Məhkəmə qərarları › İş №e-2-2(113)-2133/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2133/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2133/2021 30.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı borcun qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (LPO İddiaçı ASC) Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40000 (qırx min) manat əsas, 9800 (doqquz min səkkiz yüz) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 999 (doqquz yüz doxsan doqquz) manat faiz borcu olmaqla, cəmi 50799 (əlli min yeddi yüz doxsan doqquz) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AtaBank” Açıq Səhmdar Cəmiyyətinin “Dostluq” filialı ilə Cavabdeh MMC arasında bağlanmış 15 iyul 2019-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 40000 (qırx min) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh MMC-nin kredit üzrə cəmi borcu 50799 (əlli min yeddi yüz doxsan doqquz) manat təşkil edir. Bundan 40000 (qırx min) manat əsas, 9800 (doqquz min səkkiz yüz) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 999 (doqquz yüz doxsan doqquz) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 16.02.2021-ci il tarixli, **********446 nömrəli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - 15.07.2019-cu il tarixli, DSF0023H nömrəli müqavilədən görünür ki, İddiaçı ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcalana 12 (on iki) ay müddətinə illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 40000 (qırx min) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün kredit verilmişdir. - 22.01.2021-ci il tarixli, **********155 saylı maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən kredit üzrə 15 yanvar 2021-ci il tarixə əsas borcu 40000 manat, faiz borcu 9800 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra AR MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu (5%) 999 manat olmaqla, müqavilənin tələbləri əsasında yaranan ümumi borc 50799 manat təşkil edir. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 16.02.2021-ci il tarixli, **********446 bildiriş məktubundan görünür ki, sonuncuya 50799 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 18.03.2021-ci il tarixli, **********960 pretenziya məktubundan görünür ki, sonuncuya 50799 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2021-ci il tarixli, 9/4805 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 15 iyul 2019-cu il tarixli DSF0023H saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin 15.07.2020-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 40000 manat, faiz borcu 5600 manat olnmaqla, cəmi borcu 45600 manat məbləğində müəyyən edilir; müqavilə müddəti bitdiyi tarixdən 15.01.2021-ci il tarixədək olan müddət ərzində illik faiz dərəcəsi 5% dərəcə ilə hesablanmaqla, Cavabdeh MMC-nin maliyyə arayışında borcun hesablandığı 15.01,2021-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 40000 manat, faiz borcu 6600 manat olmaqla, cəmi borcu 46600 manat məbləğində müəyyən edilir; müqavilə müddəti bitdiyi tarixdən 12.04.2021-ci il tarixədək olan müddət ərzində illik faiz dərəcəsi 5% dərəcəsi ilə hesablanmaqla, Cavabdeh MMC-nin məhkəməyə müraciət olunan 12.04.2021-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 40000 manat, faiz borcu 7083,33 manat olmaqla, cəmi borcu 47083,33 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləği və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuş, nəticədə cavabdehin İddiaçı ASC-yə yuxarıda qeyd olunan borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2021-ci il tarixli, 9/4805 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 40000 manat əsas borc, 5600 manat faiz borcu (müqavilə müddətinin sonuna olan borc), kredit müqaviləsinin müddəti bitdikdən sonra AR MM-nin 445.7-ci maddəsinə əsasən 5%lə hesablanmış 999 manat olmaqla, cəmi 46599 manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qalan hissədə isə təmin edilməməlidir. İddiaçı həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 2 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 28 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 40000 (qırx min) manat əsas, 5600 (beş min altı yüz) manat faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 %-lə hesablanmış 999 (doqquz yüz doxsan doqquz) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 28 (iyirmi səkkiz) manat olmaqla, ümumilikdə 46627 (qırx altı min altı yüz iyirmi yeddi) manat məbləğində pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 2 (iki) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar