Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2097/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK və Qanuni nümayəndə oğlundan müştərək qaydada 15 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 70000 (yetmiş min) manat, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu 300 (üç yüz) manat olmaqla, cəmi 70600 (yetmiş min altı yüz) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artırmışdır. İddiaçı tərəf vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-300/2025 saylı işə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən görünür ki, Cavabdeh1 MTK və Qanuni nümayəndə oğlundan müştərək qaydada 15 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 70000 (yetmiş min) manat, həmin məbləğin artmış qiymət səviyyəsi üzrə 11900 (on bir min doqquz yüz) manat, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu 300 (üç yüz) manat olmaqla, cəmi 82500 (səksən iki min beş yüz) manat məbləğində pulun tutulub "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Nəzərə çatdırılır ki, həmin məhkəmənin icraatında Cavabdeh1 MTK-nın (direktor Qanuni nümayəndə iştirakı ilə) "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki iş vardır. Hesab edilir ki, tərəflər arasında mübahisənin daha tez, hərtərəfli, obyektiv araşdırılmasının mümkünlüyü baxımından işlərin bir icraatda birləşdirilməsi daha məqsədəuyğundur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında vəsatətin məzmununa uyğun izahat verərək, vəsatəti müdafiə etdi və işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, vəsatət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan hər iki iş üzrə (pul tələbi ilə bağlı) tərəflər eyni olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı pul tələbinə dair iş (İş № e-2-2(113)-2097/2025) məhkəmənin icraatında olan iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh İddiaçınə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1) qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair işlə (İş № e-2-2(113)-300/2025) birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı pul tələbinə dair iş (İş № e-2-2(113)-2097/2025) məhkəmənin icraatında olan iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh İddiaçınə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1) qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair işlə (İş № e-2-2(113)- 300/2025) birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2097/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2097/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver