Məhkəmə qərarları › İş №e-2-2(113)-2086/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2086/2022

16.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2086/2022 16.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi (direktoru) X5 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 103510,85 manat və 400 manat ödənilmiş dövlət rüsumu, cəmi 103910,85 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 103510,85 manat və 400 manat ödənilmiş dövlət rüsumu, cəmi 103910,85 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının Xırdalan stansiyasında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “ADYyə məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə cavabdehə 103510,85 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. İddiaçının nümayəndəsi X2 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X3 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (direktoru) X7 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onun əsaslandırmışdır ki, iddia ərizəsində göstərilir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixlərinə stansiya xidmətləri ilə bağlı və həmin xidmətlərə görə yığım hesablanmışdır. Belə ki, guya iddiaçının Xırdalan stansiyasında göstərilmiş xidmətlərə (vaqonların dalan yoluna verilib götürülməsi, dalan yolundan istifadə, ADY-ə məxsus vaqonun (konteynerlərin) istifadəsi və s.) görə cavabdehə 103510.85 manat yığım hesablanmışdır. Qeyd olunanlar əsassızdır. Cavabdehin kantingent şirkəti olan "xxxx" MMC-nin 5 hektara yaxın ərazisi vardır və dalan yolu MMC-ə məxsusdur. Bununla belə 200 ədəd cavabdehə məxsus vaqonları vardır. Cavabdeh iddiaçının nə dalan yolundan istifadə etmir, nə də vaqonlarından və buna görə də hansısa bir rüsum ödəmək məcburiyyətində deyildir. Cavabdeh iddiaçıya yükdaşımalara və stansiya xidmətlərinə görə hər il milyonlarla pul ödəyir. Bu qədər pulu ödəyən şirkət iddia ərizəsində göstərilən pulu niyə ödəməsin. Bu da o deməkdir ki, yazılanlar əsassızdır və absurddur. Cavabdehin nümayəndəsi (direktoru) X7 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış hüq593 nömrəli xx.xx.2017-ci il tarixli Dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilədən görünür ki, iddiaçı cavabdehin ödəyəcəyi xidmət haqqı müqabilində Xırdalan stansiyasında son məntəqəsi (ünvanı) cavabdehə məxsus olan dalan yoluna vaqonun verilib-götürülməsini və dalan yolunda digər əlavə manevr işlərinin (zərurət yarandığı təqdirdə eyni vaxtda verilibgötürülən vaqonların ayrı-ayrı yükləmə və boşaltma sahələrinə verilməsi və götürülməsi, lokomotiv qoşulu vəziyyətdə yük əməliyyatının aparılması, yükləmə-boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, vaqonların bir yükləmə-boşaltma yerindən digər yükləmə-boşaltma yerinə verilməsi və götürülməsi və s.) həyata keçirməyi, cavabdeh isə bu Müqavilə ilə müəyyən edilmiş qaydada iddiaçıya xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh arasında bağlanmış 899 nömrəli xx.xx.2020-ci il tarixli Dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilədən görünür ki, iddiaçı Xırdalan stansiyasında (stansiya) məntəqəsi (ünvanı) cavabdehə məxsus olan dalan dəmir yolunun yükləmə-boşaltma sahəsinə vaqonun verilib-götürülməsini və dalan dəmir yolunda digər əlavə manevr işlərinin (zərurət yarandığı təqdirdə Sifarişçinin müraciəti əsasında eyni vaxtda verilib-götürülən vaqonların ayrı-ayrı yükləmə və boşaltma sahələrinə verilməsi və götürülməs, yükləmə və boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, lokomotiv qoşulu vəziyyətdə yü< əməliyyatının aparılması, vaqonların bir yükləmə-boşaltma yerindən digər yükləmə-boşaltma yerinə verilməsi və götürülməsi və s.) həyata keçirilməsi xidmətini göstərməyi, cavabdeh isə bu Müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş xidmət müqabilində iddiaçıya xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər. 5 ədəd elektron qaimədən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayınadək ümumilikdə 178018,68 manat dəyərində xidmət göstərilmişdir. 22 ədəd Ödəniş sənədlərindən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ümumilikdə 114369,7 manat məbləğində xidmət haqqı ödənilmişdir. Debitor borc barədə arayışdan görünür ki, cavabdehin stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borcu 103510,86 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında hüq593 nömrəli xx.xx.2017-ci il tarixli və 899 nömrəli xx.xx.2020-ci il tarixli Dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanmış və müqavilələrə əsasən iddiaçı Xırdalan stansiyasında (stansiya) məntəqəsi (ünvanı) cavabdehə məxsus olan dalan dəmir yolunun yükləmə-boşaltma sahəsinə vaqonun verilib-götürülməsini və dalan dəmir yolunda digər əlavə manevr işlərinin (zərurət yarandığı təqdirdə Sifarişçinin müraciəti əsasında eyni vaxtda verilib-götürülən vaqonların ayrı-ayrı yükləmə və boşaltma sahələrinə verilməsi və götürülməs, yükləmə və boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, lokomotiv qoşulu vəziyyətdə yü< əməliyyatının aparılması, vaqonların bir yükləmə-boşaltma yerindən digər yükləmə-boşaltma yerinə verilməsi və götürülməsi və s.) həyata keçirilməsi xidmətini göstərməyi, cavabdeh isə bu Müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş xidmət müqabilində iddiaçıya xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayınadək ümumilikdə 178018,68 manat dəyərində xidmət göstərilmiş, cavabdeh tərəfindən isə iddiaçının hesabına 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ümumilikdə 114369,7 manat məbləğində xidmət haqqı ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçı Dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilələr üzrə cavabdehdən 103510,85 manat manat borcun ödənilməsini tələb etsə də, iş materiallarında olan elektron qaimələrdən və ödəniş sənədlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayınadək ümumilikdə 178018,68 manat dəyərində xidmət göstərilmiş, cavabdeh tərəfindən isə iddiaçının hesabına 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ümumilikdə 114369,7 manat məbləğində xidmət haqqı ödənilmişdir. Göründüyü kimi xidmət müqavilələri üzrə iddiaçıya ödənilməli olan borc məbləği 63648,98 manat (178018,68 - 114369,7) müəyyən olunur. İddiaçı tərəfindən isə bunun əksini, yəni borcun 103510,85 manat təşkil etməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış hüq593 nömrəli xx.xx.2017-ci il tarixli və 899 nömrəli xx.xx.2020-ci il tarixli Dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilələrə əsasən iddiaçı tərəfindən görülmüş xidmətlərin dəyərindən qalmış 63648,98 manat borc cavabdehdən tutulmaqla iddia qismən təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən iddia ərizəsinə etirazda qeyd olunan hallar müəyyən olunmamış, eyni zamanda cavabdeh tərəfindən həmin halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə iş materiallarında olan sənədlərlə iddiaçı tərəfindən cavabdehə xidmətlərin göstərilməsi və cavabdeh tərəfindən həmin xidmətlərə görə iddiaçıya ödənişlərin edilməsi təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 400 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 393,51 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 61,49 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 248,45 manat (400 manat (mediasiya xərcinin məbləği) – 151,55 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 248,45 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə 63648,98 manat və mediasiya xərcinə görə 248,45 manat, cəmi 63897,43 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Cavabdehnə göstərilmiş stansiya xidmətlərinə görə 63648,98 manat və mediasiya xərcinə görə 248,45 manat, cəmi 63897,43 manat Cavabdehndən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar