Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2094/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməsinin binasında, nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 1**-NF-***1593/03/KM №-li kredit müqaviləsinə əsasən Banka xx.xx.2025-ci il tarixə banka əsas borcu 95.653,41 manat, xx.xx.2025-cü il tarixə faiz borcu üzrə 7196,55 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 160,29 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) borcu 0 manat, cəmi 103.010,25 manat kredit borcunun və 394 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, İpoteka qoyan Cavabdeh3, Cavabdeh2 və X1 məxsus xx.xx.2024-cü il tarixli, № 1**-NF-***1593/03/SİM saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 103.010,25 manat kredit borcunun və 394 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, hazırki iş üzrə iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi hazırlıq iclasında geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 394 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçı tərəfindən 394 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 263-264, 267- 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən ********** nömrəli qəbz üzrə ödənilmiş 394 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2094/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2094/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver