarixli DG**********351 nömrəli zaminlik müqaviləsinə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlik əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.
15. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2021-ci il tarixli DG**********351 nömrəli zaminlik müqaviləsinə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlik əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 16.İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2021-ci il tarixli DG**********351 nömrəli zaminlik müqaviləsinə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlik əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 17.İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, DCL00146441-05 saylı kredit müqaviləsinə əsasən əsas borc 32,358.95 manat, 5150,66 manat cərimə, cəmi 37509,61 manat; -DCL00146441-06 saylı kredit müqaviləsinə əsasən əsas borc 7,067 manat, faiz borcu - 100.12 manat, 1,714,93 manat cərimə borcu olmaqla, cəmi 8,882,05 manat; -DCL00146441-08 saylı kredit müqaviləsinə əsasən əsas borc- 17,406 manat, faiz borcu - 990.99 manat, 3147,59 manat cərimə borcu olmaqla, cəmi 21544,58 manat təşkil edir. 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli 9/8465 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00146441-05 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) cavabdehin əsas borcu 53498 manat, faiz borcu 1344,09 manat, 01 dekabr 2021-ci il tarixli DCL00146441-06 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 7067 manat, faiz borcu 188,68 manat, 28 fevral 2022ci il tarixli DCL00146441-08 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 17337,47 manat, faiz borcu 768,56 manat təşkil edir. 19.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
22. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
23. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
24. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. Məhkəmə qeyd edir ki, cavabdehlərdən DCL00146441-05 saylı kredit müqaviləsi üzrə tutulacaq əsas borc ekspert rəyi ilə 53498 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə iddia tələbindən kənara çıxmaqda haqlı olmadığı üçün cavabdehlərdən tutulacaq əsas borc 32,358.95 manat müəyyən edilməlidir. Həmçinin, DCL00146441-06 saylı kredit müqaviləsi üzrə tutulacaq faiz borcu ekspert rəyi ilə 188,68 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə iddia tələbindən kənara çıxmaqda haqlı olmadığı üçün cavabdehlərdən tutulacaq faiz borcu 100.12 manat müəyyən edilməlidir.
27. Bununla yanaşı, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərdən DCL00146441-08 kredit müqaviləsi üzrə tutulacaq əsas və faiz borcu ekspert rəyinə uyğun olaraq (17337,47 manat və 768,56 manat) müəyyən edilməlidir.
28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış DCL00146441-05 saylı kredit müqaviləsinə əsasən hesablanmış 5150,66 manat dəbbə pulunun, DCL00146441-06 saylı kredit müqaviləsinə əsasən hesablanmış 1,714,93 manat dəbbə pulunun, DCL00146441-08 saylı kredit müqaviləsinə əsasən hesablanmış 3147,59 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.
29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə DCL00146441-06 saylı kredit müqaviləsi üzrə 350 manat, DCL00146441-08 saylı kredit müqaviləsi üzrə 850 manat müəyyən edilməlidir.
33. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada birgə qaydada DCL00146441-05 saylı kredit müqaviləsinə əsasən 32,358.95 manat əsas borc, 5150,66 manat cərimə; DCL00146441-06 saylı kredit müqaviləsinə əsasən 7,067 manat əsas borc, 100.12 manat faiz borcu, 350 manat cərimə; - DCL00146441-08 saylı kredit müqaviləsinə əsasən 17337,47 manat əsas borc, 768,56 manat faiz borcu, 850 manat cərimə borcu, tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
36. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-dən birgə qaydada DCL00146441-05 saylı kredit müqaviləsi üzrə 32358,95 manat əsas borc, 5150,66 manat dəbbə pulu, DCL00146441-06 saylı kredit müqaviləsi üzrə 7067 manat əsas borc, 100,12 manat faiz borcu, 350 manat dəbbə pulu, DCL00146441-08 saylı kredit müqaviləsinə əsasən 17337,47 manat əsas borc, 768,56 manat faiz borcu, 850 manat dəbbə pulu, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 64382,76 (altmış dörd min üç yüz səksən iki manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-dən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova