Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2062/2024 19.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, təhvil aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 4-cü mərtəbəsində, ümumi sahəsi 50.00 kv.m. təşkiledən ofis sahəsinin (sonradan İcarəyə Verilən Əmlak(lar) Binanın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 28.00 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə dəyişdirilib), o cümlədən Binanın yerüstü/açıq avtoduracağında 2 (iki) ədəd avtoduracaq yerinin icarəyə verilməsi haqqında 18 fevral 2019-cu il tarixli, 19/075 №-li Müqavilə üzrə Xitam tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 2,996.59 manat və dəbbə pulu üzrə 56.01 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 70.00 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi ƏDV daxil 3,122.60 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin (bundan sonra “Bina”) 4-cü mərtəbəsində, ümumi sahəsi 50.00 kv.m. təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 18 fevral 2019-cu il tarixli, 19/075 №-li Müqavilə (bütün əlavələri ilə birlikdə, bundan sonra “İcarə Müqaviləsi”) bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq Başlama Tarixi kimi göstərilmiş 01 mart 2019-cu il tarixindən etibarən İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində İcarəyə Verilən Əmlak(lar) üçün ƏDV xaric 750.00 manat aylıq İcarə Haqqı və İddiaçı tərəfindən göstərilməsi təmin edilən təmizlik, texniki və mühafizə xidmətlərinin müqabilində ƏDV xaric 250.00 manat, aylıq Xidmət Haqqı olmaqla, ümumilikdə ƏDV xaric 1,000.00 manat aylıq haqqın Cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. İcarə Müqaviləsinə əlavə və dəyişikliklər edilməsinə dair tərəflər arasında imzalanmış 12 aprel 2019-cu il tarixli, 1 №-li Əlavə Razılaşmaya əsasən İcarə Müddətinin 01 may 2019-cu il tarixindən etibarən İcarəyə Verilən Əmlak(lar) qismində çıxış edən qeyri-yaşayış sahəsi dəyişdirilərək, Binanın 10-cu mərtəbəsində yerləşən, ümumisahəsi 28.00 kv.m. təşkiledən ofis sahəsimüəyyən edilmişdir. Həmçinin 1 №-li Əlavə ilə Binanın açıq/yerüstü avtoduracağında 1 (bir) avtoduracaq yeri 01 may 2019-cu il tarixindən etibarən cavabdeh tərəfindən icarəyə götürülmüşdür. Müvafiq icarəyə verilən əmlaklara görə cavabdeh tərəfindən ödəniləcək haqlar isə ƏDV xaric 532.00 manat aylıq icarə Haqqı, ƏDV xaric 140.00 manat aylıq xidmət haqqı və ƏDV xaric 30.00 manat aylıq duracaqı haqq olmaqla, ümumilikdə ƏDV xaric 702.00 manat olmaqla razılaşdırılmışdır. X3 əlavələrin edilməsinə dair tərəflər arasında imzalanmış 18 mart 2021-ci il tarixli, 2 №-li Əlavə Razılaşmaya əsasən Binanın yerüstü/açıq avtoduracağında 1 avtoduracaq yeri 01 aprel 2021-ci il tarixindən etibarən ödənişli əsaslar ilə cavabdehin istifadəsinə verilmişdir. Müvafiq avtoduracaq yerinin müqabilində 2 №-li Əlavənin 3-cü bəndinə əsasən cavabdeh tərəfindən ƏDV xaric 40.00 manat məbləğində aylıq duracaq haqqının ödənişi nəzərdə tutulub. İcarə Müqaviləsinə hissəvi xitam verilməsinə dair 06 avqust 2021-ci il tarixli razılaşmaya əsasən 2 №-li Əlavəyə müqavilə tərəflərinin qarşılıqlı razılığıəsasında 06 avqust 2021-ci il tarixində xitam verilmişdir. İcarə Müqaviləsinin 3.3-cü bəndinə əsasən cavabdeh icarəyə verilən Əmlak(lar)da icarə müddəti, o cümlədən artırılmış icarə müddəti ərzində istifadə etdiyi elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), TV, internet xidmətləri və Müqavilənin 3.4-cü bəndində qeyd edilməmiş və cavabdeh tərəfindən istifadə edilən digər kommunal xidmətlərə görə xərclərin ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə Müqaviləsinin 3.7-ci bəndinə əsasən Müqavilənin 3.3-cü bəndi ilə cavabdehə aid edilən xərclər icarə haqqına daxil deyil və onlar cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə Müqaviləsinin 3.10-cu bəndinə əsasən həmin Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqlar hər cari ayın ilk 10 (on) təqvim günü ərzində həyata keçirilərək cavabdeh tərəfindən hər ay üzrə əvvəlcədən İddiaçının müvafiq hesabfakturada göstərilən bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə Müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesabfaktura və digər təsdiqedici sənədlər əsasında vaxtlı-vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. icarə müqaviləsinin 7.3-cü bəndinə əsasən cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya Müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verərsə, iddiaçı hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində cavabdehə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlıvaxtında təmin edilməsi barədə Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (25 aprel 2023-cü il tarixində FMG- 02/23/665 №-li pretenziya bildirişi təqdim edilib) cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. İcarə Müqaviləsinin 8.7-ci bəndinə əsasən qarşılıqlı razılıq əsasında tərəflər istənilən vaxt müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə18 sentyabr 2022-ci il tarixində xitam verilmişdir. Tərəflər arasında imzalanmış 07 sentyabr 2022-ci il tarixli xitam razılaşmasının 2-ci bəndinə əsasən cavabdeh icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlak(lar)ın iddiaçıya təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən Xitam tarixinə kimi olan müvafiq dövr ərzində cavabdeh tərəfindən istehlak edilmiş İcarə Müqaviləsinin 3.3-cü bəndində göstərilmiş kommunal xidmətlər üzrə borc istisna olmaqla, Cavabdehin Xitam tarixinədək İcarə Müqaviləsi üzrə İddiaçıya ödəməli olduğu ümumi borcuƏDV daxil 2,983.83 AZN (iki min doqquz yüzsəksən üç Azərbaycan manatı, səksən üç qəpik) təşkiledir. X2 7.3-cü bəndinə əsasən Cavabdehə İcarə Haqqının və ya Müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verdiyi üçün Xitam tarixinə tətbiq edilən dəbbə pulu üzrə Cavabdeh tərəfindən təmin edilməli olan məbləğ ƏDV xaric 56.01 AZN (əlli altı Azərbaycan manatı, bir qəpik) təşkiledir və həmin məbləğin ödənişiayrıca olaraq həyata keçirilir. Xitam razılaşmasının 4cü bəndinə uyğun olaraq İcarə Müqaviləsinə xitam verilməsi Cavabdehi İcarə Müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin Cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Qeyd etmək istərdik ki, Xitam razılaşmasında nəzərə tutulmuş əsas borcun 12.76 AZN məbləğində artımı məhz Cavabdeh tərəfindən istehlak edilmiş kommunal xidmət haqqı üzrə borcun sonradan nəzərə alınmasından irəli gəlir. Mübahisənin bir daha məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 25 aprel 2023-cü il tarixində Cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında İddiaçı tərəfindən FMG-02/23/665 №-li pretenziya bildirişi göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də bütün gecikdirilmiş dövr üçün tətbiq edilməli olan dəbbə pulu daxil olmaqla, Cavabdehin İddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin Cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və Xitam tarixindən 1 (bir) il 6 (altı) aya yaxın bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Xüsusilə vurğulamaq istərdik ki, İddiaçı yuxarıda istinad edilən İcarə Müqaviləsinin 7.3-cü bəndində təsbit olunmuş dəbbə pulu tətbiq etmək hüququndan istifadə etməklə əsas borc məbləğindən əlavə toplanmış ümumi borc məbləğinin ödənilməsinin gecikdirildiyi müvafiq dövrün hər günü üçün dəbbə pulu hesablamaqla, tətbiq etmək səlahiyyətinə malik olsa da, bu hüququndan istifadə etməmiş və güzəşt olaraq yalnız Xitam razılaşmasının 3-cü bəndində göstərilmiş və Xitam tarixinə kimi hesablanmış 56.01 manat məbləğində dəbbə pulunun ödənilməsi tələbi ilə çıxış edir.
3. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin iyun, iyul və avqust ayları üzrə icarə haqı məbləğini vədəbbə pulunu tələb etsə də, cavabdeh tərəf olaraq biz həmin aylar ərzində artıq icarə haqqını fors-major hadisə ilə bağlı verə bilmədiyi üçün iddiaçı tərəflə yazılı razılaşmaya gələrək etiraf etmişlər ki, borcları 2,996.59 AZN təşkil edir. Lakin tərəflər arasında bağlanmış 18 fevral 2019-cu il üzrə icarə müqaviləsinin 10-cu maddəsinə əsasən fors major hadisə baş verərsə tərəflər məsuliyyətdən azad olunur. Elektron sistemə yüklədikləri 07 sentyabr 2022-ci il tarixli outlook üzərindən yazışmalardan da görünür ki, icarəyəgötürən olaraq onlar fors-major (yəni dövlət orqanının qərarı üzrə) hesablar üzərində sərəncam qoyulduğu üçün və iradələrindən asılı olmayan səbəblərdən artıq heç bir ödənişi ödəyə bilmədikləri və hesablarındakı pullar vergi orqanı tərəfindən dondurulduğu və fəaliyyətlərinin iflic vəziyyətə düşdüyü üçün ödəməyə bilməməyi onları müqavilə öhdəlikləri üzrə məsuliyyətdən azad edən haldır. Aralarında olan müqavilənin 10.1-ci bəndinə əsasən “tərəflərin heç biri bu Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin onların iradəsindən asılı olmayan, bu Müqavilə imzalandıqdan sonra baş verən və Tərəflərin Müqavilə üzrə hüquq və vəzifələrinin yerinə yetirilməsinə bilavasitə təsir göstərən qarşısıalınmaz hallar (Fors Major) nəticəsində tam və ya qismən yerinə yetirilməməsinə və ya lazımi səviyyədə yerinə yetirilməməsinə görə məsuliyyət daşımayacaq. Həmin Müqavilənin 10.2-ci maddəsinə əsasən fors-major hallar dedikdə həmçinin birgə fəaliyyətin davam etdirilməsinə mane olan hakimiyyət və ya qanunvericilik tədbirləri başa düşülür. Elektron məhkəmə sisteminə yüklədikləri Bakı İnzibati Məhkəmə (hakim Aygün Əhədova) və Bakı Apellyasiya Məhkəməsinin (Rəşid Səmədov) qərarlarından da görünür ki, hakimiyyət orqnı olan Bakı Lokal Gəlirlər Departamentinin əsassız qərarı nəticəsində hesablarına 105 faiz dondurulma (hesabların blolanmasl) baş vermiş və fəaliyyətləri dayandırılmışdır. İddiaçı tərəflə razılaşmamız üzrə fors-major onları məsuliyyətdən azad edən haldır. Müqaviləyə xitam vermə razılaşmasında da borcu etiraf etsələr də, işin mübahisəsiz halı odur ki, həmin borc fors-major nəticəsində baş vermişdir. Həmçinin 07 sentyabrda fors-major barədə qarşı tərəfi məlumatlandırmaqla və həmin Müqavilənin 10.4-cü bəndinə əsasən 7 sentyabr 2022-ci ildə müqaviləyə xitam verilməsi barədə birgə razılıq əldə etmişlər. Aralarında bağlanmış 18 fevral 2019-cu il tarixli müqavilənin 10.4-cü maddəsinə əssən fors-major olduğu və tərəflər müqaviləyə xitam verdiyi təqdirdə tərəflərdən hər hansı biri dəymiş zərərin əvəzini digər Tərəfdən tələb edə bilməyəcək.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Rəcəbova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Terentyeva iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış 18 fevral 2019cu il tarixli 19/075 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr. 24 ünvanında yerləşən qeyri-yaşayış binasında (“Dalğa Plaza” Biznes Mərkəzi) binanın 4-cü mərtəbəsində 50 kv.m ofis sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərə icarəyə verənə ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 3.1.1-ci bəndinə əsasən bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlaklara görə ƏDV xaric 750 manat aylıq icarə haqqı, icarəyə verən tərəfindən bu müqavilənin 3.2-ci bəndində müəyyən edilmiş xidmətlərin göstərilməsinə görə ƏDV xaric 250 manat aylıq xidmət haqqı ödəniləcəkdir.
10. Müqavilənin 7.3-cü bəndinə əsasən icarəçi müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğin 0,1 % məbləğində icarəyə verənə dəbbə pulunu ödəyəcəkdir.
11. Müqaviləyə 01 nömrəli binadan və icarəyə verilən əmlaklardan istifadəyə dair əlavə öhdəliklər haqqında Əlavədə binadan və icarəyə verilən əmlakdan istifadə qaydaları əksini tapmışdır.
12. Müqaviləyə 02 nömrəli icarəyə verilən əmlak(lar)ın yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən təmizlik xidmətləri haqqında Əlavədə ümumi təmizlik xidmətləri əks olunmuşdur.
13. Müqaviləyə 03 nömrəli icarəyə verilən əmlak(lar)ın yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən texniki xidmətlər haqqında Əlavədə texniki xidmətlər əks olunmuşdur
14. Müqaviləyə 04 nömrəli icarəyə verilən əmlak(lar)ın yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən mühafizə xidmətləri haqqında Əlavədə binada göstərilən mühafizə xidmətləri əks olunmuşdur.
15. Müqaviləyə 05 nömrəli icarəyə verilən əmlak(lar)ın daxilində icarəyə verən tərəfindən göstərilən təmizlik xidmətləri haqqında Əlavədə icarəyə verilən əmlak(lar)ın daxilində və yardımçı sahələrdə qrafik əsasında görülən təmizlik işləri əks olunmuşdur.
16. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında 06 avqust 2021-ci il tarixli razılaşmaya əsasən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 19/075 nömrəli 18 fevral 2019-cu il tarixli müqaviləyə əlavələrin edilməsinə dair 18 mart 2021-ci il tarixli 2 saylı Əlavə Razılaşmaya xitam verilməsi barədə razılaşmaya əsasən tərəflərin qarşılıqlı razılığına əsasən 2 saylı Əlavə Razılaşmaya 06 avqust 2021-ci il il tarixində xitam veriləcək. İcarəçi icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın icarəyə verənə təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən duracaq haqqının ödənişini təmin etməlidir. Tərəflər təsdiq edirlər ki, icarəçinin xitam tarixinədək 2 saylı Əlavə Razılaşma üzrə icarəyə verərənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 23.54 manat təşkil edir.
17. İddiaçı və cavabdeh arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 18 fevral 2019-cu il tarixli 19/075 nömrəli müqaviləyə əlavələrin edilməsinə dair 18 mart 2021-ci il tarixli 02 nömrəli Əlavə Razılaşmaya əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr. 24 ünvanında yerləşən qeyri-yaşayış binasında (“Dalğa Plaza” Biznes Mərkəzi) binanın yerüstü/açıq avtoduracağında 1 avtoduracaq yerini, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib duracaq haqqını icarə müqaviləsi və bu Əlavə Razılaşma ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür.
18. Razılaşmanın 3-cü bəndinə əsasən icarəçi icarə müddəti ərzində bu Əlavə Razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlak üçün ƏDV xaric 40 manat məbləğində aylıq duracaq haqqı ödəyəcəkdir.
19. İddiaçı və cavabdeh arasında bağlanmış 07 sentyabr 2022-ci il tarixli qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqında 18 fevral 2019-cu il tarixli 19/075 nömrəli müqaviləyə xitam verilməsi barədə 07 sentyabr 2022-ci il tarixli razılaşmaya əsasən tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 18 sentyabr 2022-ci il tarixində xitam veriləcək.
20. Razılaşmanın 3-cü bəndinə sasən tərəflər təsdiq edirlər ki, xitam tarixinədək müvafiq dövr ərzində icarəçi tərəfindən istehlak edilmiş icarə müqaviləsinin 3.3-cü bəndində göstərilmiş müvafiq kommunal xidmətlər üzrə borc istisna olmaqla icarəçinin xitam tarixinə icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borc ƏDV daxil 2983.83 manat təşkil edir. İcarə müqaviləsinin 3.3-cü bəndində sadalanan müvafiq kommunat xidmətlər üzrə hesab icarəçi tərəfindən ayrıca olaraq ödəniləcəkdir. Həmçinin icarə müqavilənin 7.3-cü bəndinə əsasən icarəçiyə icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verdiyi üçün xitam tarixinə tətbiq edilən dəbbə pulu üzrə icarəçi tərəfindən təmin edilməli olna məbləğ 56.01 manat təşkil edir və həmin məbləğin ödənişi bu bəndin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş borc məbləğinə əlavə olaraq həyata keçirilir.
21. Razılaşmanın 10-cü bəndinə əsasən bu razılaşma tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq olunması şərti ilə qüvvəyə minərək, 18 sentyabr 2022-ci il tarixində icra olunur.
22. İddiaçı və cavabdeh arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 18 fevral 20119-cu il tarixli 19/075 nömrəli müqaviləyə əlavə və dəyişikliklərin edilməsinə dair 12 aprel 2019-cu il tarixli 01 nömrəli Əlavə Razılaşmaya əsasən icarə müqaviləsinin 1.1-ci yarımbəndi dəyişdirilmiş və “bu müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr. 24 ünvanında yerləşən qeyri-yaşayış binasında binanın 10-cu mərtəbəsində 28 kv.m ofis sahəsi və binanın açıq/yerüstü avtoduracağında 1 avtoduracaq yerini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəçi isə icarəyə verilən əmlakları qəbul edib icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür” redaksiyasında verilmişdir.
23. Razılaşmanın 3-cü bəndinə əsasən icarə müqaviləsinin 3.1-ci yarımbəndi dəyişdirilərək “ 3.1.1. Bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlakların hər kv.m-ə görə ƏDV xaric 19 manat olmaqla, cəmi ƏDV xaric 532 manat aylıq icarə haqqı; 3.1.2. İcarəyə verən tərəfindən bu müqavilənin 3.2-ci yarımbəndində müəyyən edilmiş xidmətlərin göstərilməsinə görə ƏDV xaric 140 manat aylıq xidmət haqqı; 3.1.3. Bu müqavilənin 1.1.2-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlaklara görə ƏDV xaric 30 manat aylıq duracaq haqqı” redaksiyada verilmişdir.
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" MMC-nin mülkiyyətindədir.
25. "xxxx" MMC (mülkiyyətçi) və iddiaçı (idarə edən) arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli PMD-27/12/17/-856 nömrəli daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqaviləyə əsasən mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyekləri idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyektlərin səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir.
26. İddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə 1,89 manat, xx.xx.2019-cu il tarixdə 1180 manat, xx.xx.2019-cu il tarixdə 4,40 manat, xx.xx.2019-cu il tarixdə 1180 manat, xx.xx.2019-cu il tarixdə 0,45 manat, xx.xx.2019-cu il tarixdə 826,36 manat, xx.xx.2019-cu il tarixdə 25,90 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 25,90 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 10,25 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 9,81 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 10,53 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 11,42 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 13,39 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 13,22 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 11,51 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 14,57 manat, xx.xx.2020-ci il tarixdə 529,82 manat, xx.xx.2020-ci il tarixdə 14,39 manat, xx.xx.2020-ci il tarixdə 529,82 manat, xx.xx.2020-ci il tarixdə 9,52 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 9,80 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 14,93 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 18,88 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 16,10 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 15,27 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 11,33 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 12,23 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 13,04 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 17,98 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 17,52 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 16,63 manat, xx.xx.2021-ci il tarixdə 47,20 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 15,02 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 47,20 manat, xx.xx.2021-ci il tarixdə 16,27 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 47,20 manat, xx.xx.2021-ci il tarixdə 18,09 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 15,12 manat, xx.xx.2021-ci il tarixdə 9,13 manat, xx.xx.2021-ci il tarixli 828,36 manat, xx.xx.2021-ci il tarixdə 13,95 manat, xx.xx.2021-ci il tarixli 828,36 manat, xx.xx.2021-ci il tarixdə 15,66 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 13,23 manat, xx.xx.2021-ci il tarixdə 15,49 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 16,83 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 17,38 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 17,60 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 15,18 manat, xx.xx.2022-ci il tarixli 828,36 manat, xx.xx.2022-ci il tarixdə 15,40 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 497,02 manat, xx.xx.2022-ci il tarixdə 15,17 manat, xx.xx.2022-ci il tarixdə 17,15 manat, xx.xx.2022-ci il tarixdə 14,08 manat, xx.xx.2022-ci il tarixdə 18,92 manat, xx.xx.2022-ci il tarixdə 12,75 manat məbləğlərində hesab-fakturalar göndərilmişdir.
27. İddiaçı tərəfindən cavabdehə EAAR 604714 nömrəli xx.xx.2019-cu il tarixli, EAAR 692520 nömrəli xx.xx.2019-cu il tarixli, EAAS 838855 nömrəli xx.xx.2019-cu il tarixli, EAAT 094400 nömrəli xx.xx.2019-cu il tarixli, EAAU 109127 nömrəli xx.xx.2019-cu il tarixli, EAAU 506364 nömrəli xx.xx.2019-cu il tarixli, EAAV 700444 nömrəli xx.xx.2019-cu il tarixli, EAAW 728091 nömrəli xx.xx.2019-cu il tarixli, EAAW 728818 nömrəli xx.xx.2019-cu il tarixli, EAAY 301155 nömrəli xx.xx.2019-cu il tarixli, EAAY 479475 nömrəli xx.xx.2019-cu il tarixli, EAAZ 436327 nömrəli xx.xx.2019-cu il tarixli, EAAZ 627170 nömrəli xx.xx.2019-cu il tarixli, EAAZ 749438 nömrəli xx.xx.2019-cu il tarixli, EBAA 335077 nömrəli xx.xx.2019-cu il tarixli, EBAB 023240 nömrəli xx.xx.2019-cu il tarixli, EBAB 433507 nömrəli xx.xx.2019-cu il tarixli, EBAB 965065 nömrəli xx.xx.2019-cu il tarixli, EBAC 748391 nömrəli xx.xx.2019cu il tarixli, EBAD 359945 nömrəli xx.xx.2019-cu il tarixli, EBAE 213812 nömrəli xx.xx.2019-cu il tarixli, EBAE 724151 nömrəli xx.xx.2020-ci il tarixli, EBAF 124164 nömrəli xx.xx.2020-ci il tarixli, EBAF 815123 nömrəli xx.xx.2020-ci il tarixli, EBAG 494258 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 325842 nömrəli xx.xx.2020-ci il tarixli, EBAİ 199726 nömrəli xx.xx.2020-ci il tarixli, EBAİ 631316 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 023518 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 850526 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 100601 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 839670 nömrəli xx.xx.2020-ci il tarixli, EBAL 234410 nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 732503 nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 914620 nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 560715 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 048410 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 433336 nömrəli xx.xx.2020-ci il tarixli, EBAQ 589852 nömrəli xx.xx.2020-ci il tarixli, EBAQ 802969 nömrəli xx.xx.2020-ci il tarixli, EBAR 528727 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 660372 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 725191 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 304921 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 923487 nömrəli xx.xx.2020-ci il tarixli, EBAV 705736 nömrəli xx.xx.2021-ci il tarixli, EBAW 285495 nömrəli xx.xx.2021-ci il tarixli, EBAW 849946 nömrəli xx.xx.2021-ci il tarixli, EBAW 849946 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 105886 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 868447 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 515147 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 127730 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 371213 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 081459 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 081037 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 893474 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 590751 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 585252 nömrəli xx.xx.2021-ci il tarixli, EBBD 514827 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 227667 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 236703 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 212977 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBF 749941 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 746703 nömrəli xx.xx.2021-ci il tarixli, EBBG 616917 nömrəli xx.xx.2021-ci il tarixli, EBBH 435259 nömrəli xx.xx.2021-ci il tarixli, EBBJ 434114 nömrəli xx.xx.2021-ci il tarixli, EBBK 189215 nömrəli xx.xx.2021-ci il tarixli, EBBK 905967 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 687799 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 472446 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 401230 nömrəli xx.xx.2021-ci il tarixli, EBBP 166563 nömrəli xx.xx.2022-ci il tarixli, EBBP 887656 nömrəli xx.xx.2022-ci il tarixli, EBBO 537967 nömrəli xx.xx.2021-ci il tarixli, EBBQ 594353 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 478385 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS 984341 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 040832 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 791099 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 778722 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 903367 nömrəli xx.xx.2022-ci il tarixli,EBBW 633094 nömrəli xx.xx.2022-ci il tarixli, EBBX 556987 nömrəli xx.xx.2022-ci il tarixli, EBBY 554703 nömrəli xx.xx.2022-ci il tarixli, EBBZ 356152 nömrəli xx.xx.2022-ci il tarixli, EBCA 227902 nömrəli xx.xx.2022-ci il tarixli, EBCB 170535 nömrəli xx.xx.2022-ci il tarixli, EBCC 205767 nömrəli xx.xx.2022-ci il tarixli, EBCN 413034 nömrəli xx.xx.2022-ci il tarixli, EBCE 307215 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir.
28. İddiaçı və cavabdeh arasında bağlanmış 18 fevral 2019-cu il tarixli 19/075 nömrəli qeyri-yaşayış sahəsinin verilməsi haqqında müqavilə üzrə qalıq borc haqqında cədvəldən görünür ki, cavabdehin iddiaçıya 2022-ci ilin sentyabr ayına qalıq borcu ƏDV daxil 2996,59 manat təşkil edir.
29. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə 702 manat, xx.xx.2020-ci il tarixdə 19,97 manat, xx.xx.2020-ci il tarixdə 702 manat, xx.xx.2020-ci il tarixdə 702 manat, xx.xx.2020-ci il tarixdə 13,79 manat, xx.xx.2020-ci il tarixdə 702 manat, xx.xx.2021-ci il tarixdə 702 manat, xx.xx.2021-ci il tarixdə 13,13 manat, xx.xx.2021-ci il tarixdə 702 manat, xx.xx.2021-ci il tarixdə 24,48 manat, xx.xx.2021-ci il tarixdə 702 manat, xx.xx.2021-ci il tarixdə 13,27 manat, xx.xx.2021-ci il tarixdə 702 manat, xx.xx.2021-ci il tarixdə 11,82 manat, xx.xx.2021-ci il tarixdə 40 manat, xx.xx.2021-ci il tarixdə 12,81 manat, xx.xx.2022ci il tarixdə 702 manat, xx.xx.2022-ci il tarixdə 25,91 manat, xx.xx.2022-ci il tarixdə 702 manat, xx.xx.2022-ci il tarixdə 702 manat, xx.xx.2022-ci il tarixdə 12,86 manat, xx.xx.2022-ci il tarixdə 702 manat, xx.xx.2022-ci il tarixdə 14,92 manat, xx.xx.2022-ci il tarixdə 702 manat, xx.xx.2022-ci il tarixdə 702 manat, xx.xx.2022-ci il tarixdə 14,73 manat, xx.xx.2022-ci il tarixdə 12,78 manat, xx.xx.2022-ci il tarixdə 497,02 manat, xx.xx.2022-ci il tarixdə 18,92 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 14,08 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 17,16 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 16,17 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 15,40 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 15,18 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 17,60 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2022-ci il tarixdə 17,38 manat, xx.xx.2022-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 15,49 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 13,23 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 15,66 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat,xx.xx.2021-ci il tarixdə 13,95 manat, xx.xx.2021-ci il tarixdə 47,20 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 15,12 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 47,20 manat, xx.xx.2021-ci il tarixdə 18,09 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 47,20 manat, xx.xx.2021-ci il tarixdə 18,09 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, 0xx.xx.2021-ci il tarixdə 47,20 manat, xx.xx.2021-ci il tarixdə 16,27 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 47,20 manat, xx.xx.2021-ci il tarixdə 15,02 manat, xx.xx.2021-ci il tarixdə 47,20 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 16,63 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 17,62 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2021-ci il tarixdə 17,98 manat, xx.xx.2021-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 13,04 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat,xx.xx.2020-ci il tarixdə 12,23 manat, xx.xx.2020-ci il tarixdə 11,33 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 16,27 manat, 7.09.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 16,10 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 18,88 manat, xx.xx.2020-ci il tarixdə 14,93 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 9,80 manat, xx.xx.2020-ci il tarixdə 810,66 manat, xx.xx.2020-ci il tarixdə 9,62 manat, xx.xx.2020-ci il tarixdə 529,82 manat, xx.xx.2020-ci il tarixdə 14,39 manat,xx.xx.2020-ci il tarixdə 547,52 manat, xx.xx.2020-ci il tarixdə 14,57 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2020-ci il tarixdə 11,51 manat, xx.xx.2020-ci il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 13,23 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 13,41 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 11,43 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 10,53 manat, xx.xx.2019-cu il tarixdə 25,92 manat, xx.xx.2019-cu il tarixdə 9,81 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 10,26 manat, xx.xx.2019-cu il tarixdə 25,9 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat,xx.xx.2019-cu il tarixdə 0,45 manat, xx.xx.2019-cu il tarixdə 828,36 manat, xx.xx.2019-cu il tarixdə 4,41 manat, xx.xx.2019-cu il tarixdə 1180 manat, xx.xx.2019-cu il tarixdə 1,89 manat, xx.xx.2019-cu il tarixdə 1180 manat icarə haqqı ödənilmişdir.
30. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
32. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
33. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 18 fevral 2019-cu il tarixli 19/075 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış, tərəflərin qarşılıqlı razılı ilə icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, cavabdeh qalıq 2983,83 manat icarə haqqı borcunu ödəməyi öhdəsinə götürmüş, cavabdehin əlavə olaraq 12,76 manat kommunal xidmətə görə borcu qalmışdır.
35. Cavabdeh iddiaya dair yazılı etirazında bildirir ki, cavabdeh tərəf olaraq onlar həmin aylar ərzində artıq icarə haqqını fors-major hadisə ilə bağlı verə bilmədikləri üçün iddiaçı tərəflə yazılı razılaşmaya gələrək etiraf etmişlər ki, borcları 2,996.59 manat təşkil edir. Lakin tərəflər arasında bağlanmış 18 fevral 2019-cu il üzrə icarə müqaviləsinin 10-cu maddəsinə əsasən fors major hadisə baş verərsə tərəflər məsuliyyətdən azad olunur. Belə ki, cavabdehin (icarəyəgötürən) bank hesablarında olan vəsaitləri üzərinə dövlət orqanının qərarı üzrə sərəncam qoyulduğu üçün və iradələrindən asılı olmayan səbəblərdən onlar artıq heç bir ödənişi ödəyə bilmədikləri və hesablarındakı pullar vergi orqanı tərəfindən dondurulduğu və fəaliyyətləri iflic vəziyyətə düşdüyü üçün ödəməyə bilməməkləri onları müqavilə öhdəlikləri üzrə məsuliyyətdən azad edən haldır.
36. Məhkəmə cavabdehin həmin arqumenti ilə razılaşmır.
37. Məhkəmə bildirir ki, cavabdehin bank hesablarında olan vəsaitləri üzərinə vergi orqanının qərarı üzrə sərəncam qoyulması borclunu öhdəliklərindən azad edən hal kimi qiymətləndirilə bilməz.
38. Bundan əlavə, icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdə qarşılıqlı razılıqla xitam verilmiş, cavabdeh qalıq borcunu ödəməyi öhdəsinə götürmüşdür.
39. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin MXMT(112)-252/2022 saylı, xx.xx.2022-ci il qərarından görünür ki, cavabdehin bank hesabındakı vəsaitləri üzrə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdən sərəncam qoyulmuş, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə icarə haqqı ödənilmişdir.
40. Belə ki, Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
41. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
42. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən hesablanmış 56,01 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
43. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
44. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
45. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2996,59 manat məbləğində əsas borc, 56,01 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2996,59 manat əsas borc, 56,01 manat dəbbə pulu, 70 manat məbləğində mediasiyaya dair xərc, ümumilikdə 3122,60 (üç min bir yüz iyirmi iki manat altmış qəpik) məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova