Məhkəmə qərarları › İş №e-2-2(113)-215/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-215/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-215/2023 17.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və cavabdeh X3 Zavodunun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, X3 Zavodu, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, AR Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi X3 Zavodundan, Cavabdeh4 və Cavabdeh2 27 dekabr 2019-cu il tarixli, nzaz12363 saylı kredit müqaviləsi üzrə kreditə görə 28510,11 manat, faiz borcuna görə 4169,60 manat, cərimə borcuna görə 273,54 manat, cəmi 32953,25 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ. Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli, nzaz12363 saylı kredit müqaviləsinə əsasən illik 24 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 30000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 1.1-ci, 2.2- ci və 2.3-cü maddəsi). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 27 dekabr 2019-cu il tarixdə İddiaçı ASC ilə digər cavabdehlər AR Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi X3 Zavodu, X6 və Cavabdeh4 ilə İddiaçı ASC arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər 27 dekabr 2019-cu il tarixli, nzaz12363 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyır. 27 dekabr 2019-cu il tarixli, nzaz12363 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kreditlər üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2022-ci il tarixli X2 Barədə Təklif məktubuna əsasən cavabdehlərə mübahisənin məhkəmədən kənar qaydada mediasiya vasitəsilə həll edilməsi təklif edilmişdir. Lakin borclular ilkin mediasiya sessiyasına dəvət edilsələr də iştirak etməmişlər. Bu barədə 9 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli, MŞB/9-00278 nömrəli arayış təqdim edilmiş və 200 manat mediasiya xərci İddiaçı ASC tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim olunan maliyyə arayışlarına əsasən cavabdehlərin xx.xx.2021-ci il tarixinə 27 dekabr 2019-cu il tarixli, nzaz12363 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 28510,11 manat, faiz borcuna görə 4169,60 manat, cərimə borcuna görə 273,54 manat, borcun cəmi məbləği 32953,25 manat təşkiledir. 27 dekabr 2019-cu il tarixli, nzaz12363 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklər borclular tərəfindən icra edilmədiyi halda, borcun tam ödənilməsinə AR Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi X3 Zavodunun xx.xx.2019-cu il tarixli, 20119 nömrəli Zəmanət məktubuna əsasən zəmanət verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 Zavodunun nümayəndəsi X7 iddianın X3 Zavoduna münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 27 dekabr 2019-cu il tarixli, nzaz12363 nömrəli İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh1 MMC-yə illik 24 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.12.1, 2.12.2 və 2.12.3-cü maddəsinə əsasən borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən cərimə aşağıdakı hallarda hesablanır.

1. kreditin ödəniş cədvəlinə üzrə qabaqcadan borcunu tam bağlayan borc alandan – qabaqcadan ödənilmiş əsas məbləğin 3 faizinədək (bankın mülahizələrinə əsasən)

2. müqavilənin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 %-i (gecikmənin 1-ci günündən başlayaraq gündəlik olaraq) 27 dekabr 2019-cu il tarixli nzaz12363 nömrəli İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin 27 dekabr 2019-cu il tarixli, nzaz12363 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 MMC ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 27 dekabr 2019-cu il tarixli nzaz12363 nömrəli İddiaçı ASC ilə cavabdeh X3 Zavodu arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, X3 Zavodunun Cavabdeh1 MMC-nin 27 dekabr 2019-cu il tarixli, nzaz12363 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 MMC ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 27 dekabr 2019-cu il tarixli nzaz12363 nömrəli İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 Cavabdeh1 MMC-nin 27 dekabr 2019-cu il tarixli, nzaz12363 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 MMC ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixli İddiaçı ASC tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 08 dekabr 2021-ci il tarixə 27 dekabr 2019-cu il tarixli, nzaz12363 saylı kredit müqaviləsi üzrə 28510,11 manat əsas, 4169,60 manat faiz, 273,54 manat cərimə, cəmi 32953,25 manat məbləğində borcu vardır. 03 mart 2023-cü il tarixli 9/8916 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixə 28728,31 manat əsas, 4056,51 manat məbləğində faiz borcu vardır. xx.xx.2022-ci il tarixli MŞB/9-00278 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri 9 saylı mediasiya təşkilatına 200 manat məbləğində mediasiya xərci ödəmişdir.

İİİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 465.2, 467, 472.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Faizdən faiz ödənilməsi yolverilməzdir, borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “X2 barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “X2 barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

İV. Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixində kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin Cavabdeh1 MMC 30000 manat məbləğində vəsaiti almasına baxmayaraq həmin borcun qaytarılması ilə bağlı iddiaçının qarşısında olan öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlərdən 28510,11 manat əsas, 4169,60 manat faiz, 273,54 manat cərimə cəmi 32953,25 manat məbləğində pul tələb etsə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, əsas borc və cərimə borcu tam, yəni 28510,11 manat əsas, 273,54 manat cərimə, faiz borcu isə məhkəmə tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasinin rəyinə əsasən 4056,51 manat həcmində, həmçinin 200 manat məbləğində mediasiya xərci hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 99,65%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 100 manat məbləğində xərcin 99,65 manatı cavabdehlər Cavabdeh1 MMC, AR Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi X3 Zavodu, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada, 0,35 manatı isə İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh1 MMC, AR Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi X3 Zavodu, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 28510,11 manat əsas, 4056,51 manat faiz, 273,54 manat cərimə, cəmi 32840,16 manat və 200 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, AR Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi X3 Zavodu, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 28510,11 manat əsas, 4056,51 manat faiz, 273,54 manat cərimə, cəmi 32840,16 manat və 200 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 100 manat məbləğində xərcin 99,65 manatı cavabdehlər Cavabdeh1 MMC, AR Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi X3 Zavodu, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada, 0,35 manatı isə İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar