Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2079/2022 29.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı icarə obyektinin təhvil verilməsi və əldn çıxmış faydanın tutulması tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarına maneələrə son qoyulması, Cavabdeh Bakı şəhəri, Nobel prospekti 15 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində, ümumi sahəsi 38,2 kv.m olan 16 saylı qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılması və həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, Cavabdeh icarə obyekti vaxtında təhvil verilmədiyi üçün əldən çıxmış fayda şəkilində 13754,52 manat məbləğində zərərin (müqavilənin ləğv olunduğu tarixdən bugünədək aylıq icarə haqqı müqavilə şərtinə əsasən 764,14 manat olmaqla 18 ay) və 200 manat məhkəmə xərcinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “icarəyə verən” İddiaçı (iddiaçı) ilə “icarəçi” Cavabdeh (cavabdeh) arasında Bakı şəhəri, Nobel prospekti 15 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində, ümumi sahəsi 38,2 kv.m olan 16 saylı qeyri-yaşayış sahəsinin (“icarə obyekti”) icarəsi ilə bağlı xx.xx.2019-cu il tarixli, M-011 saylı icarə müqavilə imzalanmışdır. Müqavilənin 2.1-ci maddəsinə əsasən “İcarəyə verən” “İcarə obyekti”ni 12 (on iki) ay müddətinə “İcarəçi”nin müvəqqəti istifadəsinə verməyi, “İcarəçi” isə bu müqavilənin 5-ci bəndi ilə müəyyən edilmiş “İcarə haqqı”nı “İcarəyə verən”ə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4.3-cü bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda və ya hər hansı bir səbəbdən müqavilə “icarəyə verən” tərəfindən ləğv edildikdə “İcarəçi”yə müvəqqəti istifadəyə verilmiş “İcarə obyekti”ni və onun avadanlıqlarını lazımi və saz vəziyyətdə “İcarəyə verən”ə geri qaytarmaq “İcarəçi”nin vəzifəsidir. Müqavilənin 3.4.8-ci bəndinə əsasən müqavilə ləğv edildikdə 7 (yeddi) iş günündən gec olmayaraq “İcarə obyekti”ni “İcarəyə verən”ə geri qaytarılmasını təmin etmək “İcarəçi”nin vəzifəsidir. “İcarəçi” “İcarəyə verən”ə “İcarə obyekti”ni ilkin vəziyyətdə (“İcarəyə verən”ə məxsus bütün avadanlıq və alətlərlə), “İcarəçi”nin hər hansı bir əmlakından azad, normal cari köhnəlmə nəzərə alınmaqla yaxşı vəziyyətdə qaytarmalıdır. Müqavilənin 5-ci bəndinə əsasən “İcarəçi”nin, “İcarə obyekti”ndən istifadəyə görə hər ay 1 (bir) kvadrat metr üçün vergi daxil 23,26 (iyirmi üç manat, 26 qəpik) olmaqla, cəmi vergi daxil “İcarə haqqı” 888,53 (səkkiz yüz səksən səkkiz manat, 53 qəpik) manat təşkil edir. “İcarəçi” “İcarə haqqı”nın ödənilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutulan icarəyə görə 14 faiz dərəcədə ödəmə mənbəyində vergini, yəni, 124,39 (bir yüz iyirmi dörd manat, 39 qəpik) manat hissəsini dövlət büdcəsinə ödəyir. “İcarə haqqı”nın yerdə qalan 764,14 (yeddi yüz altmış dörd manat, 14 qəpik) manat hissəsi “İcarəçi” tərəfindən bu müqavilədə müəyyən olunmuş qaydada“İcarəyə verən”ə ödənilir. “İcarə haqqı”xx.xx.2019-cu il tarixindən hesablanır. Müqavilənin 9-cu bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Müqavilə tarixi qurtardıqda tərəflər müqavilə şərtlərini icra etməyə davam etdikləri təqdirdə müqavilənin müddəti növbəti il üçün uzadılmış hesab olunur. Müqavilənin müddəti başa çatdıqdan sonra müqavilə şərtlərinə əsasən müqavilənin müddəti uzadılmış, lakin sonradan tərəflərin qarşılıqlı razılığı ilə “İcarə müqaviləsinin ləğvinə dair” saziş imzalanmış və qeyd olunan müqavilə xx.xx.2020-ci il tarixdən ləğv edilmişdir. Müqavilənin ləğv olunmasından artıq uzun müddət keçməsinə baxmayaraq icarəçi icarəyə götürdüyü qeyri-yaşayış sahəsini boşaldıb icarəyə verənə geri qaytarmamışdır. Nəticədə mülkiyyətçi kimi hüquqları kobud şəkildə pozulmuşdur. İcarə obyektinin boşaldılaraq təhvil verilməsi, əks halda icarə obyektinin təhvil verilmədiyi hər günə görə əldən çıxmış fayda şəklində zərərin tələb olunacağı ilə bağlı dəfələrlə cavabdehə müraciət olunsa da, bugünədək hər hansı bir nəticə əldə etmək mümkün olmamışdır. Artıq müqavilənin ləğv edildiyi tarixdən 18 ay keçməsinə baxmayaraq icarəçi icarə obyektini boşaldaraq icarəyə verənə təhvil vermir və hələ də icarə obyekti Cavabdeh qanunsuz sahibliyindədir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı “icarəyə verən”, Cavabdeh “icarəçi” olmaqla imzalanmış 07 sentyabr 2019-cu il tarixli M-011 saylı icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nobel prospekti 15 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində, ümumi sahəsi 38,2 kv.m olan 16 saylı qeyri-yaşayış sahəsi icrayə verilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “icarəyə verən” “icarə obyekti”ni 12 (on iki) ay müddətinə “icarəçi”nin müvəqqəti istifadəsinə verməyi, “icarəçi” isə bu müqavilənin 5-ci bəndi ilə müəyyən edilmiş “icarə haqqı”nı “icarəyə verən”ə ödəməyi öhdəsinə götürmüşdür. 3.4.3-cü bəndə əsasən müqavilənin müddəti başa çatdıqda və ya hər hansı bir səbəbdən müqavilə “icarəyə verən” tərəfindən ləğv edildikdə “icarəçi”yə müvəqqəti istifadəyə verilmiş “icarə obyekti”ni və onun avadanlıqlarını lazımi və saz vəziyyətdə “icarəyə verən”ə geri qaytarmaq “icarəçi”nin vəzifəsidir. 5.1-ci bəndə əsasən “icarəçi”nin, “icarə obyekti”ndən istifadəyə görə hər ay 1 (bir) kvadrat metr üçün vergi daxil 23,26 (iyirmi üç manat, 26 qəpik) olmaqla, cəmi vergi daxil “İcarə haqqı” 888,53 (səkkiz yüz səksən səkkiz manat, 53 qəpik) manat təşkil edir. “icarəçi” “icarə haqqı”nın ödənilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutulan icarəyə görə 14 faiz dərəcədə ödəmə mənbəyində vergini, yəni, 124,39 (bir yüz iyirmi dörd manat, 39 qəpik) manat hissəsini dövlət büdcəsinə ödəyir. “icarə haqqı”nın yerdə qalan 764,14 (yeddi yüz altmış dörd manat, 14 qəpik) manat hissəsi “icarəçi” tərəfindən bu müqavilədə müəyyən olunmuş qaydada “icarəyə verən”ə ödənilir. 9.1-ci bəndə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. İddiaçı “icarəyə verən”, Cavabdeh “icarəçi” olmaqla imzalanmış 17 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğvinə dair əlavəyə əsasən xx.xx.2019-cu il tarixli M-011 saylı müqavilə xx.xx.2020-ci il tarixdən qarşılıqlı razılıq əsasında ləğv edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında icarə müqaviləsi imzalanmış, hər iki tərəf müqavilə üzrə öhdəliklər götürmüş, daha sonra xx.xx.2020-ci il tarixli razılaşma ilə imzalanmış icarə müqaviləsi ləğv edilmişdir. Lakin, cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq, icarəyə verilmiş qeyri-yaşayış sahəsini ona məxsus əşylarla birlikdə boşaltmamış və qeyri-yaşayış sahəsini icarəyə verənə təhvil verməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 3.4.3-cü bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda və ya hər hansı bir səbəbdən müqavilə “icarəyə verən” tərəfindən ləğv edildikdə “icarəçi”yə müvəqqəti istifadəyə verilmiş “icarə obyekti”ni və onun avadanlıqlarını lazımi və saz vəziyyətdə “icarəyə verən”ə geri qaytarmaq “icarəçi”nin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyri- yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nobel prospekti 15 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində, ümumi sahəsi 38,2 kv.m olan 16 saylı qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılmalı və həmin qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməlidir. Məhkəmə iddia tələbinin 13754,52 manat məbləğində əldən çıxmış faydanın ödənilməsinə münasibətdə aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslılığını sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə hər-hansı sübutlar təqdim etməmişdir. Belə olan halda iddia tələbi qeyd olunana hissədə sübua yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat məhkəmə xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nobel prospekti 15 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində, ümumi sahəsi 38,2 kv.m olan 16 saylı qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılsın və həmin qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin, İddiaçı mülkiyyət hüquqlarına maneələrə son qoyulsun. İş üzrə ödənilmiş 200 (iki yüz) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2079/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2079/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver