Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-211/2021 09.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 3194,16 manat əsas və 2875 manat cərimənin, 479 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun, cəmi, 6578,16 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC-ti ilə Cavabdeh MMC arasında subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə xx.xx.2016-cı il tarixli 322 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqavilədə İddiaçı MMC Agent, Cavabdeh MMC isə Subagent kimi çıxış etmişlər. Müqaviləyə əsasən, “Agentin” tapşırığı ilə “Subagent” sərnişin daşımaları üzrə dövlətlərarası, regionlararası reysləri yerinə yetirən aviaşirkətlərin aviabiletlərinin xarici ölkələrə turların və sanatoriyalara putyovkaların satışlarını təşkil edir və satışdan əldə olunan pul vəsaitini“ Agentin” hesabına ödəyir. Müqavilənin 4-cübəndinə əsasən, “Subagent” aviadaşımaların satıışı ilə bağlı “Agent” tərəfindən verilmiş əmr, təlimat, göstəriş və qaydalara ciddi əməl olunmaqla, satışı aparan şəxslərin blankların doldurulması texnologiyasına dəqiq yerinə yetirilməsinə nəzarət etməlidir, “Agentin” tələbi ilə əldə olunan pul vəsaitinin yoxlanılması ilə bağlı sənədlər və lazımi hesabatlar “Subagent” tərəfindən verilməlidir. Müqavilənin 5-ci bəndinə əsasən, aviadaşımaların satışından alınan bütün pul vəsaitləri, o cümlədən ona çatası məbləğlər daşıyıcının əmlakı hesab olunur və “Subagentə” “Agent” vasitəsilə etibar olunur. Müqaviləyə müvafiq olaraq, daşıyıcı ilə tam hesablaşma aparılana qədər onda saxlanılır. Müqavilənin 8-ci bəndinə əsasən, 1,2,3,4,5 və 6 nömrəli əlavələr müqavilənin ayrılmaz hissəsidir və müqavilə qüvvədə olduğu dövr üçün əsas sənəd hesab edilir. Həmin əlavələrdə mükafatlandırma şərtləri “Subagentin” filial və satış məntəqələrinin ünvanı və hesablaşma hesabının nömrəsi, satışdan alınmış vəsaiti uçotu və hesablaşma qaydaları, hesablaşma qrafiki, mükafatlandırma şərtləri, təsdiq edilən cərimə növləri və mükafatlandırma şərtləri nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə müvafiq olaraq, “Subagent” aviabilet satışından yığılan pul vəsaitinin hər gecikdirilən günü üçün “Agentə” 0,5% həcmində cərimə ödəyir. İddiaçı MMC-ti tərəfindən 3194,16 manat borc pul vəsaitinin ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə məktub göndərilmişdir. Lakin, halhazıradək borc məbləği geri qaytarılmamışdır. “Subagent” tərəfindən müqavilənin şərtləri kobud surətdə pozularaq, aviabilet satışından əldə olunmuş pul vəsaiti vaxtında və tam şəkildə ödənilməmişdir. Hal-hazırda “Subagentin” ödənilməyən borc məbləği 3194,16 manat əsas və 2875 manat cərimə təşkil edir. “Subagent” ödənilməyən borc məbləğinin “Agentə” qaytarılması ilə şifahi və yazılı vədlər verməsinə baxmayaraq, öhdəliyə əməl etməmişdir. Beləliklə cavabdeh öhdəlikləri vaxtında yerinə yetirmədiyindən müqavilə üzrə 2875 manat dəbbə pulu və illik Bank faiz üçut dərəcəsini (illik manat 15%) nəzərə alaraq 479 manat əldən çıxmış faydanı da iddiaçıya ödəməlidir. Faktiki olaraq cavabdeh həmin vəsaiti geri qaytarmamaqla faydalanmış və iddiçıya ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2016-cı il tarixli, 322 nömrəli subagent müqaviləsindən görünür ki, İddiaçı MMC Agent, Cavabdeh MMC isə Subagent kimi çıxış etmişlər. “Agentin” tapşırığı ilə “Subagent” sərnişin daşımaları üzrə dövlətlərarası, regionlararası reysləri yerinə yetirən aviaşirkətlərin aviabiletlərinin xarici ölkələrə turların və sanatoriyalara putyovkaların satışlarını təşkil edir və satışdan əldə olunan pul vəsaitini“ Agentin” hesabına ödəyir. xx.xx.2016-cı il tarixli, 322 nömrəli subagent müqaviləsinin: 4-cü bəndinə əsasən, “Subagent” aviadaşımaların satıışı ilə bağlı “Agent” tərəfindən verilmiş əmr, təlimat, göstəriş və qaydalara ciddi əməl olunmaqla, satışı aparan şəxslərin blankların doldurulması texnologiyasına dəqiq yerinə yetirilməsinə nəzarət etməlidir, “Agentin” tələbi ilə əldə olunan pul vəsaitinin yoxlanılması ilə bağlı sənədlər və lazımi hesabatlar “Subagent” tərəfindən verilməlidir. 5-ci bəndinə əsasən, aviadaşımaların satışından alınan bütün pul vəsaitləri, o cümlədən ona çatası məbləğlər daşıyıcının əmlakı hesab olunur və “Subagentə” “Agent” vasitəsilə etibar olunur. Müqaviləyə müvafiq olaraq, daşıyıcı ilə tam hesablaşma aparılana qədər onda saxlanılır. Müqavilənin şərtlərinə müvafiq olaraq, “Subagent” aviabilet satışından yığılan pul vəsaitinin hər gecikdirilən günü üçün “Agentə” 0,5% həcmində cərimə ödəyir. xx.xx.2019-cu il tarixli, 90/19 nömrəli borcun ödənilməsi üzrə razılaşma aktından görünür ki, Cavabdeh MMC İddiaçı MMC-yə aviabilet satışı üzrə olan 3194,16 manat məbləğində borcunu ödəniş cədvəli əsasında 10 ay müddətində (ilk 9 ay ərzində hər ay 300 manat, sonuncu ay isə 494,16 manat ödənişi həyata keçirilməklə) ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2, 467 və 567-ci maddələri). Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək müqavilə üzrə 3194,16 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia 3194,16 manat məbləğində əsas borcun tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə 2875 manat məbləğndə cərimə (dəbbə pulu) hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 346,14 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yuxarıdakı normaya əsasən, məhkəmə, öhdəliyin gecikdirilməsinə görə tələb olunan məbləğlə bağlı qeyd edir ki, iddiaçı, 3194,16 manat məbləğində əsas borcun gecikdirilməsinə görə bir il üçün (illik 15% hesablamaqla) 479 manat məbləğində (əldən çıxmış fayda) pul tələb etsə də, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə əsas borc 5%-lə hesablanmalı və həmin vəsait 159,70 manat olduğundan iddia həmin hissədə həmin həcmdə təmin edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il tarixli, 322 nömrəli subagent müqaviləsi üzrə yaranmış 3194,16 manat məbləğində əsas borc, 346,14 manat cərimə borcu, əldən çıxmış fayda kimi 159,70 manat cəmi 3700 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 6548,16 manat (100%) məbləğində olan iddia tələbinin yalnız 3700 manatının (56,50%) təmin olunduğunu nəzərə alaraq, 30 manat dövlət rüsumu da, ödənilmiş tələbin məbləğinə münasib olaraq qismən təmin edilməli və 16,95 manat (56,50%) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli, 322 nömrəli müqaviləsi üzrə yaranmış 3194,16 manat məbləğində əsas borc, 346,14 manat cərimə borcu, əldən çıxmış fayda kimi 159,70 manat cəmi 3700 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 16,95 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-211/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-211/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver