Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-207/2020 03.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı sənədlərin götürülməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsi Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı sənədlərin götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********193140 nömrəli qərarında qeyd olunan sənədlərin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq olunmuş surətlərinin Cavabdeh Şirkətinin Filialından götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli **********190571 nömrəli qərarı ilə Cavabdeh X3 Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən müəssisənin sentyabr 2016-cı il tarixdən iyul 2019-cu il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin yoxlama zamanı tələb edilən sənədlər (xarici ölkələrdə yerləşən bank hesablarında filialın fəaliyyət sahəsinə uyğun olaraq aparılmış əməliyyatlar üzrə hesablardan çıxarış və Azərbaycan Respublikasında fəaliyyət göstərmiş qeyri-rezident fiziki şəxslərlə bağlanmış əmək müqavilələrinin təsdiq olunmuş surətləri) vergi orqanına tam təqdim edilmədiyindən yoxlamanın həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, səyyar vergi yoxlama zamanı müəssisəyə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2019-cu il tarixli **********190642 nömrəli tələbnamə verilmiş və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə əsasən xx.xx.2019-cu il tarixli **********193140 nömrəli qərar qəbul edilmişdir. Lakin tələbnamə və qərar üzrə qeyd olunan sənədlər vergi orqanına tam təqdim edilməmiş və bununla bağlı xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli aktlar tərtib edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialİarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********190571 nömrəli Qərarı ilə Cavabdeh Şirkətinin AR-dəki Filialının (VÖEN **********) fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə səyyar vergi yoxlaması (yoxlanılan dövr: sentyabr 2016 - iyul 2019) təyin edilmişdir və həmin yoxlama sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Bundan sonra Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” **********190642 nömrəli xx.xx.2019-cu il tarixli Tələbnamə təqdim edilmişdir. Tələbnamədə göstərilən sənədlərin bir qismi vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş və bu barədə xx xxxxxxx 2019-cu il tarixli akt tərtib edilmişdir. xx.xx.2019cu il tarixdə Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsi tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********193140 nömrəli qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan vergi ödəyicisi tərəfindən təqdim edilməmiş sənədlərin - xarici ölkələrdə yerləşən bank hesablarında filialın fəaliyyət sahəsinə uyğun olaraq aparılmış əməliyyatlar üzrə hesablardan çıxarış və Azərbaycan Respublikasında fəaliyyət göstərmiş qeyri-rezident fiziki şəxslərlə bağlanmış əmək müqavilələrinin təsdiq olunmuş surətlərinin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir. Cavabdeh tərəfindən tələb edilən göstərilən sənədlər vergi orqanına təqdim edilmədiyindən xx.xx.2019-cu il tarixdə “Sənədlərin təqdim edilməsindən imtina barədə” akt tərtib edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə , iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı AR İddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada dəfələrlə tələb edilməsinə baxmayaraq, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər cavabdeh tərəfindən vergi orqanına təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının Vеrgi Məcəlləsinin 42.1-ci mаddəsinə əsаsən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 43.11-ci mаddəsinə əsаsən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Beləliklə, məhkəmə səyyar vergi yoxlaması keçirilərkən tələb edilmiş sənədlərin Cavabdeh Şirkətinin Filialı tərəfindən vergi orqanına təqdim edilmədiyini, belə olan halda isə Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi orqanının sənədlərin götürülməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsi sənədlərin götürülməsi barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə qeyri-əmlak xarakterli iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini və hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddianın verilməsinə görə ödənilməli olan 10 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının fəaliyyəti üzrə (yoxlanılan dövr xx.xx.2016 – xx.xx.2019) səyyar vergi yoxlaması üçün zəruri olan sənədlər - xarici ölkələrdə yerləşən bank hesablarında filialın fəaliyyət sahəsinə uyğun olaraq aparılmış əməliyyatlar üzrə hesablardan çıxarış və Azərbaycan Respublikasında fəaliyyət göstərmiş qeyri-rezident fiziki şəxslərlə bağlanmış əmək müqavilələrinin təsdiq olunmuş surətləri Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından götürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının fəaliyyəti üzrə (yoxlanılan dövr: xx.xx.2016-xx.xx.2019) səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər – xarici ölkələrdə yerləşən bank hesablarında filialın fəaliyyət sahəsinə uyğun olaraq aparılmış əməliyyatlar üzrə hesablardan çıxarış və Azərbaycan Respublikasında fəaliyyət göstərmiş qeyri-rezident fiziki şəxslərlə bağlanmış əmək müqavilələrinin təsdiq edilmiş surətləri - cavabdehdən götürülsün. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-207/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-207/2020
03.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver