Məhkəmə qərarları › İş №e-2-2(113)-2155/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2155/2025

31.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2155/2025 31.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X6, iddiaçı X2 cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 MMC-yə, "X1 Company" MMCyə, Cavabdeh3 MMC-yə qarşı (üçüncü şəxslər Nərimanov rayon icra şöbəsi, Ağstafa rayon icra və probasiya şöbəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X5 Baş İdarəsi olmaqla) ödənilməmiş debitor borcunun ümidsiz borc elan edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin 49.554,16 manat və onun törəmə müəssisələri Cavabdeh1 MMC 177.335,47 AZN, Cavabdeh2 MMC 331 582,29 manat, Cavabdeh3 MMC 166 714.96 manat cəmi iddiaçıya olan 612.357,26 manat məbləğində ödənilməmiş debitor borcunun ümidsiz borc elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinin **********629500 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının ünvanına “Vergi borcunun ödənilməsinə dair **********79 №-li bildiriş” göndərilmişdir. Bildirişdə göstərilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə ümumilkidə 105.262,01 manat, o cümlədən vergilər üzrə 83.627, 07 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 21.634, 94 manat borcu vardır. Bildirişdə, borcların ödənilməsi tələbi ilə yanaşı, iddiaçının ödəmədiyi təqdirdə, iddiaçının fəaliyyət sahəsində operativ vergi nəzarəti keçiriləcəyi, ciddi maliyyə sanksiyalarına və faiz ödənişlərinə məruz qalacağı haqqında xəbərdarlıq edilmişdir. Bu və sonrakı eyni təyinatlı borcların yaranmasına səbəb, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası (bundan sonra Akkord STİK)” ASC-nin (VÖEN **********) 49.554.16 manat və onun törəmə müəssisələri: Cavabdeh1 MMC (VÖEN **********) – 177 335,47 AZN, Cavabdeh2 MMC (VÖEN **********) – 331 582,29 manat, Cavabdeh3 MMC (VÖEN **********) – 166 714.96 manat,ÜMUMİLİKDƏ mənə olan 612,357,26 manat məbləğində ödənilməmiş debitor borcunun olmasıdır. Bakı Kommersiya Məhkəməsinin hazırda qüvvədə olan, "xxxx" ASC (VÖEN **********) üzrə e-2-2(113)-236/2023 saylı xx.xx.2023 il tarixli, Cavabdeh1 MMC (VÖEN **********) üzrə e-2-2(113)-428/2023 saylı xx.xx.2023 il tarixli, Cavabdeh2 MMC üzrə e-2-2(113)-353/2022 saylı xx.xx.2022 il tarixli, Cavabdeh3 MMC (VÖEN **********) üzrə e-2-2(113)-240/2023 saylı xx.xx.2023 il tarixli Qətnamələri ilə yuxarıda qeyd olunmuş debitor borcların tutulub iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə qətnamələri üzrə verilmiş icra sənədləri Bakı şəhər Nərimanov rayon icra şöbəsi (e-2-2(113)-353/2022 saylı xx.xx.2022 il tarixli, e-2-2(113)-240/2023 saylı xx.xx.2023 il tarixli) və Ağstafa rayon icra və probasiya şöbəsi (e-2-2(113)-236/2023 saylı xx.xx.2023 il tarixli, e-2-2(113)-428/2023 saylı xx.xx.2023 il tarixli) tərəfindən 2 il 4 aydan artıq müddət ərzində təmin olunmamışdır. Borclular könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borcluların əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu Cavabdeh2nə Məxsus bank hesablarının olması müəyyən edilmiş və müxtəlif tarixlərdə hesablara inkasso sərəncamı qoyulmuş lakin borcluya məxsus bank hesablarında pul vəsaiti olmadığı üçün inkasso sərəncamları icra olunmadan geri qaytarılmışdır. Belə olduğu halda, iddiaçı yenə də artıq vergi ödəməyə, maliyyə sanksiyalarına və faiz tutulmalarına məruz qalmaqda davam edəcəkdir. Qeyd edilən borc məbləğlərinin alınması ilə bağlı Azərbaycan Respublikasının Məhkəmələrinin qətnamələri, eləcədə Ədliyyə Nazirliyinin İcra şöbələrinin illərdir icra sənədi olmasına baxmayaraq bu günə kimi qeyd edilən müəssisələrdən borcların tutulması mümkün olmamışdır. İcra şöbələrinin müvafiq arayışlarında həmin borc məbləğləri ilə bağlı hər hansı bir hərəkətliliyin olmaması öz əksini tapmışdır (Arayışlar əlavə olunur). Əlavə olaraq qeyd edir ki, Dövlət Vergi Xidmətinin e-taxes.gov.az saytının “Vergi borcu barədə məlumatın verilməsi” pəncərəsində, "xxxx" ASC-nin (VÖEN **********) dövlət büdcəsinə borcu – 15 355 499,16 AZN, Cavabdeh1 MMC-nin (VÖEN **********) dövlət büdcəsinə borcu - 10 610 244,12 AZN, Cavabdeh2 MMC-nin (VÖEN **********) dövlət büdcəsinə borcu – 1 196 196,57 AZN və Cavabdeh3 MMC-nin (VÖEN **********) dövlət büdcəsinə borcu – 1 397 430,96 AZN mövcuddur. Bundan əlavə, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Zamiq Kazımovun Bakı Kommersiya Məhkəməsinə verdiyi xx.xx.2024-cü il tarixli təqdimatdan, icra işlərinin birləşdirilməsi haqqında qərarından, həmin icra qurumundan əldə edilmiş digər sənədlərdən görünür ki, təkcə borclu-cavabdeh "X1 Company" MMC-nin (VÖEN**********) təkcə iddiaçıya deyil, aşağıda göstərilmiş, ümumilikdə 33 hüquqi və fiziki şəxslərə xüsusilə külli miqdarda 17.455.288,5 (on yeddi milyon dörd yüz əlli beş min iki yüz səksən səkkiz) manat ödənilməmiş borc öhdəliyi qalmışdır. Bundan əlavə qeyd edilən müəssisələrin səlahiyyətli şəxsləri ilə söhbət zamanı bildirirlər ki, dövlət büdcəsinə olan borclardan başqa məhkəmə qərarlarına əsasən müavinətlər, əmək haqqı borcları və eləcədə bank krediti borcları inkasso sənədləri icra olunmamış qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsinə əsasən hesabdan pul vəsatinin silinməsi növbəliliyinə gəldikdə isədebitor borcun alınması mümkünsüz görünür. Borclar üzrə icra işlərinin əksəriyyətinin 2021-2022 illərdə icraya yönəldildiyini və borcların ötən dövr ərzində ödənilmədiyini nəzərə alsaq, belə nəticəyə gəlmək olur ki, "xxxx" ASC-nin və onun törəmə müəssisələri kreditorların (o cümlədən mənim) tələblərini ödəməyə qadir deyillər, həmin borclar məhkəmənin qərarı ilə ümidsiz elan edilməlidir. Vergi orqanı bu borcların mövcudluğu səbəbilə, iddiaçıdan keçmiş illərin gəliri olaraq 477 361,00 manat debitor borc məbləği vergiyə cəlb edilmiş, 95 472,20 manat vəsaitin tutulması qərara alınmışdır – iddiaçının sahibkarlıq fəaliyyətini davam etdirmək üçün zəruri vəsaitləri banklardan kreditə götürmək məcburiyyətində qalmış və buna görə lüzumsuz faiz ödəməklə külli miqdarda itkilərə məruz qalır. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçının tələbin əsaslandırma hissəsində qeyd etdiyi hallara əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Çünki hazırki iddia tələbi üzrə iddiaçı vergi ödəyicisi olan T.Mehdiyev cavabdehlər isə "xxxx" ASC-yə, Cavabdeh1 MMC-yə, "X1 Company" MMC-yə, Cavabdeh3 MMC olmasına baxmayaraq, mübahisənin predmeti ümumi (publik) hüquq sahəsinə aid olan məsələ (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinməsi halları, həmin borcların məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinməsi) ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar konkret hallarda vergi orqanları tərəfindən, bütün digər hallarda isə məhkəmənin qərarı ilə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1 bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2 bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2-ci maddəsinə əsasən digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər 111.1-ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. 111.2-ci maddəsinə əsasən ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Yuxarıdakı normaların qarşılıqlı təhlilindən və məzmunundan göründüyü kimi, iddiaçı Vergi Məcəlləsinin 93cü maddəsinə görə qeyd edilən konkret hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların silinməsi vergi orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən isə iddiaçı özü ümidsiz borc məbləğlərini gəlirdən çıxaraq bu barədə vergi orqanına hesabat təqdim etməlidir. Bundan sonra müraciətə müsbət cavab verilmədiyi halda, iddiaçı hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə hərəkətsizlikdən və ya qəbul edilmiş qərardan inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə şikayət vermək hüququna malikdir. Habelə, pozulduğunu iddia etdiyi hüquqlarının bərpası üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların silinməsi barədə qərarın qəbul edilməsi və ya Vergi Məcəlləsində göstərilməyən bütün digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarının ümidsiz borc hesab edilməsi üçün müvafiq öhdəliyin qoyulmasına dair (məcburetmə haqqında iddia) iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 72.5-ci maddəsinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Bu konstitusiya vəzifəsi Konstitusiyanın 7, 12 və 16-cı maddələrinin mənasına görə dövlət və dövlət hakimiyyətinin ictimai hüquqi təbiəti ilə şərtləndirilən xüsusi hüquqi (mülki hüquqi) deyil, məhz ictimai-hüquqi xarakterə malikdir. ... Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin – vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Konstitusiyanın müddəalarına əsaslanan VM vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini tənzimləyir.” Beləliklə hesab edirəm ki, iddiaçı X2 cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 MMCyə, "X1 Company" MMC-yə, Cavabdeh3 MMC-yə qarşı (üçüncü şəxslər Nərimanov rayon icra şöbəsi, Ağstafa rayon icra və probasiya şöbəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X5 Baş İdarəsi olmaqla) ödənilməmiş debitor borcunun ümidsiz borc elan edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə ümidsiz borc məbləğlərini gəlirdən çıxaraq bu barədə vergi orqanına (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) hesabat vermək, müraciətinə müsbət cavab verilmədikdə həmin orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı X2 cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 MMC-yə, "X1 Company" MMCyə, Cavabdeh3 MMC-yə qarşı (üçüncü şəxslər Nərimanov rayon icra şöbəsi, Ağstafa rayon icra və probasiya şöbəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X5 Baş İdarəsi olmaqla) ödənilməmiş debitor borcunun ümidsiz borc elan edilməsi barədə ərizəsinin icraata qəbulundan imtina edilsin. Ərizəçiyə ümidsiz borc məbləğlərini gəlirdən çıxaraq bu barədə vergi orqanına (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) hesabat vermək, müraciətinə müsbət cavab verilmədikdə həmin orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar