Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2094/2023 13.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-ə qarşı borcun silinməsi tələbinə dair, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin yanvar ayında yazılmış 10785,60 manat pulun, həmçinin Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi qazdan istifadəyə görə hesablanmış ümumilikdə 43722 manat puldan 21079 manat hissənin silinməsi, eləcə də mediasiya xidməti üçün ödənilən 201 manat rüsumun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İlkin İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Salyan rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2017-ci il tarixdən həmin ərazidə iddiaçının, 0,6 ha ölçüdə pomidor yetişdirilən istixanası var. Həmin istixanada istifadə olunan təbii qaza görə iddiaçı hər ay vaxtında ödənişlər edir. 2022-ci il noyabr ayının 18-də Salyan Qaz İdarəsinin əməkdaşları tərəfindən istixanaya qazın verilməsi təmin edilməli idi. Lakin həmin tarixdə istixananın qaz sayğacı işləmədiyinə görə xx.xx.2022-ci il tarixdə Cavabdeh əməkdaşları qaz sayğacına baxış keçirib, sayğacda yaranan problemi aradan qaldıraraq qazın verilişini təmin etdilər. (sayğaca baxış keçirilən zaman onun içindən, 50 L. çirkli su töküldü). Bu hadisədən sonra yəni xx.xx.2022-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirildi, sağyac işlək vəziyyətdə idi. xx.xx.2022-ci il tarixdə növbəti dəfə Cavabdeh əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın işləmədiyi müəyyən olundu. Cavabdeh əməkdaşları iddiaçıya bildirdilər ki, sayğac təmir olunması üçün çıxarılıb aparılmalıdır və sayğac təmir edilənə kimi onun əvəzinə sabah başqa bir sayğac quraşdırılacaq. Lakin Cavabdeh əməkdaşları başqa sayğac quraşdırmadılar və onlar iddiaçının sayğac quraşdırılması barədə təkidlərinə baxmayaraq, istixanayaa qazı sayğacsız verdilər. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi istixanaya qaz sayğacsız verildi. xx.xx.2023-cü il tarixdə Cavabdeh əməkdaşları istixanaya qaz sayğacı quraşdırdılar. Cavabdeh əməkdaşları iddiaçıya bildirdilər ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzindən 21363 kubmert qaz - 4700 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 93000 kubmetr qaz - 20460 manat və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi isə 84782 kubmetr qaz - 18562 manat dəyərində təbii qazdan istifadə olunub və həmin məbləğlər ödənilməlidir. İddiaçı onların yazdığı məbləğlərlə razı olmamışdır. Çünki qaz sarfiyyatı barədə düzgün hesablama aparılmamışdı. Cavabdeh əməkdaşları istixanamda sayğacsız istifadə olunan qazın həcmi barədə düzgün hesablama aparmamış, istifadə olunan qazın həcmi şişirdilərək qeyd edilmişdir. Bu məbləğin şişirdildiyini görmək üçün keçən illərin həmin ayları ərzidə istifadə olunan qaz həcminə baxmaq kifayət edir. Belə ki, 2019-cu ilin noyabr ayı ərzində 15728 kubmetr, 2020-ci ilin noyabr ayı ərzində – 19714 kubmetr, 2021-ci ilin noyabr ayı ərzində 36497 kubmetr qaz sərfiyyatı; 2019-cu ilin dekabr ayı ərzində 55859 kubmetr, 2020-ci ilin dekabr ayı ərzində 57834 kubmetr, 2021- ci ilin dekabr ayı ərzində 66518 kubmetr qaz sərfiyyatı olmuşdur. Sayğacsız qazdan istifadə edilən aylar ərzindəki qaz sərfiyyatı keçən illərin həmin ayının sərfiyyatına uyğun hesablanmalı idi. 2023-cü ilin yanvar ayının 22 günü ərzində yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər – 84782 kubmetr qaz sərfiyyatı yazılsa da, lakin sayğac quraşdırıldıqdan sonra sayğacın göstəricisinə əsasən qaz sərfiyyatı 9 gün ərzində 13921 kubmetr yəni 3063 manat 72 qəpik olmuşdur. 2023-cü ilin fevral ayının 1-dən fevral ayının 16-na qədər qaz sarfiyyatı isə 27225 kubmetr, yəni 5989 manat 50 qəpik olmuşdur. Görüdüyü kimi Cavabdeh əməkdaşları sayğacsız qazdan istifadənin bir günü üçün istifadə edilən qazın həcmini 3854 kubmetr müəyyən etmişlər. Lakin sayğac quraşdırıldıqdan sonra sayğac göstəricisi 2023-cü ilin yanvar ayının bir günü üçün sərf edilən qəzin həcmini 1546 kubmetr olduğunu qeyd etmişdir. Sayğaca uyğun hesablasaq 2023-cü ilin yanvar ayının 22 günü üçün qaz sərfiyyatı 34030 kubmetr olmalı idi. Göründüyü kimi Cavabdeh əməkdaşları qaz sərfiyyatını həddindan çox şişirdərək mənə ümumilikdə 43722 manat qaz borcu yazmışlar. Lakin bu məbləğ faktiki olaraq 22643 manat olmalı idi. Belə olan halda Cavabdeh əməkdaşları mənim hesabıma 21079 manat artıq qaz borcu yazmışlar. Hesab edilir ki, artıq yazılmış pul məbləği silinməlidir. Həmçinin o da məhkəmənin nəzərinə çatdırılır ki, qaz sayğacının yararsız hala düşməsində iddiaçının heç bir təqsiri yoxdur. Eyni zamanda Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 47334,04 manat borc məbləğinin və iddia qaldırmaq üçün ödənilmiş 241 manat məbləğində dövlət rüsumunun alınaraq Cavabdeh İB-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, “Azəriqaz" İB ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və Cavabdehnə 50334,04 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən istixanada istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi səbəb olmuşdur. Belə ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən istixanada 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayınadək 64386,52 manat məbləğində təbii qazdan istifadə etmiş, 17050 manat məbləğində ödəniş edilmiş, 47334,04 manat borcu qalmışdır. Cavabdeh tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış "Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə" müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poet şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə tərəfimizdən pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmiş, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qismən qəbul etməyərək, ərizəyə uyğun izahat vermiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Azəriqaz” İB-nin nümayəndəsi X2 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı abonent saldosunun sürətindən görünür ki, qalıq və aktlar qrafasında 2022-ci ilin noyabr ayı üçün sərf edilən 22316 m3 qaza görə 4720,54 manat, 2022-ci ilin dekabr ayı üçün sərf edilən 93000 m3 qaza görə 20460 manat, 2023-cü ilin yanvar ayı üçün sərf edilən 84375 m3 qaza görə 18562,50 manat məbləğində borc hesablanmışdır. Həmçinin 2021-ci ilin yanvar ayı üçün 10785,60 manat məbləğində akta əsasən cərimə hesablanmışdır. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli 31-12-22 nömrəli aktın sürətindən görünür ki, abonent kodu **********00024 olan İddiaçı məxsus sayğaca dekabr ayına 31 gün üçün 93000 m3 qaz sərfiyyatı hesablanmışdır. Gündəlik sərfiyyat 3000 m3-dır. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-cü il tarixli 31-01-23 nömrəli aktın sürətindən görünür ki, abonent kodu **********00024 olan İddiaçı məxsus sayğaca yanvar ayına 25 gün üçün 84375 m3 qaz sərfiyyatı hesablanmışdır. Gündəlik sərfiyyat 3375 m3-dur. xx.xx.2021-ci il tarixli, SS 29/1640-02464 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X02864 saylı 29 dekabr 2020-ci il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Salyan rayon xidmət sahəsinin E.Hənifəyevə məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G400 markalı 80115695 nömrəli turbin tipli “Elster” qaz sayğacı xx.xx.2020-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2021-ci il tarixində Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir:
1. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektora vurulan nömrəli plombun simi qırıqdır. Göstəricilər arasında fərq mövcuddur. Pbaza=1,01325, Tbaza= 293,15 K. CO2-0,22 % DR-0,69
2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir.
3. xx.xx.2020-xx.xx.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3,11 bar, korreksiya olunmuş maksimal qaz həcmi 2136 m3, korreksiya olunmuş qaz həcmi 924 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2020-ci il tarixində qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 1,32-3,11 bar civarında dəyişmişdir. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V1 mexaniki göstəricidən 24075 m3 azdır. İmpuls ötürücüsü nasazdır. Şteyker yenisi ilə əvəz edildi, yoxlanıldı, işləyir. Pbaza=1,01325 bar, Tbaza=20 C. Audit normaldır. xx.xx.2021-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus sayğacda Cavabdeh İB-nin SS 29/1640-02693 nömrəli aktına əsasən 25328 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. 29 yanvar 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən abonent kodu **********00024 olan İddiaçı məxsus sayğacda mövcud sağac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələblərinə əsasən uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00119 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 210 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzdən görünür ki, Cavabdeh İB məhkəməyə müraciət etmək üçün 241 manat məbləğində dövlət rüsumu ödəmişdir.
İİİ.Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.4-ci bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. “Dövlət rüsumu” haqqında qanunun 8.1.3-cü maddəsnə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olur.
İV.Məhkəmənin gəldiyi nəticə
Məhkəmədə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmış, 2022-ci ilin noyabr ayın 19-u İddiaçı qaz verilmiş, lakin həmin ayın 21-i (3 gün) nasazlığa görə qaz sayğacı çıxarılmış və Cavabdeh tərəfindən sayğac olmayan dövr üçün, yəni həmin ilin noyabr ayın 10 günü üçün 4720 manat, dekabr ayın 31 günü üçün 20460 manat, həmçinin 2023-cü ilin yanvar ayın 31 günü üçün 18562 manat məbləğində borc İddiaçı hesablanmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən sayğac olmayan dövr üçün abonentə borc artıq hesablanmış, belə ki, 2022-ci ilin noyabr ayında sayğac 3 gün (188,98 manathəmin dövr üçün qazın sərfiyyatı) işlədiyinə görə 10 günü üçün borc 629,93 (188,98:3=62,99(gündəlik sərfiyyat) x 10 gün) manat təşkil edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-ci bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması qeyd edilsə də, 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarının qaz sərfiyyatını həmin qaydada hesablanması mümkün olmağından (qaz sayğacı çıxarıldığına görə əvvəlki ayın sərfiyyatı yoxdur), 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarının sərfiyyatını bir il əvvəl sayğac göstəricilərinə uyğun hesablanmalıdır, belə ki, 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında sayğacla müəyyən edilmiş qazın sərfiyyatı müvafiq olaraq 14633,96 manat və 10510,50 manat olduğuna görə, həmin həcmdə sərfiyyat 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üçün hesablanmalıdır. Göründüyü kimi İddiaçı 2022-ci ilin noyabr ayının 10 günü üçün borc 629,93 manat, 2022-ci ilin dekabr ayı üçün 14633,96 manat və 2023-cü ilin yanvar ayı üçün 10510,50 manat cəmi 25774,39 manat təşkil etdiyindən, Cavabdeh isə sayğac olmayan həmin dövr üçün İddiaçı 43743,04 (4720,54+20460+18562,50) manat məbləğində borc hesabladığına görə həmin məbləğdən 25774,39 manat məbləğində olan faktiki borc çıxılandan sonra qalan Cavabdeh tərəfindən əsassız yazılan 17968,65 (43743,04-25774,39) manat məbləğində borc silinməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, yoxlama nəticəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 10785,60 manat məbləğində borc yazılsa da, Cavabdeh tərəfindən həmin yoxlamanın vahid məlumat reyestrində qeydə alınması ilə bağlı sübut təqdim edilmədiyinə görə 10785,60 manat məbləğində borc silinməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli və 28754,25 (10785,60 (akt) + 17968,65 (qaz sayğacı olmayan dövr)) manat məbləğində borc silinməli, həmçinin mediasiya xərci kimi ödənilmiş 201 manat məbləğində mediasiya xərci Cavabdehndən tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir, belə ki, Cavabdeh 47334,04 manat məbləğində vəsaitin tutulmasını tələb etsə də, həmin borcdan əsassız yazılmış 28754,25 manat məbləğində vəsait çıxılandan sonra qalan 18579,79 (47334,04-28754,25) manat məbləğində borc İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin qarşılıqlı iddia üzrə Cavabdeh 241 manat dövlət rüsumunun ödənilməsini tələb etsə də, məhkəmə qeyd edir ki, həmin tələb üzrə dövlət rüsumu 232 manat olmaqla yanaşı, qarşılıqlı iddianın təmin edilmiş (39,52%) hissəyə mütənasib olaraq 91,68 (232:100x39,52%) manat məbləğində təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli və Cavabdeh tərəfindən 29 yanvar 2021-ci il tarixə akt əsasında hesablanmış 10785,60 manat məbləğində borc, bununla yanaşı 2022-ci ilin noyabr və dekabr, həmçinin 2023-cü ilin yanvar ayları üçün (sayğacın olmadığı dövr) hesablanmış 17968,65 manat ümumilikdə 28754,25 manat məbləğində borc İddiaçı **********00024 nömrəli abonent hesabından silinməli və 201 manat məbləğində medasiya xərci Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Həmçinin qarşılıqlı iddia qismən təmin edilməli və İddiaçı 18579,79 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 91,68 manat məbləğində pul tutularaq Cavabdeh hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə
QƏTETDİ:
İlkin iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən 29 yanvar 2021-ci il tarixə akt əsasında hesablanmış 10785,60 manat məbləğində borc, bununla yanaşı 2022-ci ilin noyabr və dekabr, həmçinin 2023-cü ilin yanvar ayları üçün (sayğacın olmadığı dövr) hesablanmış 17968,65 manat ümumilikdə 28754,25 manat məbləğində borc İddiaçı **********00024 nömrəli abonent hesabından silinsin və 201 manat məbləğində medasiya xərci Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 18579,79 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 91,68 manat məbləğində pul tutularaq Cavabdeh hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim:Emin Əliyev