Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2070/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, xxxx3, Cavabdeh1 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, xxxx3, Cavabdeh1 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, xxxx3, Cavabdeh1 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC, xxxx3dan, Qanuni nümayəndə və Cavabdeh1 müştərək qaydada 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 nömrəli kredit müqaviləsi üzrə 37119,99 manat məbləğində əsas bоrc və 3762,07 manat faiz borcu оlmaqla, cəmi 40882,06 (qırx min səkkiz yüz iki manat iki qəpik) manat borcun, Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh1 müştərək qaydada 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli kredit müqaviləsi üzrə 20833,38 manat məbləğində əsas bоrc və 1007,61 manat faiz borcu оlmaqla, cəmi 21840,99 (iyirmi bir min səkkiz yüz qırx manat doxsan doqquz qəpik) manat borcun və 278,17 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 MMC arasında bağlanmış 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər – xxxx3 arasında 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 nömrəli, Cavabdeh1 arasında 13 aprel 2023-cü il tariхli, 101875-396908/2/1 nömrəli və Qanuni nümayəndə arasında 13 aprel 2023-cü il tariхli, 101875-396908/2/3 zaminlik müqavilələri bağlanmışdır. Həmçinin İddiaçı ASC ilə borc alan Cavabdeh2 MMC arasında bağlanmış 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 5% dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər Cavabdeh1 arasında 07 iyun 2022-ci il tariхli, 101902- 396908/1/2 nömrəli və Qanuni nümayəndə arasında 07 iyun 2022-ci il tariхli, 101902- 396908/1 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 31 yanvar 2024-cü il tarixinə 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 nömrəli kredit müqaviləsi üzrə 37119,99 manat məbləğində əsas bоrcu və 3762,07 manat faiz borcu оlmaqla, cəmi 40882,06 (qırx min səkkiz yüz iki manat iki qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. 31 yanvar 2024-cü il tarixinə 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli kredit müqaviləsi üzrə 20833,38 manat məbləğində əsas bоrc və 1007,61 manat faiz borcu оlmaqla, cəmi 21840,99 (iyirmi bir min səkkiz yüz qırx manat doxsan doqquz qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqavilələrinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilələrə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, borcalan bankdan 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 5% olmaqla, 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür.
7. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
8. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2022-ci il tariхli, 101902- 396908/1/2 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
9. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə müştərinin xx.xx.2022-ci il tarixli, 101902-396908/1 nömrəli kredit müqaviləsi üzrə 20833,38 manat məbləğində əsas bоrcu və 1007,61 manat faiz borcu оlmaqla, ümumilikdə 21840,99 (iyirmi bir min səkkiz yüz qırx manat doxsan doqquz qəpik) manat məbləğində kredit bоrcu mövcuddur.
10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, borcalan bankdan 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 16,5% olmaqla, 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür.
11. İddiaçı ASC ilə xxxx3 arasında bağlanmış 13 aprel 2023-cü il tariхli, 101875- 396908/2 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 13 aprel 2023-cü il tariхli, 101875- 396908/2 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə xxxx3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
12. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 aprel 2023-cü il tariхli, 101875-396908/2/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
13. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış 13 aprel 2023-cü il tariхli, 101875-396908/2/3 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
14. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə müştərinin 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 nömrəli kredit müqaviləsi üzrə 37119,99 manat məbləğində əsas bоrcu və 3762,07 manat faiz borcu оlmaqla, ümumilikdə 40882,06 (qırx min səkkiz yüz səksən iki manat altı qəpik) manat məbləğində kredit bоrcu mövcuddur.
15. İddiaçı tərəfindən Cavabdeh2, Cavabdeh1 və Qanuni nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, cavabdehlərə müraciət edilərək 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
16. İddiaçı tərəfindən Cavabdeh2, xxxx3, Cavabdeh1 və Qanuni nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, cavabdehlərə müraciət edilərək 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 kredit müqaviləsi üzrə borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3856 saylı ekspert rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 101902-396908/1 saylı kredit müqaviləsi və 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 nömrəli saylı kredit müqaviləsinə əsasən istifadə edilmiş məbləğlərin kreditin təyin edildiyi tarixlərdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə maliyyə arayışlarında göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, 101902-396908/1 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 20858,48 manat, faiz borcu üzrə 359,23 manat; 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 37326,24 manat, faiz borcu üzrə 2668,83 manat məbləğində borcunun olduğu müəyyən edilir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
21. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalan bankdan 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 5% olmaqla, 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli, Cavabdeh1 ilə bağlanmlş 07 iyun 2022-ci il tariхli, 101902-396908/1/2 nömrəli zaminlik müqavilələrinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər - Qanuni nümayəndə və Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2022-ci il tariхli, 101902- 396908/1/2 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalan bankdan 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 16,5% olmaqla, 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə xxxx3 arasında bağlanmış 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 nömrəli, Cavabdeh1 ilə bağlanmış 13 aprel 2023cü il tariхli, 101875-396908/2/1 nömrəli, Qanuni nümayəndə ilə bağlanmış 13 aprel 2023cü il tariхli, 101875-396908/2/3 nömrəli zaminlik müqavilələrinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 13 aprel 2023cü il tariхli, 101875-396908/2 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə xxxx3, Cavabdeh1 və Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər.
22. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2 MMC, xxxx3dan, Qanuni nümayəndə və Cavabdeh1 müştərək qaydada 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 nömrəli kredit müqaviləsi üzrə 37119,99 manat məbləğində əsas bоrc və 3762,07 manat faiz borcu, cavabdehlər Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh1 müştərək qaydada 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli kredit müqaviləsi üzrə 20833,38 manat məbləğində əsas bоrc və 1007,61 manat faiz borcunun tutulması təşkil edir.
23. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borclu və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/3856 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində tam, hesablanmış faizlərin tutulması hissəsində isə qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh1 müştərək qaydada 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli kredit müqaviləsi üzrə 20833,38 manat (iyirmi min səkkiz yüz otuz üç manat otuz səkkiz qəpik) əsas bоrc, 359,23 manat (üç yüz əlli doqquz manat iyirmi üç qəpik) faiz borcu; Cavabdeh2, xxxx3, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 nömrəli kredit müqaviləsi üzrə 37119,99 manat (otuz yeddi min yüz on doqquz manat doxsan doqquz qəpik) əsas borc, 2668,83 manat (iki min altı yüz altmış səkkiz manat səksən üç qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
24. Məhkəmə qeyd edir ki, iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, cavabdehlərə göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, cavabdehlərdən müqavilə üzrə borcun ödənilməsi tələb olunmuş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında xx.xx.2024-cü il tarixə olan borc hesablanmış və xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət olunmuşdur. Ona görə də ekspert rəyi ilə həmin tarixə hesablanan faiz borcunun cavabdehlərdən tutulmalı olması qənaətinə gəlinmişdir.
25. Eləcə də, iddiaçı 278,17 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
26. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 270,45 manat (iki yüz yetmiş manat qırx beş qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
27. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 97,20 manat hissəsi cavabdehlər Cavabdeh2, xxxx3, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada, 2,80 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh1 müştərək qaydada 07 iyun 2022-ci il tariхli, 101902-396908/1 nömrəli kredit müqaviləsi üzrə 20833,38 manat (iyirmi min səkkiz yüz otuz üç manat otuz səkkiz qəpik) əsas bоrc, 359,23 manat (üç yüz əlli doqquz manat iyirmi üç qəpik) faiz borcu olmaqla, cəmi 21192,61 manat (iyirmi bir min yüz doxsan iki manat altmış bir qəpik), Cavabdeh2, xxxx3, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada 13 aprel 2023-cü il tariхli, 101875-396908/2 nömrəli kredit müqaviləsi üzrə 37119,99 manat (otuz yeddi min yüz on doqquz manat doxsan doqquz qəpik) əsas borc, 2668,83 manat (iki min altı yüz altmış səkkiz manat səksən üç qəpik) faiz borcu olmaqla, cəmi 39788,82 manat (otuz doqquz min yeddi yüz səksən səkkiz manat səksən iki qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi kimi 270,45 manat (iki yüz yetmiş manat qırx beş qəpik) olmaqla, ümumilikdə 61251,88 manat (altmış bir min iki yüz əlli bir manat səksən səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 97,20 manat hissəsi cavabdehlər Cavabdeh2, xxxx3, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada, 2,80 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova