Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2159/2023 05.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2556.37 manat əsas borc, 246.62 manat faiz borcu, 108.72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2911.71 manat borcun və 66 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə kredit limitinin ayrılmasına dair müqavilə imzalanmışdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 18 ay müddətinə 5000 manat kredit götürmüdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2023-cü il yanvar 27-dək X1 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2556.37 manat əsas borcu, 246.62 manat faiz borcu, 108.72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2911.71 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ilə cavabdehlər arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Belə ki, kreditor qismində İddiaçı ASC ilə borcalan qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına 22-MZ-1-0-62-21 nömrəli müqaviləyə əsasən kredit limitinin məbləği 100000 manat, həmçinin kreditin verdiyi məqamda mövcud olan kreditorun xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində müvafiq valyuta ekvivalentindədir. Kredit limitinin müddəti 120 ay, kredit limiti üzrə faiz dərəcəsi 30 %, illik cərimə faiz dərəcəsi 72 % təşkil edir. - Yelo Bank” ASC ilə borcalan qismində Cavabdeh1 arasında bağlanmış bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərlə 5 nömrəli Əlavəyə əsasən kreditin məbləği 5000, müddəti 18 ay, faiz dərəcəsi aylıq 2.08%, komisyon haqqı 50 manat təşkil edir. - Kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən Cavabdeh1 tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əsas məbləğ 5000 manat, faizin məbləği 1047.28 manat olmaqla, ümumilikdə 6047.28 manat məbləğində pul ödənişi həyata keçirilməli idi. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə şərtlər toplusuna 1 nömrəli Əlavə razılaşmaya əsasən Cavabdeh1 sənədin bütün müddəaları və tələbləri ilə razıdır və bu razılaşmanın imzlanması nəticəsində həmin şərtlər toplusunun gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. - xx.xx.2021-ci il tarixli 22-MZ-01-0-62-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə xx.xx.2021-ci il tarixli Əlavə Sazişə əsasən müqaviləyə 10-ci bəndə əlavə edilir. Cavabdeh1 məxsus olan 22-443922-1 saylı hesaba gələcəkdə 400000 manat məbləğdə mədaxil olunacaq pul vəsaitinin girovu (xx.xx.2021-ci il tarixli GV/03906/21 nömrəli müqavilə) – Cavabdeh2 tərəfindən verilən zaminlik. - Bir tərəfdən kreditor qismində İddiaçı ASC arasında digər tərəfdən zamin qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/11306/21 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti xx.xx.2021-ci il tarixli, 22-MZ-1-0-62-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. 1.2. Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrıldığı vəsaitdir. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə şərtlər toplusuna 1 nömrəli Əlavə razılaşmaya əsasən Cavabdeh2 sənədin bütün müddəaları və tələbləri ilə razıdır və bu razılaşmanın imzlanması nəticəsində həmin şərtlər toplusunun gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. - xx.xx.2021-ci il tarixli məxaric qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə 2476 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləğinin qalığı 2556.37 manat, faiz borcu məbləğinin qalığı 246.62 manat, cərimə borcu üzrə qalıq məbləğ 108.72 manat olmaqla, banka olan cəmi borc məbləği 2911.71 manat təşkil edir. - Cavabdeh1 məxsus hesabdan çıxarışdan məlum olur ki, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə debet məbləği 6713.24 manat, kredit məbləği 6699 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehlərin İddiaçıya pulun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin bu öhdəliklərini lazımınca icra etməməsi İddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. AR MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə kredit limitinin ayrılmasına dair müqavilə, daha sonra isə xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixdə digər Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər tərəfindən sözügedən müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlik lazımı qaydada icra edilməmiş, nəticədə banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 2556.37 manat əsas borc, 246.62 manat faiz borcu, 108.72 manat cərimə borcu olmaqla, ümumilikdə 2911.71 manat məbləğində borc qalmışdır. Bank tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixə olan maliyyə arayışında qeyd edilən məbləğlər öz əksini tapmışdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi icra etmədiklərini, nəticədə onların iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən ümumilikdə 2911.71 manat təşkil edən borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçı iddia tələbində 66 manat məbləğində mediasiya ödənişinin də cavabdehlərdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2556.37 manat əsas borc, 246.62 manat faiz borcu, 108.72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2911.71 ( iki min doqquz yüz on bir manat yetmiş bir qəpik) manat və 66 (altmış altı) manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2159/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2159/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver