Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2099/2023 30.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər X5, X2 və Cavabdeh3 qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdeh X4 iştirakı ilə, Digər cavabdehlərin iştirakı olmadan, İddiaçı QSC-nin cavabdehlər X5, X2 və Cavabdeh3 qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti İddiaçı QSC cavabdehlər X5, X2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 002R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 5309.62 manat məbləğində krеdit bоrcu, 904.16 manat məbləğində faiz bоrcu və 204.94 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6418,72 manat məbləğində bоrcun, tərəflərindən ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 002L**********92 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 002R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7100 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 1790.38 manat ödəmiş, onun 5309.62 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 260 gün üçün hesablanmış faiz borcu 904.16 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 260 gün üçün hеsablanmış cərimə 204.94 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. İlkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, cavabdehlər iştirak etməmiş və bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 100 manat haqq ödənilmişdir. Hazırda iddianın məbləğinə mütənasib dövlət rüsumunun məbləği 84.19 manat məbləğindədir. Lakin İddiaçı QSC tərəfindən 100 manat mediasiya xərci ödənildiyindən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı QSC hazırda bu dövlət rüsumunu ödəməkdən azaddır.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2099/2023 saylı, qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər X5, X2 və Cavabdeh3 qarşı “kredit razılaşmasının ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddia tələbində göstərilən əsas və faiz borcunu qəbul etdiyini, bircə cərimə borcu ilə razı olmadığını və iş üzrə məhkəməmühasibatlıq ekspertizanın keçirilməsinə ehtiyac olmadığını, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Maddi vəziyyətində çətinliklər yarandığı üçün yeni qrafikin tərtib edilməsi və ödənişlərin hissə-hissə ödənilməsinə razılıq verilməsi üçün banka müraciət edib, lakin bank razı olmayıb. Əlavə olaraq bildirdi ki, zaminlərdən biri həyat yoldaşı, digəri isə oğludur və onların da məhkəmə iclasları barədə məlumatı var, lakin müəyyən səbəblərdən məhkəməyə gələ bilməyiblər.
4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Hüseynova iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər cavabdehlər Cavabdeh2 və U.Zellabdinova məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişlər.
6. Məhkəmə tərəfindən sonuncu məhkəmə iclasının iddiaçının və digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı QSC-nin Babək filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 002L**********92 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən:
9. 1. Müqavilənin predmeti
10. 1.1. Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra “Kredit” 100000 (bir yüz min manat) AZN məbləğində uzunmüddətli kredit xəttini (bundan sonra “Uzunmüddətli Kredit Xətti” adlandırılacaq) açır. Uzunmüddətli Kredit bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir.
11. 1.2. Kreditlər Tərəflər arasında “Kredir razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca Razılaşmalar (bundan sonra “Kredit Razılaşmaları”) əsasında veriləcək. X10 kredit vermək vədini ifadə etmir.
12. 1.3. Bu müqavilə və Kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 08 sentyabr 2030-cu il tarixdən gec olmayaraq verilməlidir.
13. 1.4. Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir.
14. 1.6. Kredit Alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq Kredit Razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda Ödəniş planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür.
15. 2. Kreditin verilməsi və qaytarılması
16. 2.1. Aşağıda göstərilən bütün şərtlər hər hansı bir kredit verilməmişdən əvvəl mövcud olmalıdır, hər bir halda bu Müqavilə və Kredit Razılaşmaları üzrə Kredit Alan öhdəliklərini yetirmiş olmalıdır:
17. a) Kredit Alan bu müqavilədən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik/girov/ipoteka müqavilələrinin bağlanmasını və zəruri olduqda onların müvafiq dövlət orqanında dövlət qeydiyyatına alınmasnı təmin etmlidir;
18. 3.Tərəflərin hüquq və vəzifələri
19. 3.1. Bank:
20. 3.1.2. Aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmaslı kredit üçü kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri Kredit Alandan qaytarmağı tələb etmək hüququna malikdir:
21. a) Kredit Alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğu olaraq qaytara bilmədikdə;
22. 4. Əlavə şərtlər
23. 4.4. Tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir.
24. 4.5. Bu müqaviləyə əlavələr, dyişikliklər və dizəlişlər tərəflər arasında yazılı sazişin bağlanması yolu ilə həyata keçirilir.
25. Kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.
26. - İddiaçı QSC-nin Babək filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 002L**********92 saylı uzunmüddətli kredit müqaviləsi» üzrə «İddiaçı QSC-nin Babək filialı ilə Cavabdeh1 aralarında xx.xx.2021-ci il tarixli, 002R********** saylı kredit razılaşmasını aşağıdakılar barədə bağladılar:
27. 1. Kredit razılaşmasının predmeti
28. 1.1. Bank məbləği 7100 manat olan krediti aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə kredit alana verir.
29. 1.2. Kredit Alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür.
30. 1.3. Kredi Alana kredit aşağıda göstrilmiş məqsəd üçün verilir və Kredit Alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit.
31. 2. Kreditin verilməsi və faiz hesablanması
32. 2.1. Bank krediti Kredit Alanın AZ22ACAB******************** cari hesabına köçürür. Kreditin Kredit Alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur.
33. 2.3. Faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1 bəndi ilə müəyyən olmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır.
34. 3. Kreditin və faizin qaytarılması
35. 3.2. Kredit Alandan daxil olan vəsait hesbaına əvvəl xərclər, cərimə, faiz və nəhayət kredit məbləği silinir.
36. 4. Tərəflərin hüquq və öhdəlikləri
37. 4.1 Bank:
38. 4.1.2. Kredit Alan kredit hissəsini, faizi və/və ya ödəməli olduğu digər məbləğləri Ödəniş Planı üzrə ödəyə bilmədikdə, Bank ödənilməli olan kredit hissəsini, faizi və penyanı Kredit Alanın Bankda olan hesablarından birtərəfli qaydada şərtsiz silmək hüququna malikdir. Bu bənd üzrə hesabdan silinən vəsaitin valyutası icra edilməli hdəliyin valyutasından fərqli olduqda müvafiq mübadilə silinmənin icra edildiyi tarixdə Bankın elan etdiyi mübadilə məzənnəsi və nağdsız valyuta mübadiləsi üçün Bakın xidmət haqqı əsasında həyata keçiriləcəkdir.
39. 4.1.3. Kredit Alan bu kredit razılaşması üzrə öhdəliklərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə Bank onun iş yerinə xəbərdarlıq məktubu göndərmək hüququna malikdir.
40. 4.2 Kredit alan:
41. 4.2.2 Ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməyə borcludur.
42. Kredit razılaşması hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.
43. "xxxx" QSC-nin “Babək” filialı (bank) ilə Cavabdeh3 və Cavabdeh2 (zamin) arasında müvafiq olaraq 09 yanvar 2020-ci il tarixli, 02S**********02 saylı və 021A**********03 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrin giriş hissəsinə əsasən həmin müqavilələr "xxxx" QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış 09 sentyabr 2020-ci il tarixli 002L**********92 saylı Uzunmüddətli Kredit Müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşmaları üzrə borclunun öhdəliklərini icrasını təmin etmək üçün bağlanmış, Müddətli kredit müqaviləsinin məbləğinin 100000 məbləğində, müddətinin 120 ay, faiz dərəcəsinin yuxarı həddinin 28%, ödənişlərin dövriliyinin hər təqvim aynda bir dəfə olması müəyyən edilmişdir.
44. Həmin müqavilələrin:
45. 1. Müqavilənin predmeti
46. 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar.
47. 3. Zaminin hüquq və vəzifələri
48. 3.1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zaminlər icra etməlidir.
49. 3.1.2-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq Kredit məbləğinin qalığının 0.1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zaminlər ödəyir.
50. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminlərin öhdəliyidir.
51. 4. Əlavə şərtlər
52. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və uzunmüddətli kredit müqaviəsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir.
53. Müqavilələr bankın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir.
54. Kreditin verilməsinə dair xx.xx.2021-ci il tarixli qəbzdən göründüyü kimi İddiaçı QSC tərəfindən Cavabdeh1 hesabına 7100 manat məbləğində kredit köçürülmüşdür.
55. xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri əhatə edən hesabdan çıxarışa əsasən Cavabdeh1 tərəfindən istifadə edilmiş kredit məbləği üzrə xx.xx.2021-ci il tarixində banka edilmiş ödənişləri 285 manat, xx.xx.2021-ci il tarixdə 283 manat, xx.xx.2021-ci il tarixdə 285 manat, xx.xx.2021-ci il tarixdə 283 manat, xx.xx.2021-ci il tarixdə 281 manat, xx.xx.2021-ci il tarixdə 283 manat, xx.xx.2021-ci il tarixdə 283 manat, xx.xx.2021-ci il tarixidə 106,25 manat, xx.xx.2021-ci il tarixində 290 manat, xx.xx.2021-ci il tarixə 290 manat, xx.xx.2022-ci il tarixə 270 manat, xx.xx.2022-ci il tarixə 162,15 manat, xx.xx.2022ci il tarixə 284 manat, xx.xx.2022-ci il tarixə 130 manat, xx.xx.2022-ci il tarixə 16,91 manat, xx.xx.2022-ci il tarixə 145 manat, xx.xx.2022-ci il tarixə 5 manat təşkil etmişdir.
56. xx.xx.2021-ci il tarixli Ödəniş planına əsasən: verilən kredit məbləği - 7100 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi kredit məbləğindən aylar üzrə ödəmə məbləği – cəmi 10212,02 manat, kredit məbləği 7100 manat və xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi kreditin qalığı üzrə aylıq faiz ödəməsinin məbləği – cəmi 3112,02 manat müəyyən edilmiş, borclu və zaminlərin imzası ilə təsdiq edilmişdir.
57. Bank tərəfindən X5, Cavabdeh3 və X3 göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları ilə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 36 ay müddətinə aylıq ödəmək şərti ilə 7100 manat məbləğində kredit verildiyi, lakin müqavilənin şərtlərini pozduğunu, krediti ödəməkdən yayındığını, buna görə də xx.xx.2022-ci il tarixinə gecikdirilmiş ödəniş məbləğinin 2742,82 manat (əsas məbləğ 1681,46 manat, faiz ödənişi 863,85 manat, cərimə məbləği 197,51 manat) təşkil etdiyi, xx.xx.2022-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması, qaytarılmadığı təqdirdə müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.
58. 08.02.2023-cü il tarixli, FT23039MPH6Z saylı ödəniş tapşırığına əsasən Bakı 12 saylı Mediasiya təşkilatının hesabına 100 manat məbləğində vəsait ödənilmişdir.
59. İddiaçı QSC tərəfindən X5 onlayn kargüzarlıq vasitəsi ilə ünvanlanmış xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubunda bank ilə X6 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə uyğun olaraq 36 ay müddətinə aylıq ödəmək şərti ilə 7100 manat məbləğində kredit verildiyi, həmin kreditin ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq kredit borcunun ödənilməsindən yayınıldığı qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixinə gecikdirilmiş ödəniş məbləği 3386,33 manat (əsas məbləğ 2103,38 manat, faiz ödənişi 1007,93 manat və cərimə məbləği 275,02 manat) təşkil edir. xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və X4 banka borclu olduğu 6648,24 manat məbləğin (5309,62 manat təşkil edən əsas məbləğ, 1063,6 manat faiz məbləği və 275,02 manat cərimə məbləği), həmçinin xx.xx.2023-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi qeyd olunmuşdur.
60. İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli, 2381 saylı maliyyə arayışına əsasən X4 002R********** saylı xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə borcu xx.xx.2022-ci il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə 5309,62 manat, faiz üzrə borcu 904,16 manat, cərimə borcu 204,94 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 260 gün və cəmi borcu 6418,72 manat müəyyən edilmişdir.
61. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
63. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
64. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
65. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
66. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
67. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
68. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
69. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
70. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
71. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
72. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 002R********** saylı razılaşmanın 4.2.2-ci bəndinə əsasən hesablanmış 204,94 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
73. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
74. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
75. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 5309.62 manat məbləğində krеdit bоrcu, 904.16 manat məbləğində faiz bоrcu və 204.94 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6418,72 manat borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən cəmi 6418,72 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
77. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
78. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat mediasiya xərci cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
79. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada xx.xx.2021-ci il tarixli 002R********** saylı krеdit razılaşması üzrə 5309.62 (beş min üç yüz doqquz manat altmış iki qəpik) manat məbləğində krеdit bоrcu, 904.16 (doqquz yüz dörd manat, on altı qəpik) manat məbləğində faiz bоrcu və 204.94 (iki yüz dörd manat doxsan dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 6418,72 (altı min dörd yüz on səkkiz manat yetmiş iki qəpik) manat pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova