Məhkəmə qərarları › İş №e-2-2(113)-2052/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2052/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2052/2021 16.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3nə qarşı müqavilə üzrə yaranmış kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3nə qarşı müqavilə üzrə yaranmış kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən (VÖEN № **********), "Cavabdeh3" MMC-dən (VÖEN № **********) və Cavabdeh2 19.06.2019-cu il tarixli 521/M saylı Kredit müqaviləsi üzrə ümumiikdə 4.047.826,50 AZN , əsas borc 3.606.000 AZN, faiz borcu 282.826,50 AZN, dəbbə pulu 159 000 AZN borcun tutularaq "İddiaçı" ASC-yə ödənilməsi, cavabdehlər "xxxx" MMC-dən (VÖEN № **********), "Cavabdeh3" MMC-dən (VÖEN № **********) və Cavabdeh2 29.01.2020-ci il tarixli 652/M saylı Kredit müqaviləsi üzrə ümumiikdə 994.700.75 AZN , əsas borc 873 000 AZN, faiz borcu 68.700,75 AZN, dəbbə pulu 53000 AZN borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi, cavabdehlər "xxxx" MMC-dən (VÖEN № **********), "Cavabdeh3" MMC-dən (VÖEN № **********) 30.11.2020-ci il tarixt 759/M saylı Kredt müqaviləsi üzrə ümumilikdə 61.735.77 AZN , əsas borc 59 000 AZN, faiz 1535.77 AZN, dəbbə pulu 1200 AZN borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi, cavabdehlər "xxxx" MMC-dən (VÖEN № **********), "Cavabdeh3" MMC-dən və Cavabdeh2 30.04.2019-cu il tarixli 488/M saylı Kredit müqaviləsi üzrə ümumilikdə 568.884.90 AZN , əsas borcu 503 193 AZN, faiz borcu 691.90 AZN, dəbbu pulu 26.500 AZN borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin idarə heyətinin sədri E.Ə.Həsənov ərizə ilə məhkəməyə müraciət edərək, mübahisənin məhkəmədən kənar həll edilməsi ehtimalı yarandığını bildirərək , Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə ki, hesab edir ki, iddiaçının vəsatəti təmin edilməli və iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehlərin nümayəndəsinin üzürsüz səbəbdən məhkəmə iclasına gəlməməsini məhkəmə onun işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3nə qarşı müqavilə üzrə yaranmış kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3nə qarşı müqavilə üzrə yaranmış kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar