Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2131/2023 06.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, girov müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh6 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh6 birgə qaydada: K4022 saylı kredit müqaviləsinə əsasən 1,042,100 (bir milyon qırx iki min bir yüz) manat əsas borc, 493,982.97 (dörd yüz doxsan üç min doqquz yüz səksən iki manat doxsan yeddi qəpik) manat faiz borcu, 152,112.92 (bir yüz əlli iki min bir yüz on iki manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 1,688,195.89 (bir milyon altı yüz səksən səkkiz min bir yüz doxsan beş manat səksən doqquz qəpik) manat borcun; K4023 saylı kredit müqaviləsinə əsasən 351,719 (üç yüz əlli bir min yeddi yüz on doqquz) manat əsas borc, 100,889.06 (bir yüz min səkkiz yüz səksən doqquz manat altı qəpik) manat faiz borcu, 125,020.18 (bir yüz iyirmi beş min iyirmi manat on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 577,628.24 (beş yüz yetmiş yeddi min altı yüz iyirmi səkkiz manat iyinni dörd qəpik) manat borcun; K2461/04 saylı kredit müqaviləsinə əsasən 42,500 (qırx iki min beş yüz) manat əsas borc, 4,319.46 (dörd min üç yüz on doqquz manat qırx altı qəpik) manat faiz borcu, 29,478.26 (iyirmi doqquz min dörd yüz yetmiş səkkiz manat iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 76,297.72 (yetmiş altı min iki yüz doxsan yeddi manat yetmiş iki qəpik) manat borcun; K2461/05 saylı kredit müqaviləsinə əsasən 35,700 (otuz beş min yeddi yüz) manat əsas borc, 3,658.46 (üç min altı yüz əlli səkkiz manat qırx altı qəpik) manat faiz borcu, 24,761.78 (iyirmi dörd min yeddi yüz altmış bir manat yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 64,120.24 (altmış dörd min bir yüz iyirmi manat iyirmi dörd qəpik) manat borcun; K2461/06 saylı kredit müqaviləsinə əsasən 30,600 (otuz min altı yüz) manat əsas borc, 3,213.33 (üç min iki yüz on üç manat otuz üç qəpik) manat faiz borcu, 21,751.50 (iyinni bir min yeddi yüz əlli bir manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 55,564.83 (əlli beş min beş yüz altmış dörd manat səksən üç qəpik) manat borcun; K2461/07 saylı kredit müqaviləsinə əsasən 29,750 (iyirmi doqquz min yeddi yüz əlli) manat əsas borc, 2,184.84 (iki min bir yüz səksən dörd manat səksən dörd qəpik) manat faiz borcu, 21,941.25 (iyinni bir min doqquz yüz qırx bir manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 53,876.09 (əlli üç min səkkiz yüz yetmiş altı manat doqquz qəpik) manat borcun; K2017-603LG saylı kredit müqaviləsinə əsasən 17,100 (on yeddi min bir yüz) Avro əsas borc, 114 (bir yüz on dörd) Avro faiz borcu, 9,471.98 (doqquz min dörd yüz yetmiş bir Avro doxsan səkkiz sent) Avro cərimə borcu olmaqla, cəmi 26,685.98 (iyirmi altı min altı yüz səksən beş Avro doxsan səkkiz sent) Avro məbləğində borcun iddiaçının xeyrinə tutulması; tutmanın aşağıda qeyd edilən əmlaklara yönəldilməsi: -Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 49.01 kv.m yaşayış sahəsinə; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 864-cü məhəllə, ev 24, mənzil l(Yeni qaydalarda: AZ1072, ünvan 2 ünvanında yerləşən 157.2 kv.m yaşayış sahəsinə; Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 98 saylı bağ evinə; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131 -ci məhəllə, ünvan 3 ünvanında yerləşən 150.5 kv.m yaşayış sahəsinə; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131 -ci məhəllə, ünvan 4 ünvanında yerləşən 85.8 kv.m yaşayış sahəsinə; Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 58.25 kv.m yaşayış sahəsinə; Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən 4650 ədəd (G1578 saylı girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilən) müxtəlif mal qalığına. Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 49.01 kv.m yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 46 400 manat məbləğində; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 864-cü məhəllə, ev 24, mənzil l (Yeni qaydalarda: ünvan 2 ünvanında yerləşən 157.2 kv.m yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 244 000 manat məbləğində; Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 98 saylı 0.01018 ha torpaq sahəsində, 135.4 kv.m olan bağ evinin hərracdan ilkin satış qiyməti 72 750 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131 -ci məhəllə, ünvan 3 ünvanında yerləşən 150.5 kv.m yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 249 000 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 ünvanında yerləşən 85.8 kv.m yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 149 000 manat məbləğində; Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 58.25 kv.m yaşayış sahəsində hərracdan ilkin satış qiyməti 73300 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarına ödənilməsinə yönəldilməsi; daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti.cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh2 MMC və Cavabdeh6 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi; iddia ərizəsinin məhkəmənin icraatma qəbul olunması üçün ödənilmiş 1673 (bir min altı yüz yetmiş üç) manat dövlət rüsumu, Mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxslərin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 90 (doxsan) manat dövlət rüsumu və 180 (bir yüz səksən) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2017-ci il tarixli, GTC-510LE/2017 saylı Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Bundan başqa, tərəflər arasında xx.xx.2017-ci il tarixdə GL2366 saylı kredit limiti müqaviləsi, eyni zamanda həmin kredit limiti müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 №-li əlavə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2027-ci il tarixədək illik faiz dərəcəsi 25%, gecikdirilmiş illik cərimə faiz dərəcəsi 40% olmaqla 10,000000 (on milyon) manat məbləğində kredit limiti xətti açılmışdır. Tərəflər arasında ümumi şərtlər toplusu və GL2366 saylı kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2018-ci il tarixli K2461 saylı Maliyyələşdirmə üçün ərizə forması eyni zamanda xx.xx.2018-ci il tarixli 1 saylı əlavə və xx.xx.2019-cu il tarixli 2 saylı əlavə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2021-ci il tarixədək 1,540,000.00 (bir milyon beş yüz qırx min) manat məbləğində bərpa olunan maksimal borclanma limiti ayrılmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu və GL2366 saylı kredit limiti müqaviləsi çərçivəsində: - xx.xx.2020-ci il tarixli K4022 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 16%, cərimə faiz dərəcəsi 31% olmaqla xx.xx.2023-cü il tarixədək 1,042,100.00 (bir milyon qırx iki min yüz) manat məbləğində birdəfəlik kredit verilmiş; - xx.xx.2020-ci il tarixli K4023 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 16%, cərimə faiz dərəcəsi 31% olmaqla xx.xx.2023-cü il tarixədək 351,719.00 (üç yüz əlli bir min yeddi yüz on doqquz) manat məbləğində birdəfəlik kredit verilmiş; xx.xx.2020-ci il tarixli K2461/04 saylı maliyyələşdirmə üçün ərizə forması və xx.xx.2020-ci il tarixli 01 saylı əlavə imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 16%, cərimə faiz dərəcəsi 31% olmaqla xx.xx.2021-ci il tarixədək 42,500.00 (qırx iki min beş yüz) manat məbləğində birdəfəlik kredit verilmiş; - xx.xx.2020-ci il tarixli K2461/05 saylı maliyyələşdirmə üçün ərizə forması və xx.xx.2020-ci il tarixli 01 saylı əlavə imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 16%, cərimə faiz dərəcəsi 31% olmaqla xx.xx.2021-ci il tarixədək 35,700.00 (otuz beş min yeddi yüz) manat məbləğində birdəfəlik kredit verilmiş; - xx.xx.2020-ci il tarixli K2461/06 saylı maliyyələşdirmə üçün ərizə forması və xx.xx.2020-ci il tarixli 01 saylı əlavə imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 16%, cərimə faiz dərəcəsi 31% olmaqla xx.xx.2021-ci il tarixədək 30,600.00 (otuz min altı yüz) manat məbləğində birdəfəlik kredit verilmiş; - xx.xx.2020-ci il tarixli K2461/07 saylı maliyyələşdirmə üçün ərizə forması və xx.xx.2020-ci il tarixli 01 saylı əlavə imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 16%, cərimə faiz dərəcəsi 31% olmaqla xx.xx.2020-ci il tarixədək 29,750.00 (iyirmi doqquz min yeddi yüz əlli) manat məbləğində birdəfəlik kredit verilmişdir. Bundan başqa tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, GTC-510LE/2017 saylı Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində "xxxx" MMC-yə aşağıdakı Bank qarantiyası verilmişdir: - xx.xx.2017-ci il tarixli 2017-603LG saylı Maliyyələşdirmə üçün ərizə formasına və ona edilmiş xx.xx.2019-cu il tarixli 2 saylı əlavəyə əsasən Bank Borcalana ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti xx.xx.2020-ci ilədək illik faiz dərəcəsi 3%, (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 8%, illik cərimə faizi 23%) olmaqla 17,110 (on yeddi min bir yüz on) Avro məbləğində bank qarantiyası verilmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsindən və ona edilmiş xx.xx.2018-ci il tarixlli 01 saylı əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə: - Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 21 noyabr 2017-ci il tarixli İ2196 saylı ipoteka müqaviləsi və ona edilmiş xx.xx.2021-ci il tarixli 01 nömrəli əlavə ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********58- 05101-093047, qeydiyyat tarixi: xx.xx.2022, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmiş; - Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 864-cü məhəllə, ev 24, mənzil 1(Yeni qaydalarda: AZ1072, ünvan 6 ünvanında yerləşən 157.2 kv.m yaşayış sahəsi 06 fevral 2018-ci il tarixli İ2268 saylı İpoteka müqaviləsi və ona edilmiş xx.xx.2021ci il tarixli 01 nömrəli əlavə ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********01-05301- 093015; qeydiyyat tarixi: xx.xx.2022, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; - Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 98 saylı bağ evi 13 fevral 2018-ci il tarixli İ2267 saylı ipoteka müqaviləsi və ona edilmiş xx.xx.2021-ci il tarixli 01 nömrəli əlavə ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********38-11301; qeydiyyat tarixi: xx.xx.2022, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; - Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 18 fevral 2019-cu il tarixli İ2762 saylı ipoteka müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda RX1485041 saylı (Reyestr nömrəsi: **********30-05301-093033; qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; - Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 18 fevral 2019-cu il tarixli İ2761 saylı ipoteka müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda RX1485042 saylı (Reyestr nömrəsi: **********30-05301-093032; qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; - Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 22 iyul 2019-cu il tarixli İ2919 saylı ipoteka müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********04-05101-093017; qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; - Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən 4650 ədəd (G1578 saylı girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilən) müxtəlif mal qalığı Cavabdeh6 ilə imzalanmış 21 noyabr 2017-ci il tarixli G1578 saylı girov müqaviləsi və ona edilmiş xx.xx.2020-ci il tarixli 02 nömrəli əlavə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Bunlarla yanaşı İddiaçı ASC ilə borcalan Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsi, ona edilmiş xx.xx.2018-ci il tarixli 01 saylı əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh6 arasında xx.xx.2017-ci il tarixli, Z2300 saylı zaminlik müqaviləsi və xx.xx.2020-ci il tarixli 01 nömrəli əlavə, eyni zamanda 2017-603LG saylı maliyyələşdirmə üçün ərizə formasından irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh6 arasında xx.xx.2017-ci il tarixli, Z2362 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan qeyd edilən kreditlər üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Beləliklə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - K4022 saylı kredit müqaviləsinə əsasən 1,042,100 (bir milyon qırx iki min yüz) manat əsas borc, 436,471.73 (dörd yüz otuz altı min dörd yüz yetmiş bir manat yetmiş üç qəpik) manat faiz borcu, 113,910.54 (bir yüz on üç min doqquz yüz on manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1,592,482.27 (bir milyon beş yüz doxsan iki min dörd yüz səksən iki manat iyirmi yeddi qəpik) manat, gecikmə günün sayı – 790; -K4023 saylı kredit müqaviləsinə əsasən 351,719 (üç yüz əlli bir min yeddi yüz on doqquz) manat əsas borc, 147,177.25 (bir yüz qırx yeddi min yüz yetmiş yeddi manat iyirmi beş qəpik ) manat faiz borcu, 45,410.26 (qırx beş min dörd yüz on manat iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 544,306.51 (beş yüz qırx dörd min üç yüz altı manat əlli bir qəpik) manat, gecikmə günün sayı – 790 -K2461/04 saylı kredit müqaviləsinə əsasən 42,500 (qırx iki min beş yüz) manat əsas borc, 4,300.36 (dörd min üç yüz manat otuz altı qəpik) manat faiz borcu, 25,581.46 (iyirmi beş min beş yüz səksən bir manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 72,381.82 (yetmiş iki min üç yüz səksən bir manat səksən iki qəpik) manat, gecikmə günün sayı – 790 -K2461/05 saylı kredit müqaviləsinə əsasən 35,700 (otuz beş min yeddi yüz) manat əsas borc, 3,642.46 (üç min altı yüz qırx iki manat qırx altı qəpik) manat faiz borcu, , 21,488.43 (iyirmi bir min dörd yüz səksən səkkiz manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 60,830.89 (altmış min səkkiz yüz otuz manat səksən doqquz qəpik) manat, gecikmə günün sayı – 790 -K2461/06 saylı kredit müqaviləsinə əsasən 30,600 (otuz min altı yüz) manat əsas borc, 3,199.73 (üç min bir yüz doxsan doqquz manat yetmiş üç qəpik) manat faiz borcu, 18,945.65 (on səkkiz min doqquz yüz qırx beş manat altmış beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 52,745.38 (əlli iki min yeddi yüz qırx beş manat otuz səkkiz qəpik) manat, gecikmə günün sayı – 790 -K2461/07 saylı kredit müqaviləsinə əsasən 29,750 (iyirmi doqquz min yeddi yüz əlli) manat əsas borc, 2,171.42 (iki min bir yüz yetmiş bir manat qırx iki qəpik) manat faiz borcu, 19,213.54 (on doqquz min iki yüz on üç manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 51,134.96 (əlli bir min yüz otuz dörd manat doxsan altı qəpik) manat, gecikmə günün sayı – 790 -K2017-603LG saylı müqaviləyə əsasən 17,100 (on yeddi min bir yüz) avro əsas borc, 114 (bir yüz on dörd) avro faiz borcu, 8,303 (səkkiz min üç yüz üç) avro cərimə borcu olmaqla, cəmi 25,517 (iyirmi beş min beş yüz on yeddi) avro, gecikmə günün sayı – 770 Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyanlara “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1- ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanlarının Banka məlum olan qeydiyyat ünvanlarına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxslərin 1 saylıƏrazi İdarəsinə təqdim olunmuş və qeydiyyata alınmışdır. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2131/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “ipoteka predmetlərinin boşaldılması” tələbinə dair iddiası üzrə iddianın “ipoteka predmeti olan daşınmaz əmlakların boşaldılması” hissəsində iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Həsənov iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq hesablanmış faiz və cərimə borclarının silinməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh6 iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq hesablanmış faiz və cərimə borclarının silinməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar.
8. Məhkəmə iclasının digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 11 oktyabr 2017-ci il tarixli GTC- 510LE/2017 nömrəli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusuna əsasən müştərinin müraciət əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır.
11. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 21 noyabr 2017-ci il tarixli GL2366 kredit limiti müqaviləsinə əsasən bu müqavilə kredit alanla kredit verənin uzunmüddətli əməkdaşlıq niyyətindən irəli gələrək, ümumi öhdəlik limitinin müəyyən edilməsi məqsədi ilə həmin limit üzrə ümumi şərtləri müəyyən edir. Kredit limitinin məbləği 10.000 manat, müqavilənin müddəti isə xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir.
12. İddiaçı və cavabdeh X2 arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli DG**********025 nömrəli zaminlik müqaviləsinə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlik əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.
13. Müqaviləyə 10 sentyabr 2018-ci il tarixli 01 nömrəli Əlavədən görünür ki, müqavilənin 1.3 və 1.4 –cü bəndlərinə əlavə edilərək kredit üzrə illik faiz dərəcəsi illik 25 faizədək, kredit üzrə gecikdirilmiş əsas məbləğə tətbiq olunan illik/gündəlik cərimə faiz dərəcəsi illik 40 %-dək müəyyən edilmişdir.
14. xx.xx.2018-ci il tarixli K2461 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizə xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusuna və xx.xx.2017ci tarixli GL2366 kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə 1.000.000 manat limit ayrılmışdır.
15. xx.xx.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 1 saylı Əlavədən görünür ki, Cavabdeh2 MMC-yə 1.200.000 manat limit ayrılmışdır.
16. xx.xx.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 2 saylı Əlavədən görünür ki, Cavabdeh2 MMC-yə 1.540.000 manat limit ayrılmışdır.
17. xx.xx.2020-ci il tarixli K4022 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizə xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusuna və xx.xx.2017ci tarixli GL2366 saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə 1.000.000 manat limit ayrılmışdır.
18. xx.xx.2020-ci il tarixli K4023 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizə xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusuna və xx.xx.2017ci tarixli GL2366 saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə 351.719 manat limit ayrılmışdır.
19. xx.xx.2020-ci il tarixli K2461/04 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizə xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusuna və xx.xx.2018ci tarixli K2461 saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə 42500 manat limit ayrılmışdır.
20. xx.xx.2020-ci il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 1 saylı Əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli K2461/04 saylı maliyyələşdirmə üçün ərizədəki kredit müddəti dəyişdirilərək xx.xx.2021-ci il tarixədək edilmişdir.
21. xx.xx.2020-ci il tarixli K2461/05 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizə xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusuna və xx.xx.2018ci tarixli K2461 saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə 35700 manat limit ayrılmışdır.
22. xx.xx.2020-ci il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 1 saylı Əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli K2461/05 saylı maliyyələşdirmə üçün ərizədəki kredit müddəti dəyişdirilərək xx.xx.2021-ci il tarixədək edilmişdir.
23. xx.xx.2020-ci il tarixli K2461/06 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizə xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusuna və xx.xx.2018ci tarixli K2461 saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə 30600 manat limit ayrılmışdır.
24. xx.xx.2020-ci il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 1 saylı Əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli K2461/05 saylı maliyyələşdirmə üçün ərizədəki kredit müddəti dəyişdirilərək xx.xx.2021-ci il tarixədək edilmişdir.
25. xx.xx.2020-ci il tarixli K2461/07 saylı kredit əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizə xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusuna və xx.xx.2018ci tarixli K2461 saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə 29750 manat limit ayrılmışdır.
26. xx.xx.2020-ci il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 1 saylı Əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli K2461/07 saylı maliyyələşdirmə üçün ərizədəki kredit müddəti dəyişdirilərək xx.xx.2020-ci il tarixədək edilmişdir.
27. xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 2 saylı Əlavədən görünür ki, xx.xx.2017-ci il tarixli 2017-603LO saylı maliyyələşdirmə üçün ərizədəki kredit müddəti dəyişdirilərək xx.xx.2020-ci il tarixədək edilmişdir
28. İddiaçı ilə cavabdehlər MZ Group Azərbaycan” MMC (borc alan) və Cavabdeh5 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2017-ci il tarxli İ2196 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi ipoteka qoyan tərəfindən müqavilənin 2.8-ci bəndinin müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə müqavilənin 5.1-ci bəndilə müəyyənləşdrilən hallarda ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müyyən edir.
29. Müqavilənin 2-ci bəndinə əsasən ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsinin təmin edilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən 29,11 kv.m yaşayış sahəsi, 19,9 kv.m yardımçı sahədən ibarət ümumi sahəsi 49,01 kv.m olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 57.000 manat müəyyən edilmişdir.
30. İddiaçı ilə cavabdehlər MZ Group Azərbaycan” MMC (borc alan) və Cavabdeh5 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli xx.xx.2017-ci il tarxli İ2196 nömrəli ipoteka müqaviləsinə əlavədən görünür ki, müqavilənin 2.7-ci bəndinə dəyişiklik edilərək əsas öhdəlik ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsi və ona əlavə edilmiş xx.xx.2018-ci il tarixli 1 saylı Əlavə; öhdəlik yaradan müqavilənin şərtləri isə illik faiz dərəcəsi 25 %-dək, cərimə faiz dərəcəsi illik 40 %-dək olmaqla xx.xx.2027-ci il tarixinədək ayrılmış 13.000.000 manatı məbləğində kredit limiti ilə əvəz edilmişdir.
31. Müqaviləjnin 4-cü bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı ilkin satış qiymətinin 46400 manat məbləğdə olması müəyyən edilmişdir.
32. İddiaçı ilə cavabdehlər MZ Group Azərbaycan” MMC (borc alan) və X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli İ2267 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi ipoteka qoyan tərəfindən müqavilənin 2.8-ci bəndinin müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə müqavilənin 5.1-ci bəndilə müəyyənləşdrilən hallarda ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
33. Müqavilənin 2-ci bəndinə əsasən ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsinin təmin edilməsi məqsədilə ünvan 7 ünvanında yerləşən 29,11 kv.m yaşayış sahəsi, istifadədə olan 0,01018 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 94,9 kv.m yaşayış, 40,5 kv.m yardımçı, 135,4 kv.m ümumi sahədən ibarət 6 otaqlı 2 mərtəbəli bağ evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 100.000 manat müəyyən edilmişdir.
34. İddiaçı ilə cavabdehlər MZ Group Azərbaycan” MMC (borc alan) və X4 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli xx.xx.2018-ci il tarixli İ2267 nömrəli ipoteka müqaviləsinə əlavədən görünür ki, müqavilənin 2.7-ci bəndinə dəyişiklik edilərək əsas öhdəlik ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsi və ona əlavə edilmiş xx.xx.2018-ci il tarixli 1 saylı Əlavə; öhdəlik yaradan müqavilənin şərtləri isə illik faiz dərəcəsi 25 %-dək, cərimə faiz dərəcəsi illik 40 %-dək olmaqla xx.xx.2027-ci il tarixinədək ayrılmış 13.000.000 manatı məbləğində kredit limiti ilə əvəz edilmişdir.
35. Müqavilənin 4-cü bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı ilkin satış qiymətinin 72760 manat məbləğdə olması müəyyən edilmişdir.
36. İddiaçı ilə cavabdehlər MZ Group Azərbaycan” MMC (borc alan) və Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli İ2268 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi ipoteka qoyan tərəfindən müqavilənin 2.8-ci bəndinin müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə müqavilənin 5.1-ci bəndilə müəyyənləşdrilən hallarda ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
37. Müqavilənin 2-ci bəndinə əsasən ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsinin təmin edilməsi məqsədilə ünvan 8 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 157,2 kv.m sahədən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 342.000 manat müəyyən edilmişdir.
38. İddiaçı ilə cavabdehlər MZ Group Azərbaycan” MMC (borc alan) və Cavabdeh4 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli xx.xx.2018-ci il tarixli İ2268 nömrəli ipoteka müqaviləsinə əlavədən görünür ki, müqavilənin 2.7-ci bəndinə dəyişiklik edilərək əsas öhdəlik ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsi və ona əlavə edilmiş xx.xx.2018-ci il tarixli 1 saylı Əlavə; öhdəlik yaradan müqavilənin şərtləri isə illik faiz dərəcəsi 25 %-dək, cərimə faiz dərəcəsi illik 40 %-dək olmaqla xx.xx.2027-ci il tarixinədək ayrılmış 10.000.000 manatı məbləğində kredit limiti ilə əvəz edilmişdir.
39. Müqavilənin 4-cü bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı ilkin satış qiymətinin 244.000 manat məbləğdə olması müəyyən edilmişdir.
40. İddiaçı ilə cavabdehlər Cavabdeh2 MMC (borc alan) və Özcan Mehmet arasında bağlanmış xx.xx.2019-cu il tarixli İ2761 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi ipoteka qoyan tərəfindən müqavilənin 2.8-ci bəndinin müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə müqavilənin 5.1-ci bəndilə müəyyənləşdrilən hallarda ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müyyən edir.
41. Müqavilənin 2-ci bəndinə əsasən ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli saylı kredit limiti müqaviləsinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 149.000 manat müəyyən edilmişdir.
42. İddiaçı ilə cavabdehlər Cavabdeh2 MMC (borc alan) və Özcan Mehmet arasında bağlanmış xx.xx.2019-cu il tarixli İ2762 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi ipoteka qoyan tərəfindən müqavilənin 2.8-ci bəndinin müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə müqavilənin 5.1-ci bəndilə müəyyənləşdrilən hallarda ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
43. Müqavilənin 2-ci bəndinə əsasən ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 3 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 150.5 kv.m sahədən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 249.000 manat müəyyən edilmişdir.
44. İddiaçı ilə cavabdehlər Cavabdeh2 MMC (borc alan) və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli İ2919 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi ipoteka qoyan tərəfindən müqavilənin 2.8-ci bəndinin müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə müqavilənin 5.1-ci bəndilə müəyyənləşdrilən hallarda ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir
45. Müqavilənin 2-ci bəndinə əsasən ipoteka saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsi və ona edilmiş xx.xx.2018-ci il tarixli 1 saylı Əlavənin təmin edilməsi məqsədilə ünvan 9 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 58,25 kv.m olan mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 73300 manat müəyyən edilmişdir.
46. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 21 noyabr 2017-ci il atrixli G1578 nömrəli girov müqaviləsinə əsasən girov qoyanın girov saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə girov qoyanın müqavilənin 2.2-ci bəndində göstərilən əmlakının girov qoyulmasını və girovla təmin olunmuş pul öhdəliyi girov qoyan tərəfindən müqavilənin 2.8-ci bəndində göstərilən müqavilədə müəyyən olunan müddətdə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə girov saxlayanın girov qoyana qarşı olan tələbinin girov qoyulmuş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
47. Müqavilənin 2-ci bəndinə əsasən girov saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən 4650 ədəd müxtəlif mal qalığı girovla yüklü edilmişdir.
48. xx.xx.2017-ci il tarixli G1578 nömrəli girov müqaviləsinə 29 iyun 2020-ci il tarixli 02 nömrəli əlavəyə əsasən müqavilənin 2.8 və 2.9-cu bəndlərinə dəyişiklik edilərək əsas öhdəlik girov saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL 2366 saylı kredit limiti müqaviləsi və ona edilmiş xx.xx.2018-ci il tarixli 1 saylı Əlavəyə, öhdəlik yaradan müqavilənin şərtləri isə illik faiz dərəcəsi 25 %-dək, cərimə faiz dərəcəsi illik 40 %dək olmaqla xx.xx.2027-ci il tarixinədək ayrılmış 10.000.000 manat məbləğində kredit limiti olaraq dəyişdirilmişdir.
49. İddiaçı ilə Cavabdeh6 arasında bağlanmış 21 noyabr 2017-ci il tarixli Z2300 nömrəli zaminlik müqaviləsinə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.
50. Müqavilənin 2-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik xx.xx.2017-ci il tarixli GL2366 saylı kredit limiti müqaviləsidir.
51. xx.xx.2017-ci il tarixli Z2300 nömrəli zaminlik müqaviləsinə 01 nömrəli 29 iyun 2020-ci il tarixli Əlavəyə əsasən 2.1 və 2.2-ci bəndlərinə dəyişiklik edilərək əsas öhdəlik girov saxlayanla kredit alan arasında imzalanmış xx.xx.2017-ci il tarixli GL 2366 saylı kredit limiti müqaviləsi və ona edilmiş xx.xx.2018-ci il tarixli 1 saylı Əlavəyə, öhdəlik yaradan müqavilənin şərtləri isə illik faiz dərəcəsi 25 %-dək, cərimə faiz dərəcəsi illik 40 %dək olmaqla xx.xx.2027-ci il tarixinədək ayrılmış 10.000.000 manat məbləğində kredit limiti olaraq dəyişdirilmişdir.
52. İddiaçı ilə Cavabdeh6 Zabil oğlu arasında bağlanmış 20 dekabr 2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.
53. Müqavilənin 2-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik xx.xx.2017-ci il tarixli GTC-510LE/2017 saylı ümumi şərtlər toplusu çərçivəsində imzalanmış xx.xx.2017-ci il tarixli 2017-603LG saylı maliyyələşdirmə üçün ərizədir.
54. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh6 Zabil oğlunun adına olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 98 saylı bağ evi iddiaçının xeyrinə yüklü edilmişdir.
55. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 864-cü məhəllə, ev 24, mənzil 1 (Yeni qaydalarla: AZ 1072, ünvan 10 ünvanında yerləşən 157,2 kv.m yaşayış məntəqələrinin torpaqları iddiaçının xeyrinə yüklü edilmişdir.
56. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Özcan Mehmetin adına olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 iddiaçının xeyrinə yüklü edilmişdir.
57. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Özcan Mehmetin adına olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 3 ünvanında yerləşən 150,5 kv.m sahədən ibarət mənzil iddiaçının xeyrinə yüklü edilmişdir.
58. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 adına olan ünvan 5 ünvanında yerləşən 58,25 kv.m sahədən ibarət mənzil iddiaçının xeyrinə yüklü edilmişdir.
59. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh5 adına olan ünvan 1 ünvanında yerləşən 49,01 kv.m yaşayış məntəqələrinin torpaqları iddiaçının xeyrinə yüklü edilmişdir.
60. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-00160-2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə olan borcu K4022 saylı kredit müqaviləsinə əsasən 1.042100 manat əsas borc, 436471,73 manat faiz borcu, 113910,54 manat borcu cərimə borcu olmaqla, cəmi 1.592.482,27 manat təşkil edir. K2461/06 saylı kredit müqaviləsinə əsasən 30600 manat əsas borc, 3199,73 manat faiz borcu, 18945,65 manat cərimə borcu olmaqla, cəmi 52745,38 manat təşkil edir. K2461/04 saylı kredit müqaviləsinə əsasən 42500 manat əsas borc, 4300,36 manat faiz borcu, 25581,46 manat cərimə borcu olmaqla, cəmi 72381,82 manat təşkil edir. K2461/05 saylı kreidt müqaviləsinə əsasən 35700 manat əsas borc, 3642,46 manat faiz borcu, 21488,43 manat cərimə borclu olmaqla, cəmi 60830,89 manat təşkil edir. K4023 saylı kredit müqaviləsinə əsasən 35179 manat əsas borc, 147177,25 manat faiz borcu, 45410,26 manat cərimə borcu olmaqla, cəmi 544306,51 manat təşkil edir. K2017-603LG saylı müqaviləyə əsasən 17100 avro əsas borcu, 114 avro faiz borcu, 8303 avro cərimə borcu olmaqla, cəmi 25517 avro təşkil edir. K2461/07 saylı kredit müqaviləsinə əsasən 29750 manat əsas borc, 2171,42 manat faiz borcu, 19213,54 manat cərimə borcu olmaqla, cəmi 51134,96 manat təşkil edir.
61. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-00160-2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə olan borcu K4022 saylı kredit müqaviləsinə əsasən 1.042100 manat əsas borc, 493982,97 manat faiz borcu, 152112,92 manat borcu cərimə borcu olmaqla, cəmi 1.688.195,89 manat təşkil edir. K2461/06 saylı kredit müqaviləsinə əsasən 30600 manat əsas borc, 3213,33 manat faiz borcu, 21751,50 manat cərimə borcu olmaqla, cəmi ******* manat təşkil edir. K2461/04 saylı kredit müqaviləsinə əsasən 42500 manat əsas borc, 4319,46 manat faiz borcu, 29478,26 manat cərimə borcu olmaqla, cəmi 76297,72 manat təşkil edir. K2461/05 saylı kreidt müqaviləsinə əsasən 35700 manat əsas borc, 3658,46 manat faiz borcu, 24761,78 manat cərimə borclu olmaqla, cəmi 64120,24 manat təşkil edir. K4023 saylı kredit müqaviləsinə əsasən 351719 manat əsas borc, 100889,06 manat faiz borcu, 125020,18 manat cərimə borcu olmaqla, cəmi 577628,24 manat təşkil edir. K2017-603LG saylı müqaviləyə əsasən 17100 avro əsas borcu, 114 avro faiz borcu, 9471,98 avro cərimə borcu olmaqla, cəmi 26685,98 avro təşkil edir. K2461/07 saylı kredit müqaviləsinə əsasən 29750 manat əsas borc, 2184,84 manat faiz borcu, 21941,25 manat cərimə borcu olmaqla, cəmi 53876,09 manat təşkil edir.
62. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 49.01 kv.m yaşayış sahəsinin likvid qiyməti 115000 manat, 125000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 864-cü məhəllə, ev 24, mənzil 1(Yeni qaydalarda: AZ1072, ünvan 6 ünvanında yerləşən 157.2 kv.m yaşayış sahəsinin likvid qiyməti 450000 manat, bazar qiyməti 520000 manat, Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 98 saylı bağ evinin likvid qiyməti 120000 manat, bazar qiyməti 135000 manat, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 3 ünvanında yerləşən 150.5 kv.m yaşayış sahəsinin likvid qiyməti 310000 manat, bazar qiyməti 345000 manat, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 ünvanında yerləşən 85.8 kv.m yaşayış sahəsinin likvid qiyməti 190000 manat, bazar qiyməti 210000 manat, Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 58.25 kv.m yaşayış sahəsinin likvid qiyməti 110000 manat, bazar qiyməti 119000 manat təşkil edir.
63. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/4542 nömrəli ekspert rəyindən görünür ki, cavabdehlərin iddiaçıya xx.xx.2022-ci il tarixə K4022 saylı kredit müqaviləsinə əsasən 1 042 100 manat əsas borc, 276040,70 manat faiz borcu, 43026,30 manat cərimə borcu; - K4023 saylı kredit müqaviləsinə əsasən 351,719 manat əsas borc, 93166 manat faiz borcu, 65069,31 manat cərimə borcu; -K2461/04 saylı kredit müqaviləsinə əsasən 42,500 manat əsas borc, 10682,84 manat faiz borcu, 14399,06 manat cərimə borcu; -K2461/05 saylı kredit müqaviləsinə əsasən 35,700 manat əsas borc, 9456,50 manat faiz borcu, 11986,20 manat cərimə borcu; -K2461/06 saylı kredit müqaviləsinə əsasən 30,600 manat əsas borc, 8105,60 manat faiz borcu, 10235,40 manat cərimə borcu; -K2461/07 saylı kredit müqaviləsinə əsasən 29,750 manat əsas borc, 7880,40 manat faiz borcu, 11885,60 manat cərimə borcu; -K2017-603LG saylı müqaviləyə əsasən 17,100 avro əsas borc, 2146,35 avro faiz borcu, 4869,65 avro cərimə borcu vardır.
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
65. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
66. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
67. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
68. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
69. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
70. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
71. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.
72. Həmin Məcəllənin 295-ci maddasinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
73. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.
74. Mülki Məcəllənin 298.2-ci maddəsinə əsasən bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır.
75. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
76. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
77. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
78. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
79. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
80. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
81. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
82. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2017-ci il tarixli, GTC-510LE/2017 saylı Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu, xx.xx.2017-ci il tarixdə GL2366 saylı kredit limiti müqaviləsi, eyni zamanda həmin kredit limiti müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 №-li əlavə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2027-ci il tarixədək illik faiz dərəcəsi 25%, gecikdirilmiş illik cərimə faiz dərəcəsi 40% olmaqla 10,000000 (on milyon) manat məbləğində kredit limiti xətti açılmışdır. Tərəflər arasında ümumi şərtlər toplusu və GL2366 saylı kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2018-ci il tarixli K2461 saylı Maliyyələşdirmə üçün ərizə forması eyni zamanda xx.xx.2018-ci il tarixli 1 saylı əlavə və xx.xx.2019-cu il tarixli 2 saylı əlavə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2021-ci il tarixədək 1,540,000.00 (bir milyon beş yüz qırx min) manat məbləğində bərpa olunan maksimal borclanma limiti ayrılmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu və GL2366 saylı kredit limiti müqaviləsi çərçivəsində: - xx.xx.2020-ci il tarixli K4022 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 16%, cərimə faiz dərəcəsi 31% olmaqla xx.xx.2023-cü il tarixədək 1,042,100.00 (bir milyon qırx iki min yüz) manat məbləğində birdəfəlik kredit verilmiş; - xx.xx.2020-ci il tarixli K4023 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 16%, cərimə faiz dərəcəsi 31% olmaqla xx.xx.2023-cü il tarixədək 351,719.00 (üç yüz əlli bir min yeddi yüz on doqquz) manat məbləğində birdəfəlik kredit verilmiş; xx.xx.2020-ci il tarixli K2461/04 saylı maliyyələşdirmə üçün ərizə forması və xx.xx.2020-ci il tarixli 01 saylı əlavə imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 16%, cərimə faiz dərəcəsi 31% olmaqla xx.xx.2021-ci il tarixədək 42,500.00 (qırx iki min beş yüz) manat məbləğində birdəfəlik kredit verilmiş; - xx.xx.2020-ci il tarixli K2461/05 saylı maliyyələşdirmə üçün ərizə forması və xx.xx.2020-ci il tarixli 01 saylı əlavə imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 16%, cərimə faiz dərəcəsi 31% olmaqla xx.xx.2021-ci il tarixədək 35,700.00 (otuz beş min yeddi yüz) manat məbləğində birdəfəlik kredit verilmiş; - xx.xx.2020-ci il tarixli K2461/06 saylı maliyyələşdirmə üçün ərizə forması və xx.xx.2020-ci il tarixli 01 saylı əlavə imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 16%, cərimə faiz dərəcəsi 31% olmaqla xx.xx.2021-ci il tarixədək 30,600.00 (otuz min altı yüz) manat məbləğində birdəfəlik kredit verilmiş; - xx.xx.2020-ci il tarixli K2461/07 saylı maliyyələşdirmə üçün ərizə forması və xx.xx.2020-ci il tarixli 01 saylı əlavə imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 16%, cərimə faiz dərəcəsi 31% olmaqla xx.xx.2020-ci il tarixədək 29,750.00 (iyirmi doqquz min yeddi yüz əlli) manat məbləğində birdəfəlik kredit verilmişdir. Bundan başqa tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, GTC-510LE/2017 saylı Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində "xxxx" MMC-yə aşağıdakı Bank qarantiyası verilmişdir. xx.xx.2017-ci il tarixli 2017-603LG saylı Maliyyələşdirmə üçün ərizə formasına və ona edilmiş xx.xx.2019-cu il tarixli 2 saylı əlavəyə əsasən Bank Borcalana ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti xx.xx.2020-ci ilədək illik faiz dərəcəsi 3%, (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 8%, illik cərimə faizi 23%) olmaqla 17,110 (on yeddi min bir yüz on) Avro məbləğində bank qarantiyası verilmişdir. Həmin müqavilələr üzrə öhdəliklərin təminatı olaraq isə Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 864-cü məhəllə, ev 24, mənzil 1(Yeni qaydalarda: AZ1072, ünvan 6 ünvanında yerləşən 157.2 kv.m yaşayış sahəsi, Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 98 saylı bağ evi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi, Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən 4650 ədəd (G1578 saylı girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilən) müxtəlif mal qalığı Cavabdeh6 ilə imzalanmış 21 noyabr 2017-ci il tarixli G1578 saylı girov müqaviləsi və ona edilmiş xx.xx.2020-ci il tarixli 02 nömrəli əlavə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Cavabdehlər kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.
83. Materiallardan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehlərə xəbərdarlıq ünvanlayaraq kredit müqavilələri üzrə borcun ödənilməsini tələb etmiş, kredit müqavilələrini birtərəfli qaydada həmin tarixdə ləğv etmişdir.
84. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin tarixə cavabdehlərdən yaranmış kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka və girov predmetlərinə yönəldilməli, qanunvericiliyin təlbələrinə uyğun olaraq əmlakların açıq hərracda satışı həyata keçirilməli, Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 49.01 kv.m yaşayış sahəsinin ilkin satış qiyməti 115000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 864-cü məhəllə, ev 24, mənzil 1(Yeni qaydalarda: AZ1072, ünvan 6 ünvanında yerləşən 157.2 kv.m yaşayış sahəsinin ilkin satış qiyməti 450000 manat, Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 98 saylı bağ evinin ilkin satış qiyməti 120000 manat, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 3 ünvanında yerləşən 150.5 kv.m yaşayış sahəsinin ilkin satış qiyməti 310000 manat, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 ünvanında yerləşən 85.8 kv.m yaşayış sahəsinin ilkin satış qiyməti 190000 manat, Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 58.25 kv.m yaşayış sahəsinin ilkin satış qiyməti 110000 manat müəyyən edilməlidir.
85. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
86. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
87. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
88. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimələr tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğlər azaldılaraq K4022 saylı kredit müqaviləsi üzrə 43026,30 manat, K4023 saylı kredit müqaviləsinə əsasən 17500 manat, K2461/04 saylı kredit müqaviləsinə əsasən 2100 manat, K2461/05 saylı kredit müqaviləsinə əsasən 1700 manat, K2461/06 saylı kredit müqaviləsinə əsasən 1500 manat, K2461/07 saylı kredit müqaviləsinə əsasən 1400 manat, K2017-603LG saylı müqaviləyə əsasən 850 avro məbləğində müəyyən edilməlidir.
89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
90. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 1000 manat dövlət rüsumu, 400 manat mediasiya xərci, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına ödənilmiş 270 manat xidmət haqqı cavabdehlər "xxxx" MMC və Cavabdeh6, qalan ödənilmiş 673 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
91. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 350 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
92. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 1800 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh6 tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh6 birgə qaydada K4022 saylı kredit müqaviləsinə əsasən 1 042 100 manat əsas borc, 276040,70 manat faiz borcu, 43026,30 manat cərimə borcu; K4023 saylı kredit müqaviləsinə əsasən 351,719 manat əsas borc, 93166 manat faiz borcu, 17500 manat cərimə borcu; K2461/04 saylı kredit müqaviləsinə əsasən 42,500 manat əsas borc, 4319,46 manat faiz borcu, 2100 manat cərimə borcu; K2461/05 saylı kredit müqaviləsinə əsasən 35,700 manat əsas borc, 3658,46 manat faiz borcu, 1700 manat cərimə borcu; K2461/06 saylı kredit müqaviləsinə əsasən 30,600 manat əsas borc, 3213,33 manat faiz borcu, 1500 manat cərimə borcu; K2461/07 saylı kredit müqaviləsinə əsasən 29,750 manat əsas borc, 2184,84 manat faiz borcu, 1400 manat cərimə borcu; K2017-603LG saylı müqaviləyə əsasən 17,100 avro əsas borc, 114 avro faiz borcu, 850 avro cərimə borcu, ödənilmiş 1000 manat dövlət rüsumu, 400 manat mediasiya xərci, 270 manat xidmət haqqı, ümumilikdə 1.983.848,09 manat və 18064 Avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmetləri olan tam mülkiyyət hüququ ilə Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 49.01 kv.m yaşayış sahəsinə ilkin satış qiyməti – 115000 manat; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 864-cü məhəllə, ev 24, mənzil 1(Yeni qaydalarda: AZ1072, ünvan 6 ünvanında yerləşən 157.2 kv.m yaşayış sahəsinə ilkin satış qiyməti – 450000 manat; Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 98 saylı bağ evinə ilkin satış qiyməti – 120000 manat; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 3 ünvanında yerləşən 150.5 kv.m yaşayış sahəsinə ilkin satış qiyməti – 310000 manat; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 ünvanında yerləşən 85.8 kv.m yaşayış sahəsinə ilkin satış qiyməti – 190000 manat; Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 58.25 kv.m yaşayış sahəsinə ilkin satış qiyməti – 110000 manat olmaqla və Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən 4650 ədəd (G1578 saylı girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilən) müxtəlif mal qalığına yönəldilsin. Həmin ipoteka və girov predmetləri açıq hərracdan satılsın və əldə edilmiş vəsait hesabına ümumilikdə 1.983.848,09 manat və 18064 Avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait ünvan 1 ünvanında yerləşən 49.01 kv.m yaşayış sahəsinə aid olan hissədə Cavabdeh5, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 864-cü məhəllə, ev 24, mənzil 1(Yeni qaydalarda: AZ1072, ünvan 6 ünvanında yerləşən 157.2 kv.m yaşayış sahəsinə aid olan hissədə Cavabdeh4, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 98 saylı bağ evinə aid olan hissədə Cavabdeh6, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 3 ünvanında yerləşən 150.5 kv.m yaşayış sahəsinə və Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 ünvanında yerləşən 85.8 kv.m yaşayış sahəsinə aid olan hissədə Cavabdeh3, ünvan 5 ünvanında yerləşən 58.25 kv.m yaşayış sahəsinə aid olan hissədə Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 673 (altı yüz yetmiş üç) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatları ilə bağlı 350 (üç yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh6 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 1800 (bir min səkkiz yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh6 birgə qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova