Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2128/2024 15.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X16 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-nə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi ziyan tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı “X16 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-nə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X16 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək (birgə) qaydada Bank qarşısında götürdükləri kredit öhdəliklərini pozduqları üçün - 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240,95 kv.m ümumi, 193,15 kv.m yaşayış, 47,8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evinin Bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 24 317.92 manat, o cümlədən hərrac xidmətləri – 12 155.78 manat, sadələşdirilmiş vergi yalnız bağ evinə (tikiliyə görə) – 3797.10 manat, sadələşdirilmiş vergi yalnız torpaq sahəsinə görə - 360 manat, əldə edilmiş əmlakın X14 (ƏDV) 18% dərəcəsi ilə - 4765.04 manat; - 0,0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272,76 kv.m ümumi, 141,66 kv.m yaşayış sahədən ibarət olan ünvan 2 ünvanında yerləşən mənzilin Bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 18 212.10 manat, o cümlədən hərrac xidmətləri – 10 805.08 manat, əldə edilmiş əmlakın X14 (ƏDV) 18% dərəcəsi ilə - 1944.92 manat məbləğində vəsaitin, (Banka vurulmuş maddi ziyan) və 217.59 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X16 Azərbaycan» QSC (bundan sonra - Bank) ilə Cavabdeh4 MMC arasında bağlanmış 22 fevral 2013-cü il tarixli, 92304/1 saylı kredit müqaviləsi ilə “X16 Azərbaycan” QSC tərəfindən Cavabdeh4 MMC-yə 120 ay müddətinə 274500 manat məbləğində kredit xətti açılmış, 30 yanvar 2013-cü il tarixli Sazişlə kredit xəttinin məbləği artırılaraq 300000 ABŞ dolları müəyyən edilmişdir. Həmin kredit xətti çərçivəsində bağlanmış 17 sentyabr 2014-cü il tarixli, 10 №-li kredit sazişi ilə Bank tərəfindən MMC-yə 6 ay müddətinə, kreditdən istifadəyə görə illik 15% olmaqla 229680 ABŞ dolları məbləğində; 04 dekabr 2014-cü il tarixli, 11 №-li kredit sazişi ilə - 6 ay müddətinə, kreditdən istifadəyə görə illik 15% olmaqla 65580 ABŞ dolları məbləğində və 19 dekabr 2014-cü il tarixli, 12 №-li kredit sazişi ilə - 6 ay müddətinə, kreditdən istifadəyə görə illik 15% olmaqla 168200 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu Kredit xətti müqaviləsinin təminatı olaraq X7 22 fevral 2013-cü tarixli İpoteka müqaviləsi ilə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240,95 kv.m ümumi, 193,15 kv.m yaşayış, 47,8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün Bank ilə Cavabdeh3 arasında 22 fevral 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 29 aprel 2014-cü il tarixli, 92304/3 saylı kredit müqaviləsi ilə Bank tərəfindən Cavabdeh4 MMC-yə 36 ay müddətinə, illik 13% ödəmək şərti ilə 600000 manat məbləğində kredit verilmişdir. Bu Kredit müqaviləsinin təminatı olaraq X8 29 aprel 2014-cü tarixli İpoteka müqaviləsi ilə mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən əmlak kompleksini və X4 27 sentyabr 2014-cü il tarixli İpoteka müqaviləsi ilə mülkiyyətində olan 0,0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272,76 kv.m ümumi, 141,66 kv.m yaşayış sahədən ibarət olan ünvan 2 ünvanında yerləşən mənzilini Bank qarşısında ipoteka ilə yüklü etmişlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün Bank ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında 29 avqust 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin Cavabdehlər tərəfindən öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank Məhkəməyə müraciət etmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(011)-104/2019 qətnaməsinə əsasən Cavabdeh4 MMC-dən və Cavabdeh3 xx.xx.2013-cü il tarixli, 92304/1 saylı Kredit xətti müqaviləsi üzrə cəmi 340 432.50 959.86 ABŞ dolları (qətnamədə göstərildiyi kimi) , ABŞ dolları əsas borc, 27527 ABŞ dolları faiz, 2752 ABŞ dolları cərimə borcu, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 29 avqust 2014-cü il tarixli, 92304/3 saylı kredit müqaviləsi üzrə 526587.39 manat əsas, 40005.10 manat faiz, 4000 manat cərimə borcunun bankın xeyrinə tutulmasının tutmanın ipoteka predmetlərinə yönəldilməsi həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması qət etmişdir. Bankın verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi Apellyasiya şikayətini qismən təmin etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-105/2019 saylı, 15 mart 2019-cu il tarixli qətnaməsini ləğv edərək iş üzrə yeni qətnamə çıxarmışdır. Bankın iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh3 22 fevral 2013-cü il tarixli, 92304/1 saylı Kredit Xətti Müqaviləsinin 17 sentyabr 2014-cü il tarixli 10 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə əsas borc üzrə 116.018,15 ABŞ dolları, faiz borcu üzrə 2.568,73 ABŞ dolları, cərimə borcu üzrə 66,99 ABŞ dolları olmaqla, ümumilikdə 118.653,87 ABŞ dolları, 04 dekabr 2014- cü il tarixli 11 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə “65 580 manat əsas, 3333,65 ABŞ dolları faiz və 378,94 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 69.292,59 ABŞ dolları, 19 dekabr 2014-cü il tarixli 12 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə 168 200 ABŞ dolları əsas, 10512, 50 ABŞ dolları faiz, 1576,87 ABŞ dolları cərimə olmaqla, 180 289,37 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatı ifadəsində) habelə cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh3, X10 və Cavabdeh2 29 avqust 2014-cü il tarixli, 92304/3 saylı Kredit müqaviləsi üzrə 508834,73 manat əsas, 165508,43 manat faiz, 14824,92 manat cərimə olmaqla, cəmi 689168,08 manat iddiaçı “X16 Azərbaycan” QSC-nın xeyrinə tutulmasına, tutmanın ipoteka (girov) qoyulmuş əmlaklara yönəldilməsini, həmin əmlakların açıq hərracdan satılmasını və əldə ediləcək vəsait hesabına kredit borcları ödənilməsini: X5 məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.m ümumi, 193.15 kv.m yaşayış, 47.8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evi, ilkin satış (likvid) qiyməti 450 000 manat, X6 məxsus olan 0.02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245.3 kv.m ümumi sahədən ibarət olan ünvan 6 ünvanında yerləşən əmlak kompleksi, ilkin satış (likvid) qiyməti 530000 manat, X2 məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahədən ibarət olan ünvan 2 ünvanında yerləşən mənzil, ilkin satış (likvid) qiyməti 400 000 manat müəyyən edilməklə iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş kasassiya şikayətinə baxan AR Ali Məhkəməsi öz qərarı ilə Kassasiya şikayətini təmin etmədən, Bakı Apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlamışdır. Yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı İcra İdarəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac prosesində keçmiş mülkiyyətçi X5 məxsus olmuş (22 fevral 2013-cü tarixli İpoteka müqaviləsi) 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240,95 kv.m ümumi, 193,15 kv.m yaşayış, 47,8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evi satılmadığı üçün yekun olaraq Banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak Hərracın nəticələri barədə 18 may 2023-cü il tarixli, 130/23 saylı yekun Protokola əsasən 286 875 manat vəsaitə "xxxx" QSC tərəfindən əldə edilmişdir/alınmışdır. ünvan 1 ünvanında yerləşən bağ evinin Bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci, ümumilikdə 24317.92 manat, o cümlədən hərrac xidmətləri – 12 155.78 manat, sadələşdirilmiş vergi yalnız bağ evinə (tikiliyə görə) – 3797.10 manat, sadələşdirilmiş vergi yalnız torpaq sahəsinə görə - 360 manat, əldə edilmiş əmlakın X14 (ƏDV) 18% dərəcəsi ilə - 4765.04 manat məbləğində vəsait ödənişi (Banka vurulmuş maddi ziyan) Bank tərəfindən həyata keçirmişdir (ödənilmişdir). Keçirilən digər hərrac prosesində keçmiş mülkiyyətçi X2 məxsus olmuş (27 sentyabr 2014-cü il tarixli İpoteka müqaviləsi) 0,0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272,76 kv.m ümumi, 141,66 kv.m yaşayış sahədən ibarət olan ünvan 2 ünvanında yerləşən mənzildə satılmadığı üçün yekun olaraq Banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak Hərracın nəticələri barədə 09 iyun 2023-cü il tarixli, 97 saylı yekun Protokola və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 09 iyun 2023-cü tarixli müqaviləyə əsasən 255 000 manat vəsaitə “X16 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir/alınmışdır. ünvan 2 ünvanında yerləşən mənzilin Bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci, ümumilikdə 18 212.10 manat, o cümlədən hərrac xidmətləri – 10 805.08 manat, əldə edilmiş əmlakın X14 (ƏDV) 18% dərəcəsi ilə - 1944.92 manat məbləğində vəsait ödənişi (Banka vurulmuş maddi ziyan) Bank tərəfindən həyata keçirmişdir (ödənilmişdir). Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də bоrcalan və zaminlə bağlanmış müqaviləyə əsasən, bоrcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditоr bоrcalan və zamindən kredit bоrcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün хərclərin оnların hesabına, о cümlədən оnların əmlakları hesabına ödənilməsini tələb edə bilər.
3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək (birgə) qaydada Bank qarşısında götürdükləri kredit öhdəliklərini pozduqları üçün - 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240,95 kv.m ümumi, 193,15 kv.m yaşayış, 47,8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evinin Bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 18 500.84 AZN (iyirmi dörd min üç yüz on yeddi manat 92 qəpik), o cümlədən hərrac xidmətləri – 12 155.72 manat, sadələşdirilmiş vergi yalnız bağ evinə (tikiliyə görə) – 3797.10 manat, sadələşdirilmiş vergi yalnız torpaq sahəsinə görə - 360 manat, əldə edilmiş əmlakın X14 (ƏDV) 18% dərəcəsi ilə - 2188.02 manat; - 0,0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272,76 kv.m ümumi, 141,66 kv.m yaşayış sahədən ibarət olan ünvan 2 ünvanında yerləşən mənzilin Bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 12 750 AZN (on iki min yeddi yüz əlli yüz on iki manat 10 qəpik), o cümlədən hərrac xidmətləri – 10 805.08 manat, əldə edilmiş əmlakın X14 (ƏDV) 18% dərəcəsi ilə - 1944.92 manat məbləğində vəsaitin, (Banka vurulmuş maddi ziyan) və 217.59 AZN dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə Qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. 22.05.2023-cü il tarixli, 174 saylı ödəniş tapşırığına əsasən "xxxx" QSC tərəfindən ünvan 1 ünvanında yerləşən əmlaka dair "xxxx" MMC-yə 12668,08 manat və 457 saylı ödəniş tapşırığına əsasən isə 4765,04 manat məbləğində hərrax xidmətinə görə ödənişlər edilmişdir.
9. 08.06.2023-cü il tarixli, 519 saylı ödəniş tapşırığına əsasən "xxxx" QSC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11ç ünvanında yerləşən 28 saylı mənzilə (0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbədə, 6 otaqlı, ümumi sahəsi 272,76 kv.m., yaşayış sahəsi 141,66 kv.m. olan) dair 10805,08 manat və 1944,92 manat məbləğlərində hərrac xidmət haqqı ödənişləri həyata keçirilmişdir.
10. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
11. İddia ərizəsindən görünür ki, iddiaçı hərracın yekunlarına dair ipoteka predmeti olan əmlaklara çəkdiyi xərclər nəticəsində maddi ziyana uğradığını və həmin dəymiş ziyanın cavabdehdən tutulmasını məhkəmədən xahiş etmiş və tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası MM 21, 443, 445, 448, 1096 və 1097-ci maddələrinə istinad edilmişdir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Ümumiyyətlə, mülki qanunvericilikdə öhdəliklərin əmələ gəlmə əsasları aşağıdakı kimi fərqləndirilmişdir:
14. - müqavilədən əmələ gələn öhdəliklər;
15. - qanundan irəli gələn öhdəliklər (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma);
16. - mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər.
17. Hər hansı bir öhdəliyin yaranması üçün yuxarıda göstərilən əsaslardan biri mövcud olmalıdır, yəni, öhdəliyin həm müqavilə üzrə, həm də digər əsaslarla əmələ gəlməsi mümkün deyildir.
18. Hazırkı iddianın predmetini hərrac xidmətinə çəkilmiş vəsaiti təşkil edir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
23. Azərbaycan Respublikası “İpoteka Haqqında” Qanununa əsasən 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
24. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
25. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
26. İddiaçı iddianın əsası kimi ona istinad edir ki, cavabdehlər tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində ona ziyan dəymişdir.
27. Halbuki iddiaçının da iddia ərizəsində istinad etdiyi kimi cavabdehlərin öhdəliklərinin icra etməməsi nəticəsində yaranış borc məlbəğləri onların əmlaklarına yönəldilərək satışa çıxarılmışdır.
28. Digər məqam isə həmin əmlaklar 25% aşağı qiymətə ipoteka saxlayan kimi iddiaçı banka təklif edilmiş, iddiaçı da həmin əmlakları əldə etmək hüququndan istifadə edərək əldə etmiş və onlara görə müəyyən xidmət haqqı ödəmişdir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
30. Lakin hazırkı mübahisə üzrə yuxarıda qeyd olunduğu kimi delikt nəticəsində vurulmuş zərər mövcud olmadığından digər əsaslar üzrə araşdırılma aparılmasına zərurət yoxdur.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
33. Məhkəmə qeyd edir ki iddiaçı hüquqi şəxsin iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
34. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı “X16 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-nə qarşı cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək (birgə) qaydada Bank qarşısında götürdükləri kredit öhdəliklərini pozduqları üçün - 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240,95 kv.m ümumi, 193,15 kv.m yaşayış, 47,8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evinin Bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 18 500.84 AZN (iyirmi dörd min üç yüz on yeddi manat 92 qəpik), o cümlədən hərrac xidmətləri – 12 155.72 manat, sadələşdirilmiş vergi yalnız bağ evinə (tikiliyə görə) – 3797.10 manat, sadələşdirilmiş vergi yalnız torpaq sahəsinə görə - 360 manat, əldə edilmiş əmlakın X14 (ƏDV) 18% dərəcəsi ilə - 2188.02 manat; - 0,0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272,76 kv.m ümumi, 141,66 kv.m yaşayış sahədən ibarət olan ünvan 2 ünvanında yerləşən mənzilin Bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 12 750 AZN (on iki min yeddi yüz əlli yüz on iki manat 10 qəpik), o cümlədən hərrac xidmətləri – 10 805.08 manat, əldə edilmiş əmlakın X14 (ƏDV) 18% dərəcəsi ilə - 1944.92 manat məbləğində vəsaitin, (Banka vurulmuş maddi ziyan) və 217.59 AZN dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova