Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2106/2021 10.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və girov predmetinə yönəldilməsi tələbinə dair kommersiya işinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh “Cavabdeh" MMC-dən iddia qaldırılan günə 21 may 2020-ci il tarixli, 57227/KM-2 №-li kredit müqaviləsi üzrə banka əsas borcu 1014863.64 (bir milyon on dörd min səkkiz yüz altmış üç dollar 64 sent) dollar, 02.03.2021-ci il tarixə faiz borcu üzrə 31258.73 (otuz bir min iki yüz əlli səkkiz dollar 73 sent) dollar, 02.03.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 3631.76 (üç min altı yüz otuz bir dollar 76 sent) dollar, cəmi 1049754.13 (bir milyon qırx doqquz min yeddi yüz əlli dörd dollar 13 sent) dollar və 07 sentyabr 2018-ci il tarixli, 57227/KM-8 №-li kredit müqaviləsi üzrə banka əsas borcu ******* (bir milyon iki yüz min) dollar, 02.03.2021-ci il tarixə faiz borcu üzrə 39333.77 (otuz doqquz min üç yüz otuz üç dollar 77 sent) dollar, 02.03.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 29166.99 (iyirmi doqquz min yüz altmış altı dollar 99 sent) dollar, cəmi 1268500.76 (bir milyon iki yüz altmış səkkiz min beş yüz dollar 76 sent) dollar, cəmi 2318254.89( iki milyon üç yüz on səkkiz min iki yüz əlli dörd dollar 89 sent) dollar kredit borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması,21 may 2020-ci il tarixli, 57227-3/İPM saylı və 07 sentyabr 2018-ci il tarixli, 57227-1/İPM saylı girov müqavilələrinə əsasən "Cavabdeh" MMC-nin istismarında olan, Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən, 8 ha. torpaq sahəsində yerləşən “İEP” tipli daşınar İstixana kompleksinə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 2318254.89 (iki milyon üç yüz on səkkiz min iki yüz əlli dörd dollar 89 sent) dollar kredit borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh "Cavabdeh" MMC arasında bağlanmış 21 may 2020-ci il tarixli, 57227/KM2 №-li kredit müqaviləsinə əsasən ona illik 5 (beş) faiz dərəcəsi ilə ******* (bir milyon əlli doqquz min) dollar məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə cavabdeh "Cavabdeh" MMC arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli, 57227/KM-8 №-li kredit müqaviləsinə əsasən ona illik 5 (beş) faiz dərəcəsi ilə ******* (iki milyon üç yüz səksən iki min) dollar məbləğində kredit verilmişdir. 21 may 2020-ci il tarixli, 57227/KM-2 №-li kreditin təminatı olaraq 21 may 2020-ci il tarixli, 57227- 3/İ6PM saylı girov müqavilsəinə əsasən "Cavabdeh" MMC-nin istismarında olan, Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən, 8 ha. torpaq sahəsində yerləşən “İEP” tipli daşınar istixana kompleksi götürülmüşdür. 07 sentyabr 2018-ci il tarixli, 57227/KM-8 №-li kreditin təminatı olaraq 07 sentyabr 2018-ci il tarixli, 57227-1/İ6PM saylı girov müqaviləsinə əsasən "Cavabdeh" MMC-nin istismarında olan, Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən, 8 ha. torpaq sahəsində yerləşən “İEP” tipli daşınar İstixana kompleksi götürülmüşdür. Cavabdeh “Cavabdeh" MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə onun iddia qaldırılan günə 21 may 2020-ci il tarixli, 57227/KM-2 №-li kredit müqaviləsi üzrə banka əsas borcu 1014863.64 (bir milyon on dörd min səkkiz yüz altmış üç dollar 64 sent) dollar, 02.03.2021-ci il tarixə faiz borcu üzrə 31258.73 (otuz bir min iki yüz əlli səkkiz dollar 73 sent) dollar, 02.03.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 3631.76 (üç min altı yüz otuz bir dollar 76 sent) dollar, cəmi 1049754.13 (bir milyon qırx doqquz min yeddi yüz əlli dörd dollar 13 sent) dollar və 07 sentyabr 2018-ci il tarixli, 57227/KM-8 №-li kredit müqaviləsi üzrə banka əsas borcu ******* (bir milyon iki yüz min) dollar, 02.03.2021ci il tarixə faiz borcu üzrə 39333.77 (otuz doqquz min üç yüz otuz üç dollar 77 sent) dollar, 02.03.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 29166.99 (iyirmi doqquz min yüz altmış altı dollar 99 sent) dollar, cəmi 1268500.76 (bir milyon iki yüz altmış səkkiz min beş yüz dollar 76 sent) dollar məbləğində borcu yaranmışdır. Daha sonra 10.06.2021-ci il tarixində məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmunun dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsinin tələb hissəsində texniki səhvdən kredit müqaviləsinin ləğv edilməsi qeyd edildiyini, lakin iddia tələbində iki kredit müqaviləsi üzrə borc tələb edildiyindən iddianın tələb hissəsində “kredit müqaviləsi” əvəzinə “kredit müqavilələri”-nin ləğv edilməsini qeyd edilməsini, digər hissənin isə dəyişilməz qalmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ASC (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında 07 sentyabr 2018-ci il tarixli, 57227/KM-8 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndində əsasən borc verən müqavilə şərtlərtinə uyğun olaraq, borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödəmək şərtilə kredit verməyi, borc alan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. -Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən kredit 2.382.000 (iki milyon üç yüz səksən iki min) ABŞ dolları məbləğində, ümumilikdə 24 ay müddətinə, 1.182.000 ABŞ dollarında olan hissəsi ilk 12 ayın sonunda, digər 1.200.000 ABŞ dollarında olan hissəsi isə müddət sonunda qaytarılmaqla əsas məbləğin ödənişinə güzəşt olunur və illik 5 faiz hesablanması şərtilə verilir. -Həmin müqavilənin 3.4.1-ci bəndinə əsaən, borcalanın kredit borcunu bu müqavilənin 2.4-cü bəndində göstərilən cədvəl üzrə vaxtında və tam ödəmək; -həmin müqavilənin 3.4.3-cü bəndinə əsasən, vaxtı keçmiş kreditə görə dəbbə pulunu və borcun məcburi tutulması üçün bankın çəkdiyi xərcləri ödəmək öhdəliyi vardır. Məhkəməyə təqdim edilmiş 07 sentyabr 2018-ci il tarixli, 57227/KM-8 saylı kredit müqaviləsinə əlavədən məlum olur ki, 2.382.000 ABŞ dolları məbləğində kreditin illik 5% olmaqla, 24 ay müddətinə ödəniş şərtləri və tarixi tərəflər arasında razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 07 sentyabr 2018-ci il tarixli 57227-1/İPM saylı girov müqaviləsinə əsasən, girovqoyan- Cavabdeh MMC girovsaxlayan-İddiaçı ASC qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə özünün müqavilənin 3-cü bəndində göstərilən əmlakını girovla yüklü edir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, girovla təmin edilən öhdəli girovsaxlayanla borclu arasında bağlanmış 57227/KM-8 saylı 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəlikdir. Həmin müqavilənin 3.1-ci maddəsinə görə girov predmeti Cavabdeh” MMC-nin istismarında olan, Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən, “xxxx” MMC tərəfindən 06 sentyabr 2018-ci il tarixində 163/R-09-018/BK-02 saylı akta əsasən qiymətləndirilən, bazar dəyəri- 11.010.000 (on bir milyon on min) manat, likvid dəyəri- 9.909.000 (doqquz milyon doqquz yüz min) manat məbləğində olan, 8 ha. torpaq sahəsində yerləşən “İEP” tipli daşınar istixana kompleksidir. İddiaçı ASC (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında 21 may 2020-ci il tarixli, 57227/KM-2 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndində əsasən borc verən müqavilə şərtlərtinə uyğun olaraq, borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödəmək şərtilə kredit verir, borc alan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. -Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən kredit 1.059.000 (bir milyon əlli doqquz min) ABŞ dolları məbləğində, ümumilikdə 32 ay müddətinə, illik 5 faiz, dəbbə pulu illik 10% hesablanması şərtilə verilmişdir. -Həmin müqavilənin 3.4.1-ci bəndinə əsasən, borcalanın kredit borcunu bu müqavilənin 2.4-cü bəndində göstərilən cədvəl üzrə vaxtında və tam ödəmək; -həmin müqavilənin 3.4.3-cü bəndinə əsasən, vaxtı keçmiş kreditə görə dəbbə pulunu və borcun məcburi tutulması üçün bankın çəkdiyi xərcləri ödəmək öhdəliyi vardır. Məhkəməyə təqdim edilmiş 21 may 2020-ci il tarixli, 57227/KM-2 saylı kredit müqaviləsinə əlavədən məlum olur ki, 1.059.000 ABŞ dolları məbləğində kredit illik 5%, 32 ay müddətinə, aylıq 35.417,81 ABŞ dolları ödəniş olmaqla Cavabdeh MMC-yə verilmişdir. Tərəflər arasında imzalanmış 21 may 2020-ci il tarixli 57227/KM-2 saylı girov müqaviləsinə əsasən, girovqoyan - Cavabdeh MMC girov saxlayan - İddiaçı ASC qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə özünün müqavilənin 2.1-ci bəndində göstərilən əmlakını girovla yüklü edir. Həmin müqavilənin 2.1-ci maddəsinə görə, girov predmeti Cavabdeh MMC-nin istismarında olan, Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən, “xxxx” MMC tərəfindən 06 sentyabr 2018-ci il tarixində 163/R-09-018/BK-02 saylı akta əsasən qiymətləndirilən, 8 ha. torpaq sahəsində yerləşən “İEP” tipli daşınar istixana kompleksidir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə girov predmetinə tutma yönəldilir. Həmin müqavilənin 5.3-cü maddəsinə görə, girov saxlayanın girov predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı: əsas öhdəliyin və ya onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin girov qoyanın yerinə yetriməməsidir. Məhkəməyə təqdim edilmiş, 02.03.2021-ci il tarixli Cavabdeh MMC-nin İddiaçı ASC-yə olan kredit borcu haqqında arayışından məlum olur ki, Cavabdeh MMC-nin bankla bağladığı 07 sentyabr 2018-ci il tarixli, 57227/KM-8 saylı kredit müqaviləsinə əsasən 02.03.2021-ci il tarixə Cavabdeh MMC-nin ödənilmiş əsas borc 1.182.000 ABŞ dolları, 273.563.96 dollar ödənilmiş faiz borc, son ödəniş məbəği olaraq 4.833,39 dollar, iddia qaldırılan günə əsas kredit borcu 1.200.000 dollar, 02.03.2021-ci il tarixə 39.333,77 dollar faiz borcu, 02.03.2021-ci il tarixinə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 29.166,99 dollar olmaqla cəmi 1.268.500,76 dollar məbləğində borcu vardır. Məhkəməyə təqdim edilmiş, 02.03.2021-ci il tarixli Cavabdeh MMC-nin İddiaçı ASC-yə olan kredit borcu haqqında arayışından məlum olur ki, Cavabdeh MMC-nin bankla bağladığı 21 may 2021-ci il tarixli, 57227/KM-2 saylı kredit müqaviləsinə əsasən 02.03.2021-ci il tarixə Cavabdeh MMC-nin ödənilmiş əsas borc 44.136,36 ABŞ dolları, 8730,09 dollar ödənilmiş faiz borc, son ödəniş məbəği olaraq 16.389,78 dollar, iddia qaldırılan günə əsas kredit borcu 1.014.863,64 dollar, 02.03.2021-ci il tarixə 31.258,73 dollar faiz borcu, 02.03.2021-ci il tarixinə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 3.631,76 dollar olmaqla cəmi 1.049.754,13 dollar məbləğində borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən məlum olur ki, İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə müraciət edilərək, 05.03.2021-ci il tarixinə əsas borc üzrə 1.014.863,64 dollar, faiz borcu üzrə 32.104,44 dollar, 05.03.2021-ci il tarixinə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 3831,32 dollar olmaqla, cəmi 1.050.799,4 məbləğində borcu yaranması barədə məlumat verilmiş, qeyd olunan borcu 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqavilələri və kredit müqavilələrin icrasını təmin edilməsi məqsədi ilə girov müqavilələri bağlanmışdır. İddiaçı ASC qeyd olunan müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə Cavabdeh MMC-nin İddiaçı ASCyə 21 may 2020-ci il tarixli, 57227/KM-2 №-li kredit müqaviləsi üzrə banka əsas borcu 1014863.64 (bir milyon on dörd min səkkiz yüz altmış üç dollar 64 sent) dollar, 02.03.2021-ci il tarixə faiz borcu üzrə 31258.73 (otuz bir min iki yüz əlli səkkiz dollar 73 sent) dollar, 07 sentyabr 2018-ci il tarixli, 57227/KM-8 №-li kredit müqaviləsi üzrə banka əsas borcu ******* (bir milyon iki yüz min) dollar, 02.03.2021-ci il tarixə faiz borcu üzrə 39.333,77 (otuz doqquz min üç yüz otuz üç dollar 77 sent) dollar borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin 21 may 2020-ci il tarixli, 57227/KM-2 №-li kredit müqaviləsi və 07 sentyabr 2018-ci il tarixli, 57227/KM-8 №-li kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən, nəticədə cavabdehin İddiaçı ASC-yə borcunun yarandığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehdən tutulması tələbi hissəsində iddiası əsaslı olmaqla təmin edilməlidir. İddiaçı eyni zamanda 07 sentyabr 2018-ci il tarixli, 57227/KM-8 №-li kredit müqaviləsi üzrə 2.9166,99 dollar məbləğində və 21 may 2020-ci il tarixli, 57227/KM-2 №-li kredit müqaviləsi üzrə 3.631,76 dollar məbləğində hesablanmış cərimə (dəbbə pulunu) da tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cəmiyyət tərəfindən hesablanmış dəbbə pulu cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq cavabdehdən 21 may 2020-ci il tarixli, 57227/KM-2 №-li kredit müqaviləsi üzrə 360 dollar 21 may 2020-ci il tarixli, 57227/KM-2 №-li kredit müqaviləsi üzrə isə 2.900 dollar məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Yuxarıda qeyd olunan iddia tələbləri 21 may 2020-ci il tarixli, 57227-3/İPM saylı və 07 sentyabr 2018-ci il tarixli, 57227-1/İPM saylı girov müqavilələri əsasında Cavabdeh MMCnin istismarında olan Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən, 8 ha. torpaq sahəsində yerləşən “İEP” tipli daşınar istixana kompleksinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqavilələri ləğv edilməli, cavabdeh Cavabdeh MMC-dən 21 may 2020-ci il tarixli, 57227/KM-2 nömrəli kredit müqaviləsi üzrə əsas borc 1.014.863,64 (bir milyon on dörd min səkkiz yüz altımış üç dollar, altımış dörd sent) dollar, faiz borcu 31.258,73 (otuz bir min iki yüz əlli səkkiz dollar, yetmiş üç sent) dollar və 360 dollar hesablanmış dəbbə pulu (cərimə), 07 sentyabr 2018-ci il tarixli, 57227/KM-8 nömrəli kredit müqaviləsi üzrə əsas borc 1.200.000 (bir milyon iki yüz min dollar) dollar, faiz borcu 39.333,77 (otuz doqquz min üç yüz otuz üç dollar, yetmiş yeddi sent) dollar və 2.900 dollar hesablanmış dəbbə pulu (cərimə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. 07 sentyabr 2018-ci il tarixli 57227-1/İPM saylı və 21 may 2020-ci il tarixli 57227/KM-2 saylı girov müqavilələrinə əsasən Cavabdeh MMC-nin istismarında olan, Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən, 8 ha. torpaq sahəsində yerləşən “İEP” tipli daşınar istixana kompleksinə tutma yönəldilməli, qeyd olunan girov obyekti açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcu ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 21 may 2020-ci il tarixli, 57227/KM-2 nömrəli kredit müqaviləsi ləğv edilsin, müqavilə üzrə əsas borc 1.014.863,64 (bir milyon on dörd min səkkiz yüz altımış üç dollar, altımış dörd sent) dollar, faiz borcu 31.258,73 (otuz bir min iki yüz əlli səkkiz dollar, yetmiş üç sent) dollar və 360 dollar hesablanmış dəbbə pulu (cərimə) Azərbaycan manatı ilə, 07 sentyabr 2018-ci il tarixli, 57227/KM-8 nömrəli kredit müqaviləsi ləğv edilsin müqavilə üzrə əsas borc 1.200.000 (bir milyon iki yüz min dollar) dollar, faiz borcu 39.333,77 (otuz doqquz min üç yüz otuz üç dollar, yetmiş yeddi sent) dollar və 2.900 dollar hesablanmış dəbbə pulu (cərimə) olmaqla ümumilikdə 2.288.716,14 (iki milyon iki yüz səksən səkkiz min yeddi yüz on altı dollar, on dörd sent) dollar ödəniş gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. 07 sentyabr 2018-ci il tarixli 57227-1/İPM saylı və 21 may 2020-ci il tarixli 57227/KM-2 saylı girov müqavilələrinə əsasən Cavabdeh MMC-nin istismarında olan, Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən, 8 ha. torpaq sahəsində yerləşən “İEP” tipli daşınar istixana kompleksinə tutma yönəldilsin, qeyd olunan girov obyketi açıq hərracda satılsın, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcu ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2106/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2106/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver