Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-216/2023 12.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsinn ləğv edilməsi, icarə haqqının ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 99KJ306 dövlət qeydiyyat nişanlı, 90ZC307 dövlət qeydiyyat nişanlı, 90UO308 dövlət qeydiyyat nişanlı, 90NT396 dövlət qeydiyyat nişanlı X2 markalı avtomobillərin icarəyə verilməsi barədə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin ləğv edilməsi, Cavabdehndən icarə haqqı üçün 73.496 manat, təmir xərci üçün 25.264 manat, mediasiya xərci üçün 400 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında icarə müqavilələri bağlanaraq 2021-ci ilin iyun-iyul aylarında 99KJ306 dövlət qeydiyyat nişanlı, 90ZC307 dövlət qeydiyyat nişanlı, 90UO308 dövlət qeydiyyat nişanlı, 90NT396 dövlət qeydiyyat nişanlı X2 markalı avtomobilləri Cavabdeh MMC-yə icarəyə verilmişdir. Lakin artıq 1 ildən artıqdır ki, Cavabdeh MMC icarə haqlarını ödəmir, hazırda icarə haqqı borcu 73.496 manat təşkil edir.
3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 700.1-ci maddəsi göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, 90UO308 dövlət qeydiyyat nişanlı, 90NT396 dövlət qeydiyyat nişanlı, 90ZC307 dövlət qeydiyyat nişanlı, 99KJ306 dövlət qeydiyyat nişanlı X2 markalı avtomobillər Qanuni nümayəndə2 məxsusdur. İddiaçı MMC ilə Qanuni nümayəndə2 qeyd edilmiş avtomobillərin üçüncü şəxslərə icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlamışlar.
10. İşin digər müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli icarə müqavilələri bağlanmışdır. Müqavilələrin 1.1-ci bəndinə əsasən müqavilənin mövzusu təhvil-təslim vərəqəsində qeyd edilmiş nəqliyyat vasitəsini icarə verməkdir.
11. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1 ədəd ağ Toyota Hilux markalı 90NT396 dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1 ədəd ağ Toyota Hilux markalı 90ZC307 dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1 ədəd ağ Toyota Hilux markalı 90UO308 dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1 ədəd ağ Toyota Hilux markalı 99KJ306 dövlət qeydiyyat nişanlı avtomobillər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmişdir.
12. İcarə müqavilələri üzrə aylıq icarə haqqı 1.450 manat məbləğində müəyyən edilmişdir.
13. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 0213 nömrəli yol vərəqəsinə əsasən 90NT396 dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2021-ci il tarixli 0212 nömrəli yol vərəqəsinə əsasən Toyota Hilux markalı 90ZC307 dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2021-ci il tarixli 0215 nömrəli yol vərəqəsinə əsasən Toyota Hilux markalı 90UO308 dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2021-ci il tarixli 0214 nömrəli yol vərəqəsinə əsasən Toyota Hilux markalı 99KJ306 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC tərəfindən sürücülərə təhvil verilmişdir. Yol vərəqələri Cavabdeh MMC tərəfindən möhürlə təsdiq edilmişdir.
V. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
15. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
16. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
VI. Məhkəmənin mövqeyi:
17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur
19. Məhkəmə ilk növbədə iddianın icarə müqavilələrinin ləğv edilməsi ilə bağlı qeyd etmək istəyir ki, müqavilənin icrasından birtərəfli qaydada imtina ilə əlaqədar olaraq müqavilənin ləğv edilmiş sayılması imkanı tərəflər arasında imzalanan müqavilədə nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinin 4.1-ci bəndinə əsasən tərəflər müqaviləni 15 gün əvvəl yazılı məlumat vermək şərti ilə istənilən vaxt ləğv edə bilər. Göründüyü kimi tərəflər, müqavilə bağlayarkən müqavilənin vaxtından əvvəl ləğv edilməsinin hansı qaydada olacağı barədə razılığa gəlmişlər.
20. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, 99KJ306 dövlət qeydiyyat nişanlı, 90ZC307 dövlət qeydiyyat nişanlı, 90UO308 dövlət qeydiyyat nişanlı, 90NT396 dövlət qeydiyyat nişanlı X2 markalı avtomobillər iddiaçı tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti 47 ünvanında geri götürülmüşdür.
21. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə Səbail rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı tərəfindən avtomobillər xx.xx.2022-ci il tarixdə geri götürülmüşdür.
22. Cavabdeh tərəf isə avtomobillərin nə vaxta kimi onun istifadəsində olmasına dair hər hansı bir sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının avtomobillərin xx.xx.2022-ci il tarixə qədər cavabdehin istifadəsində olması və avtomobilləri xx.xx.2022-ci il tarixdə geri götürməsi barədə dəlilini əsaslı hesab edir.
23. Qeyd olunan halları və Mülki Məcəllənin 421.3-cü maddəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli icarə müqavilələri artıq xx.xx.2022-ci il tarixdən ləğv edilmiş sayıldığından, iddia müqavilənin ləğv edilməsi hissəsində təmin edilə bilməz.
24. Qeyd olunanlar o nəticəyə gəlməyə əsas verir ki, icarə münasibətləri xx.xx.2022-ci il tarixədək davam etdiyindən, cavabdehin həmin müddətədək icarə haqqını ödəmək öhdəliyi yaranmışdır.
25. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli təhvil-təslim sənədlərindən və xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, 90NT396 dövlət qeydiyyat nişanlı avtomobil 1 il 5 gün, 90ZC307 dövlət qeydiyyat nişanlı avtomobil 1 il 4 gün, 90UO308 dövlət qeydiyyat nişanlı avtomobil 11 ay 16 gün, 99KJ306 dövlət qeydiyyat nişanlı avtomobil 11 ay cavabdehin sahibliyində olmuşdur.
26. Aylıq icarə haqqı 1.450 manat olduqda, 1 gün üçün icarə haqqı 48,33 (1.450/365) manat təşkil edir.
27. Belə olan halda, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə, 90NT396 dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsində 1 il 5 gün olması nəzərə alındığında ödənilməli olan icarə haqqı 17.641 manat ( 1.450x12=17.400 ( 1 il üçün), 5x48,33=241 (5 gün üçün)) təşkil edir.
28. xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə, 90ZC307 dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsində 1 il 4 gün olması nəzərə alındığında ödənilməli olan icarə haqqı 17.593,3 manat (1.450x12=17.400 ( 1 il üçün), 4x48,33=193,3 (4 gün üçün)) təşkil edir.
29. xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə, 90UO308 dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsində 11 ay 16 gün olması nəzərə alındığında ödənilməli olan icarə haqqı 16.723,3 manat ( 1.450x11=15.950( 11 ay üçün), 16x48,33=773,3 (16 gün üçün)) təşkil edir.
30. xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə, 90KJ306 dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsində 11 ay olması nəzərə alındığında ödənilməli olan icarə haqqı 15.950 manat ( 1.450x11=15.950) təşkil edir.
31. Göründüyü kimi, 4 avtomobil üzrə cavabdeh tərəfindən ümumilikdə 67.907,6 manat məbləğində icarə haqqı ödəməli idi.
32. İş materiallarında əlavə edilmiş Səbail RPİ 9-cu Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə2 ona 2.000 manat məbləğində ödəniş edildiyini bildirmişdir.
33. Həmçinin qeyd edilən 2.000 manat pulun iddiaçıya ödənilməsini məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili də, təsdiq etmişdir.
34. Qeyd olunan halı nəzərə alaraq məhkəmə hesab edir ki, iddia icarə haqqı borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır və 65.907,60 (67.907,60-2.000) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Məhkəmə iddianın 25.264 manat təmir xərclərinin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
36. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən sifarişçi (indiki halda icarəçi) nəqliyyat vasitəsinin bütün təmir xərclərini öz üzərinə götürür.
37. Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə əsasında icarəyə verilmiş 90NT396 dövlət qeydiyyat nişanlı X2 markalı, xx.xx.2021-ci il tarixli müqavilə əsasında icarəyə verilmiş 90ZC307 dövlət qeydiyyat nişanlı X2 markalı, xx.xx.2021-ci il tarixli müqavilə əsasında icarəyə verilmiş 90UO308 dövlət qeydiyyat nişanlı X2 markalı, xx.xx.2021-ci il tarixli müqavilə əsasında icarəyə verilmiş 99KJ306 dövlət qeydiyyat nişanlı X2 markalı avtomobillərə normal amortizasiya xərcləri çıxılmaqla Cavabdeh istifadəsində olduğu müqavilənin bağlandığı tarixdən avtomobillərin təhvil alındığı xx.xx.2022-ci il tarixədək vurulan zərərin müəyyən edilməsi məqsədi ilə, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
38. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki: - 2009-cu il buraxılışlı X2 markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6.225 manat; - 2009-cu il buraxılışlı X2 markalı ** ZC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5.860 manat; - 2010-cu il buraxılışlı X2 markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5.204 manat; - 2007-ci il buraxılışlı X2 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6.275 manat məbləğində müəyyən edilir. Rəyə əsasən icarə müqaviləsi ilə icarəyə verikən avtomobillərin təmir-bərpa xərcləri ümumilikdə 23.564 manat müəyyən edilmişdir.
39. Belə olan halda, Məhkəmə hesab edir ki, təmir-bərpa xərcləri olaraq cavabdehdən iddiaçının xeyrinə 23.564 manat məbləğində pul tutulmalıdır.
40. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X3” MMC tərəfindən mediasiya xidmət haqqı olaraq 400 manat məbləğində pul Bakı 11 X1 ödənmişdir.
41. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilməlidir.
42. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VII. Nəticə:
43. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 99KJ306 dövlət qeydiyyat nişanlı, 90ZC307 dövlət qeydiyyat nişanlı, 90UO308 dövlət qeydiyyat nişanlı, 90NT396 dövlət qeydiyyat nişanlı X2 markalı avtomobillərin icarə haqqı borcu üzrə cəmi 67.907 (altmış yeddi min doqquz yüz yeddi) manat 60 (altmış) qəpik, avtomobillərə sərf edilmiş təmir xərcləri üzrə 23.564 (iyirmi üç min beş yüz altmış dörd) manat, ümumilikdə 91.471 (doxsan bir min dörd yüz yetmiş bir) manat 60 (altmış) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov