Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-214/2025 03.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi borcu 9721.14 (doqquz min yeddi yüz iyirmi bir ABŞ Dolları, 14 sent) ABŞ Dolları - bundan 4223.67 (dörd min iki yüz iyirmi üç ABŞ Dolları, 67 sent) ABŞ Dollarıəsas, 1537.41 (bir min beş yüz otuz yeddi ABŞ Dolları, 41 sent) ABŞ Dollarıfaiz, 3373.60 (üç min üç yüz yetmiş üç ABŞ Dolları, 60 sent) ABŞ Dollarıcərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 586.46 (beş yüz səksən altıABŞ Dolları, 46 sent) ABŞ Dollarıfaiz borcunun və iş üzrə ödənilmiş 139.58 (bir yüz otuz doqquz manat, 58 qəpik) manat rüsumun cavabdehlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh5 arasında xx.xx.2015-ci il tarixli ********* nömrəli Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə “dövriyyə vəsaitinin artırılması” məqsədi ilə illik 21.5 (iyirmi bir tam onda beş) faiz dərəcəsindən çox olmamaq şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 9400 (doqquz min dörd yüz) ABŞ Dolları məbləğində kredit verilmişdir. Cavabdeh5 kredit verilərkən Cavabdeh2 vəCavabdeh4ilə Bank arasında 280013417/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 10253.04 (on min iki yüz əlli üç ABŞ Dolları 04 senr) ABŞ Dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadlmışdır. 280013417/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh4 ilə 2 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmış və Zamin bu Əlavə Sazişi imzalamaqla ********* nömrəli xx.xx.2015 nömrəli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh5 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçı tərəf məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. - 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin tutulmasıni gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə Cavabdeh5 (borcalan) arasında xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sonuncuya 24 (iyirmi dörd) ay müddətinə illik 21,5 faiz olmaqla 9.400 ABŞ dolları məbləğində kredit verilmişdir.
10. İş materiallarına əlavə edilmiş tərəflərin imzası və bankın möhürü ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli kassa məxaric orderinə əsasən 9.400 ABŞ dolları məbləğində pul Cavabdeh5 kredit müqaviləsi əsasında verilmişdir.
11. Bankla Cavabdeh2 (zamin), X1 (zamin) və Cavabdeh5 (borcalan) arasında bağlanmış 11 avqust 2015-ci il tarixli 280013417/ZM saylı Zaminlik müqaviləsi üzrə zamin xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür.
12. xx.xx.2017-ci il tarixdə Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 02 saylı Əlavə sazişlə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 10.253,04 ABŞ dolları məbləğində müəyyən edilmiş, restruktirizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır.
13. Eyni zamanda Bankla Cavabdeh2 (zamin), X1 (zamin) və Cavabdeh5 (borcalan) arasında 11 avqust 2015-ci il tarixli 280013417/ZM saylı Zaminlik müqaviləsi üzrə 02 saylı Əlavə sazişlər imzalanmış və qalıq kreditin məbləği və müddətinin xx.xx.2021-ci il tarixədək uzadılması barədə razılığa gəlmişlər.
14. Kredit müqaviləsi, zaminlik müqaviləsi və Əlavə sazişlər bankın imzası və möhürü, borcalan və zaminlərin imzaları ilə təsdiq olunmuşdur.
15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
16. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
17. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
18. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Belə ki, bankla Cavabdeh5 arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin banka 4.223,67 ABŞ dolları əsas, 1.537,41 ABŞ dolları faiz, 3.373,40 ABŞ dolları cərimə borcu hesablanmışdır.
21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3548/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə 02 saylı əlavə saziş də, nəzərə alınmaqla xx.xx.2021-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) əsas və faiz borcunun, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən maliyyə arayışında göstərilən tarixə (xx.xx.2024-cü il tarixə) əsas borca illik 5% hesablanmaqla məbləğin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/75336 nömrəli rəyinə əsasən xx.xx.2021-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) əsas borc 3.894,39 ABŞ dolları, faiz borcu 659,45 ABŞ dolları, illik 5% dərəcə ilə faiz borcu 529,53 ABŞ dolları müəyyən edilmişdir.
23. Cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, qeyd edilən borcun ödənilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər.
24. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.894,39 ABŞ dolları, faiz borcu üzrə 659,45 ABŞ dolları və əsas borca illik beş faiz hesablamaqla faiz borcu üzrə 529,53 ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh5 iddiaçının xeyrinə tutulmalıdır.
25. Zaminlər Cavabdeh2 və Cavabdeh4 münasibətdə isə, iddia təmin edilə bilməz. Belə ki, qanunda nəzərdə tutulmuş 1 illik müddət keçmişdir.
26. Məhkəmə hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində də qismən əsaslıdır.
27. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
28. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 150 ABŞ dolları məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
29. məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 108,96 manat məbləğində pul Cavabdeh5 iddiaçının xeyrinə tutulmalıdır.
30. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Əsas borc üzrə 3.894 (üç min səkkiz yüz doxsan dörd) ABŞ dolları 39 (otuz doqquz) sent, faiz borcu üzrə 659 (altı yüz əlli doqquz) ABŞ dolları 45 (qırx beş) sent, cərimə borcu üzrə 150 (bir yüz əlli) ABŞ dolları olmaqla, cəmi 4.703 (dörd min yeddi yüz üç) ABŞ dolları 84 (səksən dörd) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh5 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 529 (beş yüz iyirmi doqquz) ABŞ dolları 53 (əlli üç) sent məbləğində puldəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh5 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 108 (bir yüz səkkiz manat) manat 96 (doxsan altı) qəpik məbləğində pul Cavabdeh5 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov