Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2164/2025 31.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X3 İddiaçı X1 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş materiallarını nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2024-ci il tarixli, e-2-2(119)- 2068/2024 saylı qərardadına əsasən mülki iş ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi iddiaçıya məxsus daşınmaz əmlakın cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlı olduğundan və həmin daşınmaz əmlak Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahidlərinin birində deyil, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahidlərindən biri olan Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşdiyindən Mülki Prosessual Məcəllənin 39.1-ci və 36.13-cü maddələrinin tələblərinə əsasən, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında qeyd edilmiş hüquqi mövqeləri nəzərə alınmaqla hazırkı kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından hazırkı iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında barədə şifahi razılaşmaya əsasən ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi cavabdehin istifadəsinə verilmişdir. Sonradan iddiaçı dəfələrlə cavabdehə icarə obyektini boşaltması barədə xəbərdarlıq etsə də, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməmişdir. Həmçinin həmin qeyri yaşayış sahəsinin təmiri, həmçinin həmin qeyri yaşayış sahəsinə avadanlıqlar alınması üçün üçün iddiaçı cavabdehə şifahi borc müqavilələri əsasında 4000 manat pul verdiyini iddia ərizəsinə qeyd etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1772 nömrəli vərəqində 08 yanvar 2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. EMİSdən əladə olunan məlumata görə,Cavabdeh ünvan 2i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə müstəsna aidiyyətlə bağlı normalar tətbiq edilə bilməz, və hazırki tələbə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə yurisdiksiyasında baxılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, əvvəldə tərəflər arasında mülkiyyətçi olan iddiaçı və cavabdeh arasında qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı şifahi razılaşma mövcud olmuşdur. Həmçinin həmin qeyri yaşayış sahəsinin təmiri, həmçinin həmin qeyri yaşayış sahəsinə avadanlıqlar alınması üçün üçün iddiaçı cavabdehə şifahi borc müqavilələri əsasında 4000 manat pul verdiyini iddia ərizəsinə qeyd etmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən hal, tərəflər arasında şifahi qaydada həmin qeyri yaşayış sahəsinin icarəsi ilə bağlı razılaşma olmasını təsdiq edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə əşya hüquq münasibətlərindən deyil, tərəflər arasında mövcud olan müqavilə münasibətlərindən iraəli gəldiyindən, hazırki tələb vindikasiya iddiası olmadığından, hazırki mübahisəyə müstəsna aidiyyət qaydalarında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsiin tələbinə əsasən Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.[ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə belə hesab edir ki, hazırda məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından iddiaçı X1 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32, 263-264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə 2-2(113)-2164/2025 saylı mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2164/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2164/2025
31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver