Məhkəmə qərarları › İş №e-2-2(113)-2058/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2058/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2058/2021 01.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" Azərbaycan-X3, Cavabdeh3, Cavabdeh4 qarşı pulun tutulması, borcun ipoteka predmetlərinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, cavabdehlərin əmlakdan çıxarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, "xxxx" Azərbaycan-X3, Cavabdeh3, Cavabdeh4 qarşı məhkəmədə iddia qaldıraraq, İddiaçı ASC-nin Mərkəz filialı ilə "xxxx" Azərbaycan-X4 arasında bağlanmış 26 dekabr 2017-ci il tarixli, X2 Kreditlər Üzrə 37/102AD saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 23.05.2018-ci il tarixli 02 saylı Əlavənin Maksimal borclanma limiti daxilində verilmiş, 21.02.2019-cu il tarixli 06 saylı Əlavəsinə əsasən 200 000 (iki yüz min) manat əsas, 6596,13 (altı min beş yüz doxsan altı manat on üç qəpik) manat faiz, 37 827,78 (otuz yeddi min səkkiz yüz iyirmi yeddi manat yetmiş səkkiz qəpik) manat cərimə, ümumilikdə 244 423,91 (iki yüz qırx dörd min dörd yüz iyirmi üç manat doxsan bir qəpik) manat borc, məhkəməyə müraciət üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 396 manat məbləğində dövlət rüsumunun "xxxx" Azərbaycan-X1 İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi Bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.30545 ha torpaq sahəsində yerləşən, 3014.1 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına, Cavabdeh3 məxsus ünvan 2 ünvanında istifadədə olan 0.23078 ha torpaq sahəsində yerləşən, 2121.6 kv.m. ümumi sahədən ibarət olan Əmlak kompleksi kimi müəssisəyə və Cavabdeh4 məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində istifadədə olan 0.04396 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 197.9 kv.m. ümumi, 157.5 kv.m. əsas, 40.4 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsini, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməklə əmlaklar açıq hərracdan satılmasını, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsini, əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılmasını, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdeh "xxxx" Azərbaycan-X1 tutularaq İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. 29.09.2021-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılması xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasının tələb edilməsinə dair məhkəməyə heç bir vəsatət təqdim etmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" Azərbaycan-X3, Cavabdeh3, Cavabdeh4 qarşı pulun tutulması, borcun ipoteka predmetlərinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, cavabdehlərin əmlakdan çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar