Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2053/2021 06.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən 12.02.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsi üzrə kreditə görə 8936,85 manat əsas, faiz borcuna görə 1809,50 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 10746,35 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh2 məxsus olan girov qoyulmuş kulon - 1 ədəd, çəkisi – 8,6 qr, əyarı – 880; üzük - 1 ədəd, çəkisi – 10,3 qr, əyarı – 750; sırğa - 1 ədəd, çəkisi – 5,5 qr, əyarı – 583; hil - 40 ədəd, çəkisi – 22 qr, əyarı – 500 olan qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 12.02.2020-ci il tarixli, RBYF5850 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 10746,35 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait cavabdehlərin12.02.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlərin digər əmlakına yönəldilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən 12.02.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsi üzrə kreditə görə 8936,85 manat əsas, faiz borcuna görə 1809,50 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 10746,35 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh2 məxsus olan girov qoyulmuş kulon - 1 ədəd, çəkisi – 8,6 qr, əyarı – 880; üzük - 1 ədəd, çəkisi – 10,3 qr, əyarı – 750; sırğa - 1 ədəd, çəkisi – 5,5 qr, əyarı – 583; hil - 40 ədəd, çəkisi – 22 qr, əyarı – 500 olan qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 12.02.2020-ci il tarixli, RBYF5850 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 10746,35 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait cavabdehlərin12.02.2020-ci il tarixli, RBYF-5850 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlərin digər əmlakına yönəldilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2053/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2053/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver