Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-214/2020 26.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi X11 iştirakı ilə, İddiaçı QSC X19 Təşkilatının Cavabdeh MMC-yə qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydə alınması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı X13mayan Kredit Təşkilatı CavabdehX4rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, CavabdehX6 17.772 ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları, fazi borcu 17.772,00 ABŞ dolları) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Qapalı X13mayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin CavabdehX8 məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, CavabdehX7 həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi, İddiaçı Qapalı X13mayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı X9 yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X12 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılmatədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №- li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X15 məxsus problemli aktivlər (borclar) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələrin əsasındaİddiaçı Qapalı X13mayan Kredit Təşkilatına keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-ninCavabdehnə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxxx 2018-ci il tarixli, S-129 saylı təhviltəslim aktı əsasında İddiaçı QSC X19 Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə cəmi 17772,00 ABŞ dolları(əsas borc 0,00 ABŞ dolları; faiz borcu 17772,00 ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 5428 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. xx xxxxxxx 2019-cu il tarixə Cavabdeh X1 müqaviləsi üzrə ümumi borcu 17.772,00 ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 17.772,00 ABŞ dolları) təşkil edir. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də, qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmazəmlaklara yönəldilməsi və həmin daşınar və daşınmazəmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Eyni zamanda,Cavabdehmülkiyyətində olan əmlaklar barədə məlumat verilməsi ilə bağlı göndərilmiş və hazırki vaxtadək tərəflərindən verilmiş sorğulara cavab verilməmişdir. İddiaçının nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X12 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankına on beş gün müddətində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus problemli aktivlərin müəyyən edilməsi və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus İddiaçı Qapalı X13mayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlərin görülməsi tapşırılmışdır. AR Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101 s saylı sərəncamının 1-ci bəndinə əsasən İddiaçı QSC X19 Təşkilatına “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən AR Maliyyə Nazirliyi və AR X10 Palatası ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus 1.448.737.570 manat, 1.723.929.970 ABŞ dolları, 102.615.592 avro, 2.483.362 ingilis funt sterlinqi, 10.230.239.786 rusiya rublu, 31.555.036 gürcü larisi məbləğində qiymətləndirilən problemli aktivlərin balans dəyəri ilə bankdan satın alınması və bunun müqabilində Banka verilməsi üçün 3 il müddətinə illik 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında 3 milyard ABŞ dolları məbləğinədək sadə veksel buraxılmasının təmin edilməsi tapşırılmışdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun “İddiaçı “ QSC-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləyə əsasən AR Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli sərəncamının 1-ci hissəsinə əsasən İddiaçı QSC X19 Təşkilatı AR Maliyyə və AR X10 Palatası ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivləri Bankdan satın almış və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri banka vermiş, eyni zamanda bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir. Həmin müqaviləyə əlavə kimi təsdiq edilmiş "AR Nazirlər Kabinetinin xx xxxxxx 2017ci il tarixli, 101s saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair" xx xxxxx 2018-ci il tarixli, S-129 saylı akta əsasən "Cavabdeh” MMC-nə qarşı 0,00 ABŞ dolları məbləğində əsas borc, 17.772,00 ABŞ dolları məbləğində faiz borcu, cəmi 17.772 ABŞ dolları məbləğində borc üzrə tələb hüququ və buna dair bütün sənədlər bankın balansından çıxarılaraq İddiaçı QSC-nin idarəetməsinə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC (borc verən) ilə "Cavabdeh” MMC (borc alan) arasında xx xxxxxx 2011-ci il tarixdə bağlanmış 5428 saylı kredit müqaviləsinin 1-ci və 2-ci maddəsinə əsasən borc verən borc alana 870.000,00 ABŞ dolları məbləğində kredit xəttinin açılmasını, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin: - 4-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti 03 aydır. - 5-ci bəndinə əsasən borcalan akkreditiv açıldığı tarixdən etibarən akkreditivin tam ödənildiyi tarixədək akkreditivin istifadə olunmamış balansına illik 5% hesabı ilə hesablanmış komissiyanı banka ödəməyi öhdəsinə götürür. Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 18 (on iki) %-lə hesablanmalıdır.Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Maliyyə arayışından görünür ki, "Cavabdeh” MMC-nin xx.xx.2020-ci il tarixə 0,00 ABŞ dolları əsas borcu, 17.772,00 ABŞ dolları faiz borcu, ümumilikdə 17.772,00 ABŞ dolları məbləğində borcu vardır. İddiaçı QSC X19 Təşkilatı tərəfindən xx.xx.2019-cu il tarixdə "Cavabdeh” MMC-yə ünvanlanmış 3-11/2709 saylı pretenziya məktubundan görünür ki, MMC-dən 0,00 ABŞ dolları məbləğində əsas borc, 17.772,00 ABŞ dolları məbləğində faiz borcu, cəmi 17.772,00 ABŞ dolları məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəmənin xx.xx.2020-ci il tarixli, e-2- 2(113)-214/2020 saylı sorğusuna cavab olaraq ünvanlanmış **********19 saylı xx.xx.2020ci il tarixli məktubdan görünür ki, "Cavabdeh” MMC-nin mülkiyyətində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə "Cavabdeh” MMC arasında xx xxxxxx 2011-ci il tarixdə 5428 saylı kredit müqaviləsi bağlanmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya ödəməmiş, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə xx.xx.2020-ci il tarixə "Cavabdeh” MMC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə olan faiz borcu 17.772 ABŞ dolları təşkil etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri, o cümlədən hazırkı iddianın predmetini təşkil edən borc üzrə tələb hüququ “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun “İddiaçı “ QSC-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləyə və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında imzalanmış xx xxxxx 2018-ci il tarixli, S-129 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC X19 Təşkilatına keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Belə olan halda məhkəmə cavabdeh "Cavabdeh” MMC-nin xx xxxxxx 2011-ci il tarixli 5428 saylı kredit müqaviləsi üzrə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin banka faiz borcunun yarandığını, İddiaçı QSC-nin isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə bağladığı tələblərin güzəşti haqqında müqaviləyə əsasən həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı” QSC cavabdehdən 17.772 ABŞ dolları (on yeddi min yeddi yüz yetmiş iki dollar) məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin digər hissəsinə, yəni borc tələbinin Cavabdeh” X8 məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, Cavabdeh həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı Qapalı X13mayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı X9 yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyinin qoyulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından görünür ki, Cavabdeh MMC-nin adına qeydiyyata alınmış daşınmaz əmlakın olub-olmamasını müəyyən etmək üçün iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məhkəməyə ünvanladığı sorğuya cavab məktubu ilə cavabdehin mülkiyyətində qeydiyyata alınmış daşınmaz əmlakın olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən hazırkı işə baxılarkən Cavabdeh MMC-nin mülkiyyətində hər hansı əmlakın olması müəyyən edilmədiyindən borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi, əmlak üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməsi və əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması tələbinə dair hissədə İddiaçı Qapalı X13mayan Kredit Təşkilatının iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən kredit müqaviləsi üzrə 17.772 (on yeddi min yeddi yüz yetmiş iki) ABŞ dolları məbləğində faiz borcu ödəniş günü Azərbaycan manatına məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC X19 Təşkilatına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-214/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-214/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver