Məhkəmə qərarları › İş №e-2-2(113)-213/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-213/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-213/2021 05.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 5886,84 manat əsas, 242,76 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 874,12 manat məbləğində faiz (5 faiz) borcu, cəmi 7003,72 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətində olan Şirvan şəhəri, X1 küçəsi, ev 12, 18 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait “xxxx” MMC-nin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin “xxxx” MMC-dən tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(82)-2424/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 10.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.03.2021-ci il tarixli 9/5785 nömrəli ekspert rəyi Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257-ci maddəsinə əsasən, işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Həmin Məcəllənin 258.1-ci maddəsinə əsasən, iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldığı üçün iş üzrə icraat təzələnməli və işin məhkəmə baxışı təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257-258, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iş üzrə icraat təzələnsin. İşin məhkəmə baxışı 28 aprel 2020-ci il tarixə, saat 12:00-a təyin edilsin. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar