Məhkəmə qərarları › İş №e-2-2(113)-2076/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2076/2022

01.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2076/2022 01.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi "xxxx" MMCyə göstərilmiş stansiya və yükdaşıma xidmətlərinə görə hesablanmış 195 017,07 (bir yüz doxsan beş min on yeddi manat 07 qəpik) manat, 486 (dörd yüz səksən altı) manat ödənilmiş dövlət rüsumu, cəmi 195 503,07 (bir yüz doxsan beş min beş yüz üç manat 07 qəpik) manat vəsaitin cavabdeh "xxxx" MMC-dən alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi stansiya və yükdaşıma xidmətləri göstərilmiş, həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, "xxxx" QSC-nin (ADY) Astara, Hövsan və Biləcəri stansiyalarında göstərilmiş xidmətlərə görə (“MDB və Baltikyanı dövlətlərə məxsus vaqon istifadə”, “vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “boş vaqonun (özəl və icarədə olan) dayanmasına görə”, “ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi və s.) "xxxx" MMC-yə stansiya xidmətləri üzrə 194 918,89 (bir yüz doxsan dörd min doqquz yüz on səkkiz manat 89 qəpik) manat, yükdaşıma xidməti üzrə isə 98,18 (doxsan səkkiz manat 18 qəpik) manat məbləğində yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də "xxxx" QSC pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, məhkəməyə izahatında qeyd etmişdir ki, Cavabdeh MMC Rusiya Federasiyasının Azərbaycan Respublikasında yeganə rəsmi tərəfdaşı və operatorudur. "xxxx" MMC-ilə "xxxx" QSC arasında heç vaxt nə müqavilə, nə də şifahi yaxud yazılı razılaşma olmamışdır. Yəni xidmət göstərmələri üçün heç bir qanuni əsaslar olmamışdır. 2020-ci ildə "xxxx" QSC Cavabdeh MMC-yə aid vaqonları qanunsuz olaraq Liman, Salyan və Astara dəmir yolu stansiyalarında saxlamışdır. İddiaçı tərəf vaqonları Astara-Export (İran) dəmir yolu stansiyasına ötürməli idi, lakin vaqonları həmin stansiyalarda aylarla qanunsuz saxlamaqla cəmiyyətə xüsusilə külli miqdarda ziyan vurmuşdur. "xxxx" QSC tərəfindən tələb olunan məbləğ xidmət haqqı deyil vaqonların qanunsuz saxlanılmasına görə qanunsuz cərimə pullarıdır. Qanunsuz saxlanılan vaqonların buraxılması üçün müraciətlər olmuşdur. İddiaçı tərəf, xx.xx.2020-ci il tarixli, 78 nömrəli müraciətə cavab olaraq bildirmişdir ki, guya yük sahibləri yükü qəbul etməkdən imtina edirlər. Müqavilə əsasında, satıcı Rusiya alıcı İran şirkətləri olmuşdur, 130 (yüz otuz) vaqon yükün Rusiya ərazisində daşınmasını “Rustexsnab”, Azərbaycan ərazisində daşınmasını Cavabdeh MMC icra etmişdir. Alıcı İran şirkətləri yükü yalnız İran ərazisində qəbul edə bilərdilər. Məxfilik qorunduğuna görə “Azərbaycan Dəmir Yolları” QSC alıcıların hansı İran şirkətləri olduğunu bilə bilməzdi. İran şirkətlərinin milyonlarla ABŞ dolları dəyərində yükü qəbul etməməs mümükün deyildir.İddiaçı tərəf yükü İran ərazisinə buraxmadılar ki qəbul etməsmiş olsunlar.İran ərazisində yükün qəbul edilib-edilməməsinin "xxxx" QSC-yə heç bir aidiyyəti yoxdur və yalnız vəzifəsi vaqonları operativ şəkildə İran ərazisinə ötürməkdir. Odur ki, müraciətlərə cavab əsassızdır, yalan və cəfəngiyyatdır. Vaqonlar Yalama dəmir yolu stansiyasında yəni Azərbaycan ərazisinə daxil olduqda bütün dövlət rüsumları ödənilir, ödənilməsə Azərbaycan ərazisinə buraxılmır. Gömrüklə bağlı heç vaxt problem olmayıb, həmişə vaqonlar operativ şəkildə yola salmışlar. "xxxx" QSC heç bir səbəb olmadan, əsassız, qanunsuz və qərəzli şəkildə vaqonları Liman, Salyan və Astara dəmir yolu stansiyalarında saxlamışdır. Vaqonların qanunsuz saxlanılan Liman, Salyan və Astara dəmir yolu stansiyalarından Astara-Export (İran) dəmir yolu stansiyasına buraxılmasını tələb edən Rusiya Federasiyası “Rustexsnab” tərəfindən xx.xx.2020-ci il tarixli teleqramla müraciət olmuşdur. Bütün müraciətlərə baxmayaraq "xxxx" QSC vaqonların qanunsuz saxlanılmasını davam etdirmişdir. İddiaçı tərəf qanunsuz hərəkətlərilə Cavabdeh MMC-nin işgüzar nüfuzuna zərbə vurmuşdur. Belə ki, iddiaçı tərəfin təqsiri səbəbindən cəmiyyət bağladığı müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirə bilməmişdir. Bu səbəbdən cəmiyyətə xüsusilə külli miqdarda ziyan dəymişdir. Məhkəmə“ işdə“ olan“ sənədləri“ tədqiq“ edib“ toplanmış“ sübutların“ məcmusuna“qiymət verərək“ belə“ nəticəyə“ gəlir“ ki,“ iddia“ rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: xx.xx.2019-xx.xx.2022-ci illər ərzində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş yük daşıma və stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışda 195.017,07 manat cəmi məbləğ hesablanmışdır. EBAG seriyalı, 379771 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 5.956,99 manat, EBAF seriyalı, 183163 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2.272,17 manat, EBAC seriyalı, 525018 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 3.975 manat, EBAD seriyalı, 830802 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 7.607 manat, EBAK seriyalı, 134692 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 3.767 manat, EBAİseriyalı, 904584 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 7.645,61 manat, EBAH seriyalı, 669669 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 6.483,51 manat, EBAL seriyalı, 413597 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 1.350 manat, EBAN seriyalı, 891898 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2.542,10 manat, EBAQ seriyalı, 002767 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 4.131 manat, EBAR seriyalı, 854896 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 940,59 manat, EBAV seriyalı, 749907 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 2.565 manat, EAAU seriyalı, 254759 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 2.728,88 manat, EAAR seriyalı, 675485 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 9.164,44 manat, EBAT seriyalı, 483712 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 110.033,8 manat, EAAX seriyalı, 072685 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 1.132,7 manat, EAAY seriyalı, 507515 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 2.589 manat, EBAB seriyalı, 177604 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 8.805,52 manat, EBAW seriyalı, 303946 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 37.335,2 manat, EAAN seriyalı, 655505 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaiməyə əsasən 1.196 manat, EAAO seriyalı, 430112 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaiməyə əsasən 1.112 manat "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" MMC-nin ünvanladığı xx.xx.2020-ci il tarixli 78 nömrəli “Azərbaycan Dəmir Yolları” QSC-yə məktubda qeyd olunmuşdur ki, Astara stansiyasına gələn RF-na məxsus olan qapalı vaqonlar Astara (eksp) stansiyasına (kod 554503), yəni İran Astarasına keçə bilmirlər. Vaqonların Azərbaycan Respublikasının ərazisində, astara stansiyasında və ya digər stansiyalarda yığılıb qalması, vaqonların məxsus olduqları şirkətləri, yüklərin sahiblərini narahat edir. Artıq bir neçə təşkilatdan vaqonların uzun müddət Azərbaycan Respublikasının ərazisində, yanvar ayından qalmaları səbəbindən, boşdayanmaya görə cərimələr barədə iddia ərizələri daxil olmuşdur. Sahibkarlar vaqonların hansı səbəbədən Astara (eksp) stansıyasına keçirilməməsini bilmək istəyirlər. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 78 nömrəli məktubuna “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən verilmiş cavabda qeyd olunmuşdur ki, qapalı vaqonların yüklü halda uzun müddət Astara-Export (İran) terminalına keçə bilməməsi və Astara stansiyasında yığılıb qalmış taxta ilə yüklü qapalı vaqonların uzun müddət boşalma əməliyyatına verilməmə səbəbi Cəmiyyətin aidiyyəti qurumu, Astara və Astara-Export (İran) stansiyalarının operatoru olan "xxxx" MMC yükalanların dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə yüklərini qəbul etməkdən imtina edirlər. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixləri arasında göstərilmiş xidmətlər üzrə yığımlar hesablanmışdır. İddiaçı iddia tələbinin hüquqi əsası kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 3.4-cü yarımbəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndi eləcə də öhdəliklərin icra edilməsi barədə AR MM-nin ümumi normalarını qeyd etmişdir. Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən tələb olunan məbləğ stansiya xidmətlərinin göstərilməsinə görə yox, iddiaçı tərəfindən qanunsuz olaraq vaqonların Azərbaycan Respublikası ərazisində saxlanılması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. İddiaçı tərəf məhkəmə araşdırması zamanı göstərilmiş stansiya xidmətlərinə görə tələb olunan ödənişin cavabdehin və ya iddiaçı tərəfindən bildirildiyi kimi digər tərəfin malı qəbul etməkdən imtinası nəticəsində saxlanılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan xidmətlər üzrə ödənişləri tələb etməkdə haqlı deyildir. AR MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia rədd edildiyindən 486 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına“ apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar