Məhkəmə qərarları › İş №e-2-2(113)-2077/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2077/2022

22.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2077/2022 22.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 43.043,63 (qırx üç min qırx üç manat altmış üç qəpik) manat və 220 (iki yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu, cəmi 43.263,63 (qırx üç min iki yüz altmış üç manat altmış üç qəpik) manat Cavabdeh MMC-dən alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (ADY) tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Xırdalan və Şabran stansiyalarında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə Cavabdeh MMC-yə 43.043,63 (qırx üç min qırx üç manat altmış üç qəpik) manat yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, taxıl, qarğıdalı kimi məhsulların gətirilməsi üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə stansiya xidmətləri (vaqonların verilib götürülməsi, vaqonlardan istifadə haqqı, mühafizə haqqı, oxa görə qoruma, manevra işi və s.) göstərilmişdir. Cavabdeh iddiaya etiraz etmiş və qeyd edilən xidmətlərin (vaqonların verilib götürülməsi, vaqonlardan istifadə haqqı, mühafizə haqqı, oxa görə qoruma, manevra işi) göstərildiyini bildirmiş, ancaq həmin xidmətlərin heç bir zərurət olmadan edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan münasibətlərə Xidmət müqaviləsindən irəli gələn münasibət kimi qiymət verilməlidir. Belə ki, Cavabdeh tərəfindən mallar Azərbaycana gətirilən zaman "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müvafiq stansiya xidmətləri göstərilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin predmetini iddia ərizəsindən də göründüyü kimi, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi göstərilmiş xidmətlərə görə tələb edilən xidmət haqqı təşkil edir. Ona görə də, həmin tarixləri əhatə etməyən dövrə aid olan sənədlərə münasibət bildirilməli deyildir. Məhkəmə iddiaçı tərəfindən işə əlavə edilmiş iddiaya dair sübutlara münasibət bildirir: İşdən görünür ki, xx.xx.2021-ci il tarixdə aprel ayında göstərilmiş xidmətlərə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 32.670,32 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaimə xx.xx.2021-ci il tarixli 297 saylı hesab əsasında göndərilmişdir. Adı çəkilən 297 saylı hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 2 dəfə 560 manat və 100,8 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Göründüyü kimi, adı çəkilən qaimə üzrə ödənilməmiş 32.009,52 (32.670,33-660,8) manat pul qalmışdır. xx.xx.2021-ci il tarixdə may ayında göstərilmiş xidmətlərə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 1.071,15 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaimə xx.xx.2021-ci il tarixli 378 saylı hesab əsasında göndərilmişdir. Adı çəkilən 297 saylı hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 2 dəfə 907,76 manat və 163,4 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Göründüyü kimi, adı çəkilən qaimə üzrə ödənilməmiş pul qalmamışdır (907,76+163,4=1.071,16). xx.xx.2021-ci il tarixdə iyun ayında göstərilmiş xidmətlərə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 878,92 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaimə xx.xx.2021-ci il tarixli 476 saylı hesab əsasında göndərilmişdir. Adı çəkilən 476 saylı hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 2 dəfə 744,85 manat və 134,07 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Göründüyü kimi, adı çəkilən qaimə üzrə ödənilməmiş pul qalmamışdır (744,85 +134,07 =878,92). xx.xx.2021-ci il tarixdə iyul ayında göstərilmiş xidmətlərə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 3.030,41 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaimə xx.xx.2021-ci il tarixli 492 saylı hesab əsasında göndərilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə iyul ayında göstərilmiş xidmətlərə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 1.527,8 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaimə xx.xx.2021-ci il tarixli 490 saylı hesab əsasında göndərilmişdir. Adı çəkilən 490 və 492 saylı hesab (hər iki hesabda göstərilmiş məbləğlərin cəmi 4.558,22 manat təşkil edir) əsasında Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 2 dəfə 3.862,89 manat və 695,32 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Göründüyü kimi, adı çəkilən qaimə üzrə ödənilməmiş pul qalmamışdır (3.862,89+695,32=4.558,21). xx.xx.2021-ci il tarixdə sentyabr ayında göstərilmiş xidmətlərə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 2.771,35 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaiməyə dair “Forma 869” adlı hesab işə əlavə edilməsə də, xx.xx.2021-ci il tarixli 2.190,61 manatlıq və xx.xx.2021-ci il tarixli 394,31 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 2.584,92 manat pul xx.xx.2021cil tarixli 513 saylı hesaba əsasən köçürülmüşdür. Göndərilmiş elektron qaimədə isə qaimənin sentyabr ayında göstərilmiş xidmətlərə aid olması ona dəlalət edir ki, xx.xx.2021ci il tarixli elokton qaimə xx.xx.2021-cil tarixli 513 saylı hesab əsasında verilmiş və edilmiş ödənişlərdə məhz qeyd edilən qaiməyə aiddir. Göründüyü kimi, adı çəkilən qaimə üzrə ödənilməmiş 186,43 (2.771,35-2.584,92) pul qalmışdır. xx.xx.2021-ci il tarixdə oktyabr ayında göstərilmiş xidmətlərə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 886,47 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaiməyə dair “Forma 869” adlı hesab işə əlavə edilməsə də, xx.xx.2021-ci il tarixdə 2 dəfə ödənilmiş 751,25 manatlıq və 135,23 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 886,48 manat pul xx.xx.2021-cil tarixli 524 saylı hesaba əsasən köçürülmüşdür. Göndərilmiş elektron qaimədə isə qaimənin oktyabr ayında göstərilmiş xidmətlərə aid olması ona dəlalət edir ki, xx.xx.2021-ci il tarixli elektron qaimə xx.xx.2021-cil tarixli 524 saylı hesab əsasında verilmiş və edilmiş ödənişlərdə məhz qeyd edilən qaiməyə aiddir. Göründüyü kimi, adı çəkilən qaimə üzrə ödənilməmiş pul qalmamışdır. xx.xx.2021-ci il tarixdə noyabr ayında göstərilmiş xidmətlərə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 1.801,43 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaimə xx.xx.2021-ci il tarixli 543 saylı hesab əsasında göndərilmişdir. Adı çəkilən 543 saylı hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 2 dəfə 274,8 manat və 1.526,64 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Göründüyü kimi, adı çəkilən qaimə üzrə ödənilməmiş pul qalmamışdır (274,8+1.526,64=1.801,44). xx.xx.2022-ci il tarixdə fevral ayında göstərilmiş xidmətlərə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 3.421,93 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaimə xx.xx.2022-ci il tarixli 36 və 37 saylı hesab əsasında göndərilmişdir. Adı çəkilən 36 və 37 saylı hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 2 dəfə 3.149,2 manat və 272,74 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Göründüyü kimi, adı çəkilən qaimə üzrə ödənilməmiş pul qalmamışdır (3.149,2+272,74=3.421,94). Göründüyü kimi, cavabdeh tərəf iddiaçı tərəfindən göstərilmiş olan stansiya xidmətlərini qəbul etmiş və göndərilmiş elektron qaimələrdən bir hissəsini tam ödəmiş, digər 2-sində isə qismən ödəniş etmişdir. Belə olan halda, yəni cavabdeh verilmiş hesab (forma 869) və onun əsasında göndərilmiş elektron qaimələrdə göstərilmiş məbləği qismən ödəməklə, həmin xidmətlərin iddiaçı tərəfindən göstərilməsini qəbul etmişdir. Belə olan halda göstərilmiş xidmətlərə görə cavabdehin iddiaçıya ödənilməmiş 32.195,95 (32.009,52+186,43) manat borcu qalmışdır. İddiaçı tərəf isə iddiasında göstərmiş olduğu məbləğin necə hesablandığını və başqa hansı xidmətin göstərilməsini və bu xidmətlərin göstərilməsinə dair sübutları təqdim edə bilməmişdir. Məhkəmə həmçinin hazırkı mübahisənin predmetinə aid olmadığı üçün iddiaçı tərəfindən işə əlavə edilmiş 2021-ci ilin yanvar, fevral və mart ayı üçün göstərilmiş xidmətlərə görə göndərilmiş elektron qaimələrə münasibət bildirmir. Ona görə də, iddia qismən 32.195,95 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır. Məhkəmə qeyd edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi zamanı iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 200 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi Cavabdehnə göstərilmiş stansiya xidmətlərinə görə 32.195 (otuz iki min yüz doxsan beş) manat, 0,95 (doxsan beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat, mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar