Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-206/2025 24.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zamin, ipoteka) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli, **********02092021 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 23 noyabr 2022-ci il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair 4616/111 saylı Əlavəsinə əsasən 357717,33 manat əsas, 16262,14 faiz borcu və 197,8 manat cərimə borcu olmaqla 374177,27 manat kredit borcu, ödənilmiş 664,18 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 106 manat dövlət rüsumu cavabdehlərdən iddiaçınnı xeyrinə tutulması, kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan 47 kv.m yaşayış sahəsindən ibarət olan mənzilə və Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən, Cavabdeh2 xüsusi mülkiyyətində olan 79.9 kv.m ümumi sahədən, 41.8 kv.m yaşayış sahəsindən, 38.1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 150 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməklə əmlaklar açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli, **********02092021 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 23 noyabr 2022-ci il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair 4616/111 saylı Əlavəsinə əsasən Cavabdeh1 MMC-yə 60 ay müddətinə illik 12% olmaqla 404291,96 manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 23 noyabr 2022-ci il tarixli 6816/111 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində Bank Xidmətlərinin Göstərilməsi X4 və 23 noyabr 2022-ci il tarixli, **********02092021 saylı Kreditləşmənin Xüsusi Şərtlərinə dair 4616/111 saylı əlavəsi üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri 53 saylı notariat ofisində İddiaçı ASCilə Cavabdeh2 arasında 23 noyabr 2022-ci il tarixli, 51/111 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisinin 23 noyabr 2022-ci il tarixli, 3M-6484 reyestr nömrəli qeydi ilə ünvan 4 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan, 47 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X3 qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 24 noyabr 2022-ci il tarixli, **********81-05101- 093007 reyest və ********** qeydiyyat nömrələri ilə qeyd edilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri 53 saylı notariat ofisində İddiaçı ASC ilə Cavabdeh2 arasında 23 noyabr 2022-ci il tarixli, 50/111 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisinin 23 noyabr 2022-ci il tarixli, 3M-6483 reyestr nömrəli qeydi ilə Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 79.9 kv.m ümumi sahədən, 41.8 kv.m yaşayış sahəsindən, 38.1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 150 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X3 qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 24 noyabr 2022-ci il tarixli, **********86-05301-093061 reyest və ********** qeydiyyat nömrələri ilə qeyd edilmişdir. Beləliklə iş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən 02 sentyabr 2021-ci il tarixli, **********02092021 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 23 noyabr 2022-ci il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair 4616/111 saylı Əlavəsi üzrə cavabdehlərin 357 717,33 manat əsas, 16 262,14 faiz borcu və 197,8 manat cərimə borcu olmaqla 374 177,27 manat borcu qalmışdır. İddiaçı iddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 442, 448.1, 472.1, 448.1, 739 və 743-cü maddələrinə, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1, 39.3.3, 59.3-cü maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinin əsaslığına dair bütün zəruri sənədləri məhkəmənin hazırlıq mərhələsində təqdim edildiyini bildirmiş, qeyd edilənləri nəzərə alaraq məhkəmənin baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı qismən qəbul edərək bildirmişdir ki, əsas və faiz borcun məbləğinin iddia tələbində göstərildiyi qədər olduğunu düşünmür. tərəflərin hazırda maddi cəhətdən vəziyyətləri ağır olduğundan qeyd edilən kredit borcunu tam şəkildə ödəyə bilməmişdirlər. Lakin özlərində olan ödəniş qəbzlərindən hesab edirlər ki, iddiaçının tələb etdiyi borc məbləğindən daha az ödənilməmiş əsas borc məbləği qalmışdır. Ödənişlərin əksəriyyəti əsas borcdan deyil, faiz borcdan silinmişdir. Ekspertin verdiyi rəydə əsas borc üzrə ən azı 3000 manat aşağı məbləği qəbul etdiklərini, qanunvericiliyin tələblərinə uyğun olaraq tələbin ipoteka predmetinə yönəldilməsinə isə etiraz etmədiklərini bildirmişdir. Sonda isə iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Bank” "xxxx" ASC ilə “Müştəri” Cavabdeh1 MMC arasında imzalanmış 02 sentyabr 2021-ci il tarixli, **********02092021 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 əsasən həmin müqavilə Bank tərəfindən Müştəri(lərə)yə göstərilən xidmətlərin ümumi şərtlərini və qaydalarını müəyyən edir, həmçinin, bunun nəticəsində Bank və Müştəri arasında yaranan münasibətləri tənzimləyir. Müqavilədə istifadə olunan əsas anlayışlar Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Qoşmada əks olunmuşdur. Bank bu Müqavilə çərçivəsində Müştəriyə aşağıdakı xidmət və məhsulları təqdim edir: a) Cari hesabın açılması, aparılması və “Müştəri-Bank” Xidməti; b) Əmanət; c) Kredit; d) Qarantiya; e) Akkreditiv; f) Faktorinq; g) Korporativ kart; h) Lokal kart; i) Əmək haqqı kartları; j) POSterminal; k) İnkassasiya xidməti; l) Elektron ticarət (e-commerce) xidməti. Bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə Müştəri və Bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır. Müştəri Müqaviləni və Müqavilənin İİ hissəsinə dair müvafiq Əlavəni imzaladıqdan sonra Bank tərəfindən Müqavilə üzrə təqdim olunan digər xidmət və məhsullardan istifadə etmək, habelə bu Müqavilə və (və ya) onun müvafiq Əlavəsi(ləri)nə dair əlavə və dəyişiklik(lər) etmək istədikdə Bankın filialına (şöbəsinə) müraciət edir. Borcalan Kredit verildiyi təqdirdə kredit məbləğini, onun faizlərini və digər ödənişləri Müqavilə ilə nəzərdə tutulmuş vaxtda və şərtlərlə qaytarmağı öhdəsinə götürür. Borcalan Krediti yalnız Xüsusi Şərtlərdə əks olunan təyinatı üzrə istifadə etməlidir. “Bank” "xxxx" ASC ilə “Borcalan” Cavabdeh1 MMC arasında imzalanmış 23 noyabr 2022-ci il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair 4616/111 saylı Əlavəsinə əsasən həmin Əlavə 02 sentyabr 2021-ci il tarixli, **********02092021 saylı “Bank xidmətlərinin göstərilməsi X4”nin ayrılmaz tərkib hissəsi hesab olunur. Bank illik 12% faizlə 60 ay müddətinə 404291,96 manat məbləğində borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür. Kreditin qaytarılma müddətləri pozulduqda illik 12%-dən əlavə gündəlik 0,5% faiz dərəcəsi tətbiq olunacaqdır. Bu Əlavə üzrə təminat olduğu halda Girov (ipoteka) predmetinin bazar/likvid dəyəri azaldığı halda, yeni girov (ipoteka) predmeti təqdim edilməzsə, Bank verdiyi krediti vaxtından əvvəl tələb edə bilər. Bu Əlavə üzrə kredit Borcalanın bank hesabına köçürüldüyü (kreditin faktiki verilmə anı) andan Bank tərəfindən Borcalana verilmiş hesab olunur və kredit üzrə faizlər həmin andan hesablanmağa başlayır. Tərəflər təsdiq edirlər ki, kreditin verilmə anından asılı olaraq Bank tərəfindən Borcalanın xeyrinə kreditin ödəniş qaydasını müəyyən edən yeni ödəniş qrafiki tərtib edilə bilər. Cavabdeh2 (zamin) ilə "xxxx" ASC (Bank) arasında imzalanmış 23 noyabr 2022-ci il tarixli 6816/111 saylı müqaviləsinə əsasən zamin Borcalanın (Cavabdeh1 MMC) Bank qarşısında yaranmış **********02092021 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi X4”nin Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli 4616/111 saylı Əlavəsi üzrə kreditin qaytarılması və digər borcların ödənilməsi öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, Zamin Bank qarşısında Borcalanla birgə qaydada məsuliyyət daşıyır. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (zamin) ilə "xxxx" ASC (Bank) arasında 23 noyabr 2022-ci il tarixli, 50/111 saylı sonrakı ipoteka müqaviləsinə əsasən “İpoteka qoyan” mülkiyyət hüququ ilə ona məxsus olan bu Müqavilənin 2 2-ci bəndində qeyd edilən ipoteka predmetini “Borcalan”ın Kredit Müqaviləsi(ləri)nə əsasən “İpoteka saxlayan” qarşısında yaranmış öhdəliklərinin təminatı kimi “İpoteka saxlayan”ın xeyrinə yüklü edir. Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 79.9 kv.m ümumi sahədən. 41.8 kv.m yaşayış sahəsindən 38.1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 150 nömrəli mənzil İpotekanın predmetini təşkil edir. Müqavilənin 2.4-cü bəndinə əsasən, ipoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici şirkət olan "xxxx" MMC xx.xx.2021-ci il tarixli rəyinə müvafiq olaraq 162000 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 4-cü bəndinə əsasən İpoteka ilə təmin edilmiş öhdəliklər üzrə ödənişlər 90 (doxsan) təqvim günü və daha çox gecikdirildikdə, ipoteka ilə təmin edilmiş öhdəliklər üzrə ödənişlər öhdəliyin müddəti ərzində 3 dəfədən çox gecikdirildikdə və s., hallarda “İpoteka saxlayan” ipotoka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (zamin) ilə "xxxx" ASC (Bank) arasında 23 noyabr 2022-ci il tarixli, 51/111 saylı sonrakı ipoteka müqaviləsinə əsasən “İpoteka qoyan” mülkiyyət hüququ ilə ona məxsus olan bu Müqavilənin 2 2-ci bəndində qeyd edilən ipoteka predmetini “Borcalan”ın Kredit Müqaviləsi(ləri)nə əsasən “İpoteka saxlayan” qarşısında yaranmış öhdəliklərinin təminatı kimi “İpoteka saxlayan”ın xeyrinə yüklü edir. ünvan 4 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 47.0 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli mənzil İpotekanın predmetini təşkil edir. Müqavilənin 2.4-cü bəndinə əsasən, ipoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici şirkət olan "xxxx" MMC xx.xx.2021-ci il tarixli rəyinə müvafiq olaraq 260 000 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 4-cü bəndinə əsasən İpoteka ilə təmin edilmiş öhdəliklər üzrə ödənişlər 90 (doxsan) təqvim günü və daha çox gecikdirildikdə, ipoteka ilə təmin edilmiş öhdəliklər üzrə ödənişlər öhdəliyin müddəti ərzində 3 dəfədən çox gecikdirildikdə və s., hallarda “İpoteka saxlayan” ipotoka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki ünvan 1 ünvanında yerləşən əmlak "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən əmlak "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli 4616/111 saylı Əlavəsi üzrə Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən, ümumi məbləği 404291,96 manat olan illik faiz dərəcəsi 12% olmaqla verilmiş kreditə görə Cavabdeh1 MMC 23 dekabr 2022-ci il tarixdən 23 noyabr 2027-ci il tarixinə qədər hər ayın 23-ü 802 manat, sonuncu ay 8993,25 manat sonuncu ay isə 9094,60 manat ödəməlidir. xx.xx.2024-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə müştərisi olan MY FOOD” MMC-nin 02 sentyabr 2021-ci il tarixli, **********02092021 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 23 noyabr 2022-ci il tarixli Əlavəsi üzrə 357 717,33 manat əsas, 16 262,14 manat faiz borcu və 197,8 manat cərimə borcu olmaqla cəmi 374 177,27 manat təşkil edir. İddaçının Cavabdeh2 göndərdiyi xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu Cavabdeh1 MMC-nin yuxarıda qeyd edilən müqavilə üzrə banka borcu 357 717,33 manat əsas, 16 262,14 manat faiz və 197,8 manat cərimə borcu olmaqla 374 177,27 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən borc 21 gün müddətində ödənilmədiyi halda bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 79 9 kv.m ümumi sahədən. 41.8 kv.m yaşayış sahəsindən, 38.1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 150 nömrəli mənzilə tutmanın yönəldilməsi proseduru başlanacaqdır. İddaçının Cavabdeh2 göndərdiyi xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu Cavabdeh1 MMC-nin yuxarıda qeyd edilən müqavilə üzrə banka borcu 357 717,33 manat əsas, 16 262,14 manat faiz və 197,8 manat cərimə borcu olmaqla 374 177,27 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən borc 21 gün müddətində ödənilmədiyi halda bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti ünvan 4 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan, 47 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli mənzilə tutmanın yönəldilməsi proseduru başlanacaqdır. İddaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına bildirişdən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 79.9 kv.m ümumi sahədən, 41.8 kv.m yaşayış sahəsindən, 38.1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 150 nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınması xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixli, qəbzdən görünür ki, İddiaçı ASC 53 manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinnin hesabına ödənilmişdir. İddaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına bildirişdən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 47 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınması xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixli, qəbzdən görünür ki, İddiaçı ASC 53 manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinnin hesabına ödənilmişdir. İddaçı tərəfindən cavabdehlərə ünvanlanmış pretenziyaya əsasən, Cavabdeh1 MMC kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmiş və Bank Xidmətlərinin Göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 24 noyabr 2022-ci il tarixli Əlavəsi üzrə 04 aprel 2024-cü il tarixə "Kapital Bank” ASC-yə borcu 357 717,33 manat əsas, 16 262,14 manat faiz borcu və 197,8 manat cərimə borcu olmaqla 374 177, manat təşkil edir. Odur ki, qeyd edilən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin qısa müddət ərzində təmin edilməsi xahiş edilmidir. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi qeyd edilmişdir. Cavabdehlərin borc məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/5721/2024 nömrəli ekspert rəyi ilə tərəflər arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli, **********02092021 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 23 noyabr 2022-ci il tarixli Kreditməşmənin Xüsusi Şərtlərinə dair 4616/111 saylı Əlavədə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə iddia tələbinin tarixinə yəni xx.xx.2024-cü il tarixə olan əsas borc üzrə 353454,61 manat faiz borcu üzrə 25923,77 manat məbləğində müəyyən edilişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2025-ci il MB 18/0618 nömrəli ekspert rəyi ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 47 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli ıənzilin 11 iyun 2025-ci il tarixinə hesablanmış likvid dəyəri isə 225 000 (iki yüz iyirmi beş min) manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu. X5 Naxçıvani küçəsi, ev 15 ünvanmda yerləşən xüsusi mülkiyyətdə olan 79.9 kv.m numi sahədən, 41.8 kv.m yaşayış sahəsindən 38.1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 150 imrəli mənzilin 11 iyun 2025-ci il tarixinə hesablanmış likvid dəyəri isə 210 000 (iki yüz on min) manat təşkil edir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 664,18 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 02 sentyabr 2021-ci il tarixli, **********02092021 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 23 noyabr 2022-ci il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair 4616/111 saylı Əlavəsinə əsasən Cavabdeh1 MMC-yə illik 12% faizlə 60 ay 404291,96 manat məbləğində kredit verməyi, sonuncu isə ödəniş cədvəlinə uyğun olaraq krediti faizləri ilə birlikdə qaytarmağı öhdələrinə götürmüşlər. Həmçinin öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh2 arasında 23 noyabr 2022-ci il tarixli 6816/111 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Həmçinin kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (zamin) ilə "xxxx" ASC (Bank) arasında 23 noyabr 2022-ci il tarixli, 50/111 saylı sonrakı ipoteka müqaviləsi və 23 noyabr 2022-ci il tarixli, 51/111 saylı sonrakı ipoteka müqaviləsi bağlanılmış, Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, ev 15, 150 nömrəli mənzil və ünvan 4, 1 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 404291,960 manat krediti versə də, cavabdehlər öhdəliklərini tam icra etməyərək aylıq ödənişlərini ödəməmişlər, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdehin nümayəndəsi kredit müqaviləsi üzrə üzrlü səbəblərdən cavabdehlərin ödənişləri gecikdirdiyini, vaxtında öhdəliklərini icra etmədiklərini qəbul etmişdir. Nəticədə iddiaçının Cavabdeh1 MMC və Cavabdeh2 qarşı kredit, ipoteka və zaminlik müqavilərləri əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. 23 noyabr 2022-ci il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair 4616/111 saylı Əlavəsinə əsasən iddiaçı 357717,33 manat əsas, 16262,14 faiz borcu borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, iddia tələbinin tarixinə, yəni xx.xx.2024-cü il tarixə olan əsas borc üzrə 353454,61 manat faiz borcu üzrə 25923,77 manat hesablanmışdır. Buna görə də məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, əsas borcun məbləği ekspert rəyinə uyğun olaraq 353454,61 manat müəyyən olunmalıdır. Ancaq MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, faiz borcun məbləği isə iddia tələbində ekspert rəyinə nisbətdə daha az göstərildiyindən və məhkəmə verilmiş tələb üzrə qətnamə çıxardığından faiz borcu iddia tələbinə uyğun olaraq 16262,14 manat müəyyən olunmalıdır. Eyni zamanda iddiaçı 197,8 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 197,8 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa iddiaçı tutumanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan 47 kv.m yaşayış sahəsindən ibarət olan mənzilə və Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən, Cavabdeh2 xüsusi mülkiyyətində olan 79.9 kv.m ümumi sahədən, 41.8 kv.m yaşayış sahəsindən, 38.1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 150 nömrəli mənzilə yönəldilməsini, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakların açıq hərracdan satılmasını, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməsini, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə vaxtaşırı ödənişləri ödəmədiklərindən iddiaçı ipoteka predmetlərinə tutmanın yönəldilməsini və açıq hərracdan satılmasını tələb etməkdə haqlıdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il MB 18/0618 nömrəli saylı ekspert rəyi ilə ünvan 1-in likvid dəyəri 225000 manat məbləğində, Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən 150 nömrəli mənzilin likvid dəyəri isə ******* manat məbləğində müəyyən edimişdir. Məhkəmə, ipoteka müqaviləsi bağlandığı vaxtdan keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin qalxmasını nəzərə alaraq hesab edir ki, ilkin satış qiyməti müəyyən olunarkən qiymətləndirilmənin rəyi əsas götürülərək, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən 7 A saylı evin, 1 saylı mənzilinin ilkin satış qiyməti 225000 manat məbləğində və Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsində yerləşən 15 saylı evin 150 saylı mənzilinin ilkin satış qiyməti 210000 manat məbləğində müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına cavabdehlərin borcu ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat xərcin 5 manatı iddiaçıdan, 95 manatı isə cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 150 manat məbləğində hissəsi cavabdеh Cavabdeh1 MMC, Cavabdeh2 müştərək qaydada, 150 (otuz) manatı isə İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 664,18 manat dövlət rüsumunun 659,92 manatının əvəzi də cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 353454,61 manat əsas, 16262,14 manat faiz borcu və 197,8 manat cərimə borcu olmaqla cəmi 369914 (üç yüz altmış doqquz min doqquz yüz on dörd) manat 55 (əlli beş) qəpik pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 659 (altı yüz əlli doqquz) manat, 92 (doxsan iki) qəpiyin və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 106 (yüz altı) manatının əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 47 kv.m yaşayış sahəsindən ibarət olan mənzilə və Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən, 79.9 kv.m ümumi sahədən, 41.8 kv.m yaşayış sahəsindən, 38.1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 150 nömrəli mənzilə yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə borc ödənilsin. ünvan 1 ünvanında yerləşən əmlakın ilkin satış qiyməti 225000 (iki yüz iyirmi beş min) manat, Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani küçəsi, ev 15, mənzil 150 ünvanında yerləşən əmlakın ilkin satış qiyməti 210000 (iki yüz on min) manat müəyyən edilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 150 (yüz əlli) manatı cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada, 150 (otuz) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin (AZ06 Al İB400600C**********103 "xxxx" ASC, Yasamal filialı 200037 VÖEN: ********** S.W.İ.F.T.: AİİBAZ2X AZ37NABZ********************) hesabına keçirilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 5 (beş) manat məbləğində hissəsi İddiaçı ASC-dən, 95 (doxsan beş) manat məbləğində hissəsi isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE**********00********) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-206/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-206/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver