Məhkəmə qərarları › İş №e-2-2(113)-2067/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2067/2021

26.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2067/2021 26.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh "X10" MMC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və s.” tələbi barədə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 1.149.072 (bir milyon bir yüz qırx doqquz min yetmiş iki) manat məbləğində pul vəsaitinin və iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması və Cavabdeh3 MMC-nin, Cavabdeh1, Cavabdeh2 hərəkətlərində cinayətin əlamətləri olduğundan bununla bağlı qeyd olunan halın araşdırılması məqsədi ilə prokurora xəbər verilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC-nin Cavabdeh3 MMC-yə və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş Bakı şəhər Xətai rayon Məhkəməsinin icraatında olan zaman iş üzrə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qərardad qəbul edildikdən sonra ipoteka predmetləri olmuş, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 135.5 kv.m ümumi, 101.6 kv.m yaşayış, 33.9 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 4 nömrəli mənzilin, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 135.5 kv.m ümumi, 101.6 kv.m yaşayış, 33.9 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 4 nömrəli mənzilin, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 57.5 kv.m ümumi, 14.8 kv.m yaşayış, 42.7 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 5 nömrəli mənzilin, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 57.8 kv.m ümumi, 15.6 kv.m yaşayış, 42.2 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 9 nömrəli mənzilin, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 67.1 kv.m ümumi, 46 kv.m yaşayış, 21.1 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 1 nömrəli mənzilin, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 1 otaqlı, 16 kv.m ümumi, 12 kv.m yaşayış, 4 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 8 nömrəli mənzilin, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 2 otaqlı, 27.5 kv.m ümumi, 24.4 kv.m yaşayış, 3.1 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 13 nömrəli mənzilin sökülməsi müəyyən edilmişdir. Bu halla bağlı Bank tərəfindən 09 fevral 2018-ci il tarixli vəkil sorğusu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müvafiq sorğu edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 23 fevral 2018ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, yuxarıda qeyd olunan mənzillər "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilmişdir və hazırda da yüklüdür. Həmçinin Bank tərəfindən Cavabdeh3 MMC-yə verilmiş kreditin təminatı olmasını nəzərə alaraq Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Sabit Rəhman küçələrində yerləşən yuxarıda qeyd olunan mənzillərin yerləşdiyi ünvanlarda söküntü işlərinin hansı şirkət tərəfindən aparılması və həmin ərazidə tikinti işlərinin hansı şirkət tərəfindən həyata keçirilməsi ilə bağlı Banka ətraflı məlumat verilməsi üçün 28 fevral 2018-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyətinə və Nərimanov rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Nərimanov rayon İcra Hakimiyyəti, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 05 aprel 2018-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Sabit Rəhman küçələrində yerləşən yuxarıda qeyd olunan mənzillərin yerləşdiyi ünvanlarda söküntü və tikinti işləri Cavabdeh3 MMC tərəfindən aparılmışdır. "xxxx" İKB ASC-nin əmlakın bazar qiymətinin müəyyən edilməsi barədə rəylərə əsasən ipoteka ilə yüklü edilmiş mənzillərin bazar dəyəri müəyyən edilmişdir. Qeyd olunan mənzillərin ümumi dəyəti 1.149.072 (bir milyon bir yüz qırx doqquz min yetmiş iki) manat təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh3 MMC tərəfindən ipoteka predmetlərinin məhv edilməsi (sökülməsi) ilə bağlı həmin mənzillərin dəyəri - 1.149.072 (bir milyon bir yüz qırx doqquz min yetmiş iki) AZN Cavabdeh3 MMC-dən, Cavabdeh1, Cavabdeh2 tutularaq “Yelo Bank “ ASC-yə ("xxxx" İKB ASC) ödənilməli, Cavabdeh3 MMC tərəfindən ipoteka predmetlərinin qanunsuz olaraq, ipoteka saxlayana heç bir məlumat verilmədən qəsdən məhv etməsi halı ilə bağlı Cavabdeh3 MMC, Cavabdeh1, Cavabdeh2 barəsində xüsusi qərar çıxarılaraq araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "X10" MMC-nin nümayəndəsi X3 izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X4 izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-101/2019 saylı, 21.06.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3 MMC-dən kredit müqaviləsi üzrə 56754.88 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində faiz borcu "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutmanın X5 mülkiyyətində olan və "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş X5 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038.6 kv.m ümumi, 1038.6 kv.m əsas sahədən ibarət qeyri yaşayış binasına yönəldilməsi və.s qət edilmişdir. Qeyd olunan qətnamədən "xxxx" İKB ASC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 28.11.2019-cu il tarixli 2(103)-12378/2019 saylı qətnaməsi ilə "xxxx" İKB ASC və Cavabdeh3 MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixli, 25-BİZ-2-0-437-15 №-li Kredit müqavilənin ləğv edilməsi, "xxxx" İKB ASC və Cavabdeh3 MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixli, 25-BİZ-2-0-437-15 №-li Kredit müqaviləsinə əsasən 05 may 2017-ci il tarixə ödənilməmiş 701640 ABŞ dolları məbləğində əsas, 56754,88 ABŞ dolları məbləğində faiz borcu, cəmi 758394,88 ABŞ dolları (yeddi yüz əlli səkkiz min üç yüz doxsan dörd ABŞ dolları səksən səkkiz sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manat və xidmət haqqının əvəzi olan 180 manat, cəmi 300 (üç yüz) manat məbləğində pulun Cavabdeh3 MMC-dən tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi, tutmanın X7 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlaklar açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə Ali Məhkəmənin 2(102)-3067/2020 saylı 03.09.2020ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Bundan başqa qeyd edilməlidir ki, Bankın cavabdehlərə qarşı olan borcun ödənilməsi və.s tələbinə dair iddiası barədə Bakı Apellyasiya Məhkəməsinin 28.11.2019-cu il tarixli 2(103)-12378/2019 saylı qətnaməsi qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Kredit müqaviləsi üzrə digər ipoteka predmetləri olmuş X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində ümumi sahəsi 1038,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası 595.896,75 manata, X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində, ümumi sahəsi 1680,7 kv.m olan qeyri-yaşayış binası 964301,62 manata Bank tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, Bank tərəfindən qəbul edilmiş iki əmlakın umumi dəyəri 1.560.198,37 (bir milyon beş yüz altmış min yüz doxsan səkkiz manat, otuz yeddi qəpik) manat təşkil etmişdir. Bu barədə Hərracın nəticələrinə dair yekun protokollar tərtib edilmiş və Bankla 09.04.2021-ci il tarixdə müqavilələr imzalanmışdır. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş Bakı Apellyasiya Məhkəməsinin 28.11.2019-cu il tarixli 2(103)-12378/2019 saylı qətnaməsindən görünür ki, Bankn xeyrinə cavabdeh “X10” MMC tərəfindən tutulmalı olan məbləğ cəmi 758.394,88 ABŞ dolları təşkil edir. Qeyd olunan məbləğ isə hazırda manata uyğun məzənnə ilə təxmini 1.289.271,3 (758.394,88x1.7) manat təşkil edir. Bank tərəfindən qəbul edilmiş ipoteka predmetləri olmuş iki əmlakın umumi dəyəri isə 1.560.198,37 (bir milyon beş yüz altmış min yüz doxsan səkkiz manat, otuz yeddi qəpik) manat təşkil etmişdir. Hazırda Bank iddiasında sökülmüş ipoteka predmetləri olmuş digər əmlakların dəyərini cavabdehlərdən tələb edir. Məhkəmə qeyd edir ki, Bankın iddiasının qanuni əsası kimi, Mülki Məcəllənin 739, 1091, 1096-cı maddələri nəzərdən keçirilə bilər. Ancaq iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar qeyd olunan maddələrin dispozisiya şərtlərinə uyğun olmadığından və ümumiyyətlə qeyd olunan tələbə dair qanuni əsas tapılmadığından iddia təmin edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Bank tərəfindən hazırki iddianın qaldırılmasında məqsəd cavabdehin bank qarşısında olan kredit müqaviləsindən irəli gələn öhdəliyinin icra edilməsinin təmin edilməsindən ibarətdir. Ancaq işin hallarından da göründüyü kimi, Bankın cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qətnaməsi çıxmış, və Bankın xeyrinə tutulmalı olan məbləğ 758.394,88 ABŞ dolları, təxmini 1.289.271,3 (758.394,88x1.7) manat müəyyən edilmişdir, bundan sonra icraya yönəldilərək ipoteka predmetləri olan 2 əmlak hərracdan 1.560.198,37 (bir milyon beş yüz altmış min yüz doxsan səkkiz manat, otuz yeddi qəpik) manata bank tərəfindən qəbul edilmişdir. Bank Məhkəmədə sökülmüş ipoteka predmetləri olmuş əmlakların dəyərinin tələb edilməsi məqsədini izah edilə bilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, sökülmüş ipoteka predmetlərinin yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18.09.2003-cü il tarixli sərəncamı ilə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında Nehrəm Holdinqin istifadəsinə verilmişdir. 15.01.2004-cü il tarixli İcarə müqaviləsindən də görünür ki, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, 945-ci məhəllə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18.09.2003-cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsi barəsində icarə müqaviləsi bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14.01.2015-cü il tarixli sərəncamı ilə qeyd olunan torpaq sahəsində yaşayış binasının tikintisə icazə verilmişdir. İşin bu halından da görünür ki, Nehrəm Holding tərəfindən söküntü işləri aparılarkən əməlində hər hansı cinayət tərkibinin əlaməti olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prossesual Məcəllənin 265.4-cü maddəsinə əsaasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Qeyd olunan normanın tələblərindən də göründüyü kimi, xüsusi qərarddadın çıxarılması üçün əsas şərt şəxslərin əməllərində cinayətin əlamətlərinin olmasıdır. Hazırki işdə isə iddiaçı tərəf cavabdehlərin hərəkətlərində cinayətin əlamətlərini olmasını qeyd etsə də, məhkəmə hesab edir ki, ipoteka predmetinin banka xəbər vermədən sökülməsi cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş heç bir maddənin dispozisiya şərtlərinə uyğun gəlmədiyindən bu hissədə də, iddia təmin edilə bilməz. Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və s.” tələbi barədə iddiası rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar