Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2122/2023 04.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi (direktoru) Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı cavabdehlərdən birgə qaydada DCL00311486-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9958 manat əsas borc, 744,21 manat faiz borcu, 2699,72 manat cərimə borcu olmaqla, cəmi 13401,93 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən birgə qaydada DCL00311486-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9958 manat əsas borc, 744,21 manat faiz borcu, 2637,76 manat cərimə borcu olmaqla, cəmi 13339,97 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DCL00311486-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9958 manat əsas borc, 744,21 manat faiz borcu, 2699,72 manat cərimə borcu olmaqla, cəmi 13401,93 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-00311486LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DCL00311486-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% (gündəlik 0.0416%), kreditin müddəti bitdikdən sonra illik 32% (gündəlik 0.0889%) cərimə faizi olmaqla 9,958 manat məbləğində mal alışı məqsədilə kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00311486-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli DG**********03 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək DCL00311486-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 453 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə iddiaçı qarşısında öhdəlikləri DCL00311486-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9,958 manat əsas borc, 744.21 manat faiz borcu, 2699,72 manat cərimə borcu olmaqla, cəmi 13401,93 manat təşkil edir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir. X5 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X5 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi (direktoru) Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsini qismən etiraf edərək, izahatında bildirdi ki, pandemiya dövrü ilə əlaqədar olaraq işini itirmiş, maddi cəhətdən çətin vəziyyətə düşmüşdür. Yaxın gələcəkdə çalışıb, işlərini qaydasına qoyub borcunu ödəyəcəkdir. Sonda iddianın qismən təmin edilməsini, faiz borcunun silinməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli DCL00311486-01 saylı maliyyələşdirmə üçün ərizədən (Kredit Əməliyyatı üzrə) görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% (gündəlik 0.0416%), kreditin müddəti bitdikdən sonra illik 32% (gündəlik 0.0889%) cərimə faizi olmaqla 9,958 manat məbləğində mal alışı məqsədilə kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DG**********03 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Bank ilə Cavabdeh1 MMC arasında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlik əsasında Borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq Cavabdeh1 MMC Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2, Cavabdeh1 MMC ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-00244-2023 saylı Maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 17 Aprel 2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri xx.xx.2021-ci il tarixli DCL00311486-01 saylı kredit müqaviləsinə əsasən 9,958.00 manat əsas borc, 744.21 manat faiz borcu, 2,699.72 manat cərimə borcu olmaqla, cəmi 13.401.93 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin, eyni zamanda digər cavabdehin nümayəndəsinin (direktoru) izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixli DCL00311486-01 saylı maliyyələşdirmə üçün ərizə (Kredit Əməliyyatı üzrə) imzalanmış və ərizəyə əsasən iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% (gündəlik 0.0416%), kreditin müddəti bitdikdən sonra illik 32% (gündəlik 0.0889%) cərimə faizi olmaqla 9,958 manat məbləğində mal alışı məqsədilə kredit xətti açılmışdır. Eyni zamanda İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DG**********03 nömrəli Zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Bank ilə Cavabdeh1 MMC arasında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlik əsasında Borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq Cavabdeh1 MMC Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2, Cavabdeh1 MMC ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Bank tərəfindən kredit razılaşmaları üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdehlər keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişlər. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilmələrinə baxmayaraq borcun ödənilməsindən yayınmışlar. Cavabdeh1 MMC-nin 17 Aprel 2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri xx.xx.2021-ci il tarixli DCL00311486-01 saylı kredit müqaviləsinə əsasən 9,958.00 manat əsas borc, 744.21 manat faiz borcu, 2,699.72 manat cərimə borcu olmaqla, cəmi 13.401.93 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdeh X1 borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Məhkəmə tədqiqatı zamanı Cavabdeh1 MMC-nin iddiaçıya olan xx.xx.2021-ci il tarixli DCL00311486-01 saylı maliyyələşdirmə üçün ərizə (Kredit Əməliyyatı üzrə) üzrə 9958 manat məbləğində əsas kredit borcu iş materialları ilə təsdiq olunduğundan həmin məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli DCL00311486-01 saylı maliyyələşdirmə üçün ərizəyə (Kredit Əməliyyatı üzrə) əsasən Cavabdeh1 MMC kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüş, eyni zamanda cavabdeh Nuriyev X3 müqaviləsi ilə Cavabdeh1 MMCnin bank qarşısında onun bütün öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, əsas kredit məbləğinə hesablanmış 744.21 manat faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında imzalanmış maliyyələşdirmə üçün ərizədən (Kredit Əməliyyatı üzrə) irəli gəlsə də, müqavilə üzrə tələb olunan dəbbə pulu əsas borc məbləği əsas götürülməklə hesablanmalıdır. Odur ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və 490 manat dəbbə pulu cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 200 manat məbləğində mediasiya xərcini cavabdehlərdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 130,21 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 83,51 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 178,53 manat (200 manat (mediasiya xərcinin məbləği) – 21,47 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 178,53 manat) cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, DCL00311486-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9958 manat əsas borc, 744,21 manat faiz borcu, 490 manat cərimə, mediasiya xərcinə görə 178,53 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. DCL00311486-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9958 manat əsas borc, 744,21 manat faiz borcu, 490 manat cərimə, mediasiya xərcinə görə 178,53 manat Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2122/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2122/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver