Məhkəmə qərarları › İş №e-2-2(113)-2124/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2124/2023

22.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2124/2023 22.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız varlanma, pul vəsaitinin geri qaytaılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40263,23 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat, poçt-kargüzarlıq xərci olaraq ödənilən 10 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat olmaqla, ümumilikdə ödənilmiş 40973,23 manat məbləğində pul vəsaitinin və ödənilmiş 213 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “satıcı” qismində “X2” MMC-nin direktoru oğlu və “alıcı” qismində İddiaçı MMC-nin qanuni təmsilçisi X1 arasında 07 fevral 2022-ci il tarixli, BFD-1/02 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməyi, alıcı isə razılaşdırılmış miqdarda, assortimentdə, keyfiyyətdə malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Belə ki, 07 fevral 2022-ci il tarixli, BFD-1/02 nömrəli müqaviləyə əsasən “X3” MMC-yə ödənilməli olan 40263,23 manat (ƏDV daxil) məbləğində pul 04 iyul 2022-ci il tarixdə köçürmə zamanı texniki yanlışlıqlar səbəbindən səhvən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Belə olan halda, yanlışlıqların aradan qaldırılması və səhvən köçürülmüş pulun geri qaytarılması barədə "xxxx" MMC-yə məlumat verilmişdir. Cavabdeh MMC tərəfindən elektron poçt (e-mail) vasitəsilə iddiaçıya edilən geridönüşdə yanlış köçürmə faktı təsdiq edilir. Lakin Cavabdeh MMC-yə məsələ ilə əlaqədar dəfələrlə müraciət edilsə də, heç bir nəticə əldə edilməmişdir. İddiaçı tərəfindən cavabdehdən 40263,23 manat məbləğində pulun ödənilməsi pretenziya qaydasında tələb olunmuşdur. Pretenziya məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. İddiaçı ilkin mediasiya sessiyasının təklifini vermiş, cavabdeh 8 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı bildiriş almasına baxmayaraq, iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıranın qanuni əsas və ya müqavilə əsası olmur. Belə ki, işin faktiki hallarından görünür ki, ödəniş zamanı səhvən Cavabdeh MMC və onlarla bağlanmış müqavilə əsas götürülsə də, ödəniş tapşırıqlarının əsasında qeyd edilmiş e-qaimə nömrələrinin “X2” MMC-yə məxsus olduğu aşkar görünür. Belə ki, buradan aydın olur ki, müqavilə əsasında köçürülməsinə baxmayaraq, e-qaimələr “X2” MMC-yə məxsus olduğundan bu cür varlanmaya haqq qazandıran hər hansı qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məcəllənin bu tələbinə əsasən hazırda cavabdeh əsassız olaraq varlanıb və əldə etdiyi 40263,23 manat məbləğində pul vəsaitini iddiaçıya geri qaytarmalıdır. Həmin pul vəsaitinin texniki yalnışlıq nəticəsində səhvən köçürüldüyünü Cavabdeh MMC-nin əməkdaşı bankın elektron poçt ünvanına kömək məqsədilə müraciət ünvanlayaraq etiraf etmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 385.1, 386.1, 439.4, 1091.1, 1091.2, 1092-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində “X2” MMC ilə alıcı qismində İddiaçı MMC arasında 07 fevral 2022-ci il tarixli, BFD-1/02 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməyi, alıcı isə razılaşdırılmış miqdarda, assortimentdə, keyfiyyətdə malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür.

8. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 016368 nömrəli elektron qaimədən müəyyən edilir ki, “X2” MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6697 (ƏDV daxil) manat təşkil edir.

9. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 026652 nömrəli elektron qaimədən müəyyən edilir ki, “X2” MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3049,36 (ƏDV daxil) manat təşkil edir.

10. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 546753 nömrəli elektron qaimədən müəyyən edilir ki, “X2” MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3508,15 (ƏDV daxil) manat təşkil edir.

11. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 557160 nömrəli elektron qaimədən müəyyən edilir ki, “X2” MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3900,12 (ƏDV daxil) manat təşkil edir.

12. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 564319 nömrəli elektron qaimədən müəyyən edilir ki, “X2” MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 19895,77 (ƏDV daxil) manat təşkil edir.

13. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 843946 nömrəli elektron qaimədən müəyyən edilir ki, “X2” MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1830,79 (ƏDV daxil) manat təşkil edir.

14. "xxxx" ASC tərəfindən tərtib edilmiş 006İNT********** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ14PAHA40060AZNHC********** hesabına 9104,36 manat məbləğində ödəniş həyata keçirilmişdir.

15. "xxxx" ASC tərəfindən tərtib edilmiş 006BUDG221850730 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ48CTRE******************** hesabına 1638,78 manat məbləğində ödəniş həyata keçirilmişdir.

16. "xxxx" ASC tərəfindən tərtib edilmiş 006İNT********** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ14PAHA40060AZNHC********** hesabına 8259,62 manat məbləğində ödəniş həyata keçirilmişdir.

17. "xxxx" ASC tərəfindən tərtib edilmiş 006BUDG221850729 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ48CTRE******************** hesabına 1486,73 manat məbləğində ödəniş həyata keçirilmişdir.

18. "xxxx" ASC tərəfindən tərtib edilmiş 006İNT********** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ14PAHA40060AZNHC********** hesabına 19485,35 manat məbləğində ödəniş həyata keçirilmişdir.

19. "xxxx" ASC tərəfindən tərtib edilmiş 006BUDG221850731 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ48CTRE******************** hesabına 288,39 manat məbləğində ödəniş həyata keçirilmişdir.

20. Cavabdeh MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış mail yazışmasında qeyd edilmişdir ki, xx.xx.2022 tarixində Cavabdeh MMC şirkətinin hesabına İddiaçı MMC-nin əməkdaşları tərəfindən texniki yanlışlıq əsasında səhv köçürmələr olunmuşdur. Köçürmələrin məbləğləri 1275,58 manat, 19485,35 manat, 8259,62 manat, 9104,36 manat olmuşdur. Cavabdeh MMC-nin bank hesabları sərəncamda olduğu üçün İddiaçı MMC tərəfindən edilən yanlış köçürmələri geri qaytarmaq mümükün deyildir. Xahiş olunur nəzərə alaraq, köməklik göstərərdiniz.

21. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

22. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, satıcı qismində “X2” MMC ilə alıcı qismində İddiaçı MMC arasında 07 fevral 2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin predmetinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməyi, alıcı isə razılaşdırılmış miqdarda, assortimentdə, keyfiyyətdə malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə “X2” MMC tərəfindən İddiaçı MMC-yə yuxarıda qeyd olunan elektron qaimələr göndərilmişdir. Elektron qaimələr üzrə ümumi məbləğ ƏDV daxil 38881,19 manat təşkil edir. İddiaçı MMC tərəfinddən həmin elektron qaimələr üzrə bank vasitəsilə ödənişlər həyata keçirilmişdir. 04 iyul 2022-ci il tarixdə edilən həmin ödənişlərin məbləği 40263,23 manat (ödəniş tapşırıqlarında əksini tapan ümumi məbləğ) təşkil edir. Cavabdeh tərəfindən səhv köçürmə ilə bağlı banka edilən müraciətdə 38124,91 manat məbləğin İddiaçı MMC tərəfindən texniki yanlışlıq səbəbindən səhvən Cavabdeh MMC-nin hesabına köçürüldüyü bildirilir. Beləliklə, 40263,23 manat məbləğində ödənişlər “X2” MMC-nin hesabına deyil, səhvən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Ödəniş tapşırıqlarında ödənişin təyinatı qismində hazırkı iş materiallarında olan elektron qaimələrə istinad olunmuşdur.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman bas verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

26. İddia tələbini cavabdehdən 40263,23 manat məbləğində pul vəsaitinin tutulması təşkil edir. 27 Qeyd olunan qanunvericilik normalarını işin müəyyən olunan hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsas olmadan iddiaçının (məhrum olanın) hesabına əmlak, yəni pul vəsaiti əldə etdiyindən, mübahisə predmeti olan 40263,23 manat pul vəsaiti üzərində iddiaçının mülkiyyət hüququ olduğundan və mülkiyyətçinin özgəsinin, yəni hazırkı halda cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ olduğundan iddiaçı qeyd olunan məbləğdə pul vəsaitinin ona qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. İddiaçı 200 manat mediasiya xərci, 10 manat poçt-kargüzarlıq xərci, 500 manat vəkilə ödənilmiş hüquqi yardım xərci və ödənilmiş 213 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

29. İddia ərizəsindən görünür ki, iddianın qiyməti 40263,23 manat, ödənilməli olan dövlət rüsumunun məbləği 210,79 manat təşkil edir. İddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci, 10 manat poçt-kargüzarlıq xərci ödənildiyindən iddiaçı 210 manat hissədə dövlət rüsumunu ödəməkdən azaddır, ödəməli olduğu rüsumun məbləği isə 0,79 manatdır. Buna baxmayaraq, iddiaçı tərəfindən dövlət rüsumu qismində 213 manat məbləğində pul ödənilmişdir. İddia ərizəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz üzrə artıq ödənilən 212,21 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması qərara alınmışdır.

30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 200 (iki yüz) manat mediasiya xərci, 10 (on) manat poçt-kargüzarlıq xərci və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 0,79 manat (yetmiş doqquz qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Cavabdehdən 500 manat vəkilə ödənilmiş hüquqi yardım xərcinin tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, vəkilə 500 manat məbləğində pul vəsaitinin ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehndən 40263,23 manat (qırx min iki yüz altmış üç manat iyirmi qəpik) pul vəsaiti, 200 (iki yüz) manat mediasiya xərci, 10 (on) manat poçt-kargüzarlıq xərci, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 0,79 manat (yetmiş doqquz qəpik) olmaqla, cəmi 40474,02 manat (qırx min dörd yüz yetmiş dörd manat iki qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar