Məhkəmə qərarları › İş №e-2-2(113)-2102/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2102/2023

17.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2102/2023 17.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 3.636,27 manat məbləğində borcun, nümayəndəyə göstərilən hüquqi yardıma görə 500 manat məbləğində xərcin və mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məsuliyyətli Cəmiyyəti iddiaçı "xxxx" MMC-dən avadanlıqlar almış, həmçinin müxtəlif aylarda iddiaçı tərəfindən alınmış avadanlıqlara texniki xidmətlər göstərilmişdir. Bu fakt elektron qaimələr, elektron vergi hesab-fakturaları və təhvil-təslim aktları ilə öz təsdiqini tapmışdır. Həmin elektron qaimələr və elektron vergi hesab-fakturalarına əsasən cavabdehin iddiaçıya olan borcu ƏDV ilə birlikdə 3.636,27 manat təşkil edir. Bununla bağlı olaraq Bakı 17 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bakı 17 saylı Mediasiya Təşkilatı tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/17/2023-00196 saylı Arayış verilmişdir. Bildirmək istərdilər ki, iddiaçı yaranmış borcun ödənilməsini cavabdehdən tələb etməsinə baxmayaraq bu günə kimi 3.636,27 manat məbləğində borc cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Buna görə də, cavabdehdən iddiaçının xeyrinə 3.636,27 manat borcun tutulması barədə qətnamə qəbul olunmalıdır . Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: xx.xx.2017-ci il tarixli **********6 nömrəli çatdırma bildirişindən (delivery note) görünür ki, ümumilikdə 657,90 manat məbləğində (2 ədəd (1 ədədin qiyməti 88,40 manat olmaqla) 176,80 manat dəyərində Toner Cartridge K, 2 ədəd (1 ədədin qiyməti 69,70 manat olmaqla) 139,40 manat dəyərində Toner Cartridge C, 2 ədəd (1 ədədin qiyməti 69,70 manat olmaqla) 139,40 manat dəyərində Toner Cartridge M, 2 ədəd (1 ədədin qiyməti 69,70 manat olmaqla) 139,40 manat dəyərində Toner Cartridge Y və 1 ədəd 62,90 manat dəyərində Waster TNR BOTT adlı) mal "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, "xxxx" MMC adından imzalanmışdır. xx.xx.2017-ci il tarixli sifariş əmrindən (puchase order) görünür ki, (677,90 manat + 122,02 manat ƏDV daxil) 799,92 manat dəyərində (2 ədəd (1 ədədin qiyməti 88,40 manat olmaqla) 176,80 manat dəyərində Toner Cartridge K, 2 ədəd (1 ədədin qiyməti 69,70 manat olmaqla) 139,40 manat dəyərində Toner Cartridge C, 2 ədəd (1 ədədin qiyməti 69,70 manat olmaqla) 139,40 manat dəyərində Toner Cartridge M, 2 ədəd (1 ədədin qiyməti 69,70 manat olmaqla) 139,40 manat dəyərində Toner Cartridge Y və 1 ədəd 62,90 manat dəyərində Waster TNR BOTT adlı eləcə də Waster TNR BOTT təmizlənmə xidməti 20 manat olmaqla ) mal "xxxx" MMC tərəfindən sifariş edilmişdir. Sifariş əmri (puchase order) "xxxx" MMC-nin Baş direktor (Həsən Quliyev) və baş mühasibi (Vəliev Faiq) tərəfindən imzalanmışdır. xx.xx.2017-ci il tarixli 01330-S nömrəli hesab (fakturadan) görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (2 ədəd (1 ədədin qiyməti 88,40 manat olmaqla) 176,80 manat dəyərində Toner Cartridge K, 2 ədəd (1 ədədin qiyməti 69,70 manat olmaqla) 139,40 manat dəyərində Toner Cartridge C, 2 ədəd (1 ədədin qiyməti 69,70 manat olmaqla) 139,40 manat dəyərində Toner Cartridge M, 2 ədəd (1 ədədin qiyməti 69,70 manat olmaqla) 139,40 manat dəyərində Toner Cartridge Y və 1 ədəd 62,90 manat dəyərində Waster TNR BOTT adlı) malın ümumi dəyəri (657,90 manat + 118,41 manat ƏDV daxil) 776,31 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dəyəri (657,90 manat + 118,41 manat ƏDV daxil) 776,31 manat dəyərində (2 ədəd (1 ədədin qiyməti 88,40 manat olmaqla) 176,80 manat dəyərində Toner Cartridge K, 2 ədəd (1 ədədin qiyməti 69,70 manat olmaqla) 139,40 manat dəyərində Toner Cartridge C, 2 ədəd (1 ədədin qiyməti 69,70 manat olmaqla) 139,40 manat dəyərində Toner Cartridge M, 2 ədəd (1 ədədin qiyməti 69,70 manat olmaqla) 139,40 manat dəyərində Toner Cartridge Y və 1 ədəd 62,90 manat dəyərində Waster TNR BOTT adlı) malın verilməsinə dair xx.xx.2017-ci il tarixli, EAAC seriyalı, 484426 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2017-ci il tarixli 22357 nömrəli servis sənədindən görünür ki, DC 2020 markalı avadanlığa 30 manat dəyərində texniki xidmət göstərilmişdir. "xxxx" MMC-nin adından servis sənədi Yeganə Məmmədova tərəfindən imzalanmışdır. xx.xx.2017-ci il tarixli 01695-S nömrəli hesab (fakturadan) görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göstərilmiş texniki xidmətin ümumi dəyəri (30 manat + 5,40 manat ƏDV) 35,40 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (30 manat + 5,40 manat ƏDV) 35,40 manat dəyərində (2020 model maşına) texniki xidmətin göstərilməsinə dair xx.xx.2017-ci il tarixli, EAAD seriyalı, 772324 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2017-ci il tarixli **********3 nömrəli çatdırma bildirişindən (delivery note) görünür ki, ümumilikdə 212,50 manat məbləğində (1 ədəd 83,30 manat dəyərində Toner Cartridge K, 1 ədəd 64,60 manat dəyərində Toner Cartridge M və1 ədəd 64,60 manat dəyərində Toner Cartridge Y adlı) mal "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, "xxxx" MMC-nin adından bildiriş Rüfət Hacıyev tərəfindən imzalanmışdır. xx.xx.2017-ci il tarixli 22565 nömrəli servis sənədindən görünür ki, SC 2020 markalı avadanlığa 20 manat dəyərində texniki xidmət göstərilmişdir. "xxxx" MMC-nin adından servis sənədi Rüfət Hacıyev tərəfindən imzalanmışdır. xx.xx.2017-ci il tarixli **********8 nömrəli çatdırma bildirişindən (delivery note) görünür ki, ümumilikdə 64,60 manat məbləğində 1 ədəd 64,60 manat dəyərində Toner Cartridge C adlı mal "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, bildiriş "xxxx" MMC tərəfindən imzalanmışdır. xx.xx.2017-ci il tarixli 02081-S nömrəli hesab (fakturadan) görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş (1 ədəd 83,30 manat dəyərində Toner Cartridge K, 1 ədəd 64,60 manat dəyərində Toner Cartridge M, 1 ədəd 64,60 manat dəyərində Toner Cartridge Y, 1 ədəd 64,60 manat dəyərində Toner Cartridge C adlı eləcə də SC 2020 markalı avadanlığa göstərilən xidmət haqqı 20 manat olmaqla) malın ümumi dəyəri (297,10 manat + 53,48 manat ƏDV daxil) 350,58 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dəyəri (297,10 manat + 53,48 manat ƏDV daxil) 350,58 manat dəyərində (1 ədəd 83,30 manat dəyərində Toner Cartridge K, 1 ədəd 64,60 manat dəyərində Toner Cartridge M, 1 ədəd 64,60 manat dəyərində Toner Cartridge Y, 1 ədəd 64,60 manat dəyərində Toner Cartridge C adlı eləcə də SC 2020 markalı avadanlığa göstərilən xidmət haqqı 20 manat olmaqla) malın verilməsinə dair xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 934799 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli **********6 nömrəli çatdırma bildirişindən (delivery note) görünür ki, 2.150 ABŞ dolları məbləğində 1 ədəd VersaLink C7020/25/30 İOT adlı mal "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, "xxxx" MMC-nin adından bildiriş Leyla Quliyeva tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli sifariş əmrindən (puchase order) görünür ki, (3.655,13 manat + 657,92 manat ƏDV daxil) 4.313,05 manat dəyərində 1 ədəd Xerotek printer Xerotek VZ_C7025_S adlı mal "xxxx" MMC tərəfindən sifariş edilmişdir. Sifariş əmri (puchase order) "xxxx" MMC-nin icraçı direktoru (Amil Quliyev), Satınalma Departamenti (əməkdaş - Leyla Quliyeva) və baş mühasibi (Vəliev Faiq) tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli 00216-M nömrəli hesab (fakturadan) görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş VersaLink C7020/25/30 İOT adlı malın ümumi dəyəri (3.655,13 manat + 657,92 manat ƏDV) 4.313,05 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (3.655,13 manat + 657,92 manat ƏDV daxil) 4.313,05 manat dəyərində (1 ədəd VersaLink C7020/25/30 İOT) malın verilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 781338 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli 22710 nömrəli servis sənədindən görünür ki, DC 2020 markalı avadanlığa 30 maanat dəyərində texniki xidmət göstərilmişdir. Servis sənədi "xxxx" MMCnin adından (Vüsal adlı şəxs) tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli 00241-S nömrəli hesab (fakturadan) görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göstərilmiş texniki xidmətin ümumi dəyəri (30 manat + 5,40 manat ƏDV) 35,40 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (30 manat + 5,40 manat ƏDV) 35,40 manat dəyərində (2020 model maşına) texniki xidmətin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 908788 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli sifariş əmrindən (puchase order) görünür ki, (129,20 manat + 23,26 manat ƏDV daxil) 152,46 manat dəyərində (1 ədəd 64,60 manat dəyərində Toner Cartridge C və 1 ədəd 64,60 manat dəyərində Toner Cartridge Y adlı) mal "xxxx" MMC tərəfindən sifariş edilmişdir. Sifariş əmri (puchase order) "xxxx" MMC-nin icraçı direktoru (Amil Quliyev), Satınalma meneceri (Sevinc Tağıyeva), Satınalma Departamenti (əməkdaş - Leyla Quliyeva) və baş mühasibi (Vəliev Faiq) tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli **********6 nömrəli çatdırma bildirişindən (delivery note) görünür ki, ümumilikdə 129,20 manat məbləğində (1 ədəd 64,60 manat dəyərində Toner Cartridge C və 1 ədəd 64,60 manat dəyərində Toner Cartridge Y adlı) mal "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, "xxxx" MMC-nin adından bildiriş Amid Qasımov tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli 00671-S nömrəli hesab (fakturadan) görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş (1 ədəd 64,60 manat dəyərində Toner Cartridge C və 1 ədəd 64,60 manat dəyərində Toner Cartridge Y adlı) malın ümumi dəyəri (129,20 manat + 23,26 manat ƏDV daxil) 152,46 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (129,20 manat + 23,26 manat ƏDV daxil) 152,46 manat dəyərində (1 ədəd 64,60 manat dəyərində Toner Cartridge C və 1 ədəd 64,60 manat dəyərində Toner Cartridge Y adlı) malın verilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 802783 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli sifariş əmrindən (puchase order) görünür ki, 98,60 manat dəyərində 1 ədəd X5 Cap T adlı mal "xxxx" MMC tərəfindən sifariş edilmişdir. Sifariş əmri (puchase order) "xxxx" MMC-nin icraçı direktoru (Amil Quliyev), Satınalma meneceri ( Sevinc Tağıyeva) və baş mühasibi (Vəliev Faiq) tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli **********6 nömrəli çatdırma bildirişindən (delivery note) görünür ki, 98,60 manat məbləğində 1 ədəd X5 Cap T adlı mal "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, bildiriş "xxxx" MMC-nin adından (Dinarə) imzalanmışdır. xx.xx.2018-ci il tarixli 00672-S nömrəli hesab (fakturadan) görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş X5 Cap T adlı malın ümumi dəyəri 98,60 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (98,60 manat + 17,75 manat ƏDV daxil) 116,35 manat dəyərində (1 ədəd X5 Cap T) malın verilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 804586 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli sifariş əmrindən (puchase order) görünür ki, (62,30 manat + 11,21 manat ƏDV daxil) 73,51 manat dəyərində 1 ədəd Waster TNR BOTT adlı mal "xxxx" MMC tərəfindən sifariş edilmişdir. Sifariş əmri (puchase order) "xxxx" MMC-nin Baş direktor (Həsən Quliyev), Satınalma meneceri (Sevinc Tağıyeva), Satınalma Departamenti (əməkdaş - Leyla Quliyeva) və baş mühasibi (Vəliev Faiq) tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli **********2 nömrəli çatdırma bildirişindən (delivery note) görünür ki, 62,30 manat məbləğində 1 ədəd Waster TNR BOTT adlı mal "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, "xxxx" MMC-nin adından bildiriş Nuri Kurt adlı şəxs tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli 00673-S nömrəli hesab (fakturadan) görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş Waster TNR BOTT adlı malın ümumi dəyəri (62,30 manat + 11,21 manat ƏDV daxil) 73,51 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (62,30 manat + 11,21 manat ƏDV daxil) 73,51 manat dəyərində (1 ədəd Waster TNR BOTT) malın verilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 807662 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli sifariş əmrindən (puchase order) görünür ki, 193,80 manat dəyərində 1 ədəd X6 Cap To adlı mal "xxxx" MMC tərəfindən sifariş edilmişdir. Sifariş əmri (puchase order) "xxxx" MMC-nin Satınalma meneceri (Sevinc Tağıyeva) və baş mühasibi (Vəliev Faiq) tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli **********2 nömrəli çatdırma bildirişindən (delivery note) görünür ki, 193,80 manat məbləğində 1 ədəd X6 Cap To adlı mal "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, "xxxx" MMC-nin adından bildiriş Dinarə İslamzadə adlı şəxs tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli 00674-S nömrəli hesab (fakturadan) görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş X6 Cap To adlı malın ümumi dəyəri (193,80 manat + 34,88 manat ƏDV daxil) 228,68 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (193,80 manat + 34,88 manat ƏDV daxil) 228,68 manat dəyərində (1 ədəd X6 Cap To) malın verilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 808786 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli sifariş əmrindən (puchase order) görünür ki, 387,60 manat dəyərində (1 ədəd 193,80 manat dəyərində çəhrayı rəngdə catridj və 1 ədəd 193,80 manat dəyərində sarı rəngdə catridj adlı) mal "xxxx" MMC tərəfindən sifariş edilmişdir. Sifariş əmri (puchase order) "xxxx" MMC-nin Satınalma meneceri (Sevinc Tağıyeva) və baş mühasibi (Vəliev Faiq) tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli **********0 nömrəli çatdırma bildirişindən (delivery note) görünür ki, ümumilikdə 387,60 manat məbləğində (1 ədəd 193,80 manat dəyərində X3 Cap və 1 ədəd 193,80 manat dəyərində X4 Cap adlı) mal "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, "xxxx" MMC-nin adından bildiriş Dinarə İslamzadə tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli 00675-S nömrəli hesab (fakturadan) görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş (1 ədəd 193,80 manat dəyərində X3 Cap və 1 ədəd 193,80 manat dəyərində X4 Cap adlı) malın ümumi dəyəri (387,60 manat + 69,77 manat ƏDV daxil) 457,37 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dəyəri (387,60 manat + 69,77 manat ƏDV daxil) 457,37 manat dəyərində (1 ədəd 193,80 manat dəyərində X3 Cap və 1 ədəd 193,80 manat dəyərində X4 Cap adlı) malın verilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 809443 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli sifariş əmrindən (puchase order) görünür ki, 208 ABŞ dolları dəyərində (1 ədəd 52 ABŞ dolları dəyərində Toner Cartridge K, 1 ədəd 40 ABŞ dolları dəyərində Toner Cartridge C, 1 ədəd 40 ABŞ dolları dəyərində Toner Cartridge M, 1 ədəd 40 ABŞ dolları dəyərində Toner Cartridge Y, və 1 ədəd 36 ABŞ dolları dəyərində Waster TNR BOTT adlı) mal "xxxx" MMC tərəfindən sifariş edilmişdir. Sifariş əmri (puchase order) "xxxx" MMC-nin Baş direktor (Həsən Quliyev), Satınalma meneceri (Sevinc Tağıyeva) və baş mühasibi (Vəliev Faiq) tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli **********9 nömrəli çatdırma bildirişindən (delivery note) görünür ki, ümumilikdə 168 ABŞ dolları məbləğində (1 ədəd 52 ABŞ dolları dəyərində Toner Cartridge K, 1 ədəd 40 ABŞ dolları dəyərində Toner Cartridge M, 1 ədəd 40 ABŞ dolları dəyərində Toner Cartridge Y, və 1 ədəd 36 ABŞ dolları dəyərində Waster TNR BOTT adlı) mal "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, "xxxx" MMC-nin adından bildiriş Cavid Nəcəfli tərəfindən imzalanmışdır. xx.xx.2018-ci il tarixli 00893-S nömrəli hesab (fakturadan) görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (1 ədəd 88,40 manat dəyərində Toner Cartridge K, 1 ədəd 68 manat dəyərində Toner Cartridge M, 1 ədəd 68 manat dəyərində Toner Cartridge Y və 1 ədəd 61,20 manat dəyərində Waster TNR BOTT adlı) malın ümumi dəyəri (285,60 manat + 51,41 manat ƏDV daxil) 337,01 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dəyəri (285,60 manat + 51,41 manat ƏDV daxil) 337,01 manat dəyərində (1 ədəd 88,40 manat dəyərində Toner Cartridge K, 1 ədəd 68 manat dəyərində Toner Cartridge M, 1 ədəd 68 manat dəyərində Toner Cartridge Y və 1 ədəd 61,20 manat dəyərində Waster TNR BOTT adlı) malın verilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 784806 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. X1 Xidmətinin 23 iyun 2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli əmək müqavilələri bildirişləri barədə məlumatlarından görünür ki, Baxşiyeva Yeganə xx.xx.2017-ci ilədək, Quliyeva Leyla xx.xx.2018-ci ilədək, İslam-Zadə Dinarə xx.xx.2018-ci ilədək, Cavid Nəcəfov xx.xx.2018-cü ilədək, Hacıyev Rüfət xx.xx.2020-ci ilədək, Kurt Nuri xx.xx.2021-ci ilədək, Amid Qasımov xx.xx.2021-ci ilədək, Vüsal Əbilov xx.xx.2018-ci ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişlər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlayaraq 3 gün müddətdə borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında şifahi alqı-satqı və xidməti müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmiş,eləcəö də texniki xidmətlər göstərmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi (o cümlədən texniki xidmətlər göstərilməsi) faktı cavabdehin imzası ilə təsdiqlənmiş sifariş əmrləri (puchase order), çatdırma bildirişləri (delivery note), texniki xidmətlərin göstərilməsini təsdiq edən servis sənədləri, eləcə də malların təqdim edilməsi ilə əlaqədar tərtib edilərək elektron sistem vasitəsilə cavabdehə göndərilmiş və cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış elektron qaimələr ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların və göstərilmiş texniki xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilə üzrə öhdəliklərini pozmuşdur. Hal-hazırda "xxxx" MMC-nin qeyd edilən müqavilə üzrə "xxxx" MMC-yə olan borcu 3.636,27 manat təşkil edir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların, eləcə də göstərilmiş texniki xidmətlərin dəyərini – 3.636,27 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 3.636,27 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 56,36 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 200 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X2” MMC-dən 3.636,27 manat əsas borc, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar