Məhkəmə qərarları › İş №e-2-2(113)-2087/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2087/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2087/2020 27.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, İddiaçı QSC X6 Təşkilatınİn cavabdeh “xxxx” X1 Şirkətinə qarşı borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC X6 Təşkilatı cavabdeh «xxxx» X1 Şirkətinə qarşı 9.815.00 ABŞ dolları (əsas borc 6.500.00 ABŞ dolları; faiz borcu 3.315,00 ABŞ dolları) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun "İddiaçı" QSC X6 Təşkilatının xeyrinə tutulması, borc tələbinin «cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, “Cavabdeh həmin əmlaklar üzərində mülkiyyət hüququna xilam verilməsi və “İddiaçı" QSC X6 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvaliq olaraq səlahiyyətli orqanların üzərinə “İddiaçı" QSC X6 Təşkilatının yuxanda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101 saylı Sərəncamının icrası ilə əlaqədar olaraq. "xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti X6 Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin "xxxx" X1 Şirkətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxxx 2018-ci il tarixli S-157 saylı təhvil-təslim aktı əsasında "İddiaçı" QSC X6 Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 9.815,00 ABŞ dolları (əsas borc 6.500.00 ABŞ dolları: faiz borcu 3.315,00 ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə "xxxx” ASC arasında bağlanmış xx.xx.2000-ci il tarixli. 657 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. xx xxx 2020-ci il tarixə cavabdeh "xxxx" X1 Şirkətinin qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 9.815,00 ABŞ dollan (əsas borc 6.500.00 ABŞ dolları: faiz borcu 3.315.00 ABŞ dollan) təşkil etmişdir. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki. cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Eyni zamanda. “xxxx" X1 Şirkətinin mülkiyyətində olan əmlaklar barədə məlumat verilməsi ilə bağlı göndərilmiş və hazırki vaxtadək tərəfimizdən verilmiş sorğulara cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC iləİddiaçı QSC arasında bağlanan “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, müqavilənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S nömrəli Sərəncamın 1-ci hissəsinə əsasən İddiaçı QSC X6 Təşkilatı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X3 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivləri Bankdan satın almış və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka vermiş, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir. Həmin müqavilənin 2.6-ci maddəsinə əsasən “xxxx” ASC öz öhdəsinə götürür ki, problemli aktivlərin təhvil-təslimindən sonra həmin borclarla bağlı digər zəruri sənədləri və məlumatları, o cümlədən borcların alınmasını təsdiq edən sənədlərin (məxaric orderi, ödəniş tapşırığı və sair) əslini və ya müvafiq qaydada təsdiq olunmuş surətini İddiaçı QSCnin müraciəti əsasında onun səlahiyyətli nümayədələrinə təhvil verəcəkdir. “xxxx” ASC ilə borcalan "xxxx" X1 Şirkəti arasında bağlanan 657 saylı, xx.xx.2000-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank ona 35000 ABŞ dolları məbləğində krediti illik 20% dərəcəsi ilə 1 il müddətinə kredit almışdır. xx xxxxx 2018-ci il tarixli S-157 saylı təhvil-təslim aktı əsasında "İddiaçı" QSC X6 Təşkilatına “xxxx" X1 Şirkəti tərəfindən ödənilməmiş 6500 ABŞ dolları əsas və 3315 ABŞ dolları faiz borcu olması qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" X1 Şirkətinin İddiaçı QSC BOKT olan borlcarı barədə xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" X1 Şirkətinin həmin tarixə İddiaçı QSC BOKT-na ödənilməmiş 6500 ABŞ dolları əsas və 3315 ABŞ dolları faiz borcu olması qeyd olunmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, “xxxx” ASC ilə «xxxx» X1 Şirkəti arasındakı kredit müqaviləsi xx.xx.2000-ci il tarixdə bağlanmışdır. Daha sonra “xxxx” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X6 Təşkilatına keçmişdir. “xxxx” ASC-nin «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ xx xxxxx 2018-ci il tarixli, S-157 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC X6 Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdeh “xxxx" X1 Şirkətinin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə 6500 ABŞ dolları əsas və 3315 ABŞ dolları faiz borcu olmuşdur. Həmin borc “xxxx" X1 Şirkəti ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2000-ci il tarixli 657 saylı kredit müqaviləsinə əsasən yaranmışdır. Borc İddiaçı QSC X6 Təşkilatının idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «xxxx» MMC ilə“xxxx” ASC arasında bağlanmış xx.xx.2000-ci il tarixli 657 saylı kredit müqaviləsinin: 10.2-ci bəndinə borc alan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 11.6-cı bəndinəəsasən bu müqavilə üzrə borcalanın öz üzərinə götürdüyü öhdəliklər borc alan və ya üçüncü şəxslər tərəfindən vaxtında tam həcmdə yerinə yetirilənə qədər müqavilə qüvvədədir. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi kredit borcunun tutulması hissəsində əsaslı olduğundan tam təmin edilməli, cavabdeh “xxxx" X1 Şirkətindən kredit borcuna görə 9.815.00 ABŞ dolları (əsas borc 6.500.00 ABŞ dolları; faiz borcu 3.315,00 ABŞ dolları) İddiaçı QSC X6 Təşkilatının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu “xxxx" X1 Şirkətiindən İddiaçı QSC X6 Təşkilatının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin digər hissəsini borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, «xxxx» X1 Şirkəti-nin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı QSC X6 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC X6 Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması təşkil edir. İş materialları ilə hazırda “xxxx" X1 Şirkətinin mülkiyyətində daşınmaz və daşınar əmlakların (nəqliyyat vasitələri və texnikalar) olmadığı müəyyən olunmuşdur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, «xxxx» X1 Şirkətinin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı QSC X6 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC X6 Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması hissəsində iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak vəşəxsi qeyri-əmlak hüquqlarıəldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindən birini təşkil edir. Məhkəmə uzun müddət keçməsinə baxmayaraq, borcun qaytarılmasının təmin olunmamasını, pozulmuş hüquqların bərpasının təmin edilməsinin mülki qanunvericiliyin prinsiplərindən birini təşkil etməsini, hüquqi şəxsin öz öhdəlikləri üçün mülkiyyətində olan əmlakla cavabdehlik daşıdığını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh “xxxx" X1 Şirkətinin mülkiyyətində icra prosesində daşınmaz və daşınar əmlakların (nəqliyyat vasitələri və texnikalar) olması müəyyən edilərsə, tutma həmin əmlaklara yönəldilməli, «xxxx» X1 Şirkətinin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməli və İddiaçı QSC X6 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququ tanınmalı, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC X6 Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “xxxx" X1 Şirkətindən 9.815.00 (doqquz min səkkiz yüz on beş) ABŞ dolları (əsas borc 6.500.00 (altı min beş yüz) ABŞ dolları; faiz borcu 3.315,00 (üç min üç yüz on beş) ABŞ dolları) məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC X6 Təşkilatının xeyrinə tutulsun. Cavabdeh “xxxx" X1 Şirkətinə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi. “Cavabdeh həmin əmlaklar üzərində mülkiyyət hüququna xilam verilməsi və “İddiaçı" QSC X6 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvaliq olaraq səlahiyyətli orqanların üzərinə “İddiaçı" QSC X6 Təşkilatının yuxanda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar