Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-207/2022 06.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi və lizinq obyektinin qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 24.07.2019-cu il tarixli 06/1848/DLİZ nömrəli daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC məxsus“Mercedes Benz 4141K Xüsusi Təy” minik markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması, həmin müqaviləyə əsasən 03.08.2021-ci il tarixə yaranmış 104070,36 manat əsas borc, 37167,36 manat mükafat borcu, 1376,75 manat gecikdirilmiş cərimə məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edəsiniz. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 24.07.2019-cu il tarixdə 06/1848/DLİZ nömrəli X5 müqaviləsinə əsasən İddiaçı MMC təsviri bu müqavilədə göstərilən 1 ədəd, 2008-ci il buraxılışı olan, “Mercedes Benz 4141K Xüsusi Təy” minik markalı, ban WDB9323141L317079 nəqliyyat vasitəsini fərdi sahibkar Cavabdeh2 istifadəsinə vermişdir. Həmçinin müqavilənin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 24.07.2019-cu il tarixli 06/1848/DLİZ nömrəli üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 100000 manat təşkil edir. Bu ümumi məbləğdən 39354 manat lizinq verənin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləsinə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Eyni zamanda cavadehin müraciəti əsasında sözügedən müqaviləyə əlavə olunaraq saziş imzalanaraq müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikinin müddəti uzadılaraq 14.01.2020-ci il tarixdən sonra ki, ödəniş cədvəli dəyişdirilmişdir. Belə ki, cavabdeh 14.08.2019-14.01.2020-ci il tarixədək hər ay 3870,97 manat olmaqla 14.01.2020-ci il tarixdən sonra isə hər ay 4593,66 manat olmaqla ödəniş etməli olduğu təqdirdə cəmi 2 dəfə 23.09.2019-cu il tarxdə 3200 manat və 30.12.2019-cu il tarixdə 4600 manat ödəniş aparılmışdır. Cavabdeh etibarnamə əsasında idarə etdiyi və İddiaçı MMC məxsus “Mercedes Benz 4141K Xüsusi Təy” minik markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdeh və onun zamininə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və yarnmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 24.07.2019-cu il tarixdə 06/1848/DLİZ nömrəli X5 müqaviləsindən görünür ki, lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş 1 ədəd 2008-ci il buraxılışlı olan “Mercedes Benz 4141K Xüsusi Təy” minik markalı, nəqliyyat vasitəsi 36 aylıq lizinq müddətinə, lizinq alanın müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1.2-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3% məbləğində cərimə tələb etmək hüququna malikdir. 24.07.2019-cu il tarixli 06/1848/DLİZ nömrəli İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış üçtərəfli zaminlik müqaviləsindən görünür ki, lizinq alan lizinq müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və qismən icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə zamin, yəni Cavabdeh1 lizinq alan Cavabdeh2 ilə birlikdə lizinq verən qarşısında avtomobilin qiymətinin ödənilməsi və cərimələrin, habelə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyır. 24.07.2019-cu il tarixli təhvil-təslim aktından da göründüyü kimi, İddiaçı MMC-yə məxsus “Mercedes Benz 4141K Xüsusi Təy” minik markalı, ban WDB9323141L317079, **-JU-*** qeydiyyat nişanlı avtomobil lizinq alan Cavabdeh2 təhvil verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 17 fevral 2022-ci il tarixli 9/9475 nömrəli ekspert rəyindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 24 iyul 2019-cu il tarixli 06/1848/DLİZ nömrəli X5 müqaviləsi üzrə 03.08.2021-ci il tarixə İddiaçı MMC-ə olan ümumi borcu 85996,1 manat, o cümlədən əsas borc 58852,85 manat, faiz borcu 26250,43 manat, cərimə borcu isə 892,82 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 150 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, yəni iki dəfədən artıq lizinq haqqı ödənişini etməmiş, bu isə həm müqavilənin ləğvi, həmçinin əsas borc, mükafat borcu tələbi və lizinq predmetin qaytarılması üçün əsasdır. Lakin bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı 03.08.2021-ci il tarixə yaranmış 104070,36 manat əsas və 37167,36 manat mükafat borcu, həmçinin 1376,75 manat cərimə borcu tələb etsə də, Məhkəmə Ekspertiza Mərkəzinin 17 fevral 2022-ci il tarixli 9/9475 nömrəli ekspert rəyinə əsasən 03.08.2021-ci il tarixə İddiaçı MMC-ə olan ümumi borcu əsas borc 58852,85 manat, faiz borcu 26250,43 manat, cərimə borcu isə 892,82 manat təşkil etmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əsas və faiz borcu tələbi ekspert rəyində müəyyən edilmiş həcmdə təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 24.07.2019-cu il tarixli 06/1848/DLİZ nömrəli daxili maliyyə lizinq müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 24.07.2019-cu il tarixli 06/1848/DLİZ nömrəli X5 müqaviləsinə əsasən 03.08.2021-ci il tarixə yaranmış 58852,85 manat əsas borc, 26250,43 manat faiz (mükafat) borcu və 96,72 manat cərimə, ümumilikdə 85200 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, həmçinin 1 ədəd “Mercedes Benz 4141K Xüsusi Təy” minik markalı, **-JU-*** qeydiyyat nişanlı avtomobil İddiaçı MMCyə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 59,74%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 59,74%-i, yəni 17,92 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iddia tələbinin 59,74%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizalarının xərci olan 150 manat məbləğində pulun 89,61 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 60,39 manatı isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 24.07.2019-cu il tarixli 06/1848/DLİZ nömrəli daxili maliyyə lizinq müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 24.07.2019-cu il tarixli 06/1848/DLİZ nömrəli X5 müqaviləsinə əsasən 03.08.2021-ci il tarixə yaranmış 58852,85 manat əsas borc, 26250,43 manat faiz (mükafat) borcu və 96,72 manat cərimə, ümumilikdə 85200 manat və dövlət rüsumu kimi ödənilmiş 17,92 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin, həmçinin 1 ədəd “Mercedes Benz 4141K Xüsusi Təy” minik markalı, **-JU-*** qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə geri qaytarılsın. Məhkəmə mühasibatlıq ekspertizalarının xərci olan 150 manat məbləğində pulun 89,61 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 60,39 manatı isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-207/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-207/2022
06.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver